Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-1079/2021 03.03.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Babək Natiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı “xxxx” QSC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və borc tələbinin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” QSC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və borc tələbinin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tərəf vəsatətlə məhkəməyə müraciət edərək cavabdehin qeydiyyat ünvanının ünvan 1yyəti üzrə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında sədrlik edən vəsatətə dair iddiaçının nümayəndəsinin fikrini soruşur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi vəsatəti müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, vəsatət təmin edilməli və mülki iş aidiyyəti üzrə baxılması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM): 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir; 44.2.1-ci maddəsinə əsasən əvvəlcə yaşayış yeri məlum olmayan cavabdeh işi onun yaşadığı yerin məhkəməsinə vermək haqqında vəsatət verərsə, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. 45.1-ci maddəsinə əsasən məhkəməyə aidiyyət ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş materiallarındakı məlumatlar əsasında iddia ərizəsi Bakı şəhəri Nizami Rayon Məhkəməsinin icraatına qəbul olunsa da, məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi mülki işin Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməsini xahiş edir. Məhkəmə hesab edir ki, hazırki mülki işdə cavabdehin qeydiyyat ünvanı Gəncə şəhəri Nizami rayonuna aid olduğundan həmin mülki işə ərazi aidiyyəti üzrə Gəncə şəhəri Nizami Rayon Məhkəməsində baxılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 35.2, 44.2.1, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı “xxxx” QSC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və borc tələbinin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair 2(007)-1079/2021 saylı mülki iş aidiyyəti üzrə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №2(007)-1079/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-1079/2021
03.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver