Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-1023/2024 22.04.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, Ərizəçi, X1 iştirakları ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Ərizə :
1. Ərizəçi Maraqlı şəxsnə qarşı “şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında” tələbinə dair ərizə ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən xx.xx.1954-cü ildə anadan olmuş qaynı X8 1992-ci il tarixindən etibarən xəbərsiz itkin düşmüş hesab olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
Ərizənin əsaslandırıldığı hallar :
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.1954-cü il təvəllüdlü qaynı X13 1972-ci ildə Qazaxıstan Respublikasına hərbi xidmətə getmişdir. 1992-ci ildən Rusiya Federasiyasının köhnə Şerbinka vilayətinə yaşamağa köçmüş və həmin ildən ondan xəbər yoxdur. O, həmin vaxtdan Azərbaycan Respublikasına gəlməmiş, hətta atası X12, anası X4 və 2015-ci ildə rəhmətə getmiş qardaşı X6 dəfninə belə gəlməmişdir. Onu dəfələrlə axtarmağa çalışsa da, lakin ondan heç bir məlumat əldə edə bilməmişdir. Maraqlı şəxs № 3-16-5/8-xx-xx/2023-cü il tarixli məktubundan da görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılıb və X9 ölüm akt qeydi aşkar edilməmişdir. X2 və ailə üzvlərinə keçmiş Şamiyan rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.1982-ci il tarixli orderə əsasən indiki Bakı şəhəri Nizami rayonu Q.Qarayev prospekti ev 56 mənzil ayrılmışdır. X3 28 aprel 2003-cü ildə, qaynanası X4 07 aprel 1999-cu ildə, həyat yoldaşı isə X10 13 iyul 2015-ci ildə vəfat etmişdir. Hazırda qaynatasına məxsus olan həmin mənzilə dair Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestindən çıxarış əldə olunması üçün orderdə adları qeyd edilən şəxslərin müvafiq sənədləri Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təqdim edilməlidir. Qaynı X9 isə nə ölüm haqqında şəhadətnaməsi, nədə ki ondan heç bir məlumat olmadığından o mənzilə dair çıxarış almaqla bağlı sənədləşdirmə işlərini həyata keçirə bilməmişdir. Bu səbəbdən qaynı X9 yeganə qohumu olaraq, onun məhkəmə qaydasında xəbərsiz itkin düşmüş hesab edilməsi barədə məhkəməyə ərizə ilə müraciət etmək məcburiyyətində qalmış və buna görə məhkəmə qaydasında X9 xəbərsiz itkin düşmüş hesab edilməsi zəruridir.
İş materialları :
3. AZ-İ 765429 nömrəli ölüm haqqında şəhadətnamənin surətundən görünür ki, X11 13 iyul 2015-ci il tarixdə dəqiqləşdirilməmiş miokard infarktından ölmüşdür.
4. AZ-İ 039466 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X20 28 aprel 2003-cü il tarixdə kəskin ürək damar çatışmamazlığından ölmüşdür.
5. V-ЖГ № 348932 nömrəli ölüm haqqında şəhadətnamənin surətundən görünür ki, X5 05 aprel 1999-cu il tarixdə kəskin ürək damar çatışmamazlığından ölmüşdür.
6. Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil Kommunal Təsərrüfatı Departamenti 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyi 120 saylı Mənzil- Kommunal İstismar Sahəsinin xx.xx.2024-cü il tarixli, 182 nömrəli evdə qeydiyyatda olan Ərizəçi verilmiş arayışdan görünür ki, 120 saylı MKİS-də olan sənədlərə əsasən X14 Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev küçəsi 56 saylı evin 31 saylı mənzilində qeydiyyatda yoxdur və yaşamır.
7. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xətai Rayon İdarəsinin 02 aprel 2024-cü il tarixli, 3-43-17/2- 706/2024 nömrəli məktubundan görünür ki, xx.xx.1954-cü il təvəllüdlü X13 xx.xx.1972-ci il tarixdə D-86 komandası ilə Xətai RHK tərəfindən müddətli həqiqi hərbi xidmətə göndərilmiş lakin hərbi təxris olunması barədə heç bir məlumat yoxdur.
8. Azərbaycan Respublikasının Dövlət X15 Nəzarətinin 02 aprel 2024-cü il tarixli 3-38- 2/33-1091/24 saylı məktubundan görünür ki, xx.xx.1954-cü il təvəllüdlü X8 dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır.
9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin 04 aprel 2024-cü il tarixli, 3-16-5/4-13-2069/2024 nömrəli məktubundan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş məlumatlar öyrənilərkən R.Misuatovun ölümü haqqında məlumat aşkar edilməmişdir.
10. Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-16-5/8-xx-xx/2023 saylı arayışdan görünür ki, X8 1972-ci ilə aid ölüm akt qeydi aşkar edilməmişdir.
11. ünvan 1 ünvanında qeydiyyatda olan vət. Ərizəçi verilmiş Arxiv çıxarışından görünür ki, X20 ailə tərkibi 5 nəfər olmaqla Neft-Qaz Zavodunda slesar vəzifəsində çalışmış 31 saylı 2 otaqlı mənzilin 6-cı paralel 29-cu binada 1 otaq sahəsi 8 kv.m olan mənzildə yaşamışdır.
12. Şaumyan Mənzil İdarəsi tərəfindən verilmiş xx.xx.1962-ci il tarixli 14340 saylı orderə əsasən müəyyən edilir ki, X16 və 5 nəfər ailə üzvlərinə 2 otaqlı sahəsi 27.3 kv.m olan 58 saylı evdə 31 saylı mənzil ayrılmışdır.
13. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nizami Rayon Polis İdarəsi tərəfindən verilmmiş xx.xx.2024-cü il tarixli 52/2-10970/24 saylı məktubdan görünür ki, xx.xx.1954-cü il təvəllüdlü X13 barəsində AR DİN-nin məlumat bazasında hər hansı bir məlumat aşkar edilməmişdir. Qeyd edilən şəxs AR vətəndaşı şəxsiyyət vəsiqəsi almadığından qeydiyyatda olan ünvanı və barəsində digər məlumatları əldə etmək mümkün olmamışdır.
14. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, Ərizəçi tərəfindən məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödənilmişdir.
15. Ərizəçi tərəfindən Bakı şəhəri Nizami rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Məhkəməsinin icraatında olan 2(007)- 1023/2024 saylı mülki işi üzrə ərizəçi ərizənin və ona əlavə edilmiş sənədlərin ona geri qaytarılmasını xahiş etmişdir. Tərəflərin izahatları :
16. Məhkəmə iclasında iştirak edən Ərizəçi məhkəmə iclasında verdiyi izahatda məhkəmədən ərizənin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir.
17. Maraqlı şəxs nümayəndəsi məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir.
18. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq :
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :
170.1. Bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 170.2. İşin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. 170.3. Bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər.
20. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “31” mart 2011-ci il tarixli Qərarı 2-ci bənd :
Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.
Məhkəmənin mövqeyi :
21. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək qeyd edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır.
22. Belə ki, iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmiş, iş üzrə hazırlıq iclası təyin edilmişdir. Ərizəçi tərəfindən ərizə ilə məhkəməyə müraciət edilərək, məhkəmədən məhkəmənin icraatında olan 2(007)-1023/2024 saylı mülki işi üzrə ərizənin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması xahiş edilmişdir.
23. Mülki prosessual qanunvericiliyə əsasən hazırlıq icraatında iddiaçının vəsatəti ilə ərizə geri qaytarıla bilər.
24. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “31” mart 2011-ci il tarixli Qərarına əsasən hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Nəticə :
25. Beləliklə, məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən hazırlıq icraatı mərhələsində iddia ərizəsinin baxılmadan geri qaytarılması barədə ərizə verildiyindən mülki prosessual qanunvericiliyin tələbinə əsasən Ərizəçi Maraqlı şəxsnə qarşı “şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında” ərizəsi və ona əlavə edilmiş sənədlər ilə birlikdə geri qaytarılmalıdır.
26. Həmçinin məhkəmə qeyd edir ki, hazırki mülki iş materiallarına əlavə edilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu ödənişi qəbul edən təşkilat "xxxx" ASC, VÖEN: 900003611; Əməliyyat İD: 385108091; qəbzin nömrəsi: **********; büdcə səviyyə kodu: 142213; tarix: xx.xx.2024, saat: 14:30) dövlət büdcəsindən iddiaçıya geri qaytarılmalıdır.
27. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170-ci maddəsini və “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “31” mart 2011-ci il tarixli Qərarını rəhbər tutaraq, məhkəmə
Qərara Aldı:
Ərizəçi Maraqlı şəxsnə qarşı “şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında” ərizəsi və ona əlavə edilmiş sənədlər ilə birlikdə geri qaytarılsın. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu (ödənişi qəbul edən təşkilat "xxxx" ASC, VÖEN: 900003611; Əməliyyat İD: 385108091; qəbzin nömrəsi: **********; büdcə səviyyə kodu: 142213; tarix: xx.xx.2024, saat: 14:30) dövlət büdcəsindən ərizəçiyə qaytarılsın Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə informasiya sistemi”ndə yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim Starə Əliyeva