Məhkəmə qərarları › İş №2(007)-1105/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1105/2021

01.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1105/2021 01.06.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, X3, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1, X3, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi və iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, TuranBank ASC-nin "Neftçilər" filialı ilə Cavabdeh1 qız arasında bağlanmış xx.xx.2009-cu il tarixli ÖzƏL(0.5)F7-1955/K-19 saylı və xx.xx.2020-ci il tarixli Özəl (1)F7- 151/K-20 saylı kredit müqaviləsinə vaxtından əvvəl xitan verilməsi, TuranBank ASC-nin “Neftçilər” filialı ilə Cavabdeh1 qız arasında bağlanmış xx.xx.2019-cu il tarixli ÖzƏL(0.5)F7-1955/K-19 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 “Bank"a olan 5,987.18 manat əsas, 1460.63 manat faiz, 1077.30 manat cərimə faizi olmaqla, cəmi 8525.11 manat, xx.xx.2020-ci il tarixli Özəl(1)F7-151/K-20 saylı kredit müqaviləsi üzrə 4,833.10 manat əsas, 1336.88 manat faiz, 865.93 manat cərimə faizi olmaqla, cəmi 7035.91 manat məbləğində borcun və tərəflərindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən (borclu - Cavabdeh1, zaminlər - X3, Cavabdeh2 və Cavabdeh3) birgə qaydada tutularaq TuranBank ASC-yə ödənilməsin barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, TuranBank Açıq Səhmdar Cəmiyyətinin "Neftçilər” filialı ilə Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixli ÖzƏL(0.5)F7-1955/K-19 saylı kredit müqaviləsinə əsasən faiz dərəcəsi 22.5 % olmaqla 18 (on səkkiz ) ay müddətinə 7000 (yeddi min) manat, xx.xx.2020-ci il tarixli BK № Özəl (1) F7_151/K-20 saylı kredit müqaviləsinə əsasən faiz dərəcəsi 25% faiz olmaqla 24 (iyirmi dörd) ay müddətinə 5000 (beş min) manat məbləğində kredit verilmişdir. Yuxarıda qeyd edilən kredit müqaviləsi üzrə Cavabdeh1 (borcalan) öhdəliklərinin icrasının təminatı kimi TuranBank ASC ilə Cavabdeh3. Cavabdeh2 və X3 arasında № Özəl (0.5) F7 1955/Z-19 saylı xx.xx.2019-cu il tarixli, və xx.xx.2019-cu il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli , İK № Özəl (1) F7 151/Z-20 saylı 2801 2020-ci il tarixli zaminlik müqavilələri bağlanmışdır. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərinə və müqavilənin şərtlərinə riayət etməmiş, ödəməli olduğu məbləği vaxtında ödəməmişdir. Bununla əlaqədar cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə, tərəflərindən mübahisənin məhkəmədənkənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmiş və cavabdehlərə göndərilmiş pretenziya məktubları da cavabsız qalmışdır. Odur ki, kredit borcları və kredit borclarına hesablanmış faiz borcları cavabdehlərdən tutularaq Bankın xeyrinə ödənilməlidir. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş Cavabdeh1 iddia tələbini qəbul etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, əvvəllər ödənişləri vaxtında etmişdir. Lakin maddi vəziyyətində yaranan problemlərə görə ödənişlərini vaxtında edə bilməmişdir. Göstərdiklərinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdırıb, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı ASC ilə Cavabdeh1 qız arasında bağlanmış 06 dekabr 2019-cu il tarixli, ÖzƏL(0.5)F7-1955/K-19 nömrəli kredit müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh1 illik 22.5 faix dərəcəsi ilə, 18 ay müddətinə 7000 manat məbləğində kredit verilmiş, Cavabdeh1 isə öz növbəsində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. - İddiaçı ASC ilə Cavabdeh3 və X3 arasında bağlanmış 06 dekabr 2019-cu il tarixli zaminlik müqavilələrindən görünür ki, zaminlər 06 dekabr 2019-cu il tarixli kredit müqaviləsi və həmin müqavilə üzrə kredit razılaşmasından irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün Cavabdeh1 ilə birgə məsuliyyət daşımağı öz öhdələrinə götürmüşlər; - İddiaçı ASC ilə Cavabdeh1 qız arasında bağlanmış 28 yanvar 2020-ci il tarixli, ÖzƏL(1)F7-151/K-20 nömrəli kredit müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh1 illik 25 faiz dərəcəsi ilə, 24 ay müddətinə 5000 manat məbləğində kredit verilmiş, Cavabdeh1 isə öz növbəsində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. - İddiaçı ASC ilə Cavabdeh3, Cavabdeh2 və X3 arasında bağlanmış 28 yanvar 2020ci il tarixli zaminlik müqavilələrindən görünür ki, zaminlər 28 yanvar 2020-ci il tarixli kredit müqaviləsi və həmin müqavilə üzrə kredit razılaşmasından irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün Cavabdeh1 ilə birgə məsuliyyət daşımağı öz öhdələrinə götürmüşlər; - 18 dekabr 2020-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı ASC tərəfindən 30,0 manat dövlət rüsumu ödənilmişdir; - İddiaçı ASC-nin 13 aprel 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 qıznın 06 dekabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə İddiaçı ASC-yə 5987.18 manat əsas, 1460.63 manat faiz, 1077.3 manat cərimə borcu vardır. - İddiaçı ASC-nin 13 aprel 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 qıznın 28 yanvar 2020-ci il tarixli kredit müqaviləsi üzrə İddiaçı ASC-yə 4833.1 manat əsas, 1336.88 manat faiz, 865.93 manat cərimə borcu vardır. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ASC ilə Cavabdeh1 qız arasında bağlanmış 06 dekabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən, bank tərəfindən Cavabdeh1 illik 22.5 faiz dərəcəsi ilə, 18 ay müddətinə 7000 manat məbləğində kredit verilmiş, Cavabdeh1 isə öz növbəsində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. İddiaçı ASC ilə Cavabdeh3 və X3 arasında bağlanmış 06 dekabr 2019-cu il tarixli zaminlik müqavilələrinə əsasən, zaminlər 06 dekabr 2019-cu il tarixli kredit müqaviləsi və həmin müqavilə üzrə kredit razılaşmasından irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün Cavabdeh1 ilə birgə məsuliyyət daşımağı öz öhdələrinə götürmüşlər. İddiaçı ASC ilə Cavabdeh1 qız arasında bağlanmış 28 yanvar 2020-ci il tarixli kredit müqaviləsinə əsasən, bank tərəfindən Cavabdeh1 illik 25 faiz dərəcəsi ilə, 24 ay müddətinə 5000 manat məbləğində kredit verilmiş, Cavabdeh1 isə öz növbəsində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlıvaxtında ödənilməsini öhdəsinə götürmüşdür. İddiaçı ASC ilə Cavabdeh3, Cavabdeh2 və X3 arasında bağlanmış 28 yanvar 2020-ci il tarixli zaminlik müqavilələrinə əsasən, zaminlər 28 yanvar 2020-ci il tarixli kredit müqaviləsi və həmin müqavilə üzrə kredit razılaşmasından irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün Cavabdeh1 ilə birgə məsuliyyət daşımağı öz öhdələrinə götürmüşlər. Lakin cavabdeh kreditin və ona hesablanmış faizlərin ödənilməsi üzrə müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş, iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ləğv edilə bilər; 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd edilənlərlə müəyyən olundu ki, borcalan Cavabdeh1 İddiaçı ASC ilə bağladığı 06 dekabr 2019-cu il və 28 yanvar 2020-ci il tarixli kredit müqavilələri ilə üzərinə götürdüyü öhdəliyə əməl edib, krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və Cavabdeh1 öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bundan başqa, Cavabdeh1 tərəflər arasında olan müqaviləni və ona dair razılaşmanı əhəmiyyətli dərəcədə pozmuş, bununla da, Mülki Məcəllənin 421.2-ci maddəsinə uyğun olaraq iddiaçının tələbi ilə həmin müqavilənin və ona dair razılaşmanın ləğv edilməsi əsasları yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Bununla da müəyyən olundu ki, 06 dekabr 2019-cu il tarixli müqavilə üzrə cavabdehlər Cavabdeh3 və X3, 28 yanvar 2020-ci il tarixli müqavilə üzrə Cavabdeh2, Cavabdeh3 və X3 Mülki Məcəllənin 470.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada Cavabdeh1 İddiaçı ASC qarşısında öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti, habelə Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə əsasən borclu Cavabdeh1 zaminliklə təmin edilmiş öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə kreditor qarşısında borclu ilə birgə məsuliyyət daşımağı, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşımağı üzərlərinə götürmüşdür. Məhkəmə onu da qeyd edir ki, 06 dekabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə borcun Cavabdeh1 və zaminlərdən müştərək qaydada tutulmasını xahiş etsə də, iş materiallarında Cavabdeh2 həmin 06 dekabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə zamin olması ilə bağlı heç bir sübut növü, o cümlədən zaminlik müqaviləsi aşkar edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh müqavilə üzrə bank qarşısında öhdəlik götürdüyündən və cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış əsas borc məbləğini, ona hesablanmış faizləri, cəriməni və digər xərcləri ödəməlidir. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, iddiaçının tələb etdiyi cərimə (dəbbə pulu) əsas borca münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğ azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, iddia tələbi qismən təmin edilməli, "xxxx" ASC-nin "Neftçilər filialı ilə Cavabdeh1 arasında bağlanmış 06 dekabr 2019-cu il tarixli, Özəl(0.5)F7-1955/K-19 nömrəli və 28 yanvar 2020-ci il tarixli, ÖzƏL(1)F7-151/K-20 nömrəli kredit müqavilələri ləğv edilməli, 06 dekabr 2019-cu il tarixli, ÖzƏL(0.5)F7_1955/K- 19 nömrəli kredit müqaviləsi üzrə X2, Cavabdeh3 və X1 müştərək qaydada 5987.18 manat əsas, 1460.63 manat faiz, 10 manat cərimə borcu olmaqla, cəmi 7547.81 manat pul vəsaiti, 28 yanvar 2020-ci il tarixli, Özəl(1)F7_151/K-20 nömrəli kredit müqaviləsi üzrə X2, Cavabdeh3, Cavabdeh2 və X1 müştərək qaydada 4833.1 manat əsas, 1336.88 manat faiz, 80 manat cərimə borcu olmaqla, cəmi 6249.98 manat pul və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi "xxxx" ASC-nin xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" ASC-nin "Neftçilər filialı ilə Cavabdeh1 arasında bağlanmış 06 dekabr 2019-cu il tarixli, Özəl(0.5)F7-1955/K-19 nömrəli və 28 yanvar 2020-ci il tarixli, Özəl(1)F7-151/K-20 nömrəli kredit müqavilələri ləğv edilsin. 06 dekabr 2019-cu il tarixli, Özəl(0.5)F7-1955/K-19 nömrəli kredit müqaviləsi üzrə X2, Cavabdeh3 və X1 müştərək qaydada 5987.18 manat əsas, 1460.63 manat faiz, 100 manat cərimə borcu olmaqla, cəmi 7547.81 (yeddi min beş yüz qırx yeddi manat səksən bir qəpik) manat pul vəsaiti, 28 yanvar 2020-ci il tarixli, Özəl(1)F7-151/K-20 nömrəli kredit müqaviləsi üzrə X2, Cavabdeh3, Cavabdeh2 və X1 müştərək qaydada 4833.10 manat əsas, 1336.88 manat faiz, 80 manat cərimə borcu olmaqla, cəmi 6249.98 (altı min iki yüz qırx doqquz manat doxsan səkkiz qəpik) manat pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi "xxxx" ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar