Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1072/2023 16.06.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Dadaşova Emina Bəhruz qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul və xüsusi qərardad çıxarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul və xüsusi qərardad çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiasının tam şəkildə təmin edilməsi, Cavabdeh 60.000 (altmış min) manatın və dövlət rüsumu olaraq ödənilmiş pul vəsaitinin tutularaq iddiaçı tərəf olan İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini, Cavabdeh barəsində xüsusi qərardad elan edib, araşdırlması üçün aidiyyəti prokurorluğa göndərilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə bir neçə il öncə münasibətləri yaranmışdır. Ona inam etibarı yaranması sdəbəbilə mülkiyyətində olmuş, qeyri-yaşayış sahəsinə dair (AR ƏMDK yanında DƏDRX-nin 4 saylı ərazi idarəsi tərəfindən ********** qeydiyyat №-li, **********2205301083023 saylı reyestr №-li, xx.xx.2015-ci il tarixli çıxarış əsasında) Cavabdeh mülki etibarnamə vermiş, həmin qeyriyaşayış sahəsini satması, əldə edilmiş pul vəsaitinin 15.000 (on beş min manat) hissəsini X2 onun yaxın qohumuna aid borcundən silməsi, geri qalan pul vəsaitinin isə ona geri qaytarmasını tapşırmışdır. Lakin o, onun inam etibarından sui-istifadə edərək, mülkiyyətində olmuş, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsini AN-İ № ******* saylı, xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsi əsasında (Abşeron rayon 2 saylı notariat kontorunda rəsmiləşdirilmiş) 60.000 (altmış min) manata satılmış, alqı-satqı müqaviləsi üzrə alıcıdan alınmış 60.000 manat pul vəsaiti xx.xx.2018-ci il tarixində notariat kontorunun "xxxx" ASC-də olan depozit hesabı vasitəsilə Cavabdeh tərəfindən əldə edilmiş, razılaşdıqları kimi ümumi tanışları olan Rəfullayev Nüsrətin onun qohumuna olan 15.000 manat pul vəsaiti borcu silindikdən sonra, geri qalan 45.000 manatın ona geri qaytarmasından boyun qaçırmış və onun mülkiyyətində olan qeyri-yaşayış sahəsini sataraq 60.000 manatla əsassız varlanaraq ona qarşı dələduzluqla bağlı cinayət əməli törətmişdir. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, iddiaçı ilə cavabdeh arasında ünvan 2 ünvanında olan qeyri-yaşayış sahəsini satılması ilə bağlı etibarnamə vermişdir. İddiaçı ilə cavabdeh dost münasibətində olmuşlar. Nüsrətin Çingizə, Aqilin də Nüsrətə borcu olmuşdur. Aqil də Çingizdən əmlakı 60000 manata sataraq, əldə olunan puldan 15000 manatı Nüsrətə verməsini, qalan 45000 manat məbləğ isə özünə qaytarmasını xahiş etmişdir. Lakin Əmlak satılmasına baxmayaraq nə Nüsrətə 15000 manat verilmiş, nə də ki, Aqilin 45000 manat pulu qaytarılmışdır. Hüquqlarını müdafiə etdiyi şəxs olan Aqil müəllim Çingizin onu aldatdığını deyir. Məsələ ilə bağlı Çingiz Nüsrəti məhkəməyə vermiş, Nüsrət isə qarşılıqlı iddia üzrə ərizə ilə müraciət edərək alqı-satqıdan əldə olunan gəlirlə 15000 manat olan borcunun silinməsini istəmişdir. Əslində isə Çingiz alqı-satqıdan əldə olunan gəlirdən 15000 manat Nüsrətə verməli idi. Bunlar alqı-satqı müqaviləsi üzrə kassa-məxaric orderi və eyni zamanda Yasamal Rayon Məhkəməsinin qətnaməsində də əks edilmişdir. Aqil müəllim Yasamal Rayon Məhkəməsində şahid qismində də çıxış edərək ifadə vermiş və ifadəsində hər bir şeyi izah etmiş, Çingizin tikinti materialları satışı ilə məşğul olduğunu da qeyd etmişdir. Hazırda nə Aqilin, nə də Nüsrətin pulu qaytarılmamışdır. Cavabdehin bundan qabaq da axtarışda olduğu məlumdur. Onun barəsində xüsusi qərardad çıxarılaraq, Prokurorluğa göndərilməlidir. O, cavabdehin məhkəmə baxış iclasının təxirə salması ilə bağlı bildirdi ki, cavabdeh məhkəməni sadəcə yubatmaq məqsədi güdür. O, bu gün də məhkəmə iclasına gəlməyəcəkdi. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında da vəkilinin iştirakını tələb etmişdir. Əgər onun qorxacaq yeri olmasa idi niyə vəkil gəlməsini gözləyirdi ki? Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, müəyyyən səbəblərə görə şəxsən vəkilinin iş rejimi çox sıx olduğuna görə tam sübut materiallarının bir yerə toplayıb və məhkəməyə təqdim etmək üçün vaxt azlığı yaranıb. Məhkəmə bildirişini və iddia ərizəsini o, xx.xx.2023-cü il tarixində almışdır. MPM 154.1 maddəsinə əsasən iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində etirazını və ərizəyə əlavə olunmuş sənədləri məhkəməyə təqdim etməlidir. Etiraz ərizəsi və ərizəyə əlavə olunmuş sənədləri məhkəməyə tam hazırlayıb xx.xx.2023-cü il tarixində təqdim edə bilər. Buna əsasən yaranmış vəziyyətə görə öz iştirakını məhkəmədə faydasız görür. Qeyd olunanlara əsasən, məhkəmənin iclasının başqa bir vaxta təyin edilməsini tələb etsə də məhkəmə cavabdehin məhkəmənin əvvəlki iclaslarından məlumatlı olmasını, cavabdeh tərəfin xahişi əsasında məhkəmənin xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli baxış iclaslarının təxirə salınmasını, lakin cavabdeh tərəfindən mülki iş üzrə hər hansı sübutların təqdim olunmamasını, işə baxılmasının MPM-nin 188-ci maddəsinə əsasən 3 dəfədən artıq təxirə salına bilməyəcəyini, bütün bunların işin uzadılmasına və qarşı tərəfin hüquqlarının pozulmasına gətirib çıxaracağını nəzərə alaraq ərizəni əsassız hesab etmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında iştirak etmiş Cavabdeh bildirmişdir ki, o, iddiaçını şəxsən tanımır. Onlar dələduzlarla işləyir, keçən dəfə də məhkəməni uduzmuşdurlar. O, məhkəmədən vaxt istəyir, hazırda danışmaq istəmir. Gələn dəfə vəkili ilə çıxış edəcəkdir. O, məhkəmə olacağını gec bildiyi üçün vəkili ilə gəlməmişdir. Məhkəmənin baxış iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı xx.xx.2017-ci il tarixdə 1 il müddətinə Cavabdeh etibarnamə verərək AR ƏMDK yanında DƏDRX-nin 4 saylı ərazi idarəsi tərəfindən ********** qeydiyyat №-li, **********2205301083023 saylı reyestr №-li, xx.xx.2015-ci il tarixli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi ilə bağlı yüklülüyə dair arayış aldıqdan sonra onu idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizələrinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq və digər hərəkətləri etməyi etibar etmişdir. Həmin etibarnamələrdə verilmiş səlahiyyətlərin başqa şəxslərə verilə bilməsi qeyd edilmişdir. Bundan sonra İddiaçı adından etibarnamə üzrə çıxış edən Cavabdeh AN-İ № ******* saylı, xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsi bağlayaraq İddiaçı məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 66.3 kv.m olan qeyri-yaşayış sahəsini X6 60.000 manat qiymətinə satmışdır. Abşeron Rayonu 2 saylı notariat kontoru "xxxx" ASC-yə xx.xx.2018-ci il, 111 nömrəli məktub ünvanlayaraq X7 alqı-satqı müqaviləsi üzrə ödənilməli olan 60.000 manat məbləğində pulun, müvafiq müqavilə tərəfindən təsdiq edildikdən sonra onun məktubu əsasında Cavabdeh verilməsi üçün "xxxx" ASC-də olan AZ71AİİB******************** №-li depozit hesabına qəbul edilməsini xahiş etmişdir. ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 66,3 kv.m olan qeyri-yaşayış sahəsinin satılmasına dair alqı-satqı müqaviləsi üzrə alıcı X4 notariusun depozit hesabına 60.000 manat, depozit hesaba 120 manat pulun Cavabdeh ödənilməsi üçün Abşeron rayonu 2 saylı notariat ofisinin notariusu G.İ.Məsimova tərəfindən xx.xx.2018-ci il tarixli kassa qəbzi verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 362.1-ci maddəsinə əsasən, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. 359.1-ci maddəsinə əsasən, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Məhkəmə ilk öncə qeyd edir ki, iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 362.1-ci maddəsinə əsasən iddiaçının adından etibarnamə əsasında Cavabdeh tərəfindən X6 60.000 manat qiymətinə satılmışdır. Həmin alqı-satqı müqaviləsi iddiaçının adından cavabdeh tərəfindən bağlanılsa da alqı-satqı qiyməti olan 60.000 manat vəsait iddiaçıya verilməmişdir. Hansı ki, həmin məbləğin cavabdeh tərəfindən qəbul edilməsi iddiaçı tərəfindən iş materiallarına əlavə olunmuş xx.xx.2018-ci il tarixli kassa qəbzi və xx.xx.2018-ci il, 111 nömrəli məktub ilə öz təsdiqini tapmışdır. Həmin vəsaitin cavabdeh tərəfindən əldə edilməməsini onun iddiaçıya verilməsini isə cavabdeh sübut edə bilməmiş, məhkəmə baxış iclasını 2 dəfə təxirə salınmasını xahiş etməsinə baxmayaraq məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Eyni zamanda, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1378/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh X3 qarşı “xx.xx.2017-ci il tarixli 3M-374 reyestr nömrəli kredit müqaviləsinə əsasən verdiyi 15.000 manat borcun və ödədiyi 30 manat dövlət rüsumunun cavabdeh X1 tutularaq iddiaçı Cavabdeh qaytarılması” tələbinə dair iddiasının rədd edilməsi, cavabdeh X2 iddiaçı Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc öhdəliyinə xitam verilməsi” tələbinə dair qarşılıqlı iddiasının təmin edilməsi, Bakı şəhəri 44 saylı notariat kontorunda Cavabdeh və X5 arasında bağlanmış xx.xx.2017-ci il tarixli 3M-374 reyestr nömrəli kredit müqaviləsi üzrə cavabdeh X2 15.000 manat borcu iddiaçı Cavabdeh qaytarması öhdəliyinə xitam verilməsi, ilk iddia üzrə ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh, qarşılıqlı iddia üzrə ödənilmiş 30 manat dövlət rüsumunun X3 aid edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7495/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh X3 qarşı “borcun tutulması” tələbinə dair ilk, həmçinin X2 Cavabdeh qarşı (İddiaçı üçüncü şəxs qismində cəlb olunmaqla) “kredit müqaviləsi üzrə borc öhdəliyinə xitam verilməsi” barədə qarşılıqlı iddiaya dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-1378/2021 saylı qətnaməsindən iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli, 2(004)-1378/2021 saylı qətnaməsinin ləğv olunması, iş üzrə yeni qətnamənin qəbul edilməsi, ilk iddianın təmin olunması, cavabdeh X1 29 dekabr 2017-ci il tarixli kredit müqaviləsi üzrə 15000 (on beş min) manat və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat tutularaq iddiaçı Cavabdeh ödənilməsi, qarşılıqlı iddianın təmin olunmaması qət edilmişdir. Göründüyü kimi həmin qətnamələr ilə X5 ilə Cavabdeh arasında 15000 manat borc münasibətlərinin olması öz təsdiqini tapmışdır. Belə olan halda, məhkəmə hesab edir ki, iş materiallarına əlavə edilmiş sənədlər və sübutlar ilə 60.000 manat vəsaitin cavabdeh tərəfindən qəbul edilməsi təsdiq olunduğundan bunun əksi, yəni bu vəsaitin cavabdeh tərəfindən qəbul edilməməsi və ya iddiaçıya verilməsi qarşı tərəf tərəfindən sübuta yetirilmədiyindən iddiaçının iddia tələbi Cavabdeh 60.000 (altmış min) manatın və dövlət rüsumu olaraq ödənilmiş pul vəsaitinin tutularaq iddiaçı tərəf olan İddiaçı ödənilməsi hissəsində təmin edilərək Cavabdeh 60000 manat vəsait İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 265.4-cü maddəsi ilə məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Məhkəmə iddiaçı tələbinin “Cavabdeh barəsində “xüsusi qərardad” elan edib, araşdırlması üçün aidiyyəti prokurorluğa göndərilməsi” hissəsinə münasibətdə qeyd edir ki, hazırki mübahisə mülki xarakterli mübahisə olduğundan, habelə onlar barəsində xüsusi qərardad çıxarılması üçün hər hansı əsaslar müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Çəndı̇ rov Çı̇ ngiz Hidayət oğlundan Talıbov Aqı̇ l Mı̇ rqasım oğlunun xeyrinə 60000,00 (altmış min) manat və dövlət rüsumuna görə ödənilmiş 270 manat vəsaitin əvəzi tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Çəndı̇ rov Çı̇ ngiz Hidayət oğlundan Talıbov Aqı̇ l Mı̇ rqasım oğlunun xeyrinə 60000,00 (altmış min) manat və dövlət rüsumuna görə ödənilmiş 270 manat vəsaitin əvəzi tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-1072/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1072/2023
16.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver