Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-1012/2024 31.01.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi ilə, İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı olan “pul” tələbinə dair kiçik iddialar üzrə iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :
1. İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı “pul” tələbinə dair ərizə ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 1405.77 manat əsas, 831.96 manat faiz borcu və 171.43 manat cərimə olmaqla, cəmi 2409.16 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 44.10 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia əsaslandırıldığı hallar :
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış 14.10 2021-cı il tarixli kredit müqaviləsinə əsasən cavabdehə isiehlak məqsədləri üçün 35 ay müddətinə illik 29.50% ödəmək şərtilə 1500 manat məbləğində kredit xətti açılmışdır. Müqavilənin 4.2.16-ci bəndinə əsasən borcverən bu müqavilə üzrə kreditin limitini heç bir əlavə sənədləşmə aparılmadan birtərəfli qaydada artırmaq hüququna malikdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə kredit borcalana kredit xətti ayırır və ssuda hesabı açır, borcalən isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olurnuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. Lakin cavabdeh Müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 10 yanvar 2024 tarixinə "xxxx" KB ASC-yə 1405,77 manat əsas, 831,96 manat faiz, 171,43 manat cərimə borcu olmaqla, cəmi 2409,16 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənər qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenzıya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndən istifadə etmək qərarına gəlmişdir.
İş materialları :
3. İddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 6432sAHM/21 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" KB ASC tərəfindən Cavabdeh ən çoxu 120 (bir yüz iyirmi) ay müddətinə, illik faiz dərəcəsi 35 % (otuz beş) faizədək olmaq şərti ilə 20 000 (iyirmi min) AZN məbləğədək krediti, kredit prosedurlarına görə 5 %(minimum 20 AZN) məbləğədək, kredit müraciəti üçün 5 AZN komisyon haqqı tutmaqla "Borcalana”a verə bilər/ Bu Müqavilə üzrə kreditin faktiki illik faiz dərəcəsi 18% max, 40% faiz təşkil edir.
4. İddiaçı "xxxx" ASC tərəfindən təqdim edilmiş 10 yanvar 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdehnun 10 yanvar 2024-cü il tarixinə 6432sAHM/21 saylı kredit müqaviləsi üzrə 1405.77 manat əsas borc, 831.96 manat faiz borcu, 171.43 manat cərimə olmaqla, cəmi 2409.16 manat borcu vardır.
5. İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh ünvanlandığı xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, cavabdeh müqavilə üzrə öhdəliklərin icrasını gecikdirmiş, yəni “ödəniş cədvəli”ndə nəzərdə tutulan vaxt və qaydaya əməl etməmişdir. Nəticədə xx.xx.2022-ci il tarixinə cavabdehin 1405.77 manat əsas borc, 242.37 manat faiz borcu və 4.86 manat cərimə olmaqla, cəmi 1653 manat borcu yaranmışdır. Qeyd edilənlərə əsasən iddiaçı bütün borc məbləğinin tam olaraq 3 (üç) iş günü müddətində ödəməklə kredit müqaviləsinin 3 iş günü müddətində ləğv etməyi təklif etmiş, əks halda iddia tələbi ilə məhkəməyə müraciət olunacağı bildirilmişdir.
6. İddiçı "xxxx" ASC-nin məhkəmə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, həmin məktubda xx.xx.2021-ci il tarixdə xx.xx.2024-cü il tarixədək, illik 29.5 %lə 1500 manat nağd kredit və Albalı plus kartına illik 29%lə 600 manat kredit xətti açılması təklif edildiyi qeyd edilmişdir.
7. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, "xxxx" KB ASC tərəfindən məhkəməyə müraciət etmək üçün 44,10 manat dövlət rüsumu ödənilmişdir.
Tətbiq edilən hüquq :
8. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi :
284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-4.1. Məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından aşağıdakı hallarda imtina edir: 284-4.1.3. verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa. 284-4.2. Bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. 284-4.3. Ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır : 114.1.2. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə.
9. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu :
5.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır: 5.1.2. ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə.
Məhkəmənin mövqeyi :
10. Məhkəmə iddia ərizəsini iş materialları ilə birlikdə araşdıraraq qeyd edir ki, iddia ərizəsi iddianın yolverilməzliyinə görə icraata qəbul edilməkdən imtina edilməlidir.
11. Belə ki, mülki prosessual qanunvericiliyə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Lakin verilmiş tələbi təsdiq edən sənədlər təqdim edilmədikdə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilmir.
12. Kiçik iddialara dair işlər üzrə iddia ərizəsi iş materialları ilə birlikdə öyrənilərkən müəyyən edilmişdir ki, iddiaçı "xxxx" ASC Cavabdeh qarşı olan pul tələbinə dair iddia ərizəsini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehə istehlak məqsədləri üçün 35 ay müddərinə illik 29.50 % ödəmək şərtilə 1500 manat kredit xətti açılmışdır. Lakin kredit müqaviləsinin bağlanmasını, kreditin verilməsini təsdiq edən sənədlər əlavə edilməmişdir.
13. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli kredit müqaviləsinin 1.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, Bu müqaviləyə əsasən,“Borcverən”ən çoxu 120 (bir yüz iyirmi) ay müddətinə, illik faiz dərəcəsi 35 % (otuz beş) faizədək olmaq şərtilə 20 000 (iyirmi min) AZN məbləğədək krediti, kredit prosedurlarına görə 5 % (minimum 20 AZN) məbləğədək, kredit müraciəti üçün 5 AZN komisyon haqqı tutmaqla "Borcalaıf'a verə bilər. Bu Müqavilə üzrə kreditin faktiki illik faiz dərəcəsi min. 18 % - max. 40% faiz təşkil edir. Bank bu müqavilə müddətinin sonunadək həmin Müqavilədə nəzərdə tutulmuş şərt və qaydalarla müştəriyə kredit rəmiləşdirilə bilər. Bu halda müştəri hər ay kredit üzrə ödənilməli olan məbləği Banka qaytarmasını öz öhdəsinə götürür. Kreditin ayrılması şərtləri və qaydaları, kredit üzrə ödənişin hesablanmasına əsaslar bu Müqavilə ilə müəyyən edilir. Bu, heç bir halda Bank tərəfindən müştəriyə kreditin verilmə vədi kimi təfsir oluna bilməz. Bu kreditin "Borcalan”a təqdim edilməsi aşağıdakı qaydada həyata keçirilir: bu Müqavilə imzalandıqdan sonra “Borcalan’a cari hesab açılır və həmin cari hesaba bağlı olan ödəniş kartı təqdim edilir. Lakin cari hesabda pul vəsaiti olmur. "Borcalan” aşağıdakı şərtlərdən biri vasitəsilə krediti əldə edə bilər: a) "Borcalan”a bankda qeydiyyatda olan mobil telefon nömrəsindən (bundan sonra “Borcalaıf’ın mobil telefon nömrəsi”) ona təqdim edilmiş ödəniş kartının son 6 rəqəmini sms vasitəsilə “Borcverən”in 8117 qısa nömrəsinə (bundan sonra “Borcverən”in qısa nömrəsi”) yazıb göndərir.Bundan sonra “Borcverən”, “Borcalan’ın mobil telefon nömrəsinə təklif edilən kreditin dəqiq məbləği, illik faiz dərəcəsi, müddəti və aylıq ödənişin məbləği, əlavə kreditin verilməsi ilə əlaqədar kredit prosedurlarına və nağd pulun çıxarılmasına görə komisyon haqların məbləği, həmçinin “Borcalan”ın razılığını ifadə etməsi üçün hansı sözdən istifadə etməsi göstərilməklə təklif sms-i” göndərir. "Borcalan”ın həmin sms-ə cavab olaraq, öz mobil telefon nömrəsindən "Borcverən”in qısa telefon nömrəsinə onun razılığını bildirən məzmunda sms yazıb göndərməsi ("Borcalan” razılığını ifadə etmək üçün məhz təklit-sms-ində bu məqsəd üçün müəyyən edilmiş sözü yazıb göndərməlidir) kredit məbləğinin “Borcalan”ın cari hesabına köçürülməsi üçün onun tapşırığı kimi qəbul olunur və "Borcverən” həmin sms-i qəbul etdiyi andan 1 (bir) iş günü ərzində kredit məbləğini "Borcalan”in cari hesabına köçürür. Kredit məbləği "Borcalan”nın həmin məbləğdən tam və ya qismən istifadə edib-etməməsindən asılı olmayaraq cari hesabına köçürüldüyü andan verilmiş sayılır və həmin andan etibarən kreditin tam məbləğinə bu Müqavilə ilə müəyyən edilmiş faizlər hesablanmağa başlayır. b) Bank “Borcalan”a göndərdiyi təklif sms-i göndərir və bu bildirişə cavab almadan bu müştərinin cari hesabına (ödəniş kartına bağlı hesab) kredit vəsaitini köçürür və bu barədə sms bildiriş göndərir. SMS bildirişdə kreditin dəqiq məbləği, illik faiz dərəcəsi, müddəti və aylıq ödənişin məbləği, əlavə kreditin verilməsi ilə əlaqədar kredit prosedurlarına və nağd pulun çıxarılmasına görə komisyon haqların məbləği əks olunur. Bu sms müştəriyə göndərildiyi tarixdən 10 (on) təqvim günü ərzində kredit vəsaiti hesabdan tam və ya qismən istifadə edilmədikdə kredit ləğv olunur. Bu müddət ərzində tam və ya qismən istifadə olunarsa müştərinin kreditə razılığı kimi hesab olunur. Vəsaitin hesaba köçürüldüyü tarixdən kredit rəsmiləşdirilmiş hesab olunur və kreditin tam və ya qismən istifadə edilməsindən asılı olmayaraq bu Müqavilə ilə müəyyən edilmiş faizlər hesablanır.
14. xx.xx.2021-ci il tarixli kredit müqavilənin yuxarıda qeyd edilən bəndində kreditin rəsmiləşdirilməsi qaydası aydın şəkildə ifadə edilmişdir. Lakin iş materiallarına qeyd edilən qaydaya riayət edilməsini, iddiaçının istinad etdiyi xx.xx.2021-ci il tarixli kredit müqaviləsinin bağlanmasını, cavabdehə 1500 manat məbləğində kreditin verilməsini təsdiq edən sənədlər əlavə edilməmişdir.
15. Məhkəmə qeyd edir ki, iş materillarına maliyyə arayışı və iddiaçı tərəfindən məhkəməyə ünvanlanmış iddiaçı tərəfindən cavabdehə sms bildirişin göndərilməsinə dair məktub əlavə edilmişdir ki, həmin sənədlərə məhkəmə kredit müqaviləsinin bağlanması, cavabdehə kreditin verilməsini təsdiq edən sübut kimi istinad edə bilməz.
16. Ali Məhkəmənin vahid məhkəmə təcrübəsinin formalaşmasına dair 2-2(102)- 575/2023 saylı xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, kredit müqaviləsindən irəli gələn tələblər üzrə iddiaçı tərəfindən məhkəməyə həmin kredit müqaviləsi (əsli və ya lazımi qaydada təsdiq edilmiş surəti) və kredit məbləğinin cavabdehə verilməsini təsdiq edən sənədlər (kassa məxaric orderi və s.) təqdim edilməyibsə və təqdim edilmiş ödəniş qəbzlərindən onların hansı müqavilə üzrə ödənildiyi müəyyən olunmursa, öhdəliyin mövcudluğu sübuta yetirilmədiyindən bankların bu kateqoriya tələbləri rədd edilir. Bankın təqdim etdiyi hesabdan çıxarış və maliyyə arayışı isə birtərəfli qaydada tərtib edilmiş sənədlər olduğundan həmin halı təsdiq edən mötəbər sübutlar kimi qəbul edilmir.
17. Məhkəmə, məhkəmə təcrübəsinə uyğun formalaşmış hüquqi mövqedən çıxış edərək qeyd edir ki, maliyyə arayışı və bildiriş iddiaçının özü tərəfindən birtərəfli qaydada tərtib edilən sənəd olduğundan iddiaçının təqdim etdiyi maliyyə arayışı və bildiriş iddiaçının istinad etdiyi xx.xx.2021-ci il tarixli kredit müqavisinin bağlanmasını təsdiq edən sübut kimi qiymətləndirilə bilməz.
18. Hazırkı işin mübahisəsiz və sübuta yetirilmiş halı ondan ibarətdir ki, sübut etmək vəzifəsinə uyğun olaraq, iddiaçı kredit müqaviləsini, o cümlədən 1500 manat məbləğində kredit xətti açılmasını təsdiq edən sübutları işə mahiyyəti üzrə baxan məhkəməyə təqdim etməli idi. Lakin iddiaçı həmin sübutları məhkəməyə təqdim etməmiş və MPM-in 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.
19. Belə olan halda, mülki prosessual qanunvericiliyə əsasən iddiaçının cavabdehə qarşı olan tələbini təsdiq edən sənədlər təqdim edilmədikdə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilmir.
Nəticə :
20. Beləliklə, məhkəmə qeyd edir ki, verilmiş tələbi təsdiq edən sənədlər təqdim edilmədiyindən iddiaçı "xxxx" KB ASC-nin Cavabdeh “pul” tələbinə dair kiçik iddialara dair işlər üzrə iddia ərizəsi icraata qəbul edilməkdən imtina edilməlidir.
21. Həmçinin, iddiaçıya izah edilsin ki, qərardadın təsviri hissəsində göstərilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra ümumi əsaslarla məhkəməyə iddia icraatı qaydasında iddia ilə müraciət edə bilər.
22. Həmçinin məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən ödənilmiş 44.10 manat məbləğində dövlət rüsumu ("xxxx" KB ASC, VÖEN: **********, Transaksiya nömrəsi: **********09; qəbz nömrəsi **********; büdcə səviyyə kodu: 142211, tarix: xx.xx.2024, saat: 10:30) dövlət büdcəsindən ərizəçiyə qaytarılmalıdır
23. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4, 263-264, 267, 268, 395, 396-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara Aldı:
İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh “pul” tələbinə dair kiçik iddialara dair işlər üzrə iddia ərizəsinin icraata qəbul edilməsindən işə baxılmasının sadələşdirilmiş qaydasının yolverilməzliyinə görə imtina edilsin və ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya rəsmi qaydada təqdim olunsun. Ödənilmiş 44.10 manat məbləğində dövlət rüsumu ("xxxx" KB ASC, VÖEN: **********, Transaksiya nömrəsi: **********09; qəbz nömrəsi **********; büdcə səviyyə kodu: 142211, tarix: xx.xx.2024, saat: 10:30) dövlət büdcəsindən iddiaçıya qaytarılsın. İddiaçıya izah olunsun ki, Azərbaycan Respublikası MPM-nin 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Qərardaddan şikayət verilə bilməz.
Hakim Starə Əliyeva