Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1040/2020 18.03.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Ağacanov Ramin Tofiq oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə və Cavabdeh qanuni nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçıYusifoğluCavabdehnaqarşı “pul” tələbinə dairiddiaərizəsivə iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciətedərək, 8620 (səkkiz min altı yüz iyirmi) manat məbləğində pulun, 1000 manat mənəvi zərərin, hüquqi yardım üçün ödədiyi 200 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında yaşayır. Cavabdeh isə onun evinin yaxınlığında ünvan 3 ünvanında yaşayır. 2019-cu ilin yanvar ayının ortalarında Cavabdeh ona təklif etdi ki, şərikli olaraq sifariş qəbul edib mebel hazırlayıb satsınlar və bundan gəlir əldə edərlər. Artıq iki sifariş qəbul edib lakin bu işi həyata keçirmək üçün təxminən 11000 (on bir min) manat pul lazımdır. Bildirdi ki, o, pul qoyacaq, cavabdeh də sifarişləri qəbul edib icra edəcəkdir, gələn gəliri isə o, qoyduğu vəsaiti götürdükdən sonra yarı böləcəklər. O, razılaşmış və bildirmişdir ki, onda hazırda bu qədər pul yoxdur, bir qismini verə bilər, qalan hissəsini bankdan kredit alacaqdır, lakin bunun üçün vaxt tələb olunur. Bundan sonra 2019-cu ilin fevral ayının əvvəlində o, Cavabdeh təklikdə 3000 (üç min) manat pul vermişdir ki, şərtləşdikləri işləri görməyə başlasın. Həmin pul onun yoldaşının analıq məzuliyyətindən alınmışdı. Həmin ayın ortalarında isə o, “Express” bankdan 5500 manat kredit götürmüş və 5000 manatını evində Cavabdeh vermişdir. Hər dəfə maraqlananda Füzuli bildirmişdir ki, sifrişlərin hazır olması vaxt aparacaq, “Ulduz" metrosunun yaxınlığında yerləşən sexdə sifarişlər yerinə yetirilir. Bir dəfə o, həmin yerə gedib sifarişlərin yerinə yetirdiyi sexə baxmışdır. 2019-cu ilin aprel ayının ortalarında Cavabdeh bildirdi ki, bir dənədə sifariş var, onun yerinə yetirilməsi üçün əlavə olaraq 2600 (iki min altı yüz) manat pul lazımdır. Bir neçə gündən sonra o, evinin həyatində Cavabdeh təklikdə 1020 (min iyirmi) manat ekvivalentində 600 (altı yüz) ABŞ dolları pul vermişdir. Bir neçə gün sonra isə 750 (yeddi yüz əlli) manat pulu Qaraçuxur qəsəbəsində yerləşən kafedə Cavabdeh vermiş, Cavabdeh isə onun yanında orada olan tanımadığı şəxsə vermişdir. Həmin şəxsi Füzuli ona mebel sexinin müdiri kimi tanıtmışdı. Bundan bir neçə gün sonra Füzuli onunla evlərinin həyətində görüşmüş və ona şərikli işlərindən 1000 manat gəlir gəldiyini bildirmişdir. Həmin puldan 500 manat ona vermişdir ki, bankda olan kreditini ödəsin. Qalan 500 manatı isə yarı bölmüş və ona 250 manat pul vermişdir. Hətta o, Füzulinin sifariş qəbul etdiyi Sima adlı qadının təmirdə olan evində də Füzuli ilə birlikdə quraşdırılacaq mebelin ölçülərini götürmək üçün olmuşdur. 2019-cu ilin may ayının sonlarında o, həmin qadını təsadüfən görmüş və söhbət zamanı qadın ona bildirmişdir ki, Füzuli onu aldadıb pulunu almış, lakin vəd etdiyi işləri tamamlamamışdır. O, başa düşmüşdür ki, Füzuli onu da aldadıb. Pulunu geri tələb etdikdə iyun ayının ortalarında Füzuli ona kartına yükləməklə 200 manat pul qaytarmışdır. Oktyabr ayında isə atası vasitəsi ilə 200 manat pul qaytarmışdır. Bundan sonra Füzuli müxtəlif bəhanələr gətirməyə başlamış və bu günə qədər 8620 (səkkiz min altı yüz iyirmi) manat pulunu qaytarmamışdır. Pulun verilməsini aralarında olan söhbətin səs yazısı, votsap sosial şəbəkəsində olan yazışmalar da təsdiq edir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, iddia tələbində cavabdehdən ona olan borcuna görə 8620 manat tələb etsə də, cavabdeh həmin məbləğdən müəyyən hissəsini ödəmişdir. Cavabdehin hazırda ona olan borcu 6550 manat təşkil edir. Göstərdiklərinin nəzərə alınmasını və iddianın təmin olunmasını xahiş edti. Məhkəmə iclasında Cavabdeh qanuni nümayəndəsi X2 iddia tələbini qismən qəbul etdiyini bildirib izahat verərək göstərdi ki, Cavabdeh iddiaçıdan müxtəlif vaxtlarda ümumilikdə 9770 manat pul götürmüş, həmin puldan müəyyən hissəsini ödəmişdir. Hazırda onun iddiaçıya 6550 manat borcu vardır. İddia tələbinin mənəvi ziyan və hüquqi yardım üçün ödənilmiş məbləğlə bağlı hissələrini qəbul etmədiyini bildirdi. Lakin qalan borcunu, yəni 6550 manatı ödəmək niyyətindədir. Ona görə də iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 08 fevral 2020-ci il tarixdə Cavabdeh tərəfindən yazılarq imzalanmış ərizədən görünür ki, o, bu qəbzlə İddiaçı şərik işlərində işlətmək üçün 2019-cu ilin müxtəlif aylarında aldığı cəmi 9770 manat puldan qalan 6550 manat pulu 01 iyun 2020-ci il tarixə kimi hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır; Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçıYusifoğlutərəfindən 11 000 manat məbləğində borc pul Cavabdehna verilmişdir. Cavabdeh isə, həmin borcun müəyyən hissəsini qaytarmış, lakin borcunu tam ödəməmişdir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından Cavabdehunun hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh üzərinə düşən öhdəliyini vaxtında icra etməmiş, iddiaçıdan almış olduğu pulları vaxtında ona qaytarmamışdır. Məhkəmə onu da qeyd edir ki, iddia tələbində borc pul qismində cavabdehdən 8620 manat məbləğində pul tələb edilsə də, iddiaçının vəkili və nümayəndəsi məhkəmə iclasında verdiyi ifadəsində cavabdehin hazırda iddiaçıya 6550 manat borcu qaldığını bildirmişdir. Bundan başqa cavabdeh tərəfindən yazılmış 08 fevral 2020-ci il tarixli ərizədə (qəbz) də, cavabdeh İddiaçı 6550 manat borcu qaldığını etiraf etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli, Cavabdeh 6550 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin “1000 (min) manat mənəvi zərərin cavabdehdən tutulması” hissəsinə münasibətdə aşağıdakıları qeyd edir: “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli Qərarının 2-ci bəndinin 3-cü abzasında göstərilir ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verə bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə bununla bağlı qeyd edir ki, İddiaçı mənəvi zərərin ödənilməsi barədə iddia qaldırsa da, özünə mənəvi zərər vurmaya, habelə bu mənəvi zərərin məhz cavabdehin təqsirli hərəkətləri nəticəsində yetirilməsinə dair məhkəməyə heç bir əsaslı və mötəbər sübut təqdim edə bilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi mənəvi zərərlə bağlı hissədə təmin edilməməlidir. Məhkəmə iddia tələbinin “hüquqi yardım üçün ödədiyi 200 manat pulun cavabdehdən tutularaq ona verilməsi” hissəsinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edir ki, hüquqi yardımın alınması ilə bağlı vəkilə ödənilən 200 manat məbləği ağlabatandır və Cavabdeh tutularaq iddiaçıya ödənilməli, iddia tələbi həmin hissədə təmin edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeḣ Əsəd oğlundan 6550,00 manat məbləğində pul vəsaiti, hüquqi yardıma görə vəkilə ödənilmiş 200 manat məbləğində, dövlət rüsumuna görə ödənilmiş 30 manat məbləğində vəsait olmaqla, ümumilikdə 6780,00 manat məbləğində pul vəsaiti Qulı̇ yev Əfqan Yusı̇ f oğlunun xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, ödənilmiş dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeḣ Əsəd oğlundan 6550,00 manat məbləğində pul vəsaiti, hüquqi yardıma görə vəkilə ödənilmiş 200 manat məbləğində, dövlət rüsumuna görə ödənilmiş 30 manat məbləğində vəsait olmaqla, ümumilikdə 6780,00 manat məbləğində pul vəsaiti Qulı̇ yev Əfqan Yusı̇ f oğlunun xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-1040/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1040/2020
18.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver