Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1016/2021 19.05.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, X5 və Cavabdeh1 Qirxlar qızının iştirakları ilə, İddiaçı ASC-nin cavabdeh X3 qarşı “borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdeh X3 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciətedərək, cavabdeh X1 07 avqust 2015-ci il tarixli kredit müqaviləsi üzrə 145.02 manat məbləğində əsas borcu, 59.14 manat faiz borcu, 286.1 manat cərimə borcu və kredit müqaviləsi üzrə 07 avqust 2017-ci il tarixdən 16.09.2020-ci il tarixədək gecikdirilmiş üçün 5 faiz hesablanmış 10,5 manat əldə çıxmış fayda olmaqla, cəmi 500.31 manat borcunun və 30 manat dövlət büdcəsinə köçürülmüş dövlət rüsumununəvəzi İddiaçı Açıq Səhmdar Cəmiyyətin xeyrinə tutulması (ödənilməsi) barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X4 07 avqust 2015-ci il tırixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 28 faizlə 24 ay müddətinə 1000 AZN kredit götürmüşdür, Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 16 sentyabr 2020-dək X2 banka 07 avqust 2015-ci il tarixli kredit müqaviləsi üzrə 145,02 AZN əsas borc, 59,14 AZN faiz borc, 286,1 AZN cərimə və kredit müqaviləsi üzrə 07 avqust 2017-ci il tarixdən, 16.09.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün ilik 5 (beş) faizlə hesablanmış 10,05 AZN məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 500,31 AZN borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Məhkəmə qeyd edir ki, cavabdeh X4 vəfat etdiyindən, X7, Cavabdeh1 Qirxlar qızı və X8 X4 iddiaçı tərəfindən cavabdehlər kimi cəlb edilmşlər. İddiaçı ASC məhkəməyə ərizə ünvanlayaraq, iddia tələbini müdafiə etdiklərini bildirmiş və mülki işə onların iştirakı olmadan baxılmasını və qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasıda cavabdeh X7 iddia tələbini qəbul etmədiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, hal-hazırda heç bir yerdə işləmir və həmin borcu ödəyəcək maddi imkanı yoxdur. Göstərdiklərinin nəzərə alınmsını və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 Qirxlar qızı iddia tələbini qəbul etmədiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, X4 bankdan götürdüyü krediti qeyri-rəsmi yaşadığı qadınla birlikdə xərcləmişdir. Həmin puldan onlara pul verməmiş, ümumiyyətlə ailəsi üçün xərcləməmişdir. Ona görə də, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasda iştirak edən şəxsləri dinləyib, mülki işin materiallarını araşdırıb, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - "xxxx" İKB ASC ilə X4 arasında bağlanmış 07 avqust 2015-ci il tarixli kredit müqaviləsindən görünür ki, bank tərəfindən X3 illik 28 faiz dərəcəsi ilə, 24 ay müddətinə 1000 manat məbləğində kredit verilmiş, X4 öz növbəsində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. - İddiaçı ASC-nin 16 sentyabr 2020-ci il tarixli maliyyə arayışından görünür ki, 07 avqust 2015-ci il tarixli kredit müqaviləsi üzrə X2 145,02 AZN əsas borc, 59,14 AZN faiz borcu, 286.1 AZN cərimə borcu, 10.5 AZN əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 490.26 AZN borcu vardır. - 06 iyul 2020-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı ASC tərəfindən 20 manat dövlət rüsumu ödənilmişdir. - 01 mart 2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin surətindən görünür ki, 31 may 2017-ci il tarixdə vəfat etmiş X2 vərəsələri X7, X8 və Cavabdeh1 Qirxlar qızıdır. Məhkəmə iclasında müəyyən olundu ki, "xxxx" İKB ASC ilə X4 arasında bağlanmış 07 avqust 2015-ci il tarixli kredit müqaviləsinə əsasən, bank tərəfindən X3 illik 28 faiz dərəcəsi ilə, 24 ay müddətinə 1000 manat məbləğində kredit verilmiş, X4 öz növbəsində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. Lakin cavabdeh kreditin və ona hesablanmış faizlərin ödənilməsi üzrə müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş, iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 1151.1. ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Qeyd edilənlərlə müəyyən olundu ki, borcalan X4 "xxxx" İKB ASC ilə bağladığı 07 avqust 2015-ci il tarixli kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyə əməl edib, krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və X4 öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh müqavilə üzrə bank qarşısında öhdəlik götürdüyündən və cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, cavabdeh isə hazırda öldüyündən, onun prosessual hüquqi varisləri yaranmış əsas borc məbləğini, ona hesablanmış faizləri, cəriməni və digər xərcləri ödəməlidir. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, iddiaçının tələb etdiyi cərimə (dəbbə pulu) əsas borca münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğ azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 Qirxlar qızından, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada "xxxx" ASC-nin xeyrinə 07.08.2015-ci il tarixli kredit müqaviləsi üzrə 145,09 manat əsas borc, 59,14 manat faiz borcu, 20 manat cərimə borcu, 10 manat gecikdirilmiş vaxt üçün illik 5 faiz borcu, olmaqla 234,16 manatvə dövlət rüsumuna görə ödənilmiş 30 manat vəsaitin əvəzi tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 Qirxlar qızından, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada "xxxx" ASC-nin xeyrinə 07.08.2015-ci il tarixli kredit müqaviləsi üzrə 145,09 manat əsas borc, 59,14 manat faiz borcu, 20 manat cərimə borcu, 10 manat gecikdirilmiş vaxt üçün illik 5 faiz borcu, olmaqla 234,16 manatvə dövlət rüsumuna görə ödənilmiş 30 manat vəsaitin əvəzi tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-1016/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1016/2021
19.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver