Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-999/2023 02.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi -Tağıyev Adil Elçin oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh ləğv prosesində olan "AmrahBank” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «əmanət faizlərinin ödənilməsi» tələbinə dair mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh ləğv prosesində olan "Amrah Bank” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «əmanət faizlərinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə bankın Yasamal filialı ilə İddiaçı2 arasında bağlanmış xx.xx.2016-cı il tarixli PTD251550.001 və xx.xx.2017-ci il tarixli PTD251550.002 nömrəli müqavilələrə əsasən **********547474 nömrəli debet plastik karta köçürülmüş 899 manat 99 qəpik məbləğində pulun cavabdehdən tutularaq İddiaçı2 ödənilməsi, cavabdehin üzərinə bankın Yasamal filialı ilə İddiaçı1 arasında baglanmış xx.xx.2016-cı il tarixli PTD254109.001 nömrəli müqaviləyə əsasən **********767995 nömrəli plastik karta köçürülmüş 417 manat 31 qəpik məbləğində pulun cavabdehdən tutularaq İddiaçı1 ödənilməsi, iddia ərizəsinə görə 33 manat 20 qəpik dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçılara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsini onunla əsaslandırmışlar ki, Ləğv etmə prosesində olan "Amrahbank’' ASC-nin Yasamal filialı ilə İddiaçı2 arasında baglanmış xx.xx.2016-cı il tarixli PTD251550.001 və xx.xx.2017-ci il tarixli PTD251550.002 nömrəli müqavilələrlə hər biri on min manat olmaqla cəmi 20.000 manat pul illik 15% faiz olmaqla hər ay ödənilməsi şərti ilə 3 il müddətə əmanət qoyulmuşdur. Cavabdeh1 ASC tərəfindən İddiaçı2 təqdim olunmuş **********547474 nömrəli debet plastik karta hər ay köçürülən 250 manat pul götürülmüş, lakin 2019-cu ilin oktyabr ayında kartın istifadə müddəti bitdiyndən əmanət faizi kimi köçürülmüş 899 manat 99 qəpik pulu götürmək mümkün olmamışdır. Bundan əlavə, Amrahbank” ASC-nin Yasamal filialı ilə İddiaçı1 arasında baglanmış xx.xx.2016-cı il tarixli PTD254109.001 nömrəli müqavilə ilə 20.000 manat pul illik 15% faiz olmaqla hər ay ödənilməsi şərti ilə 3 il müddətə əmanət qoyulmuşdur. Cavabdeh1 ASC tərəfindən iddiaçı llkin Hidayevə təqdim olunmuş **********767995 nömrəli debet plastik karta hər ay köçürülən 250 manat pul götürülmüş, lakin 2019-cu ilin dekabr ayında kartın istifadə müddəti bitdiyindən əmanət faizi kimi köçürülmüş 417 manat 31 qəpik pul götürülməmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-3(103)-130/2020 saylı qərarı ilə Cavabdeh1 ASC müflis elan edilməklə iflas proseduruna başlanılmış, eyni qərarla X4 ləgvedicisi təyin edilmişdir. Cavabdeh X4 tərəfindən əmanətlər və faizlərın bır hissəsi qaytarılmasına baxmayaraq vaxtı çıxmış plastik kartlara köçürülmüş iddıaçı İddiaçı2 məxsus 899 manat 99 qəpik, İddiaçı1 məxsus 417 manat 31 qəpik ödənilməmişdir. Əmanət faizlərinin ödənilməsi ilə bankdan alınmış müvafiq arayışlarla müəyyən edilmişdir ki, 2019-cu ilin oktyabr ayından sonra **********547474 nömrəli plastık karta köçürülmüş 899 manat 99 qəpık pul, **********767995 nömrəli plastik karta köçürülmüş 417 manat 31 qəpik pul "kartın bağlanması ilə əlaqədar” müəmmalı əsasla iddiaçılar Orxan və İddiaçı1lərin həsablarından silinmiş və həmin pul heç bir yerə köçürülməmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarıxlı 2-3(103)-130/2020 saylı qərarı ilə “Amrahbank" ASC müflıs elan edilməklə iflas proseduruna başlanılmış, eyni qərarla X3 ləgvedicisi təyin edilmişdir. İddiacılar İlkin və İddiaçı2lər xx.xx.2020 və xx.xx.2020-ci il tarixlərdə "Banklar haqqında” Azərbaycan Respublikasının Qanunun 76-cı maddəsinin tələblərinə riayət etməklə 60 gün ərzində (yəni qanunun tələb etdiyi xx.xx.2020-ci il tarixədək) 2 dəfə "Amrahbank'’ ASC-nin ləgvedicisi Əmanətlərin Sığortalanması Fonduna müraciət etməsinə baxmayaraq ləğvedici tərəfındən "Banklar haqqında" Azərbaycan Rəspublikasının Qanunun 76 və 77-ci maddələrinin tələblərinə rıayət edilmədən sonrakı 30 gün müddətində həmin tələblər ASC-nin təsdiqlənmiş tələblər siyahısına daxil edilmədən məhkəməyə təqdim edilmişdir. Bununla baglı xx.xx.2020 və xx.xx.2020-ci il tarixlərdə X1 yazılı müraciət edilməklə qeyd edilən arayışlar təqdim edilsə də "Banklar haqqında" Azərbaycan Respublikasının Qanunun qeyd edilən bəndinə istinad edib, iddiaçıların tələb etdiyi 899 və 417 manat ödənilməsi barədə tələbin ASC-nin təsdiqlənmiş tələblər siyahısında mövcud olmaması qənaətinə gəlinməklə (halbuki qanunla müəyyən edilmiş 60 gün müddətdə iddiaçılar müraciət etdiyindən Fond özü tələblər siyahısına əlavə etdirməli idi) sonuncu özünün təqsiri üzündən həmin pulun ödənilməsi təmin edilməmiş və yalnız 2 ildən sonra xx.xx.2022-ci il tarıxli **********159 nömrəli məktubla həmin məbləğin məhkəmənın muvafiq qərarı ilə təsdiq edilmiş tələblər siyahısında aşkar edilməməsi barədə İddiaçı2 əsassız cavab verilmiş, İddiaçı1 isə ümumıyyətlə cavab verilməmişdir. Hüquqlarının pozulması ilə əlaqədar iddiaçılar İlkin və İddiaçı2lər Orxan Əziz oglu cavabdeh ləğv prosesində olan "xxxx" ASC-nin ləgvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia ərizəsi ılə Bakı Apellyasıya Məhkəməsinə muraciət edərək, cavabdehin üzərinə bankın Yasamal filialı ilə İddiaçı2 arasında bağlanmış xx.xx.2016-cı il tarixlı PTD251550.001 və xx.xx.2017-ci il tarixli PTD251550.002 nömrəli müqavilələrə əsasən **********547474 nömrəlı debet plastik kartına (qorunan əmanət faizi kimi) köçürülmüş 899 manat 99 qəpik və bankın Yasamal filialı ilə İddiaçı1 arasında baglanmış xx.xx.2016-cı il tarixli PTD254109.001 nömrəlı müqaviləyə əsasən **********767995 nömrəli plastık karta (qorunan əmanət faizi kimi) köçürülmüş 417 manat 31 qəpik pulun ödənilməsinə dair öhdəliyin qoyulmasına dair qərar qəbul edilməsi barədə iddia ərizəsi xx.xx.2022-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasında baxılmış, iddianın mümkünsüz sayılmasına və mülki qaydada məhkəməyə müraciət edilməli olmasına dair 2-3(103)-25/2022 nömrəli qərardad qəbul edilmişdir. Həmin qərardaddan Azərbaycan Respublıkası Alı Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilmiş, məhkəmənin 2-3(102)-6/2022 qəran ilə kassasıya şıkayəti təmin edilməmiş, Bakı Apellyasıya Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bunundan başqa, xx.xx.2020 və xx.xx.2020-ci il tarixlərdə iddiaçılar tərəfindən cavabdeh X2 yazılı müraciət edilməklə təsdiqedici arayışlar təqdim edilsə də, cavabdeh tərəfindən 'lnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanunun 52-ci maddəsinin tələbləri kobud surətdə pozulmaqla yalnız 2 ildən sonra xx.xx.2022-ci il tarixli **********159 nömrəli məktubla həmin məbləgin bankda aşkar edilməməsi barədə İddiaçı2 əsassız cavab verilmiş İddiaçı1 isə ümumiyyətlə cavab verilməmışdır. Cavabdehin iddıaçılara hüquqları vaxtında izah etməməsi və onlara vaxtında cavab verməməklə növbəti qanunsuz hərəkətsizliyi nəticəsində iddiaçıların bu barədə məhkəməyə müraciət etmək hüquqlarını kobud şəkıldə pozmuşlar. Əvvəl keçirilmiş məhkəmə iclasında iddiaçıların nümayəndəsi X5 iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, iddianı müdafiə etdi və tələbin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçıların nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: Cavabdeh1 açıq səhmdar cəmiyyəti ilə İddiaçı2 arasında bağlanmış xx.xx.2016-cı il tarixli PTD.251550.001 saylı “Güvən" əmanət müqaviləsi”ndən görünür ki, Bank əmanətçidən 10000.00 manat məbləğində pul vəsaitini AZ18AMRA******************** nömrəli hesaba qəbul edərək müqavilədə nəzərdə tutulan şərtlərlə və qaydada əmanət məbləğini Əmanətçiyə qavtarmagı və onun üçün illik 15.00 % dərəcəsi ilə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh1 açıq səhmdar cəmiyyəti ilə İddiaçı2 arasında bağlanmış xx.xx.2017-ci il tarixli PTD.251550.002 saylı “Güvən" əmanət müqaviləsi”ndən görünür ki, Bank əmanətçidən 10000.00 manat məbləğində pul vəsaitini AZ88AMRA******************** nömrəli hesaba qəbul edərək müqavilədə nəzərdə tutulan şərtlərlə və qaydada əmanət məbləğini Əmanətçiyə qavtarmagı və onun üçün illik 15.00 % dərəcəsi ilə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh1 açıq səhmdar cəmiyyəti ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2016-cı il tarixli PTD.254109.001 saylı “Lider" əmanət müqaviləsi”ndən görünür ki, Bank əmanətçidən 20000.00 manat məbləğində pul vəsaitini AZ28AMRA******************** nömrəli hesaba qəbul edərək müqavilədə nəzərdə tutulan şərtlərlə və qaydada əmanət məbləğini Əmanətçiyə qavtarmagı və onun üçün illik 15.00 % dərəcəsi ilə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2020-ci il tarixli Hesabdan çıxarışdan görünür ki, İddiaçı2 xx.xx.2020-ci il tarixinə hesabında 899,99 manat məbləğində qalıq qalmışdır. xx.xx.2020-ci il tarixli Hesabdan çıxarışdan görünür ki, İddiaçı1 xx.xx.2020-ci il tarixinə hesabında 417,31 manat məbləğində qalıq qalmışdır. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış cavabdeh tərəfindən İddiaçı2 ünvanlanmış **********159 nömrəli, 25 may 2022-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, “Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-3(103)-130/2020 saylı qərarı ilə “Amrəhbank" ASC müflis elan edilmış və iflas proseduruna başlanılmış, eyni qərarla Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin edilmişdir. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla müflis banka qarşı tələblər bankın müflis elan olunmasına dair məhkəmə qərarının kütləvi informasiya vasitələrində ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində kreditor tərəfindən həmin tələbin hüquqi əsasını sübut edər sənədlər və digər məlumatların təqdim edilməsi əsasında ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınmışdır. Qeydə alınmış tələblərin təhlilindən sonra ləğvedici qəbul etdiyi tələbləri qəbul edilmiş tələblər siyahısına daxil edir. Tələblərin qeydiyyatı müddətinin qurtardığı gündən 30 təqvim günü ərzində siyahı tərtib edilir və məhkəmənin təsdiqinə verilir. Məhkəmənin təsdiq etdiyi tələblər qəti xarakter daşıyır. Ləğv prosesində olan “Amrahbank" ASC-nin təsdiqlənmiş tələblər siyahısında sözügedən tələb aşkar edilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 944.1-ci maddəsinə əsasən bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. "Banklar haqqında” Azərbaycan Respublikası Qanununun: 76.1-ci maddəsinə əsasən bu Qanunun 77.1-ci və 77.2-ci maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, müflis banka qarşı tələblər bankın müflis elan olunmasına dair məhkəmə qərarının mediada ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınmalıdır. Məhkəmə bu müddəti bütün kreditorlar üçün yalnız bir dəfə 30 təqvim günü müddətinə uzada bilər. Kreditorların sorğusu üzrə onlara tələblərinin qeydə alındığına dair qəbz verilir. 77.1-ci maddəsinə əsasən Bankın mühasibat uçotu və hesabatı sənədlərində əks etdirilmiş depozitlərlə bağlı tələblər istisna olmaqla, yalnız bu Qanunun 76-cı maddəsinə uyğun qəbul edilmiş tələblər qeydə almır. Depozitlərlə bağlı tələblər isə mühasibat uçotu sənədlərində əks etdirilmiş məbləğlərdə qəbul edilir. 77.2-ci maddəsinə əsasən Bank tərəfindən əks etdirilmiş məbləğdən az məbləğdə irəli sürülmüş tələblər istisna olmaqla, bankın mühasibat uçotu və hesabatı sənədlərində əks etdirilmiş tələblər sənədlərdə əks olunmuş məbləğdə qəbul edilir. Az məbləğdə irəli sürülmüş tələblər isə təqdim olunmuş miqdarda qəbul edilir. "Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanunun: 2.1.1-ci maddəsinə əsasən əmanət - hesablanmış faizlər də daxil olmaqla, bankın milli və xarici valyutada qəbul etdiyi və müvafiq qanunvericiliyə və ya müqaviləyə əsasən geri ödəməli olduğu pul vəsaitləridir; 2.1.2-ci maddəsinə əsasən qorunan əmanət - sığorta hadisəsi baş verdikdə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətidir; 2.1.2.6-ci maddəsinə əsasən cəlb edildiyi günə bu Qanunun 8.1.20-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər qorunan əmanətlərə aid edilmir; 2.1.3-cü maddəsinə əsasən sığortalanmış əmanət-qorunan əmanətçinin qorunan əmanətinin Fond tərəfindən kompensasiya ödənilən hissəsidir; 2.1.11-ci maddəsinə əsasən kompensasiya-sığorta hadisəsi baş verdikdə, qorunan əmanətçilərə ödənilən pul vəsaitidir; 8.1.20-ci maddəsinə əsasən qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini maliyyə bazarlarına nəzarət orqanı və Mərkəzi Bankla razılaşdırmaqla müəyyən edir; 25.1.4-cü maddəsinə əsasən əmanətçilərin bu qanuna uyğun olaraq əmanətlər üzrə kompensasiya almaq hüquqları vardır; 26.1-ci maddəsinə əsasən Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 100 (bir yüz) min manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir. Fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesablarındakı pul vəsaitləri üzrə kompensasiya 20 (iyirmi) min manatdan çox olmamaqla, notariusların depozit hesablarında olan fiziki şəxslərə məxsus pul vəsaitləri üzrə kompensasiya isə həmin pul vəsaitlərinin 100 faizi həcmində ödənilir; 26.2-ci maddəsinə əsasən sığorta hadisəsi baş verdiyi günə əmanətçinin iştirakçı bank qarşısında vaxtı çatmış öhdəliyi olduqda əmanət üzrə kompensasiya hesablanmış faizlər də daxil olmaqla əmanətçinin bank qarşısında icra edilməyən öhdəliyinin hissəsi qorunan əmanətinin məbləğindən çıxılmaqla qalıq hissəsi üzrə ödənilir. 27.2-ci maddəsinə əsasən, əmanətlər üzrə faizlər sığorta hadisəsinin baş verdiyi günə qədər hesablanmış məbləğdə ödənilir, bu şərtlə ki, kompensasiya bu qanunun 26.1ci maddəsində göstərilən məbləğdən artıq olmasın. "Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun: 4.1-ci maddəsinə əsasən qorunan əmanətçilərin bu Qanunun qüvvəyə mindiyi günə bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan banklarda mövcud olan və illik faiz dərəcələri Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının müəyyən etdiyi illik faiz dərəcəsi həddindən yuxarı olan əmanətləri həmin əmanətçilərin müraciəti əsasında müddəti qurtarmamış əmanət müqavilələrində bu Qanunun 3-cü maddəsinin tələblərinə uyğun olaraq müvafiq dəyişikliklər edilməklə tam sığortalanır; 5.1-ci maddəsinə əsasən Əmanətlərin Sığortalanması Fondunun- iştirakçı banklarında sığorta hadisəsi baş verdikdə tam sığortalanmış əmanət üzrə kompensasiya əmanətin 100 faizi həcmində "Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsində nəzərdə tutulan şərt tətbiq edilmədən ödənilir. Məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, iddiaçılar ilə "Amrah Bank” ASC arasında xx.xx.2016-cı il tarixli PTD.251550.001 saylı və xx.xx.2017-ci il tarixli PTD.251550.002 saylı “Güvən" əmanət müqavilələri və xx.xx.2016-cı il tarixli PTD.254109.001 saylı “Lider" əmanət müqaviləsi bağlanmış və həmin müqavilələrə əsasən bank əmanətçilərdən ümumilikdə 40.000 manat məbləğində pul vəsaitini (əmanəti) hesaba qəbul edərək, müqavilədə nəzərdə tutulan şərtlərlə və qaydada əmanətçilərə qaytarmağı öhdəsinə götürmüşdür. Əmanətlər 36 ay müddətinə, illik 15%-lə qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-3(103)-130/2020 saylı qərarı ilə Cavabdeh1 ASC müflis elan edilməklə iflas proseduruna başlanılmış, eyni qərarla Əmanətlərin Sığortalanması Fondu bankın ləgvedicisi təyin edilmişdir. İddiaçılar xx.xx.2020 və xx.xx.2020-ci il tarixlərdə "Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun 76-cı maddəsinin tələblərinə riayət etməklə 60 gün ərzində (yəni qanunun tələb etdiyi xx.xx.2020-ci il tarixədək) 2 dəfə cavabdehə müraciət etmələrinə baxmayaraq cavabdeh tərəfindən "Banklar haqqında” Azərbaycan Respublikasının Qanunun 76 və 77ci maddələrinin tələblərinə riayət edilmədən sonrakı 30 gün müddətində həmin tələblər bankın təsdiqlənmiş tələblər siyahısına daxil edilmədən məhkəməyə təqdim edilmişdir. Lakin cavabdeh tərəfindən iddiaçıların müraciətlərindən 2 il sonra xx.xx.2022-ci il tarixli **********159 nömrəli məktubla iddiaçıların tələb etdiyi məbləğlərin məhkəmənin müvafiq qərarı ilə təsdiq edilmiş tələblər siyahısında aşkar edilməməsi barədə cavab vermişdir. Qeyd olunanlardan göründüyü kimi iddiaçılar tərəfindən Banklar haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə uyğun olaraq vaxtında cavabdehə müraciət etmişlər, lakin cavabdehin təqsiri üzündən (iddiaçıların tələblərinin məhkəmənin müvafiq qərarı ilə təsdiq edilmiş tələblər siyahısına daxil edilməməsi) həmin pulun ödənilməsi təmin edilməmişdir. İş materiallarında olan hesabdan çıxarışlardan da göründüyü kimi mübahisə predmeti olan pul məbləğləri iddiaçılara məxsus bank hesablarında qalıq qalmış, sonradan qeyri-müəyyən səbəblərdən hesabdan silinmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçılar, onların kart hesablarına köçürülmüş əmanət faizlərinin qalıq hissələrinin qaytarılmasını tələb etməkdə haqlı olduqlarından iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Ləğv prosesində olan "Amrah Bank” ASC-nin Yasamal filialı ilə İddiaçı2 arasında bağlanmış xx.xx.2016-cı il tarixli PTD251550.001 və xx.xx.2017-ci il tarixli PTD251550.002 nömrəli müqavilələrə əsasən **********547474 nömrəli debet plastik karta köçürülmüş 899 manat 99 qəpik məbləğində pul ləğv prosesində olan "Amrah Bank” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq İddiaçı2 ödənilsin. Ləğv prosesində olan "Amrah Bank” ASC-nin Yasamal filialı ilə İddiaçı1 arasında baglanmış xx.xx.2016-cı il tarixli PTD254109.001 nömrəli müqaviləyə əsasən **********767995 nömrəli plastik karta köçürülmüş 417 manat 31 qəpik məbləğində pul ləğv prosesində olan "Amrah Bank” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq İddiaçı1 ödənilsin. Ödənilmiş 33 manat 20 qəpik dövlət rüsumu ləğv prosesində olan "Amrah Bank” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq İddiaçı1 və İddiaçı2 ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №2(006)-999/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-999/2023
02.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver