Məhkəmə qərarları › İş №2(007)-101/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-101/2022

20.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-101/2022 20.07.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil4 iştirakı ilə İddiaçı cavabdeh “Yeni Ailə" Mənzil Tikinti Kooperativinə qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Yeni Ailə" Mənzil Tikinti Kooperativinə qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədə işə baxılarkən iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Cavabdehndən İddiaçı xeyrinə ******* manat kompensasiyanınt1-ci mərtəbə üzrə əldən çıxmış fayda kimi 163935 manat vəsaitin, 2-ci mərtəbə üzrə əldən çıxmış fayda kimi 75635 manat vəsaitin, 30000 manat mənəvi zərərin, 1000 manat hüquqi xidmət xərcinin və 30 manat dövlət rüsumunun ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbi ilə bağlı izahatında göstərdi ki, İddiaçı Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 19 dekabr 2018-ci il tarixli, ******* saylı çıxarışa və 27 dekabr 2018-ci il tarixli, *** **** saylı çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 24 ünvanında yerləşən, sahəsi 331,3 kvm. olan 3 saylı və sahəsi 229,2 kvm olan 14 saylı qeyri-yaşayış sahələrinin mülkiyyətçisidir. Əmlakları binanın 1-ci və 2-ci mərtəbəsində yerləşirmişdi.İddiaçı 14 saylı əmlakını 20 iyun 2012-ci il tarixli icarə müqaviləsi ilə aylıq 1450 manat icarə haqqı razılaşdırılmaqla“ Bakinity Distribution" Məhdud Məsuliyyətli Cəmiyyətinə icarəyə vermişdir.Ancaq 2019-cu ilin əvvəllərindən başlayaraq əmlakların olduğu binada cavabdeh Kooperativ tərəfindən qanunsuz olaraq söküntü işlərinə başlanmışdır. Belə vəziyyətdə iddiaçı əmlakı icarəyə verdiyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin orada fəaliyyət göstərməsi mümkün olmadığından Cəmiyyət 2019-cu ilin mart ayından onunla icarə münasibətlərinə xitam vermişdir. Bununla da cavabdeh təşkilatın qanunsuz hərəkətləri nəticəsində iddiaçı əmlakından fayda götürmək imkanından məhrum edilmişdir.Əmlaklarına qanunsuz müdaxilənin və mülkiyyət toxunulmazlığı hüququmun kobud şəkildə pozulmasının dayandırılması tələbi ilə cavabdehə müraciətlər nəticəsiz qalmış, cavabdeh hər dəfə bu etirazlara cavab olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 17 dekabr 2019-cu il tarixli, 482 saylı qərarı ilə ləğv edilmiş, hazırda qüvvədə olmayan “Bakı şəhərinin bir sıra rayonlarının, o cümlədən Nəsimi rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair” 25 fevral 2016-cı il tarixli, 86 saylı qərarını əlində bayraq tutaraq, mülkiyyətçinin razılığının olub-olmamasından asılı olmayaraq, söküntünü dıyandırmayacağını və əmlakları uçurdaraq tikinti işlərinə davam edəcəyini bildirmişdir. Halbuki cavabdehin də istinad etdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli qərarında mülkiyyətçi ilə razılıq əldə etməyin ilkin şərt olması göstərilmişdir. Cavabdeh Kooperativ Azərbaycan Respublikasının Konstitusiyasının, qanunvericilik aktlarının, beynəlxalq hüquq normalarının tələblərini heçə sayaraq iddiaçının saysız etirazlarına, icra hakimiyyəti orqanına, polis və prokurorluq orqanlarına çoxsaylı şikayətlərinə baxmayaraq, öz qanunsuz əməllərini dayandırmamışdır. İddiaçı Cavabdeh Mənzil-Tikinti Kooperativinə qarşı “Mülkiyyət hüququnun müdafiəsi” tələbinə dair iddiası üzrə Bakı Apelyasiya Məhkəməsinin 2(103)-884/2020 saylı, 20 fevral 2020-ci il tarixli qətnaməsi ilə “Yeni Ailə" Mənzil-Tikinti Kooperativinin Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 24 ünvanda ona məxsus 3 saylı və 14 saylı əmlakların sökməsi qanunsuz hesab edilmiş,əldən çıxmış faydanın əvəzi olaraq 15467 manat pulun cavabdeh “Yeni Ailə" Mənzil-Tikinti Kooperativindən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Məhkəmə əldən çıxmış faydanı 15467 manat qiymətləndirərkən İddiaçı Nəsimi rayonu, Azadlıq prospekti 24 ünvanda 14 saylı əmlakının icarəyə verilməsinə dair "Bakinity Distribution” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağladığı icarə müqaviləsinində göstərilən icarə haqqını əsas götirmiş,Cavabdeh Mənzil-Tikinti Kooperativi tərəfindən iddiaçının əmlaklarına müdaxilələrin başlandığı 31 mart 2019-cu ildən etibarən işin məhkəmədə baxıldığı dövrə qədər keçən 10 ay 20 günlük müddət ərzində 15467 manat hesablamışdır (10 ay 20 gün x 1.450 manat). Məhkəmə əldən çıxmış fayda kimi göstərdiyi məbləği hesablayarkən sökülmüş digər əmlakıdan əldə edə biləcəyi faydanı nəzərə almamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4834/2020 saylı, 15 oktyabr 2020-ci il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin 2(103)-884/2020 sa/lı,20 fevral 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı cavabdeh Kooperativin qanunsuz əməllərinin dayandırılmasının təmin edilməsini və cavabdeh barəsində qanuni tədbirlərin görülməsini xahiş etsə də, aidiyyəti orqanlar tərəfindən heç bir tədbirin görülməməsi və cavabdehin özbaşınalığının qarşısının alınmaması nəticəsində cavabdeh mülkiyyət toxunulmazlığı hüququnu kobud və aşkar şəkildə pozaraq iddiaçının əmlaklarını hər kəsin gözü qarşısında uçurmuş, yerlə-yeksan etmiş və bu qanunsuz əməlinin müqabilində ona heç bir kompensasiya verməmişdir. Azərbaycan Respublikasının qanunvericilik aktlarının və beynəlxalq hüquq normalarının tələblərinə, insan hüquqları üzrə Avropa Məhkəməsinin oxşar işlər üzrə formalaşdırdığı mövqeyə əsasən, cavabdeh tərəfindən iddiaçıya məxsus əmlakların qeyri-yaşayı sahələrinin onun iradəsi əleyhinə, qanuna zidd olaraq sökülməsi, mülkiyyətdən kobud şəkildə məhrum edilməsi cavabdehin üzərinə ona vurduğu aşkar zərərin əvəzinin ödənilməsi öhdəliyini qoyur. Qeyd olunanlara əsasən iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil4 iddianı qəbul etmədi və izahat verərək göstərdi ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətnin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və ünvan 2 ünvanında yerləşən 3 və 14 saylı mənzillərə mövcud vəziyyətdə qeyri-yaşayış sahəsi olaraq mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarışın verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş edib. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ünvan 3 ünvanında yerləşən 3 və 14 saylı mənzillərin ümumi qeydiyyata alınmış sahəsinin 446,7 kv.m olmasını nəzərə almaqla, qeydə alınmayan 120 kv.m sahəni əlavə etməklə, ümumi 566,7 kv.m mövcud sahənin onun adına daşınmaz əmlakın dövlət reyestrində qeyriyaşayış sahəsi kimi qeydiyyata alınmaqla çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş edib 1 saylı Bakı İnzibati-lqtisad Məhkəməsi xx.xx.2018-ci il tarixli, 2-1(81)-4139/2018 saylı qərarla iddianı təmin edib.Qüvvəyə minmiş həmin qərar əsasında DƏDRX İddiaçı adına Bakı şəhəri Azadlıq pr-ti, 24 ünvanda 331,3 kv. metr ölçüdə qeyri-yaşayış sahəsi olması barədə 19 dekabr 2018-ci il tarixli, RX seriyalı ******* nömrəli və yenə həmin ünvanda 229,2 kv. metr ölçüdə qeyri- yaşayış sahəsi olması barədə 27 dekabr 2018-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarış verilib,xx.xx.2019-cu il tarixdə “Yeni Ailə" MMC ərizə ilə məhkəməyə müraciət edərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 12.1.0.2018-ci il tarixli, 2-1(81)-4139/2018 saylı qərarının ləğv edilməsi, Cavabdeh MMC-nin 3-cü şəxs qismində cəlb edilməklə işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş edib. Məhkəmə xx.xx.2019-cu il tarixli qərardadla Cavabdeh MMC-nin ərizəsini təmin edib, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarını ləğv edərək iş üzrə icraatı təzələyib.İcrada davam etdirilən həmin iş üzrə çıxarılan 30 oktyabr 2019-cu il tarixli, 2- 1(81)-3012/2019 nömrəli qərarla İddiaçı iddiası rədd edilib.İddiaçı həmin qərardan apellyasiya şikayəti verib. Bakı Apeilyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2- 1(103)- 652/2020 saylı qərarı ilə Bakı İnzibati-İqtisad Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılıb.İddiaçının kassasiya şikayəti əsasında işə Ali Məhkəmənin İnzibati Kollegiyasında baxılıb və kollegiyanın xx.xx.2020-ci il tarixli, 2- 1(102)-1530/2020 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılıb.Beləliklə də, Bakı İnzibati-İqtisad Məhkəməsinin iş üzrə çıxardığı 30 oktyabr 2019-cu il tarixli, 2-1(81)-3012/2019 nömrəli qərarı qanuni qüvvəyə mindiyi üçün icra olunmasından ötrü Bakı İnzibati Məhkəməsinə göndərilib. Onu da qeyd edir ki, sözü gedən əmlaklar qanuni qüvvəsini almış qətnamələrə əsasən yaşayış sahəsi hesab olunur. Qarşı tərəf hansı səbəbə mülkiyyət sənədlərinin dəyişdirmək istəmir, bu məlumdur.Onun fikri odur ki, Cavabdeh MMC-yə qarşı əlavə əsassız iddialar qaldırısın, bu gün qaldırdığı iddia kimi. Nümayəndə özü də, məhkəmədə bildirdi ki, həmin sahələrin yaşayış sahəsi olmaması ilə bağlı qüvvədə olan məhkəmə qərarları vardır.Bundan başqa,İddiaçı Cavabdeh MTK-nə qarşı iddia tələbi ilə Nizami rayon Məhkəməsinə müraciət etmişdir.İddia ərizəsində göstərilir ki, DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ıiş 19 dekabr 2018-ci il tarixli ******* saylı çıxarışa və 27 dekabr 2018-ci il xli ******* saylı çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti İnvanda yerləşən, sahəsi 331,3 kv.metr olan 3 saylı və sahəsi 229,2 kv.metr olan saylı qeyri-yaşayış sahələrinin mülkiyyətçisidir. Həmin əmlakların yerləşdiyi bina 2019-cu ilin mart ayının sonunda söküldüyü üçün ona məxsus əmlaklardan məhrum olmuşdur.Odur ki, onun razılığı olmadan sökülmüş əmlaklarına görə ümumilikdə ******* manat manat kompensasiya tələb edir.Bundan başqa, 1-ci mərtəbə üzrə əldən çıxmış fayda kimi 163935 manat vəsaitin,2-ci mərtəbə üzrə əldən çıxmış fayda kimi 75635 manat vəsaitin,30000 manat mənəvi zərərin, 1000 manat hüquqi xidmət xərcinin cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir.İddiaçı ilə cavabdeh arasında bu əmlak mübahisəsi 4-cu ildir davam edir və əslinə qalsa bu mübahisəyə Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli 2- 1(102)-1530/20 saylı Qərarı ilə son qoyulmuşdur. Həmin qərarı nəzərə alaraq mübahisənin həll olunması üçün iddiaçıya aşağıdakıları təklif etmişlər: Azadlıq prospekti 24/3 ünvandaki sökülmüş 110,5 kv.metr mənzilin əvəzində 110,5 kv.metr + 20% əlavə =132,6 kv.m, Azadlıq prospekti 24/14 ünvandakı sökülmüş 336,2 kv.metr mənzilin əvəzində: 336,2 kv.metr + 20% = 403,5 kv.metr., Beləliklə, faktiki olaraq 446,7 kv.metr mənzilin əvəzində 536 kv.metr mənzil sahəsi təklif etmişlər. Mülkiyyət qeyri-yaşayış sahəsi olmadığına görə icarə haqqının əvəzinə hər il üçün aylıq 500 manat kirayə pulu olmaqla bir mənzil üçün 20 ay x 500 manata = 10000 manat, digər mənzil üçün 9 ay x 500 manat = 4500 manat olmaqla, cəmi 14500 manat kirayə haqqı. Hüquqi xidmət üçün çəkilən 1000 manat tələbi də qəbul edirlər.Əgər iddiaçı iddianın predmetini dəyişməsə iddianın əsaslandığı mülkiyyət sənədi ləğv edildiyi üçün iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir Məhkəmə tərəflərin izahatlarım dinləyib, iş materiallarını tədqiq edib hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan: DƏDRX-dən verilmiş RX seriyalı ******* saylı çıxarışdan görünür ki,Bakışəhəri,Nəsimi rayonu,Azadlıq prospektindəki 24 ünvanda saylı,331.3 kvm. qeyri-yaşayış sahəsinə İddiaçı mülkiyyət hüququ xx.xx.2018-ci il tarixdən qeydiyyatdan keçmişdir. DƏDRX-dən verilmiş RX seriyalı 1437326saylı çıxarışdan görünür ki,Bakı şəhəri,Nəsimi rayonu,Azadlıq prospektindəki 24 ünvanda saylı,229.2 kvm. qeyri-yaşayış sahəsinə İddiaçı mülkiyyət hüququ xx.xx.2018-ci il tarixdən qeydiyyatdan keçmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4018/2019 saylı iş üzrə qəbul etdiyi 13 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı CavabdehMənzil Tikinti Kooperativinə qarşı MTK-nın onun əmlaklarının məhv edilməsi ilə bağlı hərəkətlərinin qanunsuz hesab edilməsi,sökülmüş əmlakların bərpa edilməsi və əldən çıxmış faydanın ödənilməsi tələbinə dair iddiası təmin olunmamışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-884/2020 saylı iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin olunmuş, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4018/2019 saylı İş üzrə qəbul etdiyi 13 sentyabr 2019-cu il tarixli qətnaməsi “cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və 56000 əldən çıxmış faydanın ödənilməsi vəzifəsinin MTK-ya həvalə olunması” tələblərinin təmin olunmaması ilə bağlı hissədə ləğv olunmuş və həmin tələblərin qismən təmin edilməsi barədə yeni qətnamə çıxarılmışdır."xxxx"Mənzil Tikinti Kooperativinin Bakı şəhəri,Nəsimi rayonu,Azadlıq prospektindəki 24 ünvanda yerləşən İddiaçı məxsus əmlakları sökməsinin qanunsuz hesab edilməsi, CavabdehMənzil Tikinti Kooperativindən əldən çıxmış faydanın əvəzi qismində 15467 manat pulun İddiaçı xeyrinə tutulması,qalan hissədə qətnamənin dəyişdirilməsi qət olunmuşdur. Qətnamə onunla əsaslandırılmışdır ki, cavabdehin yol verdiyi pozuntu nəticəsində iddiaçının maddi itkilərə məruz qaldığı, bu itkilərin əmlakın dağıdılması nəticəsindən ondan istifadə etmək və faydalanmaq hüquqlarından məhrum olmasından qaynaqlandığı şübhəsizdir. İddiaçı xx.xx.2019-cu il tarixdən etibarən əmlakından fayda götürmənin hüquqi cəhətdən təmin edilmiş imkanlarından məhrum olduğundan, bu tarixdən əldən çıxmış fayda ödənilməlidir. Əmlakın bərpası mümkün deyildir və iddiaçının əmlakın sökülməsi ilə məruz qaldığı ziyanın ödənilməsi ilə bağlı məhkəməyə müraciət etmək hüququ var. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4834/2020 saylı iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-884/2020 saylı iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Ali Məhkəmənin qərarında göсtərilmişdir ki, apelyasiya instansiyası məhkəməsi iddiaçıya məxsus qeyri-yaşayış sahələrinin sökülməsini qanunsuz hesab edərkən mübahisəli sahənin iddiaçının mülkiyyətindəolmasını, həmin əmlakların onun razılığı olmadan sökülməklə mülkiyyət hüququnun pozulmasını əsas göstərmiş və bu zaman gəldiyi nəticəni təsdiq edən norma kimi Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə, Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə, Mülki Məcəllənin 203.3- cü maddəsinə əsaslanmışdır. İşin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, MTK tərəfindən dağıdılmış əmlakların bir hissəsi 20 iyun 2012-ci il tarixdən etibarən aylıq icarə haqqı 1450 manat olmaqla icarəyə verilmişdir. Bununla əlaqədar apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, əmlakının dağıdılması ilə əlaqədar iddiaçıya əldən çıxmış fayda şəklində 15.467 manat məbləğində ziyan dəymişdir. İşin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş halları və istinad olunan normalar iddianın qismən təmin edilməsi üçün əsas verdiyindən, kollegiya apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə sübutlara və qanunun normalarına düzgün istinad olunmaqla çıxarılmışdır. 1 saylı Bakı İnzibat-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(81)-4139/2018 saylı qərarla İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏMDX yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı(3-cü şəxslər: CavabdehMənzil Tikinti Kooperativi və "xxxx"KB ASC-yə qarşı reyestrdən çıxarışın verilməsi tələbinə dair iddiası təmin olunmuş, DƏDRX-dən İddiaçı mülkiyyətində Bakı şəhəri Azadlıq pr-ti, 24 ünvanda 331,3 kv. metr ölçüdə qeyri-yaşayış sahəsi olması barədə 19 dekabr 2018-ci il tarixli, RX seriyalı ******* nömrəli və yenə həmin ünvanda 229,2 kv. metr ölçüdə qeyri-yaşayış sahəsi olması barədə 27 dekabr 2018-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarış verilib.xx.xx.2019-cu il tarixdə Cavabdeh MMC ərizə ilə məhkəməyə müraciət edərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 12.1.0.2018-cİ il tarixli, 2-1 (81)-4139/2018 saylı qərarının ləğv edilməsi, Cavabdeh MMC-nin 3-cü şəxs qismində cəlb edilməklə işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş edib. Məhkəmə xx.xx.2019-cu il tarixli qərardadla Cavabdeh MMC-nin ərizəsini təmin edib, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarını ləğv edərək iş üzrə icraatı təzələyib.İcrada davam etdirilən həmin iş üzrə çıxarılan 30 oktyabr 2019-cu il tarixli, 2- 1(81)-3012/2019 nömrəli qərarla İddiaçı iddiası rədd edilib.İddiaçı həmin qərardan apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(103)- 652/2020 saylı qərarı İlə Bakı İnzibati-İqtisad Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılıb.İddiaçının kassasiya şikayəti əsasında işə Ali Məhkəmənin İnzibati Kollegiyasında baxılıb və kollegiyanın xx.xx.2020-ci il tarixli, 2-1(102)-1530/2020 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılıb. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə texniki-tikintiəmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Ekspert qarşısında aşağıdakı sual qoyulmuşdur. Bakı şəhəri,Nəsimi rayonu,Azadlıq prospektindəki 24 ünvanda yerləşən İddiaçı məxsus 3 və 14 saylı əmlakların sökülməsi nəticəsində mülkiyyətçiyə neçə manat maddi ziyan dəymişdir. 05 iyul 2022-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 04 iyul 2022-ci il tarixli 10/1689 saylı ekspert rəyi məhkəməyə daxil olmuşdur.Həmin rəydə qeyd olunur ki, Bakı şəhəri.Nəsimi rayonu,Azadlıq prospektindəki 24 ünvanda yerləşən İddiaçı məxsus 3 və 14 saylı əmlakların sökülməsi nəticəsində dəymiş ziyanın hazırkı bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 3976747.5 manat məbləğində müəyyən olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Bu müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Məhkəmə iddia tələbinin qismən əsaslı olması qənaətinə gələrkən aşağıdakı məqamları xüsusilə qeyd etməyi zəruri hesab edir.

1. Əmlakların mülkiyyətçinin iradəsinin ziddinə,heç bir məhkəmə qərar olmadan qanunsuz sökülməsi mübahisə predmeti deyil və bu barədə qanuni qüvvəsini almış nəhkəmə qərarı mövcuddur.

2. Bakı şəhəri,Nəsimi rayonu,Azadlıq prospektindəki 24 ünvandaki,daşınmaz əmlaklardan birinin faktiki sahəsi 331.3 kvm. digərinin faktiki sahəsi isə 229.2 kvm., ümumilikdə 560.5 kv.m olmuşdur. İddiaçının çıxarışları ilə bağlı icrada dönüş edilməsinin qərara alınması iddiaçının əmlaklarının faktiki sahəsinin daha az olması və ya əmlakların yaşayış sahəsi kimi istifadə edilməsi demək deyil. Ekspertdən əmlakların faktiki ölşüləri daxilində yaşayış və ya qeyri yaşayış kateqoriyalarına ayırmadan dəyərinin müəyyən olunması tələb olunmuşdur və həmin rəy cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Bütün bunlar onu deməyə əsas verir ki, əmlakların mülkiyyətçinin iradəsinin ziddinə, heç bir məhkəmə qərarı olmadan qanunsuz sökülməsi nəticəsində mülkiyyətçiyə 3976747.5 manat məbləğində maddi ziyan dəyməsi öz təsdiqini tapır.

3. Məhkəmə iddiaçının müxtəilif internet saylarında olan elanlara istinad etməklə ona ******* manat ziyan dəyməsini və söküntü ərazisində 1 kv.metr əmlakın kirayə dəyərinin 15 manat təşkil etməsini göstərməsi ilə bağlı qeyd edir ki, həmin məlumatlar hər hansı rəsmi sənədlərlə təsdiqini tapmır və mötəbərliyi öz təsdiqini tapmır.Ona görə də ekspert rəyi ilə müəyyən olunmuş maddi ziyan məbləğini ağlabatan məbləğ hesab edir.

4. Əmlakların sökülməsi nəticəsində İddiaçı Nəsimi rayonu, Azadlıq prospekti 24 ünvanda sahəsi 229.2 kvm.olan 14 saylı əmlakının icarəyə verilməsi ilə bağlı əldən çıxmış faydanın müəyyən olunması ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarı vardır və həmin əmlakın sökülməsi nəticəsində əldən çıxmış faydanın aylıq məbləği 1.450 manat müəyyən olunub.Buna görə cavabdehdən iddiaçının xeyrinə 10 ay 20 gün müddətinə 15467 manat əldən çıxmış fayda tutulması qət olunmuşdur. Əldən çıxmış fayda əmlakların qanunsuz söküldüyü tarixdən Bakı Apelyasiya Məhkəməsinin 2(103)-884/2020 saylı, 20 fevral 2020-ci il tarixli qətnaməsi qəbul edildiyi tarixinədək müəyyən edilmişdir.Əgər nəzərə alınsa ki,qanunsuz sökülmə nəticəsində iddiaçıya həmin əmklaklara görə pul kompensasiyası və ya yeni yaşayış,yaxud qeyri yaşayış sahəsi hələ də verilməmişdir, onda əldən çıxmış faydanın məbləği hazırkı qətnamə çıxarılan tarixədək tələb oluna bilər.Yəni, 29 ay x 1450 manat= 42500. (İddiaçı 75635 manat tələb edir)Həmin işə baxılarkən iddiaçı sahəsi 331.3 kvm. olan 3 saylı əmlaka görə əldən çıxmış faydanın ödənilməsini tələb etməmişdir.Hazırda isə həmin əmlaka görə də əldən çıxmış fayda tələb edir. Məhkəmə qeyd olunan əmlakın 2019-cu ilin mart ayından söküldüyünü,sahəsinin daha çox olduğunu nəzərə alaraq hesab edir ki,3 saylı daşınmaz əmlak mülkiyyətçinin istifadəsində qalsaydı ondan da gəlir və bəhər götürə bilərdi.Lakin əmlakın söküülməsi nəticəsində bundan məhrum olmuşdur.Məhkəmə iddiaçının həmin sahəni rəsmi qaydada icrayə vermədiyini nəzərə alaraq sahəsi 331.3 kvm olan 3 saylı daşınmaz əmlaka görə də aylıq əldən çıxmış məbləğinin 1450 manat hesablanmasını məqsədəuyğun hesab edir. Həmin daşınmaz əmlakın 2019-cu ilin mart ayından əmlakından istifadə etmək imkanından məhrum olduğunu nəzərə alınarsa 2022-ci ilin iyul ayına qədər olan dövr 40 aya bərabərdir.40 ay x 1450 manat=58000 manat.(iddiaçı 163935 manat tələb edir)

5. Məhkəmə 30000 mənəvi zərərin tələb olunması hissəsinə qiymət verərkən hesab edir ki,mülkiyyətçinin xüsusi mülkiyyətində olan əmlakdan zorakılıqla mərhum olunması,onun Azərbaycan Respublikasının Konstitusiyası və digər qanunları ilə qorunan mülkiyyət hüququna qanunsuz müdaxilə kimi qiymətləndirilir və bu müdaxilə nəticəsində istənilən şəxsin səhhətinə, psixikasına, həyat tərzinə mənəvi zərər vurulması, onun sarsıntılara məruz qalması realdır. Bununla yanaşı məhkəmə mənəvi zərin 15000 manat məbləğində müəyyən olunmasını məqsədəuyğun hesab edir

6. Məhkəmə hüquqi yardıma görə 1000 manat pulun tələb olunması hissəsində iddia tələbini əsassız hesab edir. Belə ki, həmin tələbin əsaslandırılması üçün məhkəməyə hər hansı bir sübut təqdim olunmamışdır. Beləliklə, məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb,sübutları qiymətləndirirək hesab edir ki, iddia qismən təmin olunmalı "Yeni Ailə” MMC-dən İddiaçı xeyrinə mülkiyyətində olan daşınmaz əmlakların qanunsuz sökülməsi nəticəsində kompensasiya qismində 3976747.5 manat, 14 saylı daşınmaz əmlakın sökülməsi nəticəsində əldən çıxmış fayda qismində 42500 manat,3 saylı daşınmaz əmlakın sökülməsi nəticəsində əldən çıxmış fayda qismində 58000 manat,vurulmuş mənəvi zərər görə 15000 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat tutulmalı, qalan hissədə iddia rədd olunmalıdır. Ekspertiza tədqiqatının dəyəri olan 100 manat “Yeni Ailə" MMC-dən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmçə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən İddiaçı xeyrinə mülkiyyətində olan daşınmaz əmlakların qanunsuz sökülməsinə görə kompensasiya kimi 3976747.5 manat, ünvan 8 ünvanında 14 saylı daşınmaz əmlakın sökülməsi nəticəsində əldən çıxmış fayda kimi 42500 manat, ünvan 8 ünvanında 3 saylı daşınmaz əmlakın sökülməsi nəticəsində əldən çıxmış fayda kimi 58000 manat, vurulmuş mənəvi zərər görə 15000 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat cəmi 4092277.5 manat pul tutulsun. Qalan hissədə iddia rədd olunsun. Ekspertiza tədqiqatına görə 100 manat Cavabdeh MMC-dən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamədən 1 ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar