Məhkəmə qərarları › İş №2(007)-1049/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1049/2021

05.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1049/2021 05.04.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Babək Natiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, İddiaçı ASC-nin cavabdeh Dünyamalıyev Azər Babaşah oğluna qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdeh Dünyamalıyev Azər Babaşah oğluna qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Dünyamalıyev Azər Babaşah oğlundan İddiaçı ASC-nin xeyrinə 18 iyul 2019-cü il tarixli kredit müqaviləsi üzrə 4279,44 manat əsas borc, 286,69 manat faiz bcrcu və 73,7 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 4639,83 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını, “xxxx” İKB ASC ilə Dünyamalıyev Azər Babaşah oğlu arasında bağlanılmış 18 iyul 2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Dünyamalıyev Azər Babaşah oğlu 18 iyul 2019-cu il tarixli kredit müqaviləsinə əsasən "xxxx İKB ASC-dən illik 20 faizlə 36 ay müddətinə 5500 manat kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 20 noyabr 2020-dək Dünyamalıyev Azər Babaşah oğlunun banka 18 iyul 2019-cu il tarixli kredit müqaviləsi üzrə 4279,44 manat əsas borc, 286,69 manat faiz borcu və 73,7 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 4639,83 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. İddiaçı 02.04.2021-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, işlərinin çox olmasını nəzərə alaraq məhkəmə prosesinin iştirakları olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunmasına baxmayaraq, cavabdeh məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə, iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, iddia aşağıda qeyd edilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - “xxxx” İKB ASC ilə Dünyamalıyev Azər Babaşah oğlu arasında bağlanmış 18 iyul 2019-cu il tarixli 11-Y-4-0-1725-19 nömrəli kredit müqaviləsindən və ona əlavələrdən görünür ki, təşkilat tərəfindən Dünyamalıyev Azər Babaşah oğluna 36 ay müddətinə, illik 20 faiz ödəmək şərti ilə 5500 manat məbləğində kredit verilmişdir. Dünyamalıyev Azər Babaşah oğlu 36 ay ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. - 18.07.2019-cu il tarixli məxaric qəbzinin surətindən görünür ki, Dünyamalıyev Azər Babaşah oğlu 5500 manat pulu “xxxx” İKB ASC-dən götürmüşdür. - Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş 22.11.2019-cu il tarixli çıxarışdan görünür ki, “xxxx” X1 Açıq Səhmdar Cəmiyyətinin hazırkı adı İddiaçı Açıq Səhmdar Cəmiyyətidir. - İddiaçı ASC-nin 20.11.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Dünyamalıyev Azər Babaşah oğlunun İddiaçı ASC-yə 4639,83 manat məbləğində borcu vardır. - İddiaçı ASC-nin 23.11.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdeh 5 gün ərzində borcunu ödəmədiyi təqdirdə barəsində Məhkəmə qaydasında iddia qaldırılacağı barədə xəbərdar olunmuşdur. - 02.12.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı ASC tərəfindən 30,00 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, “xxxx” İKB ASC ilə Dünyamalıyev Azər Babaşah oğlu arasında 18.07.2019-cu il tarixdə kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən, cavabdeh müqavilələrlə üzərinə düşən öhdəliklərə əməl etməmişdir. Dünyamalıyev Azər Babaşah oğlu “xxxx” İKB ASC-dən 36 ay müddətinə illik 20 faiz ödəmək şərti ilə 5500 manat kredit götürmüşdür. Dünyamalıyev Azər Babaşah oğlu krediti müqaviləsində göstərilən müddətədək geri qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilədə üzərinə düşən öhdəliklərə əməl etməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Qeyd edilənlərlə müəyyən olundu ki, cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəliklərə əməl etməyib, krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və o, öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 443.1 və 448.1-ci maddələri ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Eyni zamanda məhkəmə belə qənaətə gəlir ki, borclu kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi lazımi qaydada və vaxtında icra etmədiyindən iddia tələbi müqavilənin ləğv edilməsi hissəsində əsaslıdır və təmin edilməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, “xxxx” İKB ASC ilə Dünyamalıyev Azər Babaşah oğlu arasında bağlanılmış 18 iyul 2019-cu il tarixli kredit müqaviləsi ləğv edilməli, Dünyamalıyev Azər Babaşah oğlundan İddiaçı ASC-nin xeyrinə 18 iyul 2019-cü il tarixli kredit müqaviləsi üzrə 4279,44 manat əsas borc, 286,69 manat faiz bcrcu və 73,7 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 4639,83 manat borc və 30 manat ödənilmiş dövlət dövlət rüsumu tutulmalıdır. Qeyd olanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. “xxxx” İKB ASC ilə Dünyamalıyev Azər Babaşah oğlu arasında bağlanılmış 18 iyul 2019-cu il tarixli 11-Y-4-0-1725-19 nömrəli kredit müqaviləsi ləğv edilsin. Dünyamalıyev Azər Babaşah oğlundan İddiaçı ASC-nin xeyrinə 18 iyul 2019-cü il tarixli kredit müqaviləsi üzrə 4279,44 manat əsas borc, 286,69 manat faiz bcrcu və 73,7 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 4639,83 manat borc və 30 manat ödənilmiş dövlət dövlət rüsumu tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar