Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1021/2021 09.03.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Babək Natiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və onun nümayəndəsi və vəkili X2, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və onun nümayəndəsi və vəkili X3 iştirakları ilə, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “alimentin miqdarının dəyişdirilməsi” tələbinə dair mülki işə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, ailə vəziyyətimi nəzərə alaraq övladları X12 və X1 üçün tutulan alimentin miqdarımı artırılaraq hər birinə 170 manat müəyyən edilməklə ümumilikdə 340 manat alimentin Cavabdeh alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh oğu ilə nikahları 25.09.2019-cu ildə ildə Nizami rayon Məhkəməsinin 2(007)-2129/2019 saylı qətnaməsi ilə pozulmuşdur. Qətnamədə nikah pozulduqdan sonra 19 fevral 2014-cü il təvəllüdlü X14 və 22 may 2017-ci il təvəllüdlü X6 onun himayəsində saxlanmaları və saxlanmaları üçün hər uşağa 150 manat olmaqla, ümumilikdə 300 manat sabit pul məbləğində alimentin onun xeyrinə ödənilməsi qət olunmuşdur. Bildirir ki, cavabdeh keçmiş həyat yoldaşı Cavabdeh Azərbaycan Respublikasının “xxxx” Qapalı səhmdar cəmiyyətində yanğından mühafizə bölməsinin rəisi vəzifəsində işləməklə əmək haqqı 895 (səkkiz yüz doxsan beş) manatdır. Əlavə olaraq mükafatlar və maddi yardım da alır. Bildirir ki, övladları böyüdükcə onların qayğıları da artır. Getdikcə onların saxlanılması üçün tələb olunan xərclər cavabdeh tərəfindən ödənilən alimentin miqdarından çoxdur. Bu səbəbdən cavabdehin aldığı əmək haqqı və əlavə gəlirlərini nəzərə alaraq alimentin miqdarını artırılmasını xahiş edir. Cavabdeh məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, İddiaçı iddiasının rədd edilməsini, qarşılıqlı iddianı təmin edərək Bakı Apellyasiya Məhkəməsinin 03 dekabr 2019-cu il tarixli, 2(103)-14336/2019 saylı qətnaməsi ilə Cavabdeh 19 fevral 2014-cii il təvəllüdlü X14 və 22 may 2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa 150 manat olmaqla, ümumilikdə 300 (üç yüz) manat sabit pul məbləğində İddiaçı xeyrinə tutulması müəyyən edilən alimentin miqdarının dəyişdirilməsini, 19 fevral 2014-cü il təvəllüdlü X10 və 22 may 2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çalanadək saxlanmaları üçün qazancının üçdə bir hissəsi miqdarında alimentin İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh X7 ilə 25 sentyabr 2010-cıı il tarixdə rəsmi nikaha daxil olmuşlar, nikahları Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsində rəsmləşdirmişlər. Birgə nikahlarından 19 fevral 2014-cü il təvəllüdlü X14 və 22 may 2017-ci il təvəllüdlü X11 adlı iki uşaqları doğulmuşdur. Evləndikləri ilk vaxtlar mehriban yaşamışlar, sonradan cavabdehin təqsiri ucbatından münasibətləri pozulmuşdur. Cavabdeh nikahın pozulması barədə iddia ərizəsi ilə Nizami rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 25 sentyabr 2019-cu il tarixli, 2(007)-2129/2019 nömrəli qətnaməsi ilə cavabdehlə aralarında olan nikah pozulmuş və uşaqların yetkinlik yaşma çatanadək saxlanması üçün hər ay hər uşağa 130 manat olmaqla, ümumilikdə 260 manat sabit pul məbləğində aliment İddiaçı Elçim qızının xeyrinə tutulmuşdur. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 25 sentyabr 2019-cu il tarixli, 2 (007)- 2129/2019 nömrəli qətnaməsinin aliment hissəsindən İddiaçı Elçim qızı narazı qalaraq apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 03 dekabr 2019-cu il tarixli, 2 (103)-14336/2019-cu il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək, 19 fevral 2014-cü il təvəllüdlü X14 və 22 may 2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh İddiaçı Elçun qızının xeyrinə hər ay hər uşaq üçün 150 manat olmaqla, ümumilikdə 300 manat sabit pul məbləğində aliment tutulmuşdur. Məhkəmənin diqqətinə çatdırır ki, “xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Mühafizə və yanğın təhlükəsizliyi xidmətinin ilkin xilasetmə bölməsinin rəisi vəzifəsində işləyir, aylıq əmək haqqım 1011 (bir min on bir) manat təşkil edir. İddiaçı isə "xxxx" Qapalı Səhmdar Cəmiyyətində işləyir, aylıq əmək haqqı isə 526 manat təşkil edir. Sənədlərdən göründüyü kimi İddiaçı əmək haqqısı kifayət qədər təşkil edir. Onun əmək haqqından başqa heç bir yerdən gəliri yoxdur, eyni zamanda yaşlı anasını da o saxlayır və bütün bunlar məhkəmə tərəfindən nəzərə alınmalıdır. Göründüyü kimi uşağın saxlanmasında onun bir valideyin kimi borcu olduğu halda İddiaçı Elçun qızının da bir valideyin kimi borcudur. Qanunvericiliyinin məzmunundan göründüyü kimi onun maddi vəziyyətində dəyişiklik olmuş. Bu hal iddia ərizəsinə əlavə olunmuş 02 mart 2021-ci il tarixli, A/52 nömrəli arayışla öz təsdiqini tapmışdır. Həmin arayışda onun “xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Mühafizə və yanğın təhlükəsizliyi xidmətinin ilkin xilasetmə bölməsinin rəisi vəzifəsində işləməyi və aylıq maaşının 1011 (bir min on bir) manat olması göstərilmişdir. O da "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Mühafizə və yanğın təhlükəsizliyi xidmətinin İlkin xilasetmə bölməsinin rəisi vəzifəsində işləyir, aylıq maaşı 1011 (bir min on bir) manat təşkil edir. Onun göstərilən məbləğdən başqa heç bir gəliri, qazanc mənbəyi, daşınar və daşınmaz əmlakı yoxdur. Ona görə də məhkəmə işə baxılarkən bütün bunları nəzərə almalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, qarşılıqlı iddia təmin olunmalı, Bakı Apellyasiya Məhkəməsinin 03 dekabr 2019-cu il tarixli. 2(103)-14336/2019 saylı qətnaməsi ilə Cavabdeh 19 fevral 2014-cü il təvəllüdlü X10 və 22 may 2017-ci il təvəllüdlü X6 yetkinlik yaşma çatanadək saxlanmaları üçün hər ay hər uşağa 150 manat olmaqla, ümumilikdə 300 (üç yüz) manat sabit pul məbləğində İddiaçı xeyrinə tutulması müəyyən edilən alimentin miqdarı dəyişdirilməli, 19 fevral 2014-cü il təvəllüdlü X10 və 22 may 2017-ci il təvəllüdlü X6 yetkinlik yaşma çatanadək saxlanmaları üçün qazancının üçdə bir hissəsi miqdarında aliment İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və onun nümayəndəsi və vəkili X4 ilkin iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd olunmasını xahiş etmişlər. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və onun nümayəndəsi və vəkili X5 qarşılıqlı iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, ilkin iddia ərizəsinin rədd edilməsini və qarşılıqlı iddia ərizəsinin təmin edilməsini xahiş etmişlər. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, ilkin iddia qismən təmin edilməli, qarşılıqlı iddia isə rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: - Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindən 27 fevral 2014-cü il tаriхdə vеrilmiş AZ-İİİ № 236930 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 19 fevral 2014-cü il tаriхdə Bakı şəhərində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 27 fevral 2014-cü il tarixdə 368 № ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası İddiaçıdır. - Bakı şəhəri Sabunçu rayon qeydiyyat şöbəsi tərəfindən 30 may 2017-ci il tаriхdə vеrilmiş AZ-İİİ № 956296 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 22 may 2017-ci il tаriхdə Bakı şəhərində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 30 may 2017-ci il tarixdə 296 № ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası İddiaçıdır. - xxxx” Qapalı Səhmdar Cəmiyyətinin 28.11.2019-cu il tarixli 12/6527 saylı məktubundan görünür ki, İddiaçı orta aylıq əmək haqqı 526,02 manat təşkil edir. - Azərbaycan Respublikası “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin 08.07.2020-ci il tarixli 40N-10/3-662 saylı məktubundan görünür ki, Cavabdeh “xxxx” QSC-nin Mühafizəv və yanğın təhlükəsizliyi xidmətinin Yanğından mühafizə bölməsinin rəisi vəzifəsində (2 istirahət günü ilə 40 saatlıq (09:00-dan 18:00-dək) iş həftəsi rüjimində) işləyir və onun aylıq tarif maaşı 895 (səkkiz yüz doxsan beş) manat təşkil edir. - Azərbaycan Respublikası “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin 02.03.2021-il tarixli A/52 saylı arayışından görünür ki, 02.09.2002-ci ildən 18.07.2014-cü il tarixədək xxxx İdarəsinin Hərbiləşdirilmiş Yanğından Mühafizə şöbəsində yanğın əleyhinə profilaktika üzrə böyük təlimatçı vəzifəsində çalışmışdır. 18.07.2014-cü il tarixdən 01.07.2020-ci il tarixədəl “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin Mühafizə və yanğın təhlükəsizliyi xidmətinin Yanğından mühafizə bölməsində yanğın əleyhinə profilaktika üzrə təlimatçı, 01.07.2020-ci il tarixdən hal-hazıradək İlkin xilasetmə bölməsinin rəisi vəzifəsində işləyir və onun orta əmək haqqı 1011 (bir min on bir) manat təşkil edir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2129/2019 saylı 25.09.2019-cu il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək, Cavabdeh ilə İddiaçı arasında 25 sentyabr 2010-cu il tarixində Bakı şəhəri Nizami rayon qeydiyyat Şöbəsində bağlanmış və 1162№-si ilə qeyd edilmiş nikahın pozulması, nikah pozulduqdan sonra 19 fevral 2014-cü il təvəllüdlü X10 və 22 may 2017-ci il təvəllüdlü X6 anaları İddiaçı himayəsində saxlanılması, cavabdeh Cavabdeh 23.05.2019-cu il tarixdən başlayaraq 19 fevral 2014-cü il təvəllüdlü X10 və 22 may 2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 130 (yüz otuz), manat olmaqla ümumilikdə 260 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-14336/2016 saylı 03.12.209-cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2129/2019 saylı 25.09.2019-cu il tarixli qətnaməsinin alimentin tutulması hissəsində dəyişdirilməsi, 19 fevral 2014-cü il təvəllüdlü X10 və 22 may 2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh birgə nikahından 19 fevral 2014-cü il təvəllüdlü X14 və 22 may 2017-ci il təvəllüdlü X11 adlı övladları doğulmuşdur. Tərəflər arasında bağlanmış nikah məhkəmə qaydasında pozulmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2129/2019 saylı 25.09.2019-cu il qətnaməsinə əsasən, 23.05.2019-cu il tarixdən başlayaraq 19 fevral 2014-cü il təvəllüdlü X10 və 22 may 2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 130 (yüz otuz), manat olmaqla ümumilikdə 260 manat sabit pul məbləğində aliment cavabdehdən tutulmuşdur. Daha sonra Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-14336/2016 saylı 03.12.209-cu il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək, 19 fevral 2014-cü il təvəllüdlü X10 və 22 may 2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin tutulmuşdur. Hazırda ilkin iddia üzrə iddiaçı qeyd olunan qətnamə ilə tutulan aliment məbləğinin dəyişdirilərək, 19 fevral 2014-cü il təvəllüdlü X10 və 22 may 2017-ci il təvəllüdlü X1 üçün hər ay 340 manat sabit pul məbləğində müəyyən edilməsini xahiş edir. İlkin iddia üzrə cavabdeh isə qarşlıqlı iddia ərizəsi ilə müraciət edərək, 19 fevral 2014-cü il təvəllüdlü X10 və 22 may 2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çalanadək saxlanmaları üçün onun qazancının üçdə bir hissəsi miqdarında alimentin İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Konvensiyanın: 3-cü maddəsinin tələblərinə əsasən, “Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində keçirilən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir”. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; 19-cu maddəsinə əsasən valideynlərin uşağın təbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 76.2-ci maddəsinə əsasən valideynlərindən məhkəmə tərəfindən tutulan aliment miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən belə hesab edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşaqların əvvəlki təminatının səviyyəsinə də qiymət verilməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin yuxarıda göstərilən müddəalarını, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun anoloji işlərlə bağlı Qərarları ilə formalaşdırdıqları hüquqi mövqelərini, uşaqların mənafeyini, işin faktiki hallarını nəzərə alaraq, belə qənaətə gəlir ki, hazırkı halda ilkin iddia üzrə iddiaçı hər ay 150 manat olmaqla, cəmi 300 manat miqdarında aliment məbləği ilə uşaqları saxlamaqda çətinlik çəkir. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş uşaqların saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilərək artırılmalıdır. Məhkəmə miqdarı dəyişdirilərək artırılmaqla ilkin iddia üzrə cavabdehdən tutulacaq aliment məbləğinin həddini müəyyən edərkən, uşaqların və ilkin iddia üzrə iddiaçının mənafeləri ilə yanaşı ilkin iddia üzrə cavabdehin də mənafeyini nəzərə alır. Məhkəmə qeyd edir ki, qanunvericilik aliment məbləğinin müəyyənləşdirməsi zamanı əsas meyar kimi uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətə layiq hallar da nəzərə alınmalıdır. İlkin iddia üzrə İddiaçı Cavabdeh 340 manat məbləğində alimenti ödəyə biləcək kifayət qədər maddi imkana malik olmasını təsdiq edən hər hansı bir sübutunu məhkəməyə təqdim etməmişdir. Məhkəmə qarşılıqlı iddia ərizəsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Hazırda ilkin iddia üzrə iddiaçı uşaqların saxlanması üçün alimentin sabit pul məbləğində tutulmasını xahiş etdiyindən məhkəmə hesab edir ki, ilkin iddia üzrə iddia qismən təmin edilməli, qarşılıqlı iddia ərizəsi isə təmin edilməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda istinad edilən 28 mart 2016-cı il tarixli Qərarının 8.14--cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə də, məhkəmə hesab edir ki, miqdarı artırılmış aliment hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, ilkin iddia qismən təmin olunmalı, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-14336/2019 saylı, 25 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilçəli, 19 fevral 2014-cü il təvəllüdlü X10 və 22 may 2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər uşaq üçün hər ay 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli, ilkin iddia qalan hissədə təmin edilməməli, qarşılıqlı iddia ərizəsi təmin edilməməlidir. Alimentin bu Qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. MPM-in 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatadək olduqda 20 manat miqdarında dövlət rüsumu ödənilir; 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, məhləmə xərcləri ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh aid edilməli və ondan 20 manat məbləğində dövlət rüsumu tutularaq dövlət gəlirlərinə alınmalıdır. Göstərilənlərə əsasən və MPM-in 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-14336/2019 saylı, 25 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. 19 fevral 2014-cü il təvəllüdlü X10 və 22 may 2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər uşaq üçün hər ay 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İlkin iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Alimentin bu Qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh 20 (iyirmi) manat məbləğində dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №2(007)-1021/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1021/2021
09.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver