Məhkəmə qərarları › İş №2(006)-97/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-97/2024

18.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-97/2024 18.01.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçının, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin və onun vəkili Vəkil2, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin nümayəndəsi X3 iştirakları ilə İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı uşaq tələbi və alimentin ləğv olunmasına dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1057/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin dəyişdirilərək, xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh onun xeyrinə hər ay hər uşağa görə 220 manat olmaqla və mediasiya xərci olaraq ödədiyi 60 manatın tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1057/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün xx.xx.2020-ci il tarixdən iddiaçı Cavabdeh hər ay hər uşağa görə 175 manat, ümumilikdə 350 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. Lakin, uşağın böyüməsi, təhsillə əlaqədar zəruri və digər xərclər, həmçinin sağlamlıq və tərbiyə edilməsi, qayğısına qalınması üçün hazırda məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment kifayət etmir. Belə ki, yuxarıda qeyd olunan qətnamə ilə övladının saxlanılması üçün qət edilən aliment məbləği bugünki günün iqtisadi göstəriciləri ilə uzlaşmır. Qiymətlərin qalxması və digər zəruri amillər onun maddi təminatının artmasına səbəb olmuşdur. Uşağın saxlanılmasında onun bir valideyn kimi iştirak etməsinə baxmayaraq onun maddi təminatının təminində bəzi problemlərlə üzləşir. Uşağın maddi təminatının təmini onunla yanaşı cavabdehin də vəzifə borcudur. Cavabdeh ilkin mediasiya sessiyası barədə rəsmi olaraq məlumatlandırılsa da sessiyada iştirak etməmişdir, ilkin mediasiya sessiyasının keçirilməsi üçün 60 manat ödəniş edilmişdir. Cavabdeh İddiaçı qarşı uşaq tələbi və alimentin ləğv olunmasına dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2013-cü il təvəllüdlü X5 anasının himayəsindən alınıb onun himayəsinə verilməsi və qətnamə ilə uşaqlara təyin olunmuş alimentin tamamilə ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdeh İddiaçı Məmədhəsən qızı ilə xx.xx.2012-ci tarixdə, 663 №li akt qeydi aparılmaqla Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsində nikaha girmişdir. Cavabdehlə ailə münasibətləri alınmadığından nikahları məhkəmə qaydaşında pozulmuşdur. Uşaqları ananın himayəsinə verilmişdir. Bu barədə Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi vardır. Həmin qətnamə ilə hər iki uşaq ananın himayəsinə verilmiş və uşaqların saxlanılması üçün hər ay o 350 manat aliment ödəyir. Birgə nikahlarından 2 övladları - 05 aprel 2013-cü il təvəllüdlü X8 və 17 yanvar 2018-ci təvəllüdlü X10 doğulmuşdur. O, uşaqlarından biri olan X5 onun himayəsinə qaytarılmasını istəyir. Digər uşaqları olan X6 isə hələki azyaşlı olduğunu nəzərə alaraq, anasının himayəsində saxlanılmasına razıdır. Kazımzadə Aylinin artıq 10 yaşı var. Uşaq onunla qalmaq istəyir. Son vaxtlar Zöhrə ilə aralarında olan danışıqlardan da belə məlum oldu ki, o da Aylinin onun himayəsinə verilməsinə razıdır. Ona görə də məhkəmə qaydasında Aylinin anasının himayəsindən alınıb, onun himayəsinə qaytarılmasını istəyir. İş üzrə ilk İddiaçı 2023-cü il yaşayış minimumuna istinad edərək hər bir uşaq üçün 220 manat, ümumilikdə 440 manat aliment tələb edir. Daha sonra İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, birgə nikahlarından olan xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh əmək haqqı və digər gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin tutulması və mediasiya xərci olaraq ödənilmiş 60 manatın 30 manatının tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Ərizə onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası DİN Maliyyə-Plan İdarəsinin 3-B-27/2-K-465/1/2023 nömrəli, xx.xx.2023-cü il tarixli arayışına əsasən cavabdeh DİN-nin əmkdaşıdır və aylıq əmək haqqı 1210 manat təşkil edir. Daha sonra Cavabdeh qarşılıqlı iddia ərizəsinə dair dəqiqləşdirmə təqdim edərək, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-1057/2021-saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə X6 anasının himayəsində saxlanılması, onun saxlanılması üçün atadan tutulması qət edilmiş 175 manat alimentin olduğu kimi qalması, qətnamənin X7 aid hissədə dəyişiklik edilərək, anasının himayəsinə verilmiş 05 aprel 2013-cü il təvəllüdlü X5 ananın himayəsindən alınaraq, onun himayəsinə verilməsi və X7 görə hər ay ödədiyi 175 manat alimentin ləğv edilməsi, Aylinin saxlanması üçün 175 manat alimentin İddiaçı Məmədhəsən qızından tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1 ilk iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdilər, qarşılıqlı iddia tələbini etiraf etməyərək onun rədd edilməsini xahiş etdilər. Məhkəmə iclasında cavabdeh ilk iddia tələbini etiraf etməyərək, onun rədd edilməsini xahiş etdi, qarşılıqlı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin vəkili onun mənafeyinə uyğun izahat verdi. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin nümayəndəsi ilk və qarşılıqlı iddialarının təmin edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasında şəxs Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin nümayəndəsinin iştirakı ilə dinlənilmiş xx.xx.2013-cü il təvəllüdlü X8 hazırda atasının yanında qalmasını və bundan sonra da atasının yanında qalmaq istədiyini bildirdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, ilk iddia tələbi təmin edilməli, qarşılıqlı iddia isə təmin edilməməlidir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci tarixli 2(006)-1057/2021 saylı qətnaməsinin surətindən görünür ki, tərəflər arasında nikahın pozulması, xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X6 anaları X1 yanında qalması, Cavabdeh xx.xx.2020-ci il tarixdən başlayaraq X1 xeyrinə xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər uşaq üçün hər ay 175 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2023-cü il tarixli rəyinə əsasən azyaşlının fikri nəzərə alınmaqla xx.xx.2013-cü il təvəllüdlü X5 atası Cavabdeh yanında saxlanılması azyaşlının mənafeyinə uyğun hesab edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16-16/2-11/532 saylı rəyinə əsasən xx.xx.2013-cü il təvəllüdlü X5 əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri müəyyən olunmur. xx.xx.2013-cü il təvəllüdlü X5 hal-hazırda atası Cavabdeh və anası İddiaçı bağlılığı müəyyən olunmaqla, atası Cavabdeh bağlılığı daha çoxdur. İddiaçı və Cavabdeh fərdipsixoloji xüsusiyyətlərində xx.xx.2013-cü il təvəllüdlü X5 emosional-iradi sferasına neqativ təsir göstərə biləcək aqressivlik əlamətləri üzə çıxmır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 60.4-cü maddəsinə əsasən, valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Məhkəmə, ilk iddiaçının şəxsən öz uşaqlarının qayğısına qalıb onları böyütmək, tərbiyə etmək arzusunda olmasını və bir ana, valideyn kimi qanunvericilikdə bu hüquqa malik olmasını nəzərə alaraq qeyd edir ki, Aylin Kazımzadənin ananın himayəsində qalıb böyüməsi onun mənafeyinə uyğundur. Çünki, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşaqların mənafeyi üstün tutulmalı, onların maraqlarının daha yaxşı təmin edilməsinə diqqət yetirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il 8- 2/2016 nömrəli qərarının (20 fevral 2020-ci il tarixə olan dəyişiklik və əlavələrlə) 7.1-ci bəndində qeyd edilmişdir ki, yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar. Valideynlərdən birinin maddi-məişət şəraitinin digərinə nisbətdə üstün olması uşağın həmin valideynin yanında qalmasının təmin olunması üçün mütləq (həlledici) əsas ola bilməz. Eyni zamanda həmin qərarda qeyd edilmişdir ki, nikahın pozulması zamanı uşağın valideynlərdən hansının yanında qalması məsələsinin və ya uşaqla bağlı mübahisənin həll olunması, bu barədə məhkəmə qətnaməsi qüvvəyə mindikdən sonra uşaq tələbinə dair yeni əsaslarla iddia qaldırılmasına mane olmur. İş materiallarından müəyyən olunur ki, məhkəmə qətnaməsi ilə nikah pozularkən uşaqların analarının yanında saxlanılması müəyyən olunmuşdur. Hazırda Ceyhun X4 yanında saxlanılmasınının yeni əsasını uşağın 10 yaşının tamam olması, tərəflərin yaşayış, vərdiş, düşüncə tərzində və səviyyəsində fərqlərin olması ilə əsaslandırmağa çalışmışdır. Azərbaycan Respublikasının qoşulduğu “Uşaq hüquqları haqqında” BMT-nin Konvensiyasının 3-cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan təminat idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməlidir. Uşaqları valideynlərindən ayırmaq, himayəyə və ya övladlığa vermək barədə qərarlar Avropa Məhkəməsinin “İnsan hüquqları və əsas azadlıqlarına dair Avropa Konvensiyası”nın 8-ci maddəsində nəzərdə tutulmuş ailə həyatına hörmət hüququ kontekstində araşdırdığı məsələlərdəndir və Məhkəmənin presedent hüququna görə bu məsələlərlə bağlı qərar çıxarılarkən uşağın maraqlarına birinci dərəcəli əhəmiyyət verilməklə yanaşı, onların rəyləri dinlənilməlidir (“Mustafa və X11rşı” iş). “K. A. Finlandiyaya qarşı” iş üzrə qərarında isə Avropa Məhkəməsi vurğulamışdır ki, “...ayrılıqdan sonra uzun müddət keçdikdə və uşaq himayəyə verildiyi ailədəki vəziyyətə alışdıqda, bu vəziyyətin yenidən dəyişməsi uşağın maraqlarına uyğun olmaya bilər və bu halda onun maraqları valideynlərinin maraqlarını üstələyə bilər”. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Elsholzun işi” ilə bağlı Qərarında qeyd etmişdir ki, uşağın maraqları ilə valideylərin maraqları arasında ədalətli tarazlıq yaratmaq zəruridir. Məhkəmə belə qərara gələrkən uşağın maraqlarına xüsusi əhəmiyyət verir. Çünki uşağın maraqları öz tələblərinə və əhəmiyyətinə görə valideynlərin maraqlarından üstündür. “Uşaq hüquqları haqqında” 20 noyabr 1959-cu il tarixli Bəyannamənin 6-cı maddəsinə əsasən uşaq, mümkün olduqda valideynlərinin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. Beləliklə, məhkəmə qarşılıqlı tələblə atanın bildirdiyi əsasların uşağın üstün mənafeyi kontekstindən araşdırmasını zəruri hesab edir. İlk olaraq vurğulanmalıdır ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci maddəsinə əsasən, uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Araşdırma zamanı məhkəmə tərəfindən qanunvericiliyin düzgün tətbiq edilməsi məqsədi ilə vahid məhkəmə təcrübəsini formalaşdıran Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumun 28 mart 2016-cı il 8-2/2016 nömrəli qərarındakı tövsiyyələrə istinad ediləcəkdir. Qərarın 7.5-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrə izah edilsin ki, valideynlərdən hansının yanında qalması ilə bağlı uşağın fikri dinlənilərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci maddəsində qeyd edilən “10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır” yaxud ”qərar qəbul edilərkən 7 yaşına çatmış uşağın fikri öyrənilə və nəzərə alına bilər” ifadələri uşağın bir valideyndən digərinə alınıb verilməsi üçün yeganə əsas deyildir. Məhkəmə hər bir halda uşağın fikrini digər hallarla yanaşı məcmu halında qiymətləndirməli və uşağın üstün maraqlarını nəzərə almaqla mübahisəni həll etməlidir. Qərarın 7.6-cı bəndində qeyd edilmişdir ki, məhkəmələrə tövsiyə edilsin ki, nikahın pozulması zamanı yetkinlik yaşına çatmayan uşaqların kimin yanında qalması məsələsi həll olunarkən onların əqli, fiziki və psixoloji cəhətdən sağlam inkişafının və digər bacıqardaşları ilə artıq vərdiş etdikləri şəraitdə birlikdə yaşamalarının təmin olunması baxımından müstəsna hallar istisna olmaqla eyni valideynə verilmələri onların qanunla qorunan ən yaxşı mənafelərinə daha uyğundur. Məhkəmə qeyd edir ki, ciddi əsaslandırılmış səbəblər mövcud olmadan uzun müddət birlikdə yaşamağa öyrənmiş uşaqların onların mənafelərinə və üstün maraqlarına zidd şəkildə biri-birindən ayrılmasına yol verilməməli, uşaqların bir-birilərinə bağlılığı nəzərə alınmalıdır. Məhkəmə iclasında dinlənilərkən Aylin Kazımzadə atasının yanında qalmaq istədiyini bildirməklə yanaşı, bacısını çox istədiyini, mehriban olduqlarını, onun qayğısına qaldığını və tez-tez görüşmək istədiyini qeyd etmişdir. Məhkəmə hesab edir ki, xx.xx.2013-cü il təvəllüdlü X5 anasının yanında qalması onun mənafeyinə uyğun olmaqla, onun bacısı ilə böyüməsi onun əqli, fiziki və psixoloji cəhətdən sağlam inkişafına vəsilə olacaqdır. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2023-cü il tarixli rəyinə əsasən azyaşlının fikri nəzərə alınmaqla xx.xx.2013-cü il təvəllüdlü X5 atası Cavabdeh yanında saxlanılması azyaşlının mənafeyinə uyğun hesab edilməsi vurğulansa da, uşağın fikri digər hallarla yanaşı məcmu halında qiymətləndirməli, uşağın anasının etirazı və uşağın üstün maraqları nəzərə almalıdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16-16/2-11/532 saylı rəyində xx.xx.2013-cü il təvəllüdlü X5 halhazırda atası Cavabdeh və anası İddiaçı bağlılığı müəyyən olunmaqla, atası Cavabdeh bağlılığı daha çox olması vurğulansa da, bu onun atasının himayəsinə verilməsi üçün mütləq əsas deyildir. Belə ki, rəyin tədiqiqi hissəsinin 5-ci səhifəsində, xx.xx.2013-cü il təvəllüdlü A. Kazımzadənin “Ailə sosioqramı” metodikası yerinə yetirilərkən atasını, anasını, ata nənəsini və digər qohumlarını seçməsini göstərilmişdir. Bundan əlavə, tədqiqat zamanı X5 idrak proseslərini müəyyən etmək məqsədi ilə ekspert tərəfindən istifadə edilmiş Rene Jilin “Film test” metodikasına əsasən A. Kazımzadə vaxt keçirmək üçün atasını, anasını, bacısını seçdiyini göstərmişdir. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə tərəflərin izahlarını, uşağın fikrini dinləyərək, rəyləri qiymətləndirərək, hesab edir ki, uşağın anasından və bacısından ayrılmasına müstəsna və ciddi əsaslar yoxdur və bu məqsədəuyğun da deyildir. Beləliklə də, məhkəmə hesab edir ki, qarşılıqlı iddia “xx.xx.2013-cü il təvəllüdlü X5 atasının himayəsinə verilməsi” hissəsində təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, xx.xx.2013-cü il təvəllüdlü X5 atasına verilməsi təmin edilmədiyindən qarşıqlı iddia tələbinin “X7 görə hər ay ödədiyi 175 manat alimentin ləğv edilməsi, Aylinin saxlanması üçün 175 manat alimentin İddiaçı Məmədhəsən qızından tutularaq ona verilməsi” hissəsi də təmin edilməməlidir. Məhkəmə ilk iddiaya münasibətdə aşağıdakıları qeyd edir. Alimentin miqdarının dəyişdirilməsinin həlli qaydası Ailə Məcəlləsinin 112.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Beləliklə, qanunverici prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasını və ya azaldılması) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Hazırki mübahisə üzrə iddiaçı müəyyən olunmuş alimentin miqdarının dəyişdirilməsi (artırılmasını) əvvəllər müəyyən olunmuş aliment məbləğinin uşaqların saxlanılmasının təminatı üçün kifayət etmədiyinə əsaslanmaqla tələb edir. Məhkəmə hesab edir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Belə ki, onun aldığı aliment məbləğinin müəyyən olunduğu tarixdən bugünədək istehlak qiymətləri və.s dəyişmiş, həmçinin, uşaqlar böyüməkdə davam etməklə onların müvafiq olaraq tələbatları da artmışdır. Bütün bunlar iddiaçının maddi vəziyyətində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə-qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarda aliment tutulur. Qeyd edilənləri nəzərə almaqla məhkəmə hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1057/2021 saylı iş üzrə xx.xx.2021-ci tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği göstərilən halların məcmusu, eləcə də dəyişən şərait və istehlak qiymətlərinin mövcud vəziyyəti, uşaqların böyüdükcə artan tələbatları nəzərə alınmaqla üçdə bir hissədə tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, aliment məbləğinin dəyişdirilməsi barədə ilk iddia təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(006)- 1057/2021 saylı qətnaməsi əsasında Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilərək, xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə hər ay qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında aliment tutulmalıdır. Alimentin tutulma müddəti ilə bağlı məhkəmə hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən, yəni mövcud iddia tələbi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Bundan başqa, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2 №-li Qərarının 8.14-cü bəndində də qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs alimenti ödəməkdən azad edilir. Məhkəmə ilk iddia tələbinin “mediasiya xərci olaraq ödədiyi 30 manatın tutulması” hissəsinə münasibətdə qeyd edir ki, mediasiya xərci olaraq ödənilmiş 60 manatın 30 manatı Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinin tələbinə görə iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, məhkəməpsixoloji ekspertizasının dəyəri 80 manat təşkil edir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə-psixoloji ekspertiza tədqiqatının dəyəri olan 80 manatın 40 manatı İddiaçı, 40 manatı Cavabdeh alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlk iddia tələbi təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(006)-1057/2021 saylı qətnaməsi əsasında Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilsin. Hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment tutularaq İddiaçı verilsin. Mediasiya xərci olaraq ödənilmiş 60 manatın 30 manatı Cavabdeh alınaraq İddiaçı ödənilsin. İddiaçı ödəməkdən azad edildiyi 30 manat dövlət rüsumu Cavabdeh alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Cavabdeh İddiaçı qarşı uşaq tələbi və alimentin ləğv olunmasına dair qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri Cavabdeh özünə aid edilsin. İş üzrə keçirilmiş məhkəmə-psixoloji ekspertiza tədqiqatının dəyəri olan 80 manatın 40 manatı İddiaçı, 40 manatı Cavabdeh alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (VÖEN **********, hesab AZ34CTRE********************). Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar