Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1067/2021 23.02.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Ağacanov Ramin Tofiq oğlunun katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 və Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “kredit borcunun qaytarılması, tələbin girov predmetinə yönəldilməsi, girov predmetinin açıq hərracda satılması və s.” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “kredit borcunun qaytarılması, tələbin girov predmetinə yönəldilməsi, girov predmetinin açıq hərracda satılması və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 824.79 manat əsas, 280.45 manat faiz, 114.10 manat cərimə, cəmi 1219.34 manat və 30.00 manat ödənilən dövlət rüsumu, iddiaçı "xxxx" MMC-nin xeyirinə tutulması, həmin məbləğin cavabdehə məxsus Kondisioner GREE 2400-ə yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavavbdeh Cavabdeh 04 iyul 2019cu il tarixli 05271 saylı kredit müqaviləsinə əsasən, 12 ay müddətli 1310 manat məbləğində aylıq 3.0 faiz olmaqla kredit verilmişdir. Verilən kreditin təminatı kimi 04 iyul 2019-cu il tarixli girov müqaviləsinə əsasən, cavabdehə məxsus Kondisioner GREE 2400 girov qovulmuşdur. Müqavilə ilə nəzərdə tutulmuş ödəniş müddətinin keçməsinə və ödəniş barədə dəfələrlə şifahi, o cümlədən 21.10.2020-ci il tarixli yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, ödəniş cədvəlinə uyğun olaraq kredit borcu ödənilməmişdir. Hazırda cavabdehin 824.79 manat əsas, 280.45 manat faiz, 114.10 manat cərimə, cəmi 1219.34 manat borcu vardır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddianı müdafiə edib, ərizənin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, maddi vəziyyəti yaxşı olmadığından borcu ödəyə bilmir. Borc hissələrə bölünsə ödəyər. Göstərdiklərinin nəzərə alınmasını və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 04 iyul 2019-cu il tarixli 05271 nömrəli kredit müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh 12 ay müddətinə 1310 manat kredit verilmişdir. DCavabdeh kredit müqaviləsində nəzərdə tutulan müddət ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür; - 04 iyul 2019-cu il tarixli girov müqaviləsindən görünür ki, Qarayev X1 GREE 2400 əşyanı həmin tarixli kredit müqaviləsinin təminatı olaraq girov qoymuşdur. - "xxxx" MMC-nin 17 noyabr 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 04 iyul 2019-cu il tarixli kredit müqaviləsi üzrə 824.79 manat əsas borcu, 280.45 manat faiz borcu, 114.10 manat dəbbə borcu olmaqla, cəmi 1219.34 manat məbləğində borcu vardır. - 11 dekabr 2020-ci il tarixli qəbzin surətindən görünür ki, "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət etdərkən 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, "xxxx" MMC ilə kredit alan Cavabdeh arasında bağlanmış 04 iyul 2019-cu il tarixli kredit müqaviləsinə əsasən, bank tərəfindən Cavabdeh 12 ay müddətinə 1310 manat kredit verilmişdir. Cavabdeh kredit müqaviləsində nəzərdə tutulan müddət ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. Həmin kredit müqviləsinin təminatı olaraq borcalan sonradan alacağı malları girov müqaviləsinə əsasən borcverənin xeyrinə yüklü etməlidir. 04 iyul 2019-cu il tarixli kredit müqaviləsi üzrə girov müqaviləsindən görünür ki, Qarayev X1 GREE 2400 əşyanı 04 iyul 2019-cu il tarixli kredit müqaviləsinin təminatı olaraq girov qoymuşdur. Cavabdeh kredit müqavilələri üzrə üzərinə düşən öhdəliklərə əməl etməmiş, iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmiş, nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ləğv edilə bilər; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd edilənlərlə müəyyən olundu ki, borcalan Cavabdeh "xxxx" MMC ilə bağladığı 04 iyul 2019-cu il tarixli kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyə əməl edib, krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və Cavabdeh öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bundan başqa, Cavabdeh tərəflər arasında olan müqaviləni və ona dair razılaşmanı əhəmiyyətli dərəcədə pozmuş, bununla da, Mülki Məcəllənin 421.2-ci maddəsinə uyğun olaraq iddiaçının tələbi ilə həmin müqavilənin və ona dair razılaşmanın ləğv edilməsi əsasları yaranmışdır. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də Cavabdeh müqavilə üzrə bank qarşısında öhdəlik götürdüyündən və müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini və digər xərcləri ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər; 296.1-ci maddəsinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir; 298.1-ci maddəsinə əsasən, girov qoyulmuş əşyanın satılmasından əldə olunan məbləğ aşağıdakı ardıcıllıqla bölüşdürülür: girov qoyulmuş əşyanın saxlanması, salamatlığı, yaxşılaşdırılması və onun satılmasına çəkilmiş xərclərin ödənilməsinə; “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda və qaydada daha üstün hüquqa malik olan tələblərin ödənilməsinə; girov saxlayanın tələblərinin ödənilməsinə; “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda və qaydada daha aşağı hüquqa malik olan tələblərin ödənilməsinə. 298.2-ci maddəsinə əsasən, bu Məcəllənin 298.1-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra girov qoyulmuş əşyanın satışından əldə olunan vəsaitin qalan hissəsi girov qoyulmuş əşyanın satılmasından 10 (on) iş günü müddətində girov qoyana qaytarılır. Bununla da, müəyyən olundu ki, Cavabdeh özünə məxsus Kondisioner GREE 2400 əşyanı girov qoyulması yolu ilə təmin etdiyi 04 iyul 2019-cu il tarixli kredit müqaviləsi üzrə öhdəliyi yerinə yetirmədiyi üçün Mülki Məcəllənin yuxarıda qeyd olunan normalarına əsasən, "xxxx" MMC-nin tələbləri həmin girov predmetinə yönəldilməlidir. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, iddiaçı bank tərəfindən tələb olunan cərimə (dəbbə pulu), əsas borc məbləğinə münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğ azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh Bank Olmayan Kredit Təşkilatı İDK" MMCnin xeyrinə 04.07.2019-cu il tarixli kredit müqaviləsi üzrə 824,79 manat əsas borc, 280,45 manat faiz borcu, 14 manat dəbbə pulu olmaqla olmaqla, cəmi 1119,24 manat borc və ödənilmiş 30,0 manat dövlət rüsumunun əvəzi tutulmalı, borc məbləği 07.07.2019-cu il tarixli girov müqaviləsi üzrə cavabdehə məxsus 1310 manat dəyərində olan kondinsioner GREE 24000-ə yonəldilməli, girov Predmetlərinin açıq hərracda satılmasından əldə edilən vəsait qeyd olunan 04.07.2019-cu il tarixli müqavilə üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan məbləğ Cavabdeh ümumi qaydada tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Bank Olmayan Kredit Təşkilatı İDK" MMCnin xeyrinə 04.07.2019-cu il tarixli kredit müqaviləsi üzrə 824,79 manat əsas borc, 280,45 manat faiz borcu, 14 manat dəbbə pulu olmaqla olmaqla, cəmi 1119,24 manat borc və ödənilmiş 30,0 manat dövlət rüsumunun əvəzi tutulsun. Borc məbləği 07.07.2019-cu il tarixli girov müqaviləsi üzrə cavabdehə məxsus 1310 manat dəyərində olan kondinsioner GREE 24000-ə yonəldilsin. Girov Predmetlərinin açıq hərracda satılmasından əldə edilən vəsait qeyd olunan 04.07.2019-cu il tarixli müqavilə üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan məbləğ Cavabdeh ümumi qaydada tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Baki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-1067/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1067/2021
23.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver