Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1066/2021 02.03.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Babək Natiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "tutulmuş aliment məbləğinin artırılması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "tutulmuş aliment məbləğinin artırılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 394/2020 saylı, 04 iyun 2020 tarixli qətnaməsi ilə Cavabdeh birgə nikahdan olan 25 iyul 2012-ci il təvəllüdlü X2 və 16 iyul 2014-cü il təvəllüldü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün ay hər bir uşağa görə hər ay 150,00 (bir yüz əlli) manat sabit pul məbləğində tutulmuş alimentin məbləğini hər bir uşağa görə hər ay 200,00 (iki yüz) manata, cəmi 400,00 (dörd yüz) manat sabit pul məbləğinə artırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 21 oktyabr 2011-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Birgə nikahdan onların 25 iyul 2012-ci il təvəllüdlü X4 və 16 iyul 2014-cü il təvəllüldü X3 adlı uşaqları anadan olmuşdur. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-394/2020 saylı, 04 iyun 2020 tarixli qətnaməsi (hakim B.N.Qasımovun sədrliyi ilə) ilə onunla Cavabdeh arasında 21 oktyabr 2011-ci il tarixdə bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2257 № ilə qeyd edilmiş nikahın pozulması, 25 iyul 2012-ci il təvəllüdlü X2 və 16 iyul 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşma çatanadək onun himayəsində saxlanılmaları, 25 iyul 2012-ci il təvəllüdlü X2 və 16 iyul 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşma çatanadək saxlanmaları üçün Cavabdeh 29 oktyabr 2019-cu il tarixdən hər uşaq üçün hər ay 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi qət edilmişdir. Belə ki, yuxarda qeyd olunan qətnamə ilə müəyyən edilmiş alimentin məbləği uşaqların təminatının təmin edilməsi üçün bugünki, günün iqtisadi göstəriciləri ilə uzlaşmır. Ərzaq qiymətlərin qalxması, uşaqların böyüməsi, onun maddi təminatının artmasına səbəb olmuşdur. Uşaqların saxlanılmasında o, bir valideyn kimi iştirak etməyinə baxmayaraq onların maddi təminatmm təmin edilməsində bəzi problemlər ilə üzləşmək məcburiyyətində qalır. Uşaqların maddi təminatının təmin edilməsi onunla yanaşı həm də cavabdehin də vəzifə borcudur. Uşaqların saxlanılmasında Cavabdeh hər bir uşaq üçün tutulan 150,00 (bir yüz əlli) manat azlıq təşkil edir. Qanunvericiliyin göstərilən normalarından görünür ki, uşaqlarının saxlanılması, onlarm maddi və mənəvi tələbatlarının ödənilməsi bir valideyn kimi həm də Cavabdeh da borcudur. Cavabdeh 25.02.2020-ci il tarixli etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, İddiaçı ona qarşı alimentin artırılması barədə qaldırdığı iddia ərizəsinin hüquqi əsası yoxdur. Belə ki, qanuni qüvvəsini almış Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 20 iyun 2020-ci il tarixli qətnamə ilə ondan hər uşaq üçün 150 rıanat, cəmi 300 manat aliment tutulur. Həmin tarixdən də o, 300 manat aliment ödəyir. Lakin 6 ay keçmədən iddiaçı hazırki iddia ərizəsi ilə yenidən alimentin artırılması barədə məhkəməyə müraciət etmişdir. Hazırki vəziyyətdə onun iş yeri dəyişdirilməmiş və onun maaşından ayda 300 manat məbləğində aliment tutulur. 6 ay bundan əvvəl aliment məhkəmə qaydasında artıq tutulmuşdur. Ailə və maddi vəziyyətində heç bir dəyişikilik olmamışdır. Uşaqlara isə əlavə olaraq özü geyim əşyaları və istədiklərini alır. Yəni hazırda pandemiya dövründə əlavə olaraq onun üzərinə əlavə yükün qoyulması əsassızdır. Odur ki, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-394/2020 saylı 04.06.2020-ci il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək, Məmmədov İlkı̇ n Mətləb oğlu ilə İddiaçı аrаsındа 21 oktyabr 2011-ci il tаriхdə bağlanmış və bu barədə nikahın bağlanması haqqında аkt qеydləri kitаbındа 2257 № ilə qеyd edilmiş nikahın pozulması, 25 iyul 2012-ci il təvəllüdlü X2 və 16 iyul 2014-cü il təvəllüdlü X1 yеtkinlik yаşınа çаtаnаdək anaları İddiaçı himayəsində saxlanılması, 25 iyul 2012-ci il təvəllüdlü X2 və 16 iyul 2014-cü il təvəllüdlü X1 yеtkinlik yаşınа çаtаnаdək saxlanmaları üçün Məmmədov İlkı̇ n Mətləb oğlundan 29 oktyabr 2019-cu il tarixdən hər uşaq üçün hər ay 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. - Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindən 27 sentyabr 2012-ci il tarixdə verilmiş AZ-İİ № 957922 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X4 25 iyul 2012-ci il tаriхdə Bakı şəhərində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 27 sentyabr 2012-ci il tarixdə 2426 № ilə qeyd edilmişdir. Atası Cavabdeh оğlu, anası İddiaçıdır. - Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindən 06 avqust 2014-cü il tarixdə verilmiş AZ-İİİ № 349569 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X3 16 iyul 2014-cü il tаriхdə Bakı şəhərində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 06 avqust 2014-cü il tarixdə 1272 № ilə qeyd edilmişdir. Atası Cavabdeh оğlu, anası İddiaçıdır. Məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə Cavabdeh birgə nikahından 25 iyul 2012-ci il təvəllüdlü X4 və 16 iyul 2014-cü il təvəllüdlü X3 adlı uşaqları doğulmuşdur. İddiaçı ilə cavabdeh arasında olan nikah pozulmuş, uşaqlar ananın yanında qalmışlar. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-394/2020 saylı 04.06.2020-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilərək 25 iyul 2012-ci il təvəllüdlü X2 və 16 iyul 2014-cü il təvəllüdlü X1 yеtkinlik yаşınа çаtаnаdək saxlanmaları üçün Məmmədov İlkı̇ n Mətləb oğlundan 29 oktyabr 2019-cu il tarixdən hər uşaq üçün hər ay 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Hazırda iddiaçı məhkəmə tərəfindən təyin olunmuş aliment məbləğinin yetərli olmadığı, uşaqların tələbatını ödəmədiyi əsası ilə alimentin məbləğinin artırılması ilə bağlı iddia qaldırmışdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 76.2-ci maddəsinə əsasən valideynlərindən məhkəmə tərəfindən tutulan aliment miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən Plenum hesab etmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Həmin Qərarın 8.12-ci maddəsinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə qeyd edir ki, yuxarıda istinad olunan maddi hüquq normalarına görə, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 04.06.2020-ci il tarixli 2(007)-394/2020 saylı qətnaməsi ilə 25 iyul 2012-ci il təvəllüdlü X2 və 16 iyul 2014-cü il təvəllüdlü X1 yеtkinlik yаşınа çаtаnаdək saxlanmaları üçün Məmmədov İlkı̇ n Mətləb oğlundan 29 oktyabr 2019-cu il tarixdən hər uşaq üçün hər ay 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment tutulmuşdur. Hazırda isə İddiaçı maddi cəhətdən çətinlik çəkməsi əsası ilə aliment məbləğinin dəyişdirilərək artırılması tələbini irəli sürmüşdür. Alimentin miqdarının dəyişdirilməsi məsələsi o halda həll oluna bilər ki, alimentin məbləği müəyyən ediləndən sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olsun. Hazırkı halda qeyd olunan əsaslar mövcud deyil. Eyni zamanda iddiaçı cavabdehin maddi vəziyyətində dəyişiklik baş verməsinə dair hər hansı sübutunu iddiasına əlavə etməmiş, iddiasını həmin hallara uyğun əsaslandırmamış, məhkəmədə də belə sübutlar təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehin tələbdə göstərilən məbləğdə alimenti ödəyə biləcəyini təsdiqləyən sübutu məhkəməyə təqdim etməmişdir. Eyni zamanda uşağın saxlanılmasını tam olaraq valideynlərdən birinin üzərinə qoymaq, konkret olaraq hazırkı işdə uşağın saxlanılması üçün yalnız atanın maddi öhdəliyini tanıyaraq alimentin məbləğini hər ay hər uşaq üçün 200 manat olmaqla, cəmi 400 manat müəyyən etmək, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci və Ailə Məcəlləsinin 56.1-ci maddələrinə uyğun deyildir. Həmin normaların mənasından görünür ki, uşaqların saxlanılması valideynlərdən birinin deyil, onların hər ikisinin bərabər vəzifəsidir və məhkəmə tərəflərin əmlak vəziyyətini nəzərə alaraq, bərabərlik qaydasına mümkün qədər riayət olunmasını təmin etməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda iddiaçı iddia ərizəsində göstərdiyi dəlilləri sübut edə bilməmişdir. Əksinə cavabdeh maddi vəziyyətində heç bir dəyişiklik olmadığını, daha artıq aliment tələb olunması onun özünü ağır maddi duruma saldığını, iddia tələbində qeyd olunan alimenti ödəyə bilməyəcəyini qeyd etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin daha artıq aliment ödəmək qabiliyyətinə malik olması halını sübut edə bilmədiyinə görə iddia tələbi təmin oluna bilməz. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-394/2020 saylı, 04 iyun 2020 tarixli qətnaməsi ilə Cavabdeh birgə nikahdan olan 25 iyul 2012-ci il təvəllüdlü X2 və 16 iyul 2014-cü il təvəllüldü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün ay hər bir uşağa görə hər ay 150,00 (bir yüz əlli) manat sabit pul məbləğində tutulmuş alimentin məbləğini hər bir uşağa görə hər ay 200,00 (iki yüz) manata, cəmi 400,00 (dörd yüz) manat sabit pul məbləğinə artırılması” tələbinə dair iddiası rədd edilməlidir. Məhkəmə əlavə hal olaraq xatırladır ki, baxılan tələb xarakterinə görə davam edən münasibətlərə aid olduğundan, qanunla müəyyən edilmiş qaydada və əsaslarla iddiaçı yenidən məhkəməyə müraciət edə bilər, hazırkı halda iddianın təmin edilməməsi həmin tələblə məhkəməyə müraciət imkanını məhdudlaşdırmır. Şərh olunanlara əsasən və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-394/2020 saylı, 04 iyun 2020 tarixli qətnaməsi ilə Cavabdeh birgə nikahdan olan 25 iyul 2012-ci il təvəllüdlü X2 və 16 iyul 2014-cü il təvəllüldü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün ay hər bir uşağa görə hər ay 150,00 (bir yüz əlli) manat sabit pul məbləğində tutulmuş alimentin məbləğini hər bir uşağa görə hər ay 200,00 (iki yüz) manata, cəmi 400,00 (dörd yüz) manat sabit pul məbləğinə artırılması” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №2(007)-1066/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1066/2021
02.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver