Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1126/2023 15.05.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçılar Qədı̇ rov İ̇lkı̇ n Namı̇ q oğlunun, Qədı̇ rov Namı̇ q Mazan oğlunun, Qədı̇ rov Rövşən Namı̇ q oğlunun, İddiaçı3 və onların vəkili Vəkil, Cavabdeh Qədı̇ rova Azadə Rauf qızının iştirakları iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3 Cavabdeh qarşı “yaşayış sahəsinə dair istifadə hüququnun tanınması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 oğl, İddiaçı4, İddiaçı3 Cavabdeh qarşı “yaşayış sahəsinə dair istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qədı̇ rov İ̇lkı̇ n Namı̇ q oğlunun, Qədı̇ rov Namı̇ q Mazan oğlunun, Qədı̇ rov Rövşən Namı̇ q oğlunun və İddiaçı3 cavabdeh Qədı̇ rova Azadə Rauf qızına 1/6 hissədə məxsus ünvan 1 ünvanına istifadə hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, ünvan 2 ünvannda olan fərdi yaşayış evi "B" tikilisi xüsusi mülkiyyət hüququ ilə Cavabdeh məxsusdur. Evdə Cavabdeh özü və ailə üzvləri olan əri - İddiaçı2, oğlanları - İddiaçı1, İddiaçı3 və İddiaçı4 ilə birgə yaşayırlar. Qeyd olunan şəxslər ilk gündən həmin evdə yaşamış və istifadə etmişlər. İddiaçılar cavabdehlə birgə dam atında yaşamaqla, birgə təsərrüfat idarə edirlər. Bundan əvvəl onların evlərinin ünvanı ünvan 3 qeydiyyatı - Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Yarış küçəsi ev 4-də idi. Belə ki, hazırda yaşadıqları evin ünvanı o cür qeyd olunurdu. (Yarış küçəsi, ev 4 C əvəzinə, ev 4). Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(007)-2778/2019 saylı qətnaməsi ilə, həm iddiaçıların, həm də cavabdehin qeyd olunan ünvana istifadə hüquqlarının itirilməsi, bununla da pasport qeydiyyatlarının ləğv edilməsi müəyyən edilmişdir. Həmin qətnamədə qeyd olunur ki, həmin iş üzrə cavabdehlər olan (hazırki işdə isə iddiaçılar və cavabdeh) Qədirova (Qurbanova) Azadə Rauf qızı, İddiaçı2, İddiaçı1, İddiaçı3 və İddiaçı4 həmin ünvanda yaşasalar da onların ünvanı, ayrıca tikili (ev) olmaqla, Yarış küçəsi, ev 4 deyil. Bundan sonra Cavabdeh xx.xx.2020-ci il tarixində yaşadığı və özünə məxsus ünvan 6-də yerləşən B tikilisi olan fərdi yaşayış evini sənədləşdirmiş və buna dair mülkiyyət hüquqlarını qeydiyyatdan keçirmiş və rəsmi çıxarış almışdır. Hazırda Cavabdeh öz evində yaşayır və qeydiyyatdadır. Lakin onun digər ailə üzvləri də həmin evdə yaşamaqda davam etsələr də artıq 3 ildir ki, qeydiyyatları ləğv edildiyi üçün həyatları dözülməz olmuşdur. Belə ki, bu yetkin şəxslərdən heç biri şəxsiyyət vəsiqəsinə malik deyil, bu isə onların vətəndaş olaraq "deyure" mövcud olmaması anlamına gəlir. Şəxsiyyət vəsiqəsinin olmaması istər iş yerində, istər hüquqlarının müdafiəsində, istənilən növ sənədləşmə işlərində, bank, notariat və s. sahələrdə iflic hala düşməsi deməkdir. Hesab edirlər ki, bu şəxslərin yaşadıqları yer üzrə pasport qeydiyyatına alınmağa və istifadə hüquqlarının tanınmasına hüquqları vardır. Bir daha qeyd edirlər ki, iddiaçılar hamısı cavabdehlə birgə, cavabdehin xüsusi mülkiyyətində olan ünvan 6 ünvanında olan fərdi yaşayış evi "B" -də yaşayırlar. Onların həmin evdə yaşamalarına və istifadə etmələrinə dair cavabdehlə aralarında mübahisə yoxdur. İddiaçıların qeyd olunan evə dair istifadə hüquqlarının məhkəmə tərəfindən tanınması onlara ünvan 6 ünvanında olan fərdi yaşayış evinə pasport qeydiyyatına düşmələrinə də əsas verəcəkdir. Məhkəmə iclasında iddiaçı Qədı̇ rov İ̇lkı̇ n Namı̇ q oğlu iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçı Qədı̇ rov Namı̇ q Mazan oğlu iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçı Qədı̇ rov Rövşən Namı̇ q oğlu iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı3 iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçıların vəkili Vəkil iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini etiraf edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ifadəsi alınmış Şahid bildirmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Yarış küçəsi, ev 4C ünvanında yerləşən fərdi yaşayış evini illər əvvəl qaynanası Azadəgilə satmışdır. Əvvəl həyətdə olan evlərin hamısında bir ünvan vardı. Bizim həyət ümumi həyət idi. İndi hərənin öz həyəti, qapısı ayrıdır və hərə öz evinə ünvan alıb. Həyətdə olanların hamısı qohumdu. Azadə xanım qohum deyil. İddiaçılar Azadə xanımın ailəsidir və gəlinlərlə nəvələrlə həmin evdə yaşayırlar. Məhkəmə, tərəflərin izahatlarını, şahid ifadəsini dinləyib, iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********2-10301 reyestr nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Yarış küçəsi, ev 4C mənzili Cavabdeh xüsusi mülkiyyətindədir. Mənzil iddiaçının adına 12 mart 2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə 1/6 hissə (B tikilisi) pay haqqı ilə qeydiyyata alınmışdır. - Bakı Şəhəri Nizami Rayon Polis İdarəsinin Cavabdeh ünvanlandığı 07 fevral 2023cü il tarixli, 3-13-52/2-9-41xx/xx/2023 nömrəli məktubunun surətindən görünür ki, onun ailə üzvlərinin Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Yarış küçəsi, ev 4C ünvanına qeydiyyata alınması ilə bağlı Bakı Şəhəri Nizami Rayon Polis İdarəsinə ünvanlanmış müraciətinə İdarənin QMB-də baxılmışdır. Bildirilir ki, göstərilən ünvana yaşayış yeri üzrə qeydiyyata alınması üçün “Yaşayış yeri üzrə və olduğu yer üzrə qeydiyyat haqqında "Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən həmin mənzilin qanunvericiliklə nəzərdə tutulmuş sənədini (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyesterindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud AR qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) mülkiyyət sahibinin və payçı mülkiyyətçilərin razılıq ərizələrini QMB-nə təqdim etməlidir. Qeyd olunan sənədlərin hər hansı birini X1 təqdim edə bilmədiyi təqdirdə aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət edə bilər. - Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyəti Başçısının Keşlə qəsəbəsi üzrə Nümayəndəliyinin 01 iyun 2004-cü il tarixli 40 saylı arayışından görünür ki, Cavabdeh, Qədı̇ rov İ̇lkı̇ n Namı̇ q oğlu, Qədı̇ rov Namı̇ q Mazan oğlu, Qədı̇ rov Rövşən Namı̇ q oğlu, İddiaçı3 Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Yarış küçəsi, ev 4C ünvanında daimi qeydiyyatdadırlar. - Cavabdeh 24 yanvar 2023-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizələrinin surətlərindən görünür ki, Qədı̇ rov İ̇lkı̇ n Namı̇ q oğlunun, Qədı̇ rov Namı̇ q Mazan oğlunun, İddiaçı3 Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Yarış küçəsi, ev 4C ünvanında yerləşən fərdi yaşayış evinin ona məxsus olan hissəsinə (B tikilisinə) daimi qeydiyyata düşmələrinə etiraz etmir. - Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 28 oktyabr 2019-cu il tarixli, 2(007)- 2778/2019 saylı qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş, cavabdehlər X13, X9, İddiaçı1, X2, X3, X4, X10, X5, X6, X11, X7in, X12, Qurbanova Azadə Rauf qızınin, İddiaçı2, İddiaçı3, X15, X8in, X14, Şahid Raubin qızının Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Yarış küçəsində yerləşən 4 nömrəli evdən istifadə hüquqlarına xitam verilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçılar cavabdehin ailə üzvləridir və əvvəllər Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Yarış küçəsində yerləşən 4 nömrəli evdə qeydiyyatda olsalar da Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 28 oktyabr 2019-cu il tarixli, 2(007)-2778/2019 saylı qətnaməsi ilə onların istifadə hüquqlarına xitam verilmişdir. Nizami Rayon İcra Hakimiyyəti Başçısının Keşlə qəsəbəsi üzrə Nümayəndəliyinin 01 iyun 2004-cü il tarixli 40 saylı arayışından da müəyyən olunur ki, Cavabdeh, Qədı̇ rov İ̇lkı̇ n Namı̇ q oğlu, Qədı̇ rov Namı̇ q Mazan oğlu, Qədı̇ rov Rövşən Namı̇ q oğlu, İddiaçı3 ünvan 11 ünvanında daimi qeydiyyatda olublar. Halhazırda da iddiaçılar qeyd olunan evdə cavabdehlə birlikdə yaşayırlar. Daha sonra ümumi həyətdə yerləşən evlərə ayrıca ünvanlar alınmış və paylı mülkiyyət kimi rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********2-10301 reyestr nömrəli çıxarışa əsasən Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Yarış küçəsi, ev 4C ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh xüsusi mülkiyyətindədir. Fərdi yaşayış evi iddiaçının adına 12 mart 2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə 1/6 hissə (B tikilisi) pay haqqı ilə qeydiyyata alınmışdır. Cavabdeh 24 yanvar 2023-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizə ilə Qədı̇ rov İ̇lkı̇ n Namı̇ q oğlunun, Qədı̇ rov Namı̇ q Mazan oğlunun, İddiaçı3 Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Yarış küçəsi, ev 4C ünvanında yerləşən fərdi yaşayış evinin ona məxsus olan hissəsinə (B tikilisinə) daimi qeydiyyata düşmələrinə etiraz etmir. Hazırda iddiaçılar ünvan 1 ünvanına istifadə hüquqlarının tanınmasını xahiş edirlər. Məhkəmkə iclasında iştirak edən Cavabdeh iddiaçıların Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Yarış küçəsi, ev 4C ünvanında yerləşən fərdi yaşayış evinin ona məxsus olan hissəsinə (B tikilisinə) istifadə hüquqlarının tanınmasına etiraz etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, cavabdeh iddianı etiraf edir və sözügedən fərdi yaşayış evinə iddiaçıların yəni ailə üzvlərinin istifadə hüquqlarının tanınmasına etiraz etmir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə müvafiq olaraq, cavabdeh tərəfindən iddia tələbinin etiraf edilməsini qəbul edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb iş üzrə toplanmış sübutları qiymətləndirərək, cavabdehin iddianı etiraf etməsini təsdiq edərək, hesab edir ki, iddia təmin edilməli, Qədı̇ rov İ̇lkı̇ n Namı̇ q oğlunun, Qədı̇ rov Namı̇ q Mazan oğlunun, Qədı̇ rov Rövşən Namı̇ q oğlunun və İddiaçı3 cavabdeh Qədı̇ rova Azadə Rauf qızına 1/6 hissədə məxsus ünvan 1 ünvanına istifadə hüquqları tanınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Qədı̇ rov İ̇lkı̇ n Namı̇ q oğlunun, Qədı̇ rov Namı̇ q Mazan oğlunun, Qədı̇ rov Rövşən Namı̇ q oğlunun və İddiaçı3 cavabdeh Qədı̇ rova Azadə Rauf qızına 1/6 hissədə məxsus ünvan 1 ünvanına istifadə hüquqları tanınsın. Məhkəmə xərcləri iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №2(007)-1126/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1126/2023
15.05.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver