Məhkəmə qərarları › İş №2(007)-1089/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1089/2021

09.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1089/2021 09.02.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədova Həqiqət Mülazim qızı, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçı "xxxx" ASC-nin xeyrinə 29 avqust 2019-cu il tarixli 106804-586805/1 nömrəli istehlak krediti üzrə 306.91 manat əsas borcun, 211.29 manat faiz borcun, cəmi 518.2 manat məbləğində borcun əvəzi, bundan əlavə, 29 avqust 2019-ci il tarixli, 106892-PC********** nömrəli smile kredit müqaviləsi üzrə 99.6 manat məbləğində əsas borcun, 37.86 manat məbləğində cərimə borcun, cəmi 137.46 manat borcun əvəzi, hər iki müqavılələr üzrə isə ümumilikdə 655.66 manat borcunun və dövlət rüsumu olaraq ödənilmiş 30.4 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" ASC ilə cavabdeh arasında bağlanmış 29 avqust 2019-cu il tarixli, 106804-586805/1 nömrəli kredit müqaviləsinə əsasən onun tərəfindən cavabdehə istehlak məqsədləri üçün 12 ay müddətinə illik 29% ödəmək şərtilə 500 manat məbləğində kredit verilmişdir. Eləcə də, onların arasından bağlanmış 29 avqust 2019-ci il tarixli 106892-PC********** nömrəli smile kredit müqaviləsinə əsasən, borcluya 36 ay müddətinə, illik 0 % dərəcəsi ilə, 3000 manat məbləğində kredit xətti ayrılmışdır. Aralarında bağlanmış bu kredit müqavilələrin şərtlərini pozaraq, cavabdeh ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir Nəticədə cavabdehin 14 dekabr 2020-ci il tarixinə "xxxx" ASC-yə 29 avqust 2019-cu il tarixli, 106804-586805/1 nömrəli kredit müqaviləsi üzrə 306.91manat əsas borcu və 211.29 manat faiz borc olmaqla cəmi 518.2 manat məbləğində borcu yaranmışdır. Eləcə də, 29 avqust 2019-ci il tarixli, 106892-PC********** nömrəli smile kredit müqaviləsi üzrə cavabdehin 99.6 manat məbləğində əsas borcu, 37.86 manat məbləğində cərimə borcu olmaqla, cəmi 137.46 manat borcu yaranmışdır. Hər iki müqavilələr üzrə cavabdehin ona ümumilikdə 655.66 manat borcu yaranmışdır.Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işə əlavə olunmuş "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 29 avqust 2019-cu il tarixli, 106804-586805/1 nömrəli kredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən cavabdehə istehlak məqsədləri üçün 12 ay müddətinə illik 29% ödəmək şərtilə 500 manat məbləğində kredit verilmişdir. Eləcə də, onların arasından bağlanmış 29 avqust 2019-ci il tarixli 106892-PC********** nömrəli smile kredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən cavabdehə 36 ay müddətinə, illik 0 % dərəcəsi ilə 3000 manat məbləğində kredit xətti ayrılmışdır. Cavabdeh isə müəyyən olunmuş müddət ərzində kreditin borcunun müqavilələrin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş "xxxx" ASC-nin 14 dekabr 2020-ci il tarixli maliyyə arayışlarından görünür ki, Cavabdeh 29 avqust 2019-cu il tarixli, 106804-586805/1 nömrəli kredit müqaviləsi üzrə iddiaçıya 306.91manat əsas borcu, 211.29 manat faiz borcu olmaqla cəmi 518.2 manat məbləğində borcu yaranmışdır. Eləcə də, 29 avqust 2019-ci il tarixli, 106892- PC********** nömrəli smile kredit müqaviləsi üzrə də, cavabdehin iddiaçıya 99.6 manat məbləğində əsas borcu, 37.86 manat məbləğində cərimə borcu olmaqla, cəmi 137.46 manat borcu yaranmışdır. Hər iki müqavilələr üzrə cavabdehin iddiaçıya ümumilikdə 655.66 manat həcmində borcu vardır. İşə əlavə olunmuş 16 dekabr 2020-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün "xxxx" ASC tərəfindən 30.40 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Qeyd edilənlərlə müəyyən olundu ki, cavabdeh iddiaçı ilə bağladığı 29 avqust 2019-cu il tarixli kredit müqaviləsi üzrə götürdüyü öhdəliyə əməl etməyib, krediti borcunu ödəməmiş, kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməmişdir, hansı ki, o, iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, məhkəmə göstərilənləri nəzərə alaraq, hesab edir ki, iddia tələbi əsaslı hesab edildiyindən təmin edilməlidir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. 29 avqust 2019-cu il tarixli, 106804-586805/1 nömrəli kredit müqaviləsi üzrə 306.91manat əsas borcun, 211.29 manat faiz borcun, eləcə də, 29 avqust 2019-ci il tarixli, 106892-PC********** nömrəli smile kredit müqaviləsi üzrə 99.6 manat məbləğində əsas borcun və 37.86 manat məbləğində cərimə borcun, hər iki müqavilələr üzrə ümumilikdə 655.66 (altı yüz əlli beş manat altmış altı qəpik) manat borcun və ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumunun əvəzi Cavabdeh "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar