Məhkəmə qərarları › İş №2(006)-93/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-93/2024

17.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-93/2024 17.01.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" KB ASC-yə qarşı «borcun silinməsi, öhdəlik münasibətlərinə xitam verilməsi və kredit xətti müqaviləsi üzrə pulun tələb edilməsinin qadağan edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" KB ASC-yə qarşı «borcun silinməsi, öhdəlik münasibətlərinə xitam verilməsi və kredit xətti müqaviləsi üzrə pulun tələb edilməsinin qadağan edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" KB ASC ilə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli 6010sSUMb/22 saylı kredit xətti müqaviləsi üzrə əsassız olaraq hesablanmış borc məbləğinin silinməsi; "xxxx" KB ASC ilə aralarında olan borc üzrə öhdəlik münasibətlərinə xitam verilməsi; xx.xx.2022-ci il tarixli 6010sSUMb/22 saylı kredit xətti müqaviləsi üzrə "xxxx" KB ASC tərəfindən pulun tələb edilməsinin qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" KB ASC ilə aralarında xx.xx.2022-ci il tarixdə 6010sSUMb/22 saylı kredit xətti müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə görə "xxxx" KB ASC tərəfindən ona 35 ay müddətinə, xx.xx.2025-ci il tarixədək illik 29 % ödəmək şərtilə 3.000 manat məbləğində kredit xətti ayrılmışdır. Daha sonra xx.xx.2022-ci il tarixdə həmin xəttin bağlanması ilə bağlı iddiaçı tərəfindən "xxxx" KB ASC-yə müraciət olunmuşdur. Bank əməkdaşı ona xx.xx.2022-ci il tarixli UB-SUM-RB/1156 nömrəli arayış təqdim edərək bildirmişdir ki, kredit xətti bağlanmışdır və bank qarşısında borc öhdəliyi yoxdur, kartı isə debet kart kimi istifadə edə bilər. Lakin daha sonra həmin kart hesabından 3-cü şəxslər tərəfindən 2.900 manat ilk dəfə, 85 manat isə daha sonra əsassız olaraq silinmişdir. Əldə etdiyi məlumata əsasən həmin məbləğ «X5 Pos&Service Gates» saytından istifadə olunmuşdur və bununla bağlı hal-hazırda hüquq mühafizə orqanlarında da araşdırma aparılır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə cavabdehə xəbərdarlıq məktubu göndərilərək aralarında bağlanmış müqavilə üzrə əsassız olaraq hesablanmış borc məbləğinin silinməsi, borc üzrə öhdəlik münasibətlərinə xitam verilməsi və pulun tələb edilməsinin dayandırılması xahiş olunmuşdur. Lakin cavabdeh tərəfindən bununla bağlı heç bir tədbir görülməmişdir. Hüquq normalarına əsasən, hesab edir ki, "xxxx" KB ASC ilə iddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli 6010sSUMb/22 saylı kredit xətti müqaviləsi üzrə əsassız olaraq hesablanmış borc məbləğinin silinməsi, borc üzrə öhdəlik münasibətlərinə xitam verilməsi və pulun tələb edilməsinin qadağan edilməsi barədə qətnamə qəbul edilməsi zərurəti vardır. İddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə ərizə göndərərək, mülki işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd edilən ərizəni nəzərə alaraq, mülki işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Öncəki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X3 iddia ərizəsinə etiraz təqdim edərək, iddianı qəbul etmədiyini bildirmiş və izahatında qeyd etmişdir ki, iddia tam əsassız olduğundan rədd olunmalıdır. Belə ki, İddiaçı ilə "xxxx" KB ASC arasında xx.xx.2022-ci il tarixli 6010sSUMb/22 saylı kredit xətti müqaviləsi bağlanmışdır və tərəflər arasında həmin müqavilə üzrə bütün şərtlər xx.xx.2021-ci il tarixli 01U/21 saylı Ümumi Oferta müqaviləsi ilə tənzimlənir. xx.xx.2021-ci il tarixli 01U/21 saylı Ümumi Oferta müqaviləsinin 2.2.7, 2.2.8, 6.1.8 və 6.4-cü bəndləri ovedraftın yaranması və qaytarılması şərtlərinə həsr olunmuşdur. Belə ki, müqavilənin 2.2.7-ci («b») bəndinə əsasən «Bankın bankomat, POS-terminal və digər sistemlərində, cihazlarında baş verən texniki nasazlıqlar nəticəsində Müştərinin bank hesabında ona məxsus olmayan pul vəsaitlərinin istifadə imkanı mümkün olduğu təqdirdə çıxarıldığı hallarda müəyyən texniki səbəblərə görə hesabda mövcud olan pul vəsaitindən daha artıq istifadə oluna bilinməsi texniki overdraftın formalaşması ilə nəticələnə bilər. Texniki overdraft bankla razılaşdırılmadan kartın balansında olan pul vəsaitindən artıq əməliyyat aparılması nəticəsində Müştərinin Bank qarşısında yaranmış borcudur və müştəri tərəfindən bu müqavilədə müəyyən olunmuş qaydada ödənilməsi təmin edilməlidir.» Müqavilənin 2.2.8ci bəndinə əsasən, hesab üzrə texniki overdraft yarandığı halda Müştəri Bank qarşısında yaranmış borcu texniki overdraftın yarandığı gündən ən geci 30 (otuz) iş günü ərzində ödəməlidir. Müəyyən edilmiş vaxtda müştəri bank qarşısında yaranmış borcunu ödəmədiyi təqdirdə, yaranmış texniki overdraft üzrə borc məbləği bank tərəfindən müştəriyə məxsus olan bank hesablarından, o cümlədən digər valyutalardakı hesablarından cari kommersiya məzənnə kursu ilə konvertasiya olunaraq, komisyon haqqları tutulmaq şərtilə akseptsiz qaydada şilinə bilər. Texniki overdraft baş verdiyi hallarda müştərinin sərəncamı olmadan akseptsiz qaydada silmək üçün onun hesablarında pul olmadıqda və ya kifayət qədər olmadıqda yaranmış borc (texniki overdraft) müştəriyə illik 30 % hesablanmaqla 30 (otuz) təqvim günü müddətində qaytarılmalıdır. Yaranmış borc (texniki overdraft) və ona hesablanmış faizlər bu Müqavilənin 2.2.8-ci bəndinin «a» yarımbəndində nəzərdə tutulmuş müddət ərzində ödənilmədikdə ödənilməmiş borc gecikdirilmiş hesab edilir və həmin borca görə bu Müqavilənin 2.2.8-ci bəndinin «a» yarımbəndində göstərilən illik faiz dərəcəsi ikiqat məbləğdə hesablanır. Faizlərin hesablanması borc tam ödənilənə qədər davam edir. Borcun ödənilməsinin gecikdirildiyi hər təqvim günü üçün müştəri ödənilməli olan məbləğin 0,5 %-i miqdarında Banka dəbbə pulu ödəyir. Texniki overdraft baş verdiyi hallarda yaranmış borc məbləği (texniki overdraft) və faizlər ödənilənə qədər bank kartın fəaliyyətini (hesab üzrə əməliyyatları) dayandıra bilər və bununla əlaqədar bankın çəkdiyi və ya çəkməli olduğu bütün xərclər müştəri tərəfindən ödənilir. Eyni zamanda həmin müqavilənin 6.1.8-ci bəndinə əsasən bankın bankomat, POS-terminal və digər sistemlərində, cihazlarında baş verən texniki nasazlıqlar nəticəsində müştərinin bank hesabında ona məxsus olmayan pul vəsaitlərinin istifadə imkanı mümkün olduğu təqdirdə çıxarıldığı hallarda. Müəyyən texniki səbəblərə görə hesabda mövcud olan pul vəsaitindən daha artıq istifadə oluna bilinməsi texniki overdraftın formalaşması ilə nəticələnə bilər. Texniki overdraft bankla razılaşdırılmadan kartın balansında olan pul vəsaitindən artıq əməliyyat aparılması nəticəsində müştərinin bank qarşısında yaranmış borcudur və müştəri tərəfindən bu müqavilədə müəyyən olunmuş qaydada ödənilməsi təmin edilməlidir. Kartla əməliyyatların aparılması zamanı müştərinin kart hesabında kifayət qədər vəsait olmadığı hallarda həmin əməliyyatın baş tutması üçün bank tərəfindən müştəriyə imkan yaradıla bilər və bu hal overdraftı əhatə edir. Bu zaman həmin əməliyyatın aparılması nəticəsində müştərinin mank qarşısında yaranmış borcunun bu müqavilədə müəyyən olunmuş qaydada ödənilməsi təmin edilməlidir. Bundan əlavə müqavilənin «Müştərinin vəzifələri» bölməsində təsbit edilmiş 6.4-cü bəndinə əsasən Kart vasitəsilə bir qayda olaraq hesabda olan pul vəsaitinin məbləği həddində əməliyyat aparmaq və hesab üzrə texniki overdrafta yol verməmək. Texniki overdraft bankla razılaşdırılmadan kartın balansında olan pul vəsaitindən artıq əməliyyat aparılması nəticəsində müştərinin bank qarşısında yaranmış borcudur və müştəri tərəfindən məcburi qaydada ödənilməlidir.» Eyni zamanda iddiaçı öz iddia ərizəsində bildirmişdir ki, onun kart hesabından 3-cü şəxslər tərəflər tərəfindən 2.900 manat ilk dəfə, 85 manat isə daha sonra əsassız silinmişdir. Əldə etdiyi məlumata görə həmin əsassız silinmələr «NetWork X8&Service Gate» saytı vasitəsilə həyata keçirilmişdir və bununla bağlı məsələ hal-hazırda hüquq-mühafizə orqanlarında araşdırma aparılır.» İddiaçının kartından vəsaitin əsassız olaraq silinməsi ilə bağlı şərtlər tərəflər arasında bağlanmış Ümumi Oferta müqaviləsinin 6.4.4-cü bəndinə («müştərinin vəzifəsi» bölməsi) əsasən kartın itməsi, oğurlanması, üzərində təhrif edilməsi və üçüncü şəxslər tərəfindən qanunsuz istifadə edilməsinin qarşısının alınması üçün bütün mümkün tədbirləri görməlidir. Hesab üzrə əməliyyatların təhlükəsizlik tələblərinin pozulması, məlumatların üçüncü şəxslərə açıqlanması hallarında müştəri məsuliyyət daşıyır. Eyni zamanda müqavilənin 15.2-ci bəndinə («Məsuliyyət» bölməsi) əsasən «Mobil telefon SİM-kartının və ya mobil cihazının itirilməsi, o cümlədən oğurlanması və digər vasitələrlə istifadəçinin sahibliyindən çıxması, üçüncü şəxslər tərəfindən qanunsuz istifadə edilməsi nəticəsində ona dəymiş zərərə görə bank məsuliyyət daşımır. Mobil bankçılıq vasitəsilə əməliyyatların aparılması zamanı istifadəçi tərəfindən rekvizitlərin, məbləğlərin və ya digər məlumatın səhv daxil edilməsinə görə və bunun nəticəsində ona dəymiş zərərə görə bank məsuliyyət daşımır. Bundan əlavə, müqavilənin 18.3-ci bəndinə əsasən müştərinin mobil telefon nömrəsindən üçüncü şəxslərin qanunsuz istifadəsi nəticəsində yaranmış risklərə görə «Müştəri» tam məsuliyyət daşıyır. Bu zaman «Müştəri», mobil telefon nömrəsindən üçüncü şəxslərin qanunsuz istifadəsinə istinad edərək bu müqavilə əsasında verilmiş əlavə kredit üzrə öhdəliklərin yerinə yetirilməsindən boyun qaçıra bilməz. Tərəflər arasında bağlanmış və tərəflərin azad iradəsini ifadə edən Ümumi Oferta müqaviləsindəki yuxarıdakı istinad etdiyi əsaslardan göründüyü kimi, kartın itirilməsi, kartdan vəsaitin hər hansı bir fiziki şəxs tərəfindən oğurlanması və ya xarici sayt tərəfindən əsassız silinməsinə görə müştəri qarşısında bank heç bir məsuliyyət daşımır və bu cür məsuliyyət müqavilə şərtlərinə əsasən tam olaraq müştərinin üzərinə düşür. Odur ki, İddiaçı cavabdeh "xxxx" KB ASC-yə qarşı «kredit xətti müqaviləsi üzrə əsassız borcun silinməsi və öhdəlik münasibətlərinə xitam verilməsinə» dair iddia tələbi tam əsassız olduğundan rədd edilməlidir. Yuxarıda qeyd etdiyi bütün bu əsasları, işin faktik və hüquqi əsaslarını nəzərə alaraq, İddiaçı cavabdeh "xxxx" KB ASC-yə qarşı «kredit xətti müqaviləsi üzrə əsassız borcun silinməsi və öhdəlik münasibətlərinə xitam verilməsinə» dair iddia tələbi tam əsassız olduğundan iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini məkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli 6010sSUMb/22 saylı kredit xətti müqaviləsindən görünür ki, tərəflər arasında bağlanmış müqavilə şərtlərinə əsasən borcverən bank tərəfindən borcalan şəxsə 35 ay müddətinə, xx.xx.2025-ci il tarixədək illik 29 %-ə, 3.000 manat məbləğində kredit xətti ayrılmışdır. xx.xx.2021-ci il tarixli 01U/21 saylı Ümumi Oferta müqaviləsindən görünür ki, kredit xətti müqaviləsi üzrə bütün şərtlər ümumi oferta müqaviləsi ilə tənzimlənir. "xxxx" KB ASC tərəfindən təqdim edilmiş arayışdan görünür ki, bankın müştərisi İddiaçı bank qarşısında nömrəsi arayışda qeyd edilən plastik kart üzrə cəmi 3.207 manat 50 qəpik overdraft borcu yaranmışdır. Overdraft iki tranzaksiya üzrə (2.909 manat və 86 manat, müvafiq olaraq 9 manat və 1 manat köçürmə haqqı) yaranmışdır. İş materiallarına əlavə olunmuş digər sənədlərdən görünür ki, İddiaçı ərizə ilə Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinə müraciət edərək, tanımadığı şəxsin arvadı X2 istifadəsində olan plastik bank kartından 6.900 manat pulunun naməlum şəraitdə çıxarıldığını bildirmişdir. Baş vermiş hadisə nəticəsində ona 6.900 manat maddi ziyan vurulmuşdur. Sumqayıt şəhər prokuroru, İİİ dərəcəli dövlət ədliyyə müşaviri Müqəddəs Sultanovun 13 oktyabr 2022-ci il tarixli qərarı ilə İddiaçı müraciəti üzrə toplanmış ilkin yoxlama materialı üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə cinayət işi başlanmış, cinayət işi üzrə ibtidai istintaqın aparılması Sumqayıt ŞPİ İŞ-yə həvalə edilmişdir. Azərbaycan Respublikası DİN Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin 16 iyun 2023-cü il tarixli məktubundan göründüyü kimi, X1 müraciəti ilə bağlı araşdırma aparılmamışdır. İddiaçının cavabdeh banka yazdığı 05 sentyabr 2022-ci il tarixli ərizədən görünür ki, məhsulun satışı üçün tap.az saytına elan yerləşdirdiyini, elanla maraqlanan şəxsə kartın şəklini çəkib göndərdiyini, bundan sonra hesabından 2.900 manat və 85 manat pul silindiyini bildirərək, məsələnin araşdırılmasına köməklik göstərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. İş materiallarından göründüyü kimi, iddiaçı cavabdehə qarşı iddia tələbinin əsası kimi istinad etdiyi hallara (ona qarşı qanunsuz hərəkət və yaxud hərəkətsizliyə cavabdeh tərəfindən yol verilməsinə) dair mötəbər sübutlar təqdim etməmişdir. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sənədlərdən görünür ki, iddiaçıya məxsus kartdan pul vəsaitinin iddiaçının iradəsinə zidd olaraq məxaric edilməsi (başqa hesaba köçürülməsi, nağdlaşdırılması və s.) cavabdehin hər hansı təqsirli hərəkət, yaxud hərəkətsizliyi ilə bağlı deyil. Əksinə, təqdim olunmuş sənədlərdən, müqavilədən və cavabdeh tərəfin təqdim etdiyi müfəssəl məlumatdan aydın olur ki, İddiaçı ilə "xxxx" KB ASC arasında xx.xx.2022-ci il tarixli 6010sSUMb/22 saylı kredit xətti müqaviləsi bağlanmışdır və tərəflər arasında həmin müqavilə üzrə bütün şərtlər xx.xx.2021-ci il tarixli 01U/21 saylı Ümumi Oferta müqaviləsi ilə tənzimlənir. xx.xx.2021-ci il tarixli 01U/21 saylı Ümumi Oferta müqaviləsinin 2.2.7, 2.2.8, 6.1.8 və 6.4-cü bəndləri ovedraftın yaranması və qaytarılması şərtlərinə həsr olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Tərəflər arasında bağlanmış müqavilənin: - 2.2.7-ci («b») bəndinə əsasən Bankın bankomat, POS-terminal və digər sistemlərində, cihazlarında baş verən texniki nasazlıqlar nəticəsində Müştərinin bank hesabında ona məxsus olmayan pul vəsaitlərinin istifadə imkanı mümkün olduğu təqdirdə çıxarıldığı hallarda müəyyən texniki səbəblərə görə hesabda mövcud olan pul vəsaitindən daha artıq istifadə oluna bilinməsi texniki overdraftın formalaşması ilə nəticələnə bilər. Texniki overdraft bankla razılaşdırılmadan kartın balansında olan pul vəsaitindən artıq əməliyyat aparılması nəticəsində Müştərinin Bank qarşısında yaranmış borcudur və müştəri tərəfindən bu müqavilədə müəyyən olunmuş qaydada ödənilməsi təmin edilməlidir; - 2.2.8-ci bəndinə əsasən hesab üzrə texniki overdraft yarandığı halda Müştəri Bank qarşısında yaranmış borcu texniki overdraftın yarandığı gündən ən geci 30 (otuz) iş günü ərzində ödəməlidir. Müəyyən edilmiş vaxtda müştəri bank qarşısında yaranmış borcunu ödəmədiyi təqdirdə, yaranmış texniki overdraft üzrə borc məbləği bank tərəfindən müştəriyə məxsus olan bank hesablarından, o cümlədən digər valyutalardakı hesablarından cari kommersiya məzənnə kursu ilə konvertasiya olunaraq, komisyon haqqları tutulmaq şərtilə akseptsiz qaydada silinə bilər. Texniki overdraft baş verdiyi hallarda müştərinin sərəncamı olmadan akseptsiz qaydada silmək üçün onun hesablarında pul olmadıqda və ya kifayət qədər olmadıqda yaranmış borc (texniki overdraft) müştəriyə illik 30 % hesablanmaqla 30 (otuz) təqvim günü müddətində qaytarılmalıdır. Yaranmış borc (texniki overdraft) və ona hesablanmış faizlər bu müqavilənin 2.2.8-ci bəndinin «a» yarımbəndində nəzərdə tutulmuş müddət ərzində ödənilmədikdə ödənilməmiş borc gecikdirilmiş hesab edilir və həmin borca görə bu müqavilənin 2.2.8-ci bəndinin «a» yarımbəndində göstərilən illik faiz dərəcəsi ikiqat məbləğdə hesablanır; - 6.1.8-ci bəndinə əsasən bankın bankomat, POS-terminal və digər sistemlərində, cihazlarında baş verən texniki nasazlıqlar nəticəsində müştərinin bank hesabında ona məxsus olmayan pul vəsaitlərinin istifadə imkanı mümkün olduğu təqdirdə çıxarıldığı hallarda. Müəyyən texniki səbəblərə görə hesabda mövcud olan pul vəsaitindən daha artıq istifadə oluna bilinməsi texniki overdraftın formalaşması ilə nəticələnə bilər. Texniki overdraft bankla razılaşdırılmadan kartın balansında olan pul vəsaitindən artıq əməliyyat aparılması nəticəsində müştərinin bank qarşısında yaranmış borcudur və müştəri tərəfindən bu müqavilədə müəyyən olunmuş qaydada ödənilməsi təmin edilməlidir. Kartla əməliyyatların aparılması zamanı müştərinin kart hesabında kifayət qədər vəsait olmadığı hallarda həmin əməliyyatın baş tutması üçün bank tərəfindən müştəriyə imkan yaradıla bilər və bu hal overdraftı əhatə edir. Bu zaman həmin əməliyyatın aparılması nəticəsində müştərinin mank qarşısında yaranmış borcunun bu müqavilədə müəyyən olunmuş qaydada ödənilməsi təmin edilməlidir.; - 6.4.1-ci bəndinə əsasən kart vasitəsilə bir qayda olaraq hesabda olan pul vəsaitinin məbləği həddində əməliyyat aparmaq və hesab üzrə texniki overdrafta yol verməmək. Texniki overdraft bankla razılaşdırılmadan kartın balansında olan pul vəsaitindən artıq əməliyyat aparılması nəticəsində müştərinin bank qarşısında yaranmış borcudur və müştəri tərəfindən məcburi qaydada ödənilməlidir; - 6.4.4-cü bəndinə («müştərinin vəzifəsi» bölməsi) əsasən kartın itməsi, oğurlanması, üzərində təhrif edilməsi və üçüncü şəxslər tərəfindən qanunsuz istifadə edilməsinin qarşısının alınması üçün bütün mümkün tədbirləri görməlidir. Hesab üzrə əməliyyatların təhlükəsizlik tələblərinin pozulması, məlumatların üçüncü şəxslərə açıqlanması hallarında müştəri məsuliyyət daşıyır. Yuxarıda qeyd edildiyi kimi, iddiaçının cavabdeh banka yazdığı 05 sentyabr 2022-ci il tarixli ərizədən göründüyü kimi iddiaçı məhsulun satışı üçün tap.az saytına elan yerləşdirməsi ilə bağlı müraciət edən şəxsə bank kartının şəklini çəkib göndərmiş, kart məlumatlarını bilavasitə özü kənar şəxsə ötürmüş və bundan sonra hesabından müvafiq silinmələr aparılmışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, plastik kart məlumatlarının məxfiliyinin qorunması bilavasitə kart istifadəçisinin öhdəliyidir və üçüncü şəxslər tərəfindən bu məlumatlar istifadə edilməklə aparılan əməliyyatlara görə bank məsuliyyət daşımır. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, plastik ödəmə kartı - əsasən kredit, ödəmə və debit (hesabdan nağd vəsaitlərin alınması) kart olaraq bilinən, vəsaitlərin mübadiləsi, pulun saxlanılması, məsafədən ödənişlərin həyata keçirilməsi, başqa hesablara pulun köçürülməsi və digər əməliyyatlar üçün istifadə olunan vasitədir. Belə ki, kart vasitəsilə yuxarıda qeyd olunan əməliyyatlar müxtəlif üsullarla (postterminal vasitəsi ilə pul ödənilməsi, ATM vasitəsi ilə hesabdan nağd vəsaitlərin alınması, internet resursları vasitəsilə online pul köçürmələri, ölkə daxili və ölkə xarici hesablara pul köçürülməsi və s.) müxtəlif vasitələrlə həyata keçirilir. Plastik kartların aid olduğu hesaba dair məlumatlar kartın məxsus olduğu müəsissə tərəfindən saxlanılır, kartın istifadəçisi və həmin müəssisə tərəfindən idarə olunur. Kartlarda informasiya təhükəsizliyinin təmin edilməsi üçün (kartın nömrəsi, PİN-kod, təhlükəsizlik şifrəsi, bank resurslarına aid şifrələr, kredit limiti, əməliyyatların tarixçəsi və s.) xüsusiyyətlərin qorunmasına diqqət yetirilməlidir. Beləliklə, yuxarıda qeyd edilən işin halları, iddiaçının ona məxsus plastik kartın şəklini çəkməklə, üçüncü şəxslərə göndərməsi, ardınca üçüncü şəxslərin tələbi ilə sms vasitəsilə daxil olmuş təhlükəsizlik şifrəsini həmin şəxslərə ötürməsi, bununla da qarşılıqlı razılıq əsasında bağlanmış müqavilə ilə müəyyən edilmiş təhlükəsizlik şərtlərinin pozulmasına şərait yaratması və bu kimi digər hallar iddianın təmin edilməsini qeyrimümkün etmiş, cavabdeh tərəfindən iddiaçıya maddi zərər vuracaq hər hansı hərəkət və ya hərəkətsizliyə yol verilməmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia təmin edilə bilməz. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh "xxxx" KB ASC-yə qarşı «borcun silinməsi, öhdəlik münasibətlərinə xitam verilməsi və kredit xətti müqaviləsi üzrə pulun tələb edilməsinin qadağan edilməsi» tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" KB ASC-yə qarşı «borcun silinməsi, öhdəlik münasibətlərinə xitam verilməsi və kredit xətti müqaviləsi üzrə pulun tələb edilməsinin qadağan edilməsi» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar