Məhkəmə qərarları › İş №2(007)-1005/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1005/2022

19.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1005/2022 19.10.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X5 Mirzəyevin sədrliyi, X2 Qurbanovun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə3, Cavabdehlər Cavabdeh1 və Cavabdeh4 iştirakı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1,Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2,Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədə işə baxılarkən iddia ərizəsinə iki dəfə əlavə ərizə vermişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə3 iddia tələbini onunla əsaslandırdı ki, Cavabdeh1 21 noyabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 25 faizlə 24 ay müddətinə 30000 manat məbləğində kredit götürüb. Borcun təminatı olaraq Cavabdeh2, Vəliyeva X1 və Cavabdeh5 ilə xx.xx.2019-cu il tarixli zaminlik müqavilələri bağlanıb. xx.xx.2021-ci il tarixli Əlavə Sazişə əsasən qalıq borc məbləği kapitallaşdırılmaqla 26481,09 manat müəyyən edilib, kreditin qaytarılma müddəti xx.xx.2022-ci il tarixədək uzadılıb. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. Hal-hazırda Cavabdeh1 banka 21 noyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 26427.61 AZN əsas borc,4095.33 AZN faiz borcu, 5641.27 AZN cərimə,müqavilə müddəti bitdiyi tarixdən,xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək illik 5%-lə hesablanmış 267 AZN əldən çıxmış fayda olmaqla cəmi 36431.21 AZN kredit borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır.Qeyd edilənlərə əsasən cavabdehlət Cavabdeh1, Cavabdeh2,Cavabdeh3,Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada 26427.61 AZN əsas borc,4095.33 AZN faiz borcu, 5641.27 AZN cərimə,müqavilə müddəti bitdiyi tarixdən,xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək illik 5%-lə hesablanmış 267 AZN əldən çıxmış fayda olmaqla cəmi 36431.21 AZN kredit borcunun və 182.08 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilənin ləğv olunmasına dair qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh1 iddia tələbini qismən,əsas borc hissəsində qəbul etdiyini bildirdi.İzahat verərək göstərdi ki, həqiqətən də, bankdan 30000 manat kredit götürmüşdür. İlk vaxtlar borcunu vaxtlı-vaxtında ödəsə də, sonradan ödəniş etmək qabiliyyətini itirmişdir. Onu da qeyd edir ki, götürdüyü kreditdən bu günə kimi 15000 manat ödəniş etmişdir, buna baxmayaraq iddiaçı tərəf bu gün də ondan 29924.05 manat pul tələb edir. Hesab edir ki, ödənişlər mütəxəssis-ekspert tərəfindən hesablanmalıdır. Cavabdeh4 da eyni məzmunlu izahat verərək iddianın qismən təmin olunmasını xahiş etdi. Cavabdehlər Cavabdeh2,Cavabdeh3 və Cavabdeh5 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada məlumatlandırılsalar da məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələblərini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şıxsin izahatınl dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan: "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 21 noyabr 2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh1 illik 25 faizlə 24 ay müddətinə 30000 manat məbləğində kredit verilməsinə dair tərəflər arasında razılaşma əldə edilmişdir. Kassa məxaric orderlərindən görünür ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixdə 15000 AZN,xx.xx.2019-cu il tarixdə 11260 AZN nəğd şəkildə bankdan almışdır. "xxxx" İKB ASC ilə Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 arasında bağlanmış xx.xx.2019-cu il tarixli zaminlik müqavilələrindən görünür ki,zaminlər həmin kredit müqaviləsi üzrə öz üzərinə zaminlik öhdəlikləri götürmüşlər. xx.xx.2022-ci il tarixili maliyyə arayışından görünür ki,Cavabdeh1 21 noyabr 2019cu il tarixli kredit müqaviləsi üzrə İddiaçı ASC-yə 22527.62 manat əsas, 6339.92 manat faiz,1056.51 manat cərimə olmaqla cəmi 29924.05 manat borcu vardır.Kreditin bitmə tarixi xx.xx.2022-ci ildir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 25 iyul 2022-ci il tarixli ekspert rəyindən görünür ki, Cavabdeh1 21 noyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə İddiaçı ASC-yə əsas borc üzrə 26.427.61 manat,faiz borcu üzrə 4095.33 manat borcu vardır Ödəniş tapşırığından görünür ki, İddiaçı ASC məhkəməyə müraciət etmək üçün 182.08 manat dövlət rüsumu ödəmişdir. Xəbərdarlıq məktubundan görünür ki borclulara pretenziya məktubu göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəlləinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəlləinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşin hallarından görünür ki, "xxxx" İKB ASC ("xxxx"ASC)ilə Cavabdeh1 arasında 21 noyabr 2019-cu il tarixli kredit müqaviləsi bağlanmış, bank tərəfindən Cavabdeh1 illik 25 faizlə 24 ay müddətinə 30000 manat məbləğində kredit verilməsinə dair tərəflər arasında razılaşma əldə edilmişdir. Cavabdeh1 xx.xx.2019-cu il tarixdə 15000 AZN,xx.xx.2019-cu il tarixdə 11260 AZN nəğd şəkildə pul verilmişdir. Bankla Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 arasında xx.xx.2019cu il tarixdə zaminlik müqavilələri bağlanmış və zaminlər həmin kredit müqaviləsi üzrə öz üzərinə zaminlik öhdəlikləri götürmüşlər. Bank müqavilə öhdəliklərinə əməl edərək razılaşdırılmış məbləğdə krediti Cavabdeh1 versə də, sonuncu müqavilə üzrə götürdüyü öhdəlikləri tam və layiqincə yerinə yetirməmişdir.Digər cavabdehlər isə müqavilə ilə üzərinə götürdüyü zaminlik öhdəliklərinə əməl etməmişlər. Qeyd olunanlarla əlaqədar məhkəmə iddia tələbini qismən, 26427.61 AZN əsas borc,4095.33 AZN faiz borcu, ,müqavilə müddəti bitdiyi tarixdən,xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək illik 5%-lə hesablanmış 267 AZN əldən çıxmış fayda olmaqla kredit borcunun və 182.08 manat dövlət rüsumunun tələb olunması,müqavilənin ləğv olunması hissəsində əsaslı hesab edir. Məhkəmə 5641.27 manat cərimənin tələb olunması hissəsində iddiaya qiymət verərkən hesab edir ki,həmin məbləğdə cərimə əsas borca nisbətdə tənasübsüz olaraq yüksəkdir.Ona görə də cərimənin azaldılaraq 500 manat müəyyən olunmasını məqsədəuyğun hesab edir. Məhkəmə iş üzrə toplanmış sübutları tam və hərtərəfli araşdırıb, qiymətləndirərək, hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3,Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada 26427.61 AZN əsas borc,4095.33 AZN faiz borcu, 500 AZN cərimə,müqavilə müddəti bitdiyi xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək illik 5%-lə hesablanmış 267 AZN əldən çıxmış fayda olmaqla cəmi 31289.94 AZN kredit borcu və 182.08 manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulmalı,Nikoyl” İKB ASC ilə (İddiaçı ASC ilə) Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsi ləğv edilməlidir. Ekspertiza tədqiqatının dəyəri 50 manat Cavabdeh1, Cavabdeh2,Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzininhesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada 26427.61 AZN əsas borc, 4095.33 AZN faiz borcu, 500 AZN cərimə, müqavilə müddəti bitdiyi xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək illik 5%-lə hesablanmaqla 267 AZN əldən çıxmış fayda cəmi 31289.94 AZN kredit borcu və 182.08 manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Nikoyl” İKB ASC ilə (İddiaçı ASC ilə) Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsi ləğv edilsin. Ekspertiza tədqiqatının dəyəri 50 manat Cavabdeh1, Cavabdeh2,Cavabdeh3,Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzininhesabına köçürülsün. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar