Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1126/2021 16.03.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Ağacanov Ramin Tofiq oğlunun katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 4350 manat deyil 1850 manat məbləğində vəsait tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək qeyd etmişdir ki, cavabdehə 16.12.2019-cu il tarixli notarial qaydada təsdiq edilmiş borc müqaviləsinə əsasən 3650 manat və öz aralarında sonradan 700 manat məbləğində borc vermişdir. 700 manatla bağlı cavabdeh qəbz də vermişdir. Lakin cavabdeh tərəfindən həmin borc məbləğindən 1850 manat vəsait ondan tələb edilməsinə baxmayaraq geri qaytarılmamışdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbinə uyğun izahat verərək onun təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilmiş, lakin o məhkəməyə gəlməmiş və gəlməmə səbəbi barədə də, məhkəməyə heç bir məlumat göndərməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəməyə "xxxx" MMC-nin rəhbəri X1 məhkəməyə məktub üvanlayaraq cavabdehin anası olmasını bildirərək, borc məbləğindən 2500 manat vəsaitin ödənilməsi, qalan vəsaitin isə məhkəmədənkənar qaydada həll edilməsinə köməklik göstərilməsi xahiş edilmişdir. Həmçinin məktuba 2500 manatın iddiaçıya ödənilməsinə dair qəbzlər əlavə edilmişdir. Məhkəmə, iddiaçını dinləyib, işin materiallarını nəzərdən keçirib və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə araşdırılması ilə müəyyən edildi ki, İddiaçı 16.12.2019-cu il tarixli notarial qaydada təsdiq edilmiş kredit müqaviləsinə əsasən Cavabdeh 3650 manat vəsaiti 16.01.2020-ci il tarixədək qaytarılmaq şərti ilə borc vermişdir. Həmçinin iddaçının bundan əlavə cavabdehə 700 manat əlavə vəsaitin verməsi cavabdehin əlyazması ilə təsdiq edilmişdir. Həmin borc məbləğindən iddiaçıya 2500 manat ödənilmiş qalan 1850 manat vəsait isə iddiaçı tərəfindən tələb edilsə də ona ödənilməmişdir. Hazırda iddiaçı qalan vəsaitin ödənilməsi barədə məhkəmədə iddia qaldırmışdır Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 1850 manat məbləğində vəsait tutulmalıdır. .Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 1850 manat məbləğində vəsait tutulsun. İddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən apellyasiya şikayəti onun rəsmi qaydada tərəflərə verildiyi gündən 1(bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-1126/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1126/2021
16.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver