Məhkəmə qərarları › İş №2(007)-1055/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1055/2021

02.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1055/2021 02.02.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədova Həqiqət Mülazim qızı, İddiaçı Bank olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “klredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Bank olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciətedərək, Cavabdehdan 22 iyun 2019-cu il tarixli, 003-EMB-0644-19 saylı kredit müqaviləsi üzrə 100 manat məbləğində əsas borcun və ödənilmiş 20.40 manat dövlət rüsumunun əvəzi Bank olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətin xeyrinə tutulması (ödənilməsi) barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Bank olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə onun arasında bağlanmış 22 iyun 2019cu il tarixli, 003-EMB-0644-19 saylı saylı kredit müqaviləsinə əsasən cavabdehə 12 ay müddətinə illik 0.00% ödəmək şərtilə 1520 manat məbləğində kredit verilmişdir. Lakin, cavabdeh müqavilənin şərtini pozaraq, ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 02.12.2020-ci il tarixinə Bank olmayan Kredit Təşkilatı "xxxx" QSC-nə 100 manat əsas borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor Bank olmayan Kredit Təşkilatı "xxxx"ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işə əlavə olunmuş Bank olmayan Kredit Təşkilatı "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış 22 iyun 2019-cu il tarixli, 003-EMB-0644-19 saylı kredit müqaviləsindən görünür ki, QSC tərəfindən ona 12 ay müddətinə, faizsız 1520 manat məbləğində kredit verilmişdir. Cavabdeh isə müəyyən olunmuş müddət ərzində kreditin borcunun müqavilənin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş Bank olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin 02 dekabr 2020ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh həmin tarixə, 22 iyun 2019-cu il tarixli 003-EMB-0644-19 saylı saylı kredit müqaviləsi üzrə 100 manat məbləğində əsas borcu, 00.00 manat faiz borcu olmaqla, cəmi 100 manat həcmində borcu vardır. İşə əlavə olunmuş 04 dekabr 2020-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün Bank olmayan Kredit Təşkilatı "xxxx" QSC tərəfindən 20.40 (iyirmi manat qırx qəpiik) manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Qeyd edilənlərlə müəyyən olundu ki, cavabdeh iddiaçı ilə bağladığı 22 iyun 2019cu il tarixli kredit müqaviləsi üzrə götürdüyü öhdəliyə əməl etməyib, krediti borcunu ödəməmiş, kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməmişdir, hansı ki, o, iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, məhkəmə göstərilənləri nəzərə alaraq, hesab edir ki, iddia tələbi əsaslı hesab edildiyindən təmin edilməlidir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. 22 iyun 2019-cu il tarixli, 003-EMB-0644-19 saylı kredit müqaviləsi üzrə 100 manat məbləğində borc və ödənilmiş 20.40 manat dövlət rüsumunun əvəzi, ümumillikdə 120.40 (bir yüz iyirmi manat qırx qəpik) manat pul vəsaiti Cavabdehdan Bank olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar