Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1076/2022 07.04.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, X12 qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi X8 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair ilkin, iddiaçı Cavabdeh İddiaçı qarşı “aliment məbləğinin azaldılması” tələbinə dair qarşılıqlı iddiaları üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 26.09.2007-ci il təvəllüdlü X2 və X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər biri üçün 193 manat, cəmi 386 (üç yüz səksən altı) manat məbləğində aliment tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə 24 dekabr 2005-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Həmin nikahdan 26.09.2007-ci il tarixdə X9 və X10 adlı övladları anadan olmuşdur. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 06.03.2018-ci il tarixli qətnaməsi ilə hazırkı iş üzrə cavabdehlə nikahları pozulmuş, uşaqlar onun himayəsində saxlanılmışlar. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 24.06.2021-ci il tarixli, 2(007)-91/2021 saylı qətnaməsi ilə “uşaqların saxlanılması üçün aliment tələbinə dair” iddiası təmin edilmiş, Cavabdeh qızları yetkinlik yaşına çatana kimi hər birinin saxlanılmaları üçün hər ay 155 manat olmaqla, cəmi 310 manat miqdarında alimentin ödənilməsi qət edilmişdir. Hazırkı işlə bağlı alimentin 26.08.2019-cu il tarixdən müvəqqəti tutulmasına dair Nizami Rayon Məhkəməsinin qərardadı icraya yönəldilmişdir. Cavabdehlə nikahları məhkəmə qaydasında pozulmamışdan da xeyli qabaq onunla münasibətləri pozulmuşdur. Övladları onunla və onun himayəsində yaşayırlar. Övladları artıq 15 yaşındadır, onların saxlanılma xərcləri artmışdır və ona görə hazırkı iş üzrə cavabdeh tərəfindən onlara əlavə maddi yardım göstərilməsinə ehtiyacları vardır. Təyin olunmuş alimentin məbləği onların heç ən minimum tələblərini belə təmin etmir. Bu səbəbdən məhkəmə tərəfindən təyin olunmuş alimentin dəyişdirilməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırkı vaxtda da “Azərbaycan Respublikasında 2022ci il üçün yaşayış minimumu haqqında“ qanunla 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyənləşdirilmişdir və hesab edir ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 26.09.2007-ci il təvəllüdlü X2 və X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər biri üçün 80 manat, cəmi 160 (yüz altmış) manat məbləğində alimentin tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ilkin iddia üzrə İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, övladlarının saxlama xərcləri artmışdır və ona görə əlavə maddi yardım göstərilməsinə ehtiyacı vardır. Təyin olunmuş alimentin məbləği onların heç ən minimum tələblərini təmin etmir. Qarunvericiliyə əsasən məhkəmə tərəfindən aliment miqdarı müəyyən olunduqdan sonra həmin miqdarın dəyişdirilməsi əsaslarını tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişikliklərin baş verməsi təşkil edir. Hazırkı işdə də həmin hal mövcuddur. Belə ki, alimentin tutulmasına dair qətnamə qəbul edildikdən sonra onun həm ailə vəziyyətində, həm də maddi vəziyyətində dəyişiklik olmuşdur. Belə ki, o, X19 ilə rəsmi nikah bağlamaqla yenidən ailə qurmuşdur. Hal-hazırda 29.04.2009-cu il təvəllüdlü Əzizli Məhəmməd onun himayəsindədir. Bundan başqa, arvadı X19 33 həftəlik hamilədir və bu yaxınlarda əkiz övladları dünyaya gəlməlidir. Ona görə də hesab edir ki, onun həm ailə vəziyyətində, həm də maddi vəziyyətində dəyişikliklər olduğundan, məhkəmə qətnaməsi ilə müəyyən olunmuş aliment məbləği azaldılaraq hər uşaq üçün hər ay 80 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia tələbini müdafiə edib ilkin iddia ərizəsinin dəlillərinə uyğun izahat verdi və ilkin iddia tələbinin təmin, qarşılıqlı iddianın rədd edilməsini xahiş etdi. Əlavə olaraq bidirildi ki, o, iki qız övladı böyüdür. Belə ki, övladları böyüyür və böyüdükcə də xərcləri artır. Qızlarının hər ikisi hazırlığa getməlidirlər. Cavabdeh tərəf müxtəlif bəhanələr gətirərək alimenti artırılmış məbləğdə verməkdən yayınır. Cavabdeh 310 manat alimenti vaxtlı-vaxtında ödəyir. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi X13 qarşılıqlı iddia tələbini müdafiə edib qarşılıqlı iddia ərizəsinin dəlillərinə uyöun izahat verdi və ilkin iddianın rədd, qarşılıqlı iddia tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, oğlu Cavabdeh maaşı 500-550 manatdır. Cavabdeh ikinci nikahdan yenicə doğulmuş əkiz övladları var. Oğlu Cavabdeh artıq miqdarda aliment ödəməyə imkanı çatmır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin və qarşılıqlı iddia tələbləri təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 24.06.2021-ci il tarixli, 2(007)-91/2021 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək 26 sentaybr 2007-ci il təvəllüdlü X3 və X2 yеtkinlik yаşınа çаtаnаdək saxlanması üçün Cavabdeh 26 avqust 2019-cu il tarixdən hesablanmaqla hər uşaq üçün hər ay 155 (yüz əlli beş) manat olmaqla, cəmi 310 (üç yüz on) manat sabit pul miqdarında alimentin (Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 03.06.2021-ci il tarixli, 2(007)-213/2020 saylı qərardadı ilə müvəqqəti tutulmuş alimentin məbləği çıxılmaqla) tutularaq İddiaçı verilməsi qət edilmişdir; - “X11” MMC-nin 03.03.2022-ci il tarixli arayışından görünür ki, X1 İnternational Hospitalda 10.08.2021-ci il tarixdə qeydiyyatdadır. Ginekoluqun qəbulunda axırıncı dəfə 11 fevral 2022-ci il tarixdə olmuşdur. Dianoz: 33 həftəlik hamiləlik. Əkiz döl; - AZ-İİ seriyalı, 482603 saylı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə X19 01 mart 2022-ci il tarixdə 5 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 940 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Allahverdiyev”, arvada “Allahverdiyeva” soyadı verilmişdir; - AZ-İİ seriyalı, 275375 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X21 29 aprel 2009-cu il tarixdə doğulmuşdur. X6, anası X14r; - Cavabdeh 01.07.2020-ci il və 30.06.2021-ci illər ərzində hesablanmış əmək haqqı məbləğinə dair məlumatdan görünür ki, o, 2020-ci ilin iyul ayında 913,69 manat, 2020-ci ilin avqust ayında 584,57 manat, 2020-ci ilin sentyabr ayında 548,67 manat, 2020-ci ilin oktyabr ayında 3212,59 manat (əlavələr olmuş), 2020-ci ilin noyabr ayında 1821,72 manat (əlavələr olmuş), 2020-ci ilin dekabr ayında 548,67 manat, 2021-ci ilin yanvar ayında 548,67, 2021-ci ilin fevral ayında 548,67, 2021-ci ilin mart ayında 548,67, 2021-ci ilin aprel ayında 548,67, 2021-ci ilin may ayında 548,67, 2021-ci ilin iyun ayında 2621,16 manat (əlavələr olmuş) əmək haqqı almışdır. Məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh ilə İddiaçı birgə nikahından 26 sentaybr 2007-ci il tarixdə Səbirə və Sahibə adlı uşaqları doğulmuşdur. Tərəflərin ailə münasibətləri pozulduğu üçün ayrılmışlar. Ayrıldıqları zaman uşaqlar ananın yanında qalmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 24.06.2021-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh 26 avqust 2019-cu il tarixdən hesablanmaqla hər uşaq üçün hər ay 155 (yüz əlli beş) manat olmaqla, cəmi 310 (üç yüz on) manat sabit pul miqdarında alimentin (Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 03.06.2021-ci il tarixli, 2(007)-213/2020 saylı qərardadı ilə müvəqqəti tutulmuş alimentin məbləği çıxılmaqla) tutularaq İddiaçı verilməsi qət edilmişdir. Hazırda ilkin iddia üzrə iddiaçı məhkəmə tərəfindən təyin olunmuş məbləğin yetərli olmadığı, uşaqların tələbatını ödəmədiyi əsası ilə alimentin artırılaraq hər ay hər uşaq üçün 193 manat, cəmi 386 (üç yüz səksən altı) manat məbləğində müəyyən edilməsi ilə bağlı iddia qaldırmışdır. Qarşılıqlı iddia üzrə iddiaçı isə alimentin məbləğinin azaldılaraq hər ay hər uşaq üçün 80 manat olmaqla, cəmi 160 manat tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ilkin tələbinə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 76.2-ci maddəsinə əsasən valideynlərindən məhkəmə tərəfindən tutulan aliment miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən Plenum hesab etmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Yuxarıda istinad edilən maddi hüquq normaları, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun anoloji işlərlə bağlı gəldikləri hüquqi mövqeləri baxımından məhkəmə hesab edir ki, ilkin iddia üzrə iddiaçı alimentin miqdarının artırılması ilə bağlı mövqeyində haqlı deyildir, onun istinad etdiyi hallar alimentin miqdarının artırılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Ana ilə qalan uşaqların minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüquqlarının təminatı və valideynləri ilə birlikdə yaşadıqları vaxtdakı maddi təminatlarının maksimal dərəcədə saxlanması baxımından işə baxan məhkəmə ilkin iddia üzrə cavabdehdən ilkin iddia üzrə iddiaçının xeyrinə hər uşaq üçün hər ay 155 (yüz əlli beş) manat olmaqla, cəmi 310 (üç yüz on) manat sabit pul miqdarında aliment tutulmalı olması qənaətinə gəlmişdir. Burada, tələbi əsaslı edəcək, müəyyən edilməli olan hal - məhz məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra aliment ödəyən cavabdehin (atanın) ailə və ya maddi vəziyyətində dəyişiklik olmasıdır. Hansı ki, ilkin iddia üzrə iddiaçı buna dair hər hansı sübutunu iddiasına əlavə etməmiş, iddiasını həmin hallara uyğun əsaslandırmamış, məhkəmədə də belə sübutlar təqdim edilməmişdir. Qeyd etmək lazımdır ki, məhkəməyə ilkin iddia üzrə Cavabdeh 01.07.2020-ci il və 30.06.2021-ci il tarixlərində aldığı əmək haqqı məbləğinə dair məluamt təqdim edilmiş və müəyyən edilmişdir ki, onun əmək haqqın məbləğində dəyişiklik olmamışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən ilkin iddia üzrə iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları, ilkin iddia üzrə cavabdehin maddi vəziyyətində hansı dəyişiliklərin olduğunu sübut etməlidir. Hazırkı halda ilkin iddia üzrə iddiaçı iddia ərizəsində göstərdiyi dəlilləri sübut edə bilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı alimentin artırılması tələbinə dair iddiası təmin edilə bilməz. Məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə aşağıdakıları qeyd edir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin Qərarın 8.7-ci maddəsinə əsasən aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Həmin Qərarın 8.13-cü maddəsinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Uşaq hüquqları haqqında” Konvensiyanın: 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericlik orqanları tərəfindən görülsün; 27-ci maddəsinin 2-ci bəndinə əsasən valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın təbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. 2022-ci il yanvar ayının 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci ildə uşaqlar üçün yaşayış minimumu 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə işin faktiki hallarına əsasən qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsinin tələbləri baxımından, aliment ödəməli olan Cavabdeh iki uşağın yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 91/2021 saylı 24.06.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilən alimentin tutulmasına maneə yoxdur, alimentin həmin məbləğinin dəyişdirilərək azaldılması yolverilməzdir, ədalətli və ağlabatan deyildir, alimentin miqdarının azaldılması aliment alan uşaqların mənafeyinə kəskin zidddir və işin faktiki halları ilə mütənasiblik təşkil etmir. 2022-ci ildə yaşayış minimumu məbləği hər uşaq üçün 193 manat müəyyən edilsə də, iddiaçının ödəməli olduğu aliment məbləği 26 sentaybr 2007-ci il təvəllüdlü X4 və X5 münasibətdə 155 manat miqdarında müəyyən edilmişdir. Həmçinin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh təkrarən ailə həyatı qurması, həmin nikahdan əkiz uşaqlarının doğulması və 29.04.2009-cu il təvəllüdlü X15 onun himayəsidə olması onun ailə və maddi vəziyyətində dəyişiklik olmasını təsdiqləyən bir haldır. Lakin yuxarıda istinad edilən maddi hüquq normaları, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun anoloji işlərlə bağlı gəldikləri hüquqi mövqeləri baxımından məhkəmə hesab edir ki, ilkin iddia üzrə iddiaçı alimentin miqdarının azaldılmalı olması ilə bağlı mövqeyində haqlı deyildir, onun ailə vəziyyətinin dəyişməsi hallar alimentin miqdarının azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Belə ki, aliment ödənilən qarşılıqlı iddia üzrə cavabdeh azyaşlı uşaqları ilə qarşılıqlı iddia üzrə iddiaçıdan ayrı yaşayır, ondan ayrı yaşamalarına baxmayaraq, qarşılıqlı iddia üzrə iddiaçının həmin uşaqların qarşısında bir valideyn kimi müvafiq öhdəlikləri vardır, qarşılıqlı iddia üzrə iddiaçı uşaqlarının maddi və mənəvi cəhətdən təminatını həyata keçirməlidir və bu, onun mənəvi borcudur. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, alimentlərin miqdarlarının azaldılması aliment alan uşaqların mənafeyinə kəskin zidd olduğundan və işin faktiki halları ilə mütənasiblik təşkil etmədiyindən, qarşılıqlı iddia təmin edilməməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair ilkin, iddiaçı Cavabdeh İddiaçı qarşı “aliment məbləğinin azaldılması” tələbinə dair qarşılıqlı iddiaları təmin edilməməlidir. Məhkəmə əlavə hal olaraq qeyd edir ki, baxılan tələb xarakterinə görə davam edən münasibətlərə aid olduğundan, qanunla müəyyən edilmiş qaydada və əsaslarla tərəflər yenidən məhkəməyə müraciət edə bilər, hazırkı halda iddiaların təmin edilməməsi həmin tələblə məhkəməyə müraciət imkanını məhdudlaşdırmır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ilkin iddia üzrə iddiaçı tərəfindən ilkin mediasiya xidmətinə görə 50 manat məbləğində pulun ödənilməsi səbəbindən ilkin iddia üzrə iddiaçı iddia ərizəsinin verilməsi üçün ödəməli olduğu dövlət rüsumundan azad edilməlidir. Həmçinin, qarşılıqlı iddia təmin edilmədiyindən, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair ilkin iddiası təmin edilməsin. Cavabdeh İddiaçı qarşı “aliment məbləğinin azaldılması” tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Məhkəmə xərclərinə aid olan, qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödənilmiş 39 manat dövlət rüsumu Cavabdeh aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-1076/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1076/2022
07.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver