Məhkəmə qərarları › İş №2(007)-1008/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1008/2024

22.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1008/2024 22.04.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Lamiyə Natiq qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı “X3” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “X3” Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki “X3” Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli ərizəsi və onun ayrılmaz tərkib hissəsi olan X2 əsasən cavabdehə istehlak məqsədləri üçün 35 ay müddətinə illik 27,60% ödəmək şərtilə 6500 manat məbləğində kredit xətti açılmışdır. X1 5.7.15-ci bəndinə əsasən borcverən bu müqavilə üzrə kreditin limitini heç bir əlavə sənədləşmə aparılmadan birtərəfli qaydada artırmaq hüququna malikdir. Tərəflər arasında bağlanmış X2 görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faiziə borcalana kredit xətti ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 10 yanvar 2024, çərşənbə tarixinə "xxxx" KB ASC-yə 6500 manat əsas, 659,82 manat faiz, 0 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 7159,82 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor “Unibank" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Göstərilənlərə əsasən, Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 6500 manat əsas, 659,82 manat faiz, 0 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 7159,82 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 91,60 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi etirazı onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" Kommersiya Bankı ASC Cavabdeh 6500 (altı min beş yüz) manat əsas, 659.82 (altı yüz əlli doqquz manat səksən iki qəpik) manat faiz, 0 (sıfır) manat cərimə, 0 (sıfır) manat komisyon haqqı olmaqla, cəmi 7159.82 (yeddi min bir yüz əlli doqquz manat səksən iki qəpik) manat məbləğində borcun və ödənilmiş 91.50 (doxsan bir manat əlli qəpik) manat məbləğində vəsaitin tutularaq iddiaçının xeyrinə ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Mülki iş üzrə aşağıda qeyd etdiyi xüsusatlara görə iddiaçının iddia tələbini qəbul etmir və hesab edir ki, iddiaçı tərəfindən verilmiş tələb tamamilə əsassızdır. "xxxx" Kommersiya Bankı ASC tərəfindən verilmiş iddia ərizəsində qeyd edilmişdir ki, iddiaçı ilə arasında xx.xx.2022-ci il tarixli ərizə və onun ayrılmaz tərkib hissəsi olan Ümumi oferta müqaviləsi bağlanmış, nəticə etibarilə isə ona istehlak məqsədləri üçün 35 ay müddətinə illik 27.60% ödəmək şərtilə 6500 manat məbləğində kredit xətti açılmışdır. Bundan savayı, iddiaçı bildirmişdir ki, X2 əsasən, borcverən bu müqavilə üzrə kreditin limitini heç bir əlavə sənədləşmə aparılmadan birtərəfli qaydada artırmaq hüququna malikdir. Eyni zamanda, iddiaçının qeyd etdiklərinə əsasən, tərəflər arasında bağlanmış X2 görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə borcalana kredit xətti ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. İddiaçı qeyd etdiyi bu nüanslara əsaslanaraq qeyd olunan öhdəliklərin icrasını ondan tələb etmişdir. Lakin iddiaçı baş verən hadisənin bütün faktiki hallarını məhkəmənin diqqətinə çatdırmamışdır. Belə ki, o, xx.xx.2023-cü il tarixində İnstagram sosial şəbəkəsində Leobank ASC-ə məxsus "Leobankda lotereya oynamaq" səhifəsinə daxil olmuşdur. Sözü gedən səhifədə ondan şəxsiyyət vəsiqəsinin kodu və mobil nömrəsi tələb edilmiş, o da bunun qaydalar olduğu zənn edərək özünə məxsus fərdi məlumatları həmin səhifəyə daxil etmişdir. Bundan sonra onun razılığı olmadan xx.xx.2023-cü il tarixində ona məxsus **********209682 nömrəli Leobank hesabından 4997.17 (dörd min doqquz yüz doxsan yeddi manat on yeddi qəpik) manat məbləğində pul vəsaiti çıxarılmışdır. Onun xəbəri olmadan ona məxsus bank hesabından bu qədər məbləğin naməlum şəxs və ya şəxslər tərəfindən çıxarılması faktı ilə bağlı araşdırılma aparılması, əmələ cinayət-hüquqi qiymət verilməsi üçün tərəfindən xx.xx.2023- cü il tarixində Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinə şikayət edilmişdir. Ona faktla bağlı araşdırılma aparıldığı bildirilmiş, bununla bağlı olaraq Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsi tərəfindən xx.xx.2023-cü il tarixli, 222 saylı Arayış təqdim edilmişdir (həmin arayışın surəti etiraza əlavə edilmişdir). Həmin arayışdan aydın olduğu kimi xx.xx.2023-cü il tarixində 4997.17 (dörd min doqquz vüz doxsan yeddi manat on yeddi qəpik) manat məbləğində pul vəsaitinin naməlum şəxs tərəfindən çıxarılması faktı öz əksini tapmışdır. Bundan savayı, aparılan istintaq və araşdırmalar zamanı məlum olmuşdur ki, sözü gedən müqavilə üzrə 6500 manat məbləğində kredit götürülmüş, həmin pul vəsaitinin bir hissəsi, yəni 1500 ( bir min beş yüz) manat ilkin olaraq çıxarılmış, qalan məbləğ, yəni 5000 (beş min) manat isə istintaqa məlum olmayan şəxs (şəxslər) tərəfindən 2 dəfə olmaqla Ukrayna Respublikası, Vinisi şəhərində çıxarılmışdır. Faktla bağlı araşdırma davam edir. Bütün bunlar sözü gedən pul vəsaitinin götürülməsi, çıxarılması, istifadəsi, eyni zamanda, digər prosedurlarla onun bir bağlılığının olmamasının bariz sübutudur. Sözü gedən ona məxsus olan bank hesablarından pul vəsaitləri çıxarılan zaman ona hər hansı bir bildiriş, təsdiq olunmasını əks etdirən icazə bildirişi, təhlükəsizlik kodu göndərilməmişdir. Halbuki, cəmiyyətlə arasında bağlanılmış müqaviləyə əsasən, bank xidmətlərinin aparılması zamanı təhlükəzlik qaydalarına əməl edilməsi, məxfiliyin qorunması üçün cəmiyyət bütün lazimi tədbirlər görməklə məsuliyyət daşıyır. Belə ki, ona məxsus olmuş kartlardan pul çıxarılan zaman bank tərəfindən təhlükəsizliyə riayət olunmaması ilə müşayiət olunan addımlar nəticəsində bu gün onun kart hesabımdan pul çıxarılmış və mən maddi ziyana məruz qalmışdır. Halbuki Banklarda informasiya təhlükəsizliyinin idarə edilməsi Qaydası haqqında Qərarın 2.1.16-cı maddəsinə əsasən, informasiya təhlükəsizliyi dedikdə, informasiyanın konfıdensiallığının, tamlığının və əlçatanlığının mühafizə olunması nəzərdə tutulur. Bu barədə tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə rəsmi qaydada müraciət edilmiş, baş verən hadisənin halları barədə əməkdaşlar məlumatlandırılmışdır. Belə ki, o sözügedən qanunsuz hərəkətlərlə bağlı Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsində araşdırmaların davam etdiyini bildirmiş, ona hesablanmış əsassız borcların silinməsini, bundan sonra aylıq hesablanacaq faiz məbləğinin dayandırdılmasını xahiş etmişdir. Lakin "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən müraciəti cavablandırılmamış, baş verən qanunazidd hərəkətlər və yaşadığı çətinliklər gözardı edilmiş, bu hüquqazidd hərəkətlərin və nəticələrin aradan qaldırılmasının onlara aid olmamasını bildirilərək yaranmış qeyri-qənaətbəxş nəticələrin aradan qaldırılmasına heç meyil göstərilməmişdir. Qeyd edir ki, cari gündə isə iddiaçı "xxxx" Kommersiya Bankı ASC əsassız olaraq ondan sözü gedən müqavilə üzrə öhdəliklərin icrasını məndən tələb edir. O öz üzərinə düşən öhdəliklərini icra etməkdən boyun qaçırmır. Sözügedən pul vəsaitinin 1500 (bir min beş yüz) manatı onun tərəfindən kartdan çıxarılmış və istifadə edilmişdir. Lakin, qalan məbləğin ondan asılı olmayan səbəblərdən, razılıq iradəsinin xaricində baş verən hadisənin hallarını, cari imkanının nəzərə alınmasını iddiaçıdan xahiş etsə də, iddiaçı onun xahişini nəzərə almamağa davam etmiş, həmin pul vəsaitinin tərəfindən ödənilməsini qərəzli şəkildə israr etmişdir. Həmin hadisə baş verən zaman, hazırki mübahisə üzrə iddiaçı ümumiyyətlə onu müqavilə tərəfi kimi qəbul etməmiş, onu Leo Bank ASC-ə yönləndirmişdir. Bu gün isə maraqlı olmadığı, onu qəbul etmədiyi halda iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Belə olan təqdirdə onun üçün çıxılmaz, eyni zamanda, əhəmiyyətli dərəcədə çətin vəziyyət yaranmışdır. Baş verən hadisə ilə bağlı obyektiv həqiqəti əks etdirən halları məhkəmənin diqqətinə çatdırır, yuxarıda vurğuladığı bütün nüanslara əsasən, iddiaçının iddia tələbinin əsassız olduğunu hesab edir, ədalət mühakiməsini həyata keçirən məhkəmənin sosial ədaləti bərqarar edəcəyinə, mötəbər sübut və dəlillərə əsaslanaraq işi hərtərəfli, tam, obyektiv araşdıracağına səmimi qəlbdən inanır. Odur ki, iddiaçının irəli sürdüyü iddia tələbinin məhkəmə qaydasında rədd edilməsini qanunamüvafiq hesab edir. Buna görə də, iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin Cavabdeh 6500 (altı min beş yüz) manat əsas, 659.82 (altı yüz əlli doqquz manat səksən iki qəpik) manat faiz, 0 (sıfır) manat cərimə, 0 (sıfır) manat komisyon haqqı olmaqla, cəmi 7159.82 (yeddi min bir yüz əlli doqquz manat səksən iki qəpik) manat məbləğində borcun və ödənilmiş 91.50 (doxsan bir manat əlli qəpik) manat məbləğində vəsaitin tutularaq iddiaçının xeyrinə ödənilməsi tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı “X3” ASC məhkəməyə Cavabdeh etirazına mülahizə (ərizə) təqdim edərək göstərmişdir ki, iddiaçı "xxxx" KB ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə etirazında ona məxsus Leo kartı ilə xx.xx.2023-cü il tarixdə İnstagram sosial şəbəkəsində saxta lotereya səhifəsinə daxil olduğunu, ona məxsus fərdi məlumatları səhifəyə daxil etdiyini və bundan sonra kartdan 4997.17 manat məbləğində vəsaitin silindiyini bildirir. Bununla bağlı Cavabdeh müraciəti əsasında Xətai RPİ-də cinayət işinin başlanıldığını, araşdırılma aparıldığını qeyd etmişdir. Cavabdeh hesab edir ki, iddiaçı tərəfindən ondan tələb olunan məbləğ onun tərəfindən istifadə edilməmiş, əksinə bankın onun hesab təhlükəsizliyini təmin etməməsi və cavabdehin iradəsindən kənar vəsaitin üçüncü şəxslər tərəfindən mənimsənilməsinə görə iddia tələbi əsassız olduğundan rədd edilməlidir. xx.xx.2023-cü il tarixdə iddiaçıya məxsus kredit kartından 4997.17 manat vəsait istifadə olunmuşdur. Kartdan istifadə edilərkən baş vermiş hallar aşağıdakılardır: Cavabdeh sosial şəbəkələrdə reklam olunan saxta Leo.az adlı platformaya daxil olaraq istifadəsində olan Leo kartının kart məlumatlarını və OTP kodunu kənar şəxslərə təqdim etmişdir. Daha sonra məlumatları ələ keçirən şəxslər qeyd olunan əməliyyatı icra edərək kartdan silinməni həyata keçirmişlər. Bundan sonra bank tərəfindən cavabdehin öncədən təqdim etdiyi mobil nömrəsinə göndərilən məlumatda ona məxsus kart bilgilərinin başqa smartfonda qeydiyyatının aşkarlanması barədə məlumatlandırılmışdır, (ekran görüntüsü qoşmaya əlavə Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli X1 2.2.1-ci bəndinə əsasən “Müştəri öz hesabının müstəqil sərəncamçısıdır.” Ofertanın 3.1.10-cu bəndinə əsasən “Kartdan istifadə olunmaqla aparılmış bütün əməliyyatlara, imza etdiyi kart-çeklərə görə müştəri məsuliyyət daşıyır. 3.1.15-ci bəndinə əsasən isə “kartdan istifadə etməklə əməliyyatların aparılmasında yaranmış hər hansı problem bankın sərəncamında olmayan məlumat-informasiya sistemlərinin fəaliyyəti ilə əlaqədardırsa, bank bu problemlərə sörə müştəri qarşısında məsuliyyət daşımır. Qeyd edilənləri nəzərə alaraq, iddiaçı "xxxx" KB ASC- nin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi tələbinə dair” tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı “X3” ASC məhkəməyə xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixli ərizələrlə müraciət edərək, iddiaçı tərəfin bütün məhkəmə iclaslarında iştirakı olmadan baxılmasını və iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, kart hesabında olan pulun yalnız 1500 manatını özü xərcləmişdir. Qalan məbləğ isə dələduzluq yolu ilə onun kart hesabından çıxarılmışdır. O, müqavilə bağlanan zaman yalnız 2000 manat kredit məbləği tələb etmiş, lakin bank 6500 manat məbləğində kredit xətti açmışdır. Yalnız öz tələb etdiyi məbləği, yəni 2000 manatı banka geri ödəyə bilər. Buna görə də, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak etmiş cavabdehin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - “X3” ASC-nin xx.xx.2023-cü il tarixli cədvəlindən görünür ki, Cavabdeh AGİD**********2 nömrəli kredit xətti açılmış, kredit limitinin məbləği 2000 manat, kreditin başlama tarixi xx.xx.2022-ci il, kreditiin bitmə tarixi xx.xx.2025-ci il, kreditin müddəti 35 ay, faiz dərəcəsi illik 27.6 %, aylıq 2.3 %, gecikməyə görə faiz dərəcəsi ödənilməmiş minimal ödənişin 0.5 %-i, gecikməyə görə cərimə birinci ay 5 manat məbləğində, növbəti aylar 10 manat məbləğində nəzərdə tutulmuşdur. - Göndərilmiş elektron bildirişlər cədvəlindən görünür ki, xx.xx.2022-ci il tarixdə 994 50 620 45 13 mobil nömrəsinə kredit limitinin 6500 manata qədər artırıldığı bildirilmişdir. - “X3” ASC-nin xx.xx.2023-cü il tarixli bildirişindən görünür ki, Bank ilə borclu arasında bağlanmış xx.xx.2022-ci il tarixli, AGİD**********2 saylı kredit müqaviləsinə əsasən öhdəlikləri yerinə yetirilmədiyi üçün borclunun banka xx.xx.2023-cü il tarixinə 6500 manat əsas, 474.22 manat faiz, 187.6 manat cərimə, cəmi 7159.82 manat borcu yaranmışdır. Banka olan bütün borc məbləğini tam olaraq 3 iş günü müddətində ödəməklə aralarında bağlanmış kredit müqaviləsini 3 iş günü müddətində ləğv etməyi borcluya təklif edilmişdir. Əks təqdirdə, vaxtından əvvəl olaraq bütün borc məbləğinin və onun qaytarılması üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar bank tərəfindən iddia tələbi ilə məhkəməyə müraciət ediləcəkdir. İşə əlavə olunmuş "xxxx" Kommersiya Bankı ASC Cavabdeh arasında bağlanmış 10 oktyabr 2022-ci il tarixli ümumi oferta müqaviləsindən və xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, borcluya 35 ay müddətinə illik 27.60% ödəmək şərtilə 6500 manat məbləğində kredit xətti açılmışdır. Cavabdeh müəyyən olunmuş müddət ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlıvaxtında ödənilməsini öhdəsinə götürmüşdür. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Xətai Rayon Polis İdarəsi 35-ci Polis Bölməsinin xx.xx.2023-cü il tarixli, 222 saylı arayışından görünür ki, 4098 5844 7165 5056 nömrəli "xxxx" hesabından 4997.17 manat pulun naməlum şəxs tərəfindən çıxarılması aşkar edilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Xətai Rayon Polis İdarəsi 35-ci Polis Bölməsinin xx.xx.2023-cü il tarixli, 9682 saylı arayışından görünür ki, xx.xx.2023-cü il il tarixdə 4098 5844 7165 5056 nömrəli "xxxx" hesabından 4997.17 manat pulun naməlum şəxs tərəfindən çıxarılması aşkar edilmişdir. - "xxxx" ASC-yə ünvanlanmış ərizənin surətindən görünür ki, Cavabdeh, kart hesabından naməlum şəxs və şəxslər tərəfindən pulun çıxarılmasını bildirmiş və aylıq hesablanacaq faiz məbləğinin dayandırılmasını xahiş etmişdir. - 10 yanvar 2024-cü il tarixli cədvəldən görünür ki, Cavabdeh 10 yanvar 2024-cü il tarixə 6500 manat əsas, 659.82 manat faiz, 0 cərimə, cəmi 7159.82 manat borcun “X3” ASC-yə borcu vardır. -xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, “X3” ASC tərəfindən məhkəməyə müraciət etmək üçün 91.60 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, “X3” ASC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli AGİD**********2 saylı kredit müqaviləsi bağlanmışdır. “X3” ASC tərəfindən Cavabdeh 2000 manat məbləğində kredit verilmişdir. Cavabdeh qeyd olunan məbləği kredit müqaviləsində göstərilən 35 ay müddətinədək geri qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixdə kredit limiti 6500 manata qədər artırılmışdır. xx.xx.2023-cü il il tarixdə 4098 5844 7165 5056 nömrəli "xxxx" hesabından 4997.17 manat pulun naməlum şəxs tərəfindən çıxarılmışdır. Kredit müqaviləsinə əsasən, cavabdeh müqavilədə üzərinə düşən öhdəliklərə əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ləğv edilə bilər 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. İşin hallarından görünür ki, tərəflər arasında qanunla müəyyən olunan qaydada kredit müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə öhdəliklərini yerinə yetirərək müqavilədə nəzərdə tutulan məbləği cavabdehə versə də sonuncu öz öhdəliklərinə əməl etməmiş və lazımınca icra etməmişdir. Belə ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli AGİD**********2 saylı kredit müqaviləsinə əsasən Cavabdeh istehlak məqsədləri üçün 35 ay müddətinə illik 27.60 faiz ödəmək şərtilə 6500 manat məbləğində kredit verilmişdir. Cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 10 yanvar 2024-cü il tarixə 6500 manat əsas, 659.82 manat faiz borcu olmaqla, cəmi 7159.82 manat borcu yaranmışdır. Bundan başqa məhkəmə cavabdehə məxsus bank kart hesabından naməlum şəxs və ya şəxslər tərəfindən 4997.17 manat pul vəsaitinin çıxarılmasına münasibətdə qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli X1 2.2.1-ci bəndinə əsasən müştəri öz hesabının müstəqil sərəncamçısıdır, 3.1.10-cu bəndinə əsasən kartdan istifadə olunmaqla aparılmış bütün əməliyyatlara, imza etdiyi kart-çeklərə görə müştəri məsuliyyət daşıyır, 3.1.15-ci bəndinə əsasən isə “kartdan istifadə etməklə əməliyyatların aparılmasında yaranmış hər hansı problem bankın sərəncamında olmayan məlumatinformasiya sistemlərinin fəaliyyəti ilə əlaqədardırsa, bank bu problemlərə sörə müştəri qarşısında məsuliyyət daşımır. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdehin etirazında göstərdikləri iddia tələbinin təmin edilməməsi üçün əsas kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 6500 manat əsas, 659.82 manat faiz borcu olmaqla, cəmi 7159.82 manat borc və dövlət rüsumu olaraq ödənilmiş 91.60 manat dövlət rüsumu “X3” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 6500 manat əsas, 659.82 manat faiz borcu olmaqla, cəmi 7159.82 manat borc və dövlət rüsumu olaraq ödənilmiş 91.60 manat dövlət rüsumu “X3” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar