Məhkəmə qərarları › İş №2(007)-108/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-108/2021

28.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-108/2021 28.10.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin ("xxxx" ASC-nin) nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin (hazırki "xxxx" ASC-nin) cavabdeh X4 qarşı “müqavilənin ləğvi və borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC-nin cavabdeh X4 qarşı “29.05.2018-ci il tarixli kredit müqaviləsinin ləğvi və borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə əvvəlki iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X5 iddia tələbinin məzmununa uyğun izahat verərərk onun təmin olunmasınını məhkəmədən xahiş etdi. Məhkəmə əvvəlki iclasında iddiaçının nümayəndəsi olaraq anası X2 iştirak edərək, X3 vəfat etdiyini, adına hər hansı əmlakın olmadığını bildirmiş, məhkəmədən işə xitam verilməsini xahiş etmişdir. Mülki işə əlavə edilmiş AZ-İİ 026129 nömrəli, 22 iyul 2019-cu il tarixli ölüm haqqında Şəhadətnamənin surətindən görünür ki, cavabdeh X8 16 iyun 2019-cu il tarixdə vəfat etmişdir. Həmçinin məhkəmə araşdırması ilə müəyyən olunmuşdur ki, X3 adına daşınar və daşınmaz əmlakı mövcud deyildir. Onun barəsində vərəsəlik işi açılmamışdır. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddiaçı "xxxx" ASC-nin ("xxxx" ASC-nin) cavabdeh X4 qarşı “29.05.2018-ci il tarixli kredit müqaviləsinin ləğvi və borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.7-ci maddənə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə hakim iş üzrə icraata xitam verir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261, 262, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" ASC-nin ("xxxx" ASC-nin) cavabdeh X4 qarşı “29.05.2018-ci il tarixli kredit müqaviləsinin ləğvi və borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. İddiaçıya izah edilsin ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qərardad iddiaçı tərəfindən ödənilmiş 30,0 manat dövlət rüsumunun geri qaytarılması üçün əsasdır. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar