Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1069/2023 10.04.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Cəfərova Ləman Faiq qızının katibliyi, İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh vurulmuş maddi zərər 700 (yeddi yüz) manat məbləğində pulun tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə İddiaçı ünvan 1 ünvanda yerləşən "Köşk"də "Samsung A52” markalı mobil telefonunu cərəyana qoşmuş və oyun zalına getmiş, qayıdanda mobil telefonun Cavabdeh tərəfindən oğurlandığı məlum olmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(008)-632/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Cavabdeh AR İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 02 ay müddətinə inzibati həbs tətbiq edilmişdir. Lakin cavabdeh onlara vurulmuş maddi zərəri ödəməmiş, verdiyi izahatında da zərərçəkmişə vurulmuş maddi zərəri ödəmədiyini bildirmişdir. Cavabdehdən ona vurulmuş maddi zərəri ödəməsini tələb etsə də cavabdeh bundan imtina etmişdir. Qeyd olunmalıdır ki, "Sansung A52” markalı mobil telefonu 700 (yeddi yüz) manata almış və az bir müddət işlənmişdir . Mobil telefon cavabdeh tərəfindən qaytarılmadığından onlar yenidən mobil telefon almağa məcbur olmuşlar və belə olan halda onlara vurulmuş maddi zərər cavabdeh tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə iclasında iddiaçının qanuni nümayəndəsi Qanuni nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia ərizəsinin təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, cavabdeh oğlunun “Samsung A52” markalı telefonunu oğurlamış və ona 2 ay müddətinə inzibati qaydada cəza tətbiq edilmişdir. Cavabdeh oğlunun telefonunu oğurladığını etiraf etmiş, oğlunun telefonunun 700 manat olması müəyyən edilmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbələri barədə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə iclasında müəyyən olundu ki, xx.xx.2022-ci il tarixdə İddiaçı ünvan 1 ünvanda yerləşən "Köşk"də "Samsung A52” markalı mobil telefonunu cərəyana qoşmuş və oyun zalına getmiş, geri qayıdan zaman özünə məxsus “Samsung A52" markalı telefonunun naməlum şəxs tərəfindən oğurlanmasını aşkar etmişdir. İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə müraciəti əsasında Polis Şöbəsində araşdırma aparılmış, vurulmuş ziyanın məbləği nəzərə alınmaqla 29 sentyabr 2022-ci il tarixdə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə inzibati tədbir görülməsi qərara alınmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(008)-632/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Cavabdeh AR İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 02 ay müddətinə inzibati həbs tətbiq edilmiş, inzibati həbs müddətinin əvvəlinin 25 yanvar 2023-cü il tarixdən, saat 00:20-dən hesablanması qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Cavabdeh ona istinad edlən əməli törətdiyini etiraf edərək bildirmişdir ki, əməlindən peşmandır və bir daha belə hərəkətlərə yul verməyəcəkdir. Tərəfindən vurulmuş ziyanı yalnız hissə-hissə ödəyə bilər. Göstərilənləri, gənc olmasını və yaxın zamanda hərbi xidmətə çağırılacağını nəzərə alaraq barəsində ictimai işlər növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Həmin qərar ilə iddiaçı tərəfə 400 manat məbləğində maddi ziyan dəydiyi müəyyən edilmişdir. Hazırda iddiaçı aldığı telefonun məbləği olan 700 manat maddi ziyan məbləğini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məhkəmə iddia tələbinə münasibətdə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Ona görə də iddiaçı qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən edilmiş faktları yenidən sübut etməyə borclu deyildir. Məhkəmə qeyd edir ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, İddiaçı “Samsung A52" markalı telefonu Cavabdeh tərəfindən oğurlanmış və iddiaçı tərəfə 400 manat məbləğində maddi ziyan dəymişdir. Ona görə də iddia tələbi qismən təmin edilərək həmin məbləğ iddiaçıya qaytarmalıdır. Məhkəmə iddia tələbinin 700 manat hissəsinə münasibətdə bildirir ki, cavabdeh tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə vurulmuş zərər məbləği 400 manat müəyyən edilmiş, iddiaçı isə ona 700 manat məbləğində zərər vurulmasını sübut edə bilməmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Kərı̇ mov Vahı̇ d Pərvı̇ z oğlundan Bəkı̇ rov Dı̇ nar Samı̇ r oğlunun xeyrinə 400 manat vəsait tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilir. 9.1.20-ci maddəsinə əsasən şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Hazırda iddia tələbi qismən təmin edildiyindən, iddiaçı tərəf dövlət rüsumunu ödəməkdən azad olduğundan, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutulmalı olduğundan Kərı̇ mov Vahı̇ d Pərvı̇ z oğlundan 30 manat dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin olunsun. Kərı̇ mov Vahı̇ d Pərvı̇ z oğlundan Bəkı̇ rov Dı̇ nar Samı̇ r oğlunun xeyrinə 400 manat vəsait tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Kərı̇ mov Vahı̇ d Pərvı̇ z oğlundan 30 manat dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-1069/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1069/2023
10.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver