Məhkəmə qərarları › İş №2(007)-1085/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1085/2020

21.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1085/2020 21.09.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Ağacanov Ramin Tofiq oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 13.04.2015-ci il tarixli 142293-1-14606 saylı müqavilənin 15.02.2016-ci il tarixli 1 saylı Razılaşmasına əsasən 25.09.2019-cu il tarixə Banka borclu olduğu 984,97 (doqquz yüz səksən dörd.97) ABŞ dolları məbləğində əsas borc, 0,13 (sıfır dollar, on üç sent) ABŞ dolları məbləğində faiz borcu, 25,82 (iyirmi beş, 82) ABŞ dolları məbləğində cərimə üzrə borcu, ümumilikdə isə 1010,92 (bir min on,92) ABŞ dolları pul məbləğinin (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə) və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 (otuz) AZN dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti (bundan sonra mətndə Bank) ilə Cavabdeh (bundan sonra mətndə Cavabdeh) arasında bağlanmış 13.04.2015-ci il tarixli 142293-1-14606 saylı “Nağd krediti müqaviləsi”nə əsasən Cavabdeh istehlak məqsədilə illik 24 (iyirmi dörd) faiz hesablanması şərti ilə 46 (qırx altı) ay müddətinə 6439.42 (altı min dörd yüz otuz doqquz,42) ABŞ dolları məbləğində kredit verilmişdir. Sonradan, 15 fevral 2016-cı il tarixli 142293-1-14606 saylı “Kredit müqaviləsi”nə dəyişiklik və əlavələr edilməsi barədə 1 saylı Razılaşmaya əsasən 15 fevral 2016 il tarixə mövcud olan borcu kapitallaşdırılaraq 5771,09 (beş min yeddi yüz yetmiş bir,09) ABŞ dollar məbləğində müəyyənləşdirilmişdir. Həmin Razılaşmaya əsasən kredit məbləğini kredit alan, müqavilə ilə müəyyən olunan şərtlərlə və qavdalarla 46 (qırx altı) ay müddətinə istifadə etməli və kreditdən istifadəyə görə Banka illik 24% (iyirmi dörd) faiz vəsait ödəməyi öz üzərinə götürür. Cavabdehin 15 fevral 2016-ci il tarixinə kapitallaşdırılmış kredit məbləğindən əlavə 12.80 ABŞ dolları məbləğində cərimə borcuda mövcuddur. Lakin borclu şəxs Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəlikləri 15.03.2019-cu il tarixdən icra etməmiş və nəticəsində cavabdehin Banka 984,97 (doqquz yüz səksən dörd.97) ABŞ dolları məbləğində əsas borc, 0,13 (sıfır dollar, on üç sent) ABŞ dolları məbləğində faiz borcu. 25,82 (iyirmi beş.82) ABŞ dolları məbləğində cərimə üzrə borcu, ümumilikdə isə 1010,92 (bir min on,92) ABŞ dolları məbləğində borcu qalmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdırıb, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 13 aprel 2015-ci il tarixli nağd pul krediti müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh illik 24 faiz dərəcəsi ilə, 46 ay müddətinə 6439.42 manat məbləğində kredit verilmiş, Cavabdeh isə öz növbəsində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. - "xxxx" ASC ilə Cavabdeh arasında 15 fevral 2016-ci il tarixdə bağlanmış Kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə 1 saylı Razılaşmadan görünür ki, kredit məbləğini kredit alan, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydalarla 46 (qırx altı) ay müddətinə istifadə etməli və kreditdən istifadəyə görə Banka illik 24% (iyirmi dörd) faiz vəsait ödəməyi öz üzərinə götürür. Cavabdehin 15 fevral 2016-ci il tarixinə kapitallaşdırılmış kredit məbləğindən əlavə 12.80 (on iki.80) ABŞ dolları məbləğində cərimə borcu mövcuddur. - 02 oktyabr 2019-cu il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün "xxxx" ASC tərəfindən 30,0 manat dövlət rüsumu ödənilmişdir; - "xxxx" ASC-nin 27 yanvar 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdehnun 15 fevral 2016-ci il tarixli kredit müqaviləsi üzrə "xxxx" ASC-yə 984,97 manat əsas, 0,13 manat faiz, 25,82 manat cərimə olmaqla, cəmi 1010,92 manat məbləğində borcu vardır. - Məhkəmənin qərardadı əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 14 may 2020-ci il tarixli rəyindən görünür ki, Cavabdeh 15 fevral 2016-ci il tarixli kredit müqaviləsi üzrə 27.01.2020-ci il tarixə əsas borc üzrə 1125.97 ABŞ dolları, faiz borcu üzrə 44.31 ABŞ dolları borcu vardır. Məhkəmə iclasında müəyyən olundu ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 13 aprel 2015-ci il tarixli nağd pul krediti müqaviləsinə əsasən, bank tərəfindən Cavabdeh illik 24 faiz dərəcəsi ilə, 46 ay müddətinə 6439.42 manat məbləğində kredit verilmiş, Cavabdeh isə öz növbəsində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. "xxxx" ASC ilə Cavabdeh arasında 15 fevral 2016-ci il tarixdə bağlanmış Kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə 1 saylı Razılaşmaya əsasən, kredit məbləğini kredit alan, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydalarla 46 (qırx altı) ay müddətinə istifadə etməli və kreditdən istifadəyə görə Banka illik 24% (iyirmi dörd) faiz vəsait ödəməyi öz üzərinə götürür. Cavabdehin 15 fevral 2016-ci il tarixinə kapitallaşdırılmış kredit məbləğindən əlavə 12.80 (on iki.80) ABŞ dolları məbləğində cərimə borcu mövcuddur. Lakin cavabdeh kreditin və ona hesablanmış faizlərin ödənilməsi üzrə müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş, iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd edilənlərlə müəyyən olundu ki, borcalan Cavabdeh "xxxx" ASC ilə bağladığı 15 fevral 2016-ci il tarixli kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyə əməl edib, krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və Cavabdeh öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən cavabdehdən kredit razılaşması üzrə 984,97 ABŞ dolları əsas borc, faiz borcu üzrə 0,13 ABŞ dolları tələb edilsə də, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən, sözügedən kredit üzrə Cavabdeh 27.01.2020-ci il tarixə əsas borc üzrə 1125.97 ABŞ dolları, faiz borcu üzrə 44.31 ABŞ dolları borcu vardır. Hakimin işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalı olması barədə Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələblərindən çıxış edərək məhkəmə hesab edir ki, 15 fevral 2016-ci il tarixli kredit razılaşması üzrə cavabdehdən əsas və faiz borc qismində iddia tələbi həcmində pul tutulmalıdır. Məhkəmə onu da qeyd edir ki, iddia tələbi üzrə ABŞ dolları ilə ifadə olunan borc məbləği qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla, cavabdehdən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 nömrəli Qərarının 10-cu bəndində göstərilmişdir ki, qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh "xxxx" ASC-nin xeyrinə 13 aprel 2015-ci il tarixli müqavilənin 15 fevral 2016-cı il tarixli 1 saylı Razılaşması üzrə 984,97 ABŞ dolları əsas borc, 0,13 ABŞ dolları faiz borcu, 25,82 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 1010,92 ABŞ dolları məbləğində vəsait qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə və dövlət rüsumuna görə ödənilmiş 30 manat məbləğində vəsait tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, Məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə sərf edilmiş 200,00 manat məbləğində xərc cavabdehdən tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh "xxxx" ASC-nin xeyrinə 13 aprel 2015-ci il tarixli müqavilənin 15 fevral 2016-cı il tarixli 1 saylı Razılaşması üzrə 984,97 ABŞ dolları əsas borc, 0,13 ABŞ dolları faiz borcu, 25,82 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 1010,92 ABŞ dolları məbləğində vəsait qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə və dövlət rüsumuna görə ödənilmiş 30 manat məbləğində vəsait tutulsun. Məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə sərf edilmiş 200,00 manat pul Cavabdeh alınaraq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar