Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1118/2025 04.04.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “pul” tələbi) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Dadaşova Emina Bəhruz qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: İddia tələbi :
1. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh 4000 manat məbləğində borc pulun və 60 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin ondan alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, maddi qazancı olmadığı üçün usta işi ilə məşğul olur. Cavabdeh uzun illərdir, yəni 2019-cu ildən birlikdə usta işi gördüyü üçün tanıyır. Anar ona 2022-ci ildə Bakı şəhəri, Yasamal rayonu “Grand Hayat” yaşayış kompleksində ümumi iş olduğunu bildirmişdir. Cavabdeh dəvəti ilə birgə danışıqlarına əsasən evdə işə başlamışlar. Ümumi işin sonunda alacağı məbləğ onu qane etdiyi üçün Anarla razılaşmışdır. Təxminən 3 ay “Grand Hayat” yaşayış kompleksində ev 8, 135 saylı mənzildə şəxsən kosmetik, mənzilin yerinin üst səthində beton işlərini və aboy işlərini görmüş, işlədiyi müddətdə arada bir Cavabdeh ona işlə bağlı ödənişlər etmişdir. Onlar qrup halında mənzilin bütün işlərini bitirdikdən sonra mənzili sahibinə təhvil vermişlər. Onlar mənzil sahibi olan X1 gördükləri işin müqabilində ödənişlərini ödəməsini tələb etdikdə mənzil sahibi ödənişi etdiyini və onlara heç bir borcunun qalmadığını bildirmişdir. O, gördüyü işin zəhmət haqqını Cavabdeh onu həmin mənzilə apardığı üçün ondan tələb etdikdə Anar ona mənzilin sahibinin pulları vermədiyini və ona ödəniş etməyinin mümkün olmadığını bildirmişdir. Cavabdeh onun ona olan güvənindən istifadə etmişdir. Dəfələrlə ödənilməli olan 4000 manat pulu tələb etməsinə baxmayaraq o ödəniş etməmişdir. Bu səbəblə onun tərəfindən aldadılmağı nəzərə alınaraq onun barəsində müvafiq cinayət işi başlanılmalı, əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən qiymət verilərək məsuliyyətə cəlb edilməsi və 4000 manat borcun ondan alınaraq ona geri qaytarılması üçün Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə müraciət etmişdir. Bakı şəhəri, Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Şöbəsinin təhqiqatçısı, polis kapitanı Elvin Hümbətovun icraatında olan 1 saylı HK-1976 saylı material nəzərdən keçirilərək xx.xx.2024-cü il tarixində “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilərək bildirilmişdir ki, “qərarın təsviri hissəsində göstərilənlərə əsasən, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilsin və qərarın təsviri hissəsində göstərilənlərə əsasən, vətəndaş İddiaçı mülki mühakimə icraat qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin”. Qeyd edir ki, Cavabdeh tərəfindən daha əvvəldən Fərzami Səid barəsində polisə şikayət edilmişdir. Orada özü də etiraf etmişdir ki, Fərzami Səid borcludur. Lakin indi ziddiyyətli çıxış etmişdir. Həmin izahatın və şikayətin mövcud iş üzrə sübut kimi əlavə edilməsi məqsədilə tərəfindən iddiaya qoşma olaraq sübutların təmin edilməsinə dair vəsatət verilir.
Cavabdehin etirazı
3. Cavabdeh iddia tələbinin dəlillərinə qarşı etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 4.000 manat və ödənilmiş 60 manat pulun alınaraq ona ödənilməsi barəsində qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının iddia tələbi əsassız və qanunsuzdur, iddia tələbi təmin oluna bilməz, iddiaçı bu iş üzrə iddia tələbi irəli sürsə də subyektiv hüquqa malik deyildir. İddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməlidir. İlk öncə iddia tələbi üzrə iddiaçının bu iş üzrə iddia qaldırmaq üçün sübyektiv hüquqa malik olub-olmaması müəyyən olunmalıdır. Belə ki, iddia tələbində adı çəkilən Bakı şəhəri, Yasamal rayonu, “Grand Hayat” yaşayış kompleksində yerləşən mənzil İran İslam Respublikasının vətəndaşı Fərzani Səid adlı şəxsə məxsusdur. Fərzani Səid "xxxx" MMC-də (Triumf 2022 MMC) layihə rəhbəri kimi fəaliyyət göstərir. Podrat müqaviləsi əsasında “İntex MMC” tərəfindən ünvan 1 ünvanında inşa edilmiş çox mərtəbəli binanın təmir işlərində iştirak etmişdir. Həmin inşaat zamanı İddiaçı onun yanında köməkçi olaraq işlərdə iştirak edib. Səid bəy ondan xahiş etmişdir ki, çox mərtəbəli binada işlər görüldükcə özünə məxsus həmin (Bakı şəhəri, Yasamal rayonu, “Grand Hayat” yaşayış kompleksində yerləşən mənzil) yaşayış evinin təmir işlərinidə görsün. Məhkəməyə məlum edir ki, qeyd olunan yaşayış evinin təmir işləri onun tərəfindən ustaları ilə birlikdə təmir olunmuş, həmin təmirdə İddiaçı nə usta kimi, nədə fəhlə kimi iştirak etməmişdir. İlhamın işi yalnız onun tapşırığı əsasında lazım olan vaxtı usta qrupuna nəzarət olmuş və arada tələb olunan avadanlıqların ustalara çatdırılması olmuşdur. Qeyd olunan yaşayış evinin təmiri üçün bütün danışıqlar onunla olmuş, bütün alış-veriş məsələri sırf ona aid olmuşdur. İddiaçı həmin yaşayış evində heç bir fəaliyyəti olmamışdır. Ona görə də, İddiaçı hazırki iddia tələbi üzrə ondan pul tələbi üçün heç bir subyektiv hüquqa malik deyildir. İddiaçı tərəfindən iddia tələbi üzrə qanunsuz tələb olunan pulun məbləğinin yaranması səbəbi onun "xxxx" MMC ilə işinin yarımçıq qalmasından və MMC-nin ona borclu qaldığı mübahisədən yaranmışdır. Belə ki, adı çəkilən yaşayış evləri "xxxx" MMCdə işləyən layihə rəhbəri Səid Fərzaniyə və investor Cabir Ağaya məxsus olmuş, MMC tərəfindən podrat müqaviləsi üzrə onun pulu tam ödənilmədiyindən aralarında mübahisə baş verdiyindən o da acığa düşüb onların evlərində onlara etdiyi güzəşt məbləğinin ona verilməsi üçün polisə şikayət etmişdir. Bundan sonra podrat müqaviləsi üzrə Bakı Kommersiya Məhkəməsinə müraciət olunmuş, məhkəmə gedişatı ərəfəsində MMC ilə artıq qarşılıqlı şəkildə razılaşmaq üçün görüşlər kecirilmiş, həmin görüşlərdə İddiaçıda onun yanında bir neçə dəfə olmuş, onun tərəfindən MMC-dən 40.000 manat tələb olunmuş, MMC isə 20.000 manat pulu verə biləcəyini bildirmiş, nəticədə MMC ilə aralarında razılaşma baş tutduğundan 20.000 manat məbləğində pul vəsaiti MMC-dən alınmış, bununla da tərəfindən Bakı Kommersiya Məhkəməsində olan iddiadan imtina etmişdir. Həmçinin MMC ilə aralarındakı danışıqlar müsbət həll olunduğundan polisə verdiyi şikayətləri tələb etməmişdir. Amma buna baxmayaraq İddiaçı hər bir vasitə ilə pul əldə etmək üçün onu mübahisələrə sövq etmiş, ondan mənzillərə olan təmir pulunun alınması üçün şikayət etməyini tələb etmişdir. O da dəfələrlə ona bildirmişdir ki, bu mübahisələr və tələblər əslində qanunsuzdur, aralarındakı ixtilaflar və mübahisələr başa çatdığından, hər hansı bir şəxsdən olmayan işə görə, yaranmamış öhdəliyə görə belə bir vəziyyətdə pul tələb olunması qanunsuz və əsassızdır. O, onu bu məsələlərdə bezdirdiyindən o, ona etibarnamə verərək “nə bilirsən get elə mən bu məsələlərdə yoxam” deyə bildirmişdir. "xxxx" MMC-dən (Triumf 2022 MMC) qəbul etdiyi 20.000 manat məbləğində pul vəsaitinin 10.000 manatını İddiaçı vermişdir. Onunla aralarında heç bir maddi mübahisə olmadığından həmin gün onunla bütün şəxsi və iş münasibətlərinə də son qoymuşdur. O, son qoyulmuş münasibətin acığını çıxmaq məqsədi ilə mövcud qanunsuz və əsassız iddialarla çıxış etməkdə davam edir. Məhkəməyə təqdim etdiyi foto şəkillərdən də müəyyən olunur ki, hazırki iş üzrə İddiaçı heç də təmir olunmuş məzillərdə usta kimi fəaliyyət göstərməmiş, ustaların yanında onun tapşırığı əsasında nəzərətçi olaraq dayanmışdır. Məhkəməyə məlum edir ki, təmir olunmuş mənzilllər iki mənzildən ibarət olmuşdur ki, mənzilin biri Xətai rayonunda, biri isə Yasamal rayon ərazisində olmuşdur. Həmin mənzillərdə İddiaçı hec bir zaman usta qismində işləməmişdir. Buda öz növbəsində İddiaçı hazırki iddiasının yalan və əsassız olduğunun nümayiş etdirir. İddiaçı əsassız varlanma fikrinə düşmüş, bu hal yolverilməzdir, onun bu tipli iddialarının təmin olunması üçün heç bir hüquqi əsas mövcud deyildir. Bu halda sübut etmə yükü iddiaçının üzərinə düşür.
İş materialları :
5. Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PŞ-nin xx.xx.2024-cü il tarixli, “cinayət işinin başlanılmasının rədd edilməsi” haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən İddiaçı müraciəti əsasında toplanmış materiallar üzrə cinayət işinin başlanılmasının rədd edilməsi qərara alınmışdır.
6. İş materiallarına 9 ədəd fotoşəkil əlavə edilmişdir.
7. İş materiallarına Cavabdeh "xxxx" MMC-yə qarşı olan pul tələbinə dair iddia ərizəsinin surəti əlavə edilmişdir.
8. xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 60 manat dövlət rüsumu ödənilmişdir.
Tərəflərin izahatları :
9. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq izahatında bildirmişdir ki, cavabdeh ilə ortaq iş görmüşlər. Onlar arasında olan razılaşmaya əsasən o, pul, maliyyə məsələlərinə baxmış, işlərin görülüb təhvil verilməsinə nəzarət etmiş, cavabdeh isə danışıqların aparılması, müqavilələrin bağlanılması, hesabatların aparılması ilə məşğul olmuşdur. Razılığa əsasən əldə edilən gəlir onlar arasında bərabər şəkildə bölünmüşdür. Onlar “Grand Hayat”da olan layihə rəhbərinin evinin təmiri ilə bağlı pulun verilməməsinə görə Anarla birlikdə polisə şikayət vermişlər. Onun tələb etdiyi məbləğ 4000 manat deyil, əslində 2000 manatdır. 4000 manat məbləğ cavabdeh ilə onun birlikdə polisə müraciət edərək ev sahibindən tələb etdiyi məbləğdir. Lahiyə rəhbərinin, dostunun evinin təmiri üçün xərc 8200 manat olmuşdur. Anar ona layihə rəhbərinin onlara 6 mənzil verəcəyini bildirdiyi üçün Anarla həmin təmir xərci ilə bağlı güzəşt etmək barədə razılaşmışlar. Həmin təmirdən 4200 manat pul verilmiş, 4000 manatı isə onlar güzəşt etmişlər. Ehtimal edir ki, Anar pulu alıb amma ona verməyib. Lakin Anarın həmin pulu alması ilə bağlı sübutu yoxdur.
10. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq izahatında bildirmişdir ki, iddiaçı iddia ərizəsində qeyd etdiyi kimi usta işləməmiş, onunla birlikdə iş görmüş, şərik olmuşlar. Onlar şirkətdə işlədikləri zaman lahiyə rəhbəri özü və dostunun evini təmir etməyi təklif etmişdir. Onlar həmin evlərin təmirində lahiyə rəhbəri olduğu üçün güzəşt etmişlər. Hazırki mübahisə isə haradan yaranır. Şirkət onların podrat müqaviləsi üzrə iş yekunlaşdıqdan sonra alacaqları pulu vemədiyi üçün lahiyə rəhbərinə təsir etmək üçün polisə müraciət etmişlər. Lakin digər iş tərəflər arasında razılıqla yekunlaşdıqdan sonra o iddiaçıya bildirmişdir ki, onlar ilə lahiyə rəhbəri arasında onun evinin təmiri ilə bağlı müqavilə olmadığı üçün iddia qaldırmaq uğurlu olmayacaqdır. O iddiaçıya etibarnamə vermişdir ki, özü nə bilirsə etsin. İddiaçının tələb etdiyi pul onların qarşılıqlı razılıq ilə güzəşt etdiyi puldur. O iddiaçı ilə münasibətləri kəsdikdən sonra o, prinsiplə ona qarşı iddia tələbləri ilə məhkəməyə müraciət edir. Həmçininn qeyd etmişdir ki, onlar həmin evin təmiri ilə bağlı əldə edilmiş 4200 manat məbləğdən ustaya səhvən 1300-1400 manat artıq pul vermişlər. Həmin pulun usta 1000 manatını iddiaçıya geri qaytarmış, qalanını isə iddiaçı ustaya bağışlamışdır.
İşin faktiki halı :
11. İddiaçı Cavabdeh ortaq olmuş, birlikdə podrat müqaviləsi əsasında təmir işləri aparmışlar.
12. Ortaqlığın xarakteri ondan ibarət olmuşdur ki, danışıqların aparılması, müqavilələrin bağlanması, hesabat, sənədləşmə işləri ilə cavabdeh, işlərin yerinə yetirilib təhvil verilməsinə nəzarət edilməsi ilə iddiaçı məşğul olmuşdur. Əldə edilən gəlirin isə bərabər bölünməsi barədə razılıq əldə edilmişdir.
13. Tərəflər "xxxx" MMC ilə bağlanılmış podrat müqaviləsi üzrə mənzillərin təmirini həyata keçirmişlər.
14. Tərəflər arasında əldə edilmiş razılığa əsasən birlikdə işlədikləri layihənin rəhbəri Fərzami Səidə, onun dostuna məxsus mənzillərin təmirini həyata keçirmişlər. Həmin mənzillərin təmiri ilə bağlı ev sahibi ilə müqavilə bağlanmamışdır. Həmin təmir işləri ilə bağlı ümumi xərc 8200 manat təşkil etmiş, lakin iddiaçı və cavabdeh həmin təmir işləri ilə bağlı ümumi məbləğdə güzəşt etmək barədə razılığa gəlmiş, təmir işləri ilə bağlı 4200 manat məbləğində pul almış və qalan məbləği isə güzəşt etmişlər.
15. Hazırda yaranmış mübahisənin predmetini güzəşt edilən 4000 manat təşkil edir.
16. İddiaçı güzəşt edilən 4000 manat məbləğində pul vəsaitinin Cavabdeh tərəfindən alınıb, onun payının verilməməsindən şübhələndiyi üçün həmin pul vəsaitinin cavabdehdən alınıb ona verilməsini xahiş edir. Məhkəmə baxışının hədləri:
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Tətbiq edilən hüquq :
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 82.1. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 124.2. İddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır.
19. Azərbaycan Respublikası Mülki Məcəlləsi :
21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmənin mövqeyi :
20. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatlarını dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməməlidir.
21. İddiaçı tərəfindən Cavabdeh qarşı “4000 manat məbləğində pul vəsaitinin tutulması” tələbi cavabdeh tərəfindən birgə görülmüş işlərin dəyərinin ona ödənilməməsi ilə əsaslandırılmışdır. İddiaçı iddia ərizəsində iddia tələbinin hüquqi əsaslandırılması hissəsində Mülki Məcəllənin 21, 442, 443-cü maddələrinə istinad etmişdir.
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir.
23. Tələbin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfə icranı, yəni nəyisə etməyi və ya etməməyi tələb etməyə imkan verir.
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.
25. Mülki iş üzrə İddiaçı iddia tələbinin faktiki halları qismində məhkəmə bildirmişdir ki, cavabdeh ilə ortaq olmuşlar. Onlar birlikdə podrat müqaviləsi əsasında “Grand Hayat” yaşayış kompleksində yerləşən çoxmərtəbəli yaşayış binasının təmir işlərini həyata keçirmişlər. Həmin işlərdən əlavə onlar layihə rəhbərinin, onun dostlarının evini təmir etmişlər. Layihə rəhbərinin, onun dostlarının evinin təmir işlər ilə bağlı ümumi xərc 8200 manat təşkil etmiş, lakin görülən işlərə görə 4200 manat məbləğində ödəniş olmuşdur. Cavabdeh ilə qalan məbləğin güzəşt edilməsi barədə razılığa gəlmişlər. Həmin 4000 manat məbləğdən 2000 manat hissəsi ona çatmalı olan, qalan 2000 manat hissəsi isə cavabdehə çatmalıdır. Daha sonra cavabdeh ilə birlikdə güzəşt edilmiş 4000 manat məbləğində vəsaitin ödənilməsi üçün polis orqanına müraciət etmişlər. Həmin müraciətin səbəbi isə layihə rəhbərinin yalanlarının müəyyən edilməsi, onun Anarın layihə rəhbəri ilə əlbir olub şirkətdən pulu alıb ona ödəməməsini ehtimal etməsi olmuşdur.
26. Cavabdeh isə məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, iddiaçı ilə ortaq olmuşlar. Birlikdə “Grand Hayat” yaşayış kompleksində yerləşən çoxmənzilli yaşayış binalarının təmir işlərini həyata keçirmişlər. Həmin təmir işləri onunla "xxxx" MMC arasında bağlanmış müqavilə əsasında həyata keçirilmişdir. Həmçinin onlar lahiyə rəhbərinin evinin təmirini həyata keçirmiş və həmin işlərin ümumi məbləğindən iddiaçı ilə əldə edilmiş razılığa əsasən güzəşt etmişlər. 4000 manat məbləğində pul tələbi ilə bağlı polis orqanına müraciət etməsinin əsas səbəbi isə lahiyə üzrə lahiyə rəhbəri Səid Fərzani ilə aralarında yaranmış mübahisə olmuşdur. Belə ki, o polis orqanına müraciət edərək digər aralarında olan məhkəmə mübahisəsi üzrə Səid Fərzaniyə təsir etmək istəmişdir.
27. İşin müəyyən edilmiş faktiki halı odur ki, tərəflər birlikdə “Grand Hayat” yaşayış kompleksində yerləşən çoxmərtəbəli yaşayış binasını podrat müqaviləsi əsasında təmir işlərini həyata keçirmişlər. Podrat müqaviləsi cavabdeh ilə bağlanılmış, iddiaçı ilə cavabdeh arasında olan ortaqlıq isə şifahi razılaşma ilə tənzimlənmişdir. Razılığa əsasən ümumi tikintiyə, ustalara nəzarəti iddiaçı, danışıqlar, müqavilələrin bağlanılması, hesabat işlərini cavabdeh həyata keçirmiş, əldə edilmiş gəlirin isə bərabər şəkildə bölünməsi razılaşdırılmışdır. Tərəflər “Grand Hayat” yaşayış kompleksində yerləşən mənzillərdə görülən işlərdən əlavə layihə rəhbərinin, onun dostlarının mənzilini təmir etmişlər. Həmin görülən təmir işləri ilə bağlı iddiaçı və cavabdeh arasında ümumi məbləğdən güzəşt edilməsi barədə razılıq əldə edilmiş, ümumi təmir xərci 8200 manat təşkil etmiş, ümumi xərcdən 4200 manat ödənilmiş, qalan məbləğ isə güzəşt edilmişdir.
28. İlk növbədə iddia İddiaçı tərəfindən Cavabdeh qarşı hazırki iddia tələbi ilə müraciət etmək üçün subyektiv hüquqa malik olub-olmaması müəyyən edilməlidir.
29. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, tərəflər arasında Mülki Məcəllənin 390-cı maddəsinin tələbləri baxımından birgə fəaliyyət görülməsini özündə əks etdirən, qanunvericilikdə qadağan olmayan müqavilə münasibətləri olmuşdur.
30. Belə ki, hər iki tərəfin məhkəmə iclasında verdiyi izahata əsasən müəyyən edilmişdir ki, tərəflər ortaq olmuşlar və aralarında əldə edilən gəlirin bərabər şəkildə bölünməsi ilə bağlı razılıq olmuşdur.
31. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
32. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 13-cü maddəsinin İ və İİ hissələrinə, 15-ci maddəsinin İİ hissəsinə, 29-cu maddəsinin İİ hissəsinə və 59-cu maddəsinə əsasən Azərbaycan Respublikasında dövlət, xüsusi və bələdiyyə mülkiyyəti eyni qaydada tanınır və qorunur, mülkiyyətin toxunulmazlığına, həmçinin azad sahibkarlıq fəaliyyətinə və qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul olmaq hüququndan irəli gələn mülki dövriyyədə müqavilə azadlığına zəmanət verilir.
33. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2015-ci il tarixli Qərarında qeyd olunur ki, Mülki Məcəllənin 390-cı maddəsində müəyyən edilən müqavilə azadlığı Konstitusiyanın 29-cu və Mülki Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59-cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Qanunun həmin tələbi fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasında seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını qeyd etmək olar.
34. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 390.1 və 390.5-ci maddələrinin və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin İİİ hissəsinin Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsi və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1 və 560.2-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 dekabr 2023-cü il tarixli qərarında qeyd olunur ki, Mülki Məcəllənin mülki dövriyyənin azadlığının təmin edilməsi məqsədinə xidmət edən prinsiplərindən olan müqavilə azadlığı prinsipi Məcəllənin 6-cı maddəsində öz əksini tapmaqla, mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan, öz mülahizə və istəklərinə görə, mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir.
35. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən mülki dövriyyə iştirakçıları Mülki Məcəlləyə zidd olmayan istənilən müqaviləni bağlaya bilərlər.
36. Belə olan halda iddiaçı cavabdehə qarşı əldə edilmiş gəlirdən ona çatan hissənin tutulması ilə bağlı iddia tələbi irəli sürməkdə subyektiv hüquqa, yəni məhkəmədə iddia qaldırmaq hüququna malik olmuşdur.
37. Müəyyən edilmişdir ki, hazırki mübahisəli təmir işi ilə bağlı ümumi xərc 8200 manat təşkil etmiş, tərəflər həmin təmir xərcindən 4000 manat məbləğini güzəşt etmək barədə razılaşmışlar, əldə edilmiş 4200 manat məbləğində pul vəsaiti usta xərci və s. çıxıldıqdan sonra bölüşdürülmüşdür. Həmçinin iddiaçı məhkəmə iclasında verdiyi izahatda bildirmişdir ki, onun iddia ərizəsində qeyd etdiyi 4000 manat məbləğində pul vəsaiti cavabdehlə onun ev sahibindən birlikdə tələb etdikləri puldur, həmin məbləğdən 2000 manat ona, 2000 manat isə cavabdehə çatmalı olan məbləğdir. Həmçinin məhkəmə iclasında müəyyən edilmişdir ki, həmin əldə edilmiş 4200 manat vəsaitdən 1300-1400 manat səhvən ustaya artıq ödəniş edilmiş, artıq ödənilmiş vəsaitin 1000 manatı usta tərəfindən iddiaçıya geri qaytarılmış, qalan məbləği isə iddiaçı tərəfindən ustaya güzəşt edilmişdir.
38. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin sübutetmə yükünün bölüşdürülməsini tənzimləyən normalarının tələblərinə əsasən ilk olaraq iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh isə həmin əsaslarla bağlı verilən etirazın dəlillərini sübut etmə yükünü daşıyır. (Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi). Sübutetmə yükünün düzgün bölüşdürülməsi işin araşdırılması zamanı mühüm əhəmiyyətə malikdir və bununla bağlı prosessual qanunvericiliyin tələblərinin pozulması son olaraq məhkəmənin səhv nəticəyə gəlməsinə səbəb ola bilər.
39. Məhkəmə qeyd edir ki, hazırkı iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstərcisi olduğu nəzərə alındığında isə, bu institut xüsusi əhəmiyyət kəsb edir.
40. Hazırki iddia tələbi üzrə sübutetmə yükü iddiaçının üzərinə düşməsinə baxmayaraq, iddiaçı tərəfindən iddia tələbinin faktiki halları ilə bağlı məhkəməyə sübut təqdim edilməmişdir.
41. İddia tələbinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquqi münasibətlərin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.
42. Hazırki mülki iş üzrə İddiaçı tərəfindən Cavabdeh qarşı irəli sürülmüş iddia tələbi iddiaçının özünün də məhkəmə iclasında verdiyi izahata əsasən ehtimala əsaslanır.
43. İddiaçı tərəfindən məhkəməyə cavabdehin həmin pul vəsaitini alması ilə bağlı sübut təqdim edilməmişdir. Məhkəmə iclasında verdiyi izahatda bildirmişdir ki, cavabdeh tərəfindən həmin pul vəsaitinin ev sahibindən alması ilə bağlı sübutu yoxdur, lakin digər işlə bağlı onda yaranmış şübhələr həmin pul vəsaitinin əldə etməsini ehtimal etməyə əsas vermişdir.
44. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh tərəfindən mülki hüquq pozuntusu (delikt) törədilməsi, iddiaçıya zərər vurulması da müəyyən edilməmişdir. Belə ki, mülki hüquq pozuntularının (deliktlərin) anlayışı Mülki Məcəllənin 1096-cı maddəsində müəyyən olunmuşdur. Hazırkı mübahisədə bu anlayışa uyğun gələn heç bir əlamət yoxdur.
45. Müəyyən edilmişdir ki, görülmüş təmir işləri ilə bağlı 4000 manat məbləğində pul vəsaitinin güzəşt edilməsi hər iki tərəfin qarşılıqlı razılığı əsasında olmuşdur. Yəni cavabdeh tərəfindən iddiaçının razılığı olmadan ona ziyan vurulması ilə nəticələnəcək hərəkətə yol verilməmişdir.
46. Belə olan halda məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən Cavabdeh qarşı pul tələbi əsaslı deyildir.
47. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə görə, iş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir.
48. Mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir.
49. Həmçinin, nəzərə alınmalıdır ki, prosessual qanunvericilik tərəflərin izahatlarını sübut növlərindən biri kimi qəbul etsə də, MPM-in 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun, yaxud qarşı tərəf həmin izahatda ifadə edilən faktiki halları mübahisələndirməsin və bu, işin mübahisəsiz hallarını müəyyən etməyə imkan versin. 50 Halbuki, MPM-in 77-ci sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir.
51. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir.
52. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».
Məhkəmə xərcləri.
53. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələblərinə uyğun olaraq İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
Nəticə :
54. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia tələbi rədd edilməlidir.
55. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət Etdi:
İddiaçı Cavabdeh qarşı olan 4000 manat məbləğində borc pulun və 60 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulmasına dair iddia tələbi təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir
Hakim Starə Əliyeva