Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1132/2024 15.05.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: "alimentin dəyişdirilməsi" tələbi) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "alimentin dəyişdirilməsi" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, Tələb:
1. İddiaçı Cavabdeh qarşı "alimentin artırılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 04 aprel 2010-cu il təvəllüdlü X1, 16 iyun 2011-ci il təvəllüdlü X4 və 21 oktyabr 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər uşaq üçün 235 manat cəmi 705 manat məbləğində aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək iddia tələbinin “alimentin artırılması” kimi deyil, “alimentin dəyişdirilməsi” kimi oxunmasını, 04 aprel 2010-cu il təvəllüdlü X1, 16 iyun 2011-ci il təvəllüdlü X4 və 21 oktyabr 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün tutulan aliment məbləğinin dəyişdirilərək hər uşaq üçün 235 manat cəmi 705 manat məbləğində aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 yanvar 2018-ci il tarixli qətnaməsi ilə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 10 mart 2027-ci il tarixli, 2(007)-1682/2017 saylı qətnaməsi “uşaqların hər birinə 60 manat olmaqla, hər ay 180 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun” hissəsində dəyişdirilməsi və həmin hissə “uşaqların hər birinə 50 manat olmaqla, hər ay cəmi 150 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun” kimi müəyyən edilməsi, qətnamə Cavabdeh apellyasiya şikayətinə münasibətdə, mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Uşaqların saxlanması üçün məhkəmə tərəfindən təyin olunmuş məbləğ yetərli deyildir və uşaqların tələbatlarını heç cürə ödəmir. Cavabdeh vaxtlı-vaxtında da aliment ödəmir. Uşaqlarının ikisi xəstədir, əməliyyata ehtiyacları var, lakin cavabdeh tərəfindən heç bir maddi yardım göstərilmir.
Tərəflərin izahatları:
4. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.
5. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirdi ki, iddia tələbini qismən qəbul edir. 2021-ci ildə icraçı alimenti maaşının 70%-nə yönəltdi. Hazırda 6793 manat aliment borcu vardır. Sentyabr ayından isə işləməsə də 450 manat aliment ödəyir.
İş materialları:
6. “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” barədə 15 dekabr 2023-cü il tarixli, MŞB/8/2023-02555 saylı arayışdan görünür ki, hər iki tərəf 15 dekabr 2023-cü il tarixdə keçirilən ilkin mediasiya sessiyasında iştirak etsə də mediasiya prosesini davam etdirməyə razılıq verməmişlər. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün 60 manat mediasiya xərcini ödəmişdir.
7. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 yanvar 2018-ci il tarixli 2(103)-231/2018 saylı qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10 mart 2027-ci il tarixli, 2(007)-1682/2017 saylı qətnaməsi “uşaqların hər birinə 60 manat olmaqla, hər ay 180 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun” hissəsində dəyişdirilməsi və həmin hissə “uşaqların hər birinə 50 manat olmaqla, hər ay cəmi 150 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun” kimi müəyyən edilməsini, qətnamə Cavabdeh apellyasiya şikayətinə münasibətdə, mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
8. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 yanvar 2018-ci il tarixli 2(103)-231/2018 saylı qətnaməsinin surətindən görünür ki, “Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10 mart 2027-ci il tarixli, 2(007)-1682/2017 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 04 aprel 2010-cu il təvəllüdlü X1, 16 iyun 2011-ci il təvəllüdlü X4 və 21 oktyabr 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay qazancının (başqa gəlirlərinin) yarısı miqdarında və uşaqların hər birinə 60 manat olmaqla, hər ay 180 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulması, Cavabdeh 13 fevral 2017-ci il tarixdən başlayaraq X2 21 oktyabr 2015-ci il tarixdə doğulduğu gündən üç il ərzində hər ay 50 manat məbləğində aliment tutulub İddiaçı verilməsi qət edilmişdir”.
9. AZ-T seriyalı, 274481 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 04 aprel 2010-cu il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır.
10. AZ-T seriyalı, 274480 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 16 iyun 2011-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır.
11. AZ-T seriyalı, 274482 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 21 oktyabr 2015-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır.
12. “AEMİS”-dən çıxarışdan görünür ki, İddiaçı “X3”nda “çeşidləyici, meyvələr” vəzifəsində işləyir. Aylıq əmək haqqı 345 manatdır.
Tətbiq edilən hüquq:
13. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun:
13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsinə əsasən valideynlərin uşağın təbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
14. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:
75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.1.1-ci maddəsinə əsasən 1 uşağa görə-qazancın (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarında aliment müəyyən edilir. 76.2-ci maddəsinə əsasən valideynlərindən məhkəmə tərəfindən tutulan aliment miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
15. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarı: Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır.
16. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının:
8.2-ci bəndinə əsasən məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. 8.12-ci maddəsinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.
17. 2024-cü il yanvar ayının 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu:
2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.
Məhkəmə baxışının hədləri:
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır.
19. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun:
8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.
İşin faktiki halları:
20. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar, birgə nikahlarından 04 aprel 2010-cu il təvəllüdlü X5, 16 iyun 2011-ci il təvəllüdlü X7 və 21 oktyabr 2015-ci il təvəllüdlü X6 doğulmuşdur. Tərəflərin nikahı pozulmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10 mart 2027-ci il tarixli, 2(007)- 1682/2017 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 04 aprel 2010-cu il təvəllüdlü X1, 16 iyun 2011-ci il təvəllüdlü X4 və 21 oktyabr 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay qazancının (başqa gəlirlərinin) yarısı miqdarında və uşaqların hər birinə 60 manat olmaqla, hər ay 180 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulması, Cavabdeh 13 fevral 2017-ci il tarixdən başlayaraq X2 21 oktyabr 2015-ci il tarixdə doğulduğu gündən üç il ərzində hər ay 50 manat məbləğində aliment tutulub İddiaçı verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 yanvar 2018-ci il tarixli 2(103)-231/2018 saylı qətnaməsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10 mart 2027-ci il tarixli, 2(007)- 1682/2017 saylı qətnaməsi “uşaqların hər birinə 60 manat olmaqla, hər ay 180 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun” hissəsində dəyişdirilməsi və həmin hissə “uşaqların hər birinə 50 manat olmaqla, hər ay cəmi 150 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun” kimi müəyyən edilməsini, qətnamə Cavabdeh apellyasiya şikayətinə münasibətdə, mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Hazırda ana uşaqların saxlanılmasında çətinlik çəkdiyi üçün tutulan alimentin miqdarının dəyişdirilməsini xahiş edir.
Məhkəmənin mövqeyi:
21. Hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşaqların əvvəlki təminatının səviyyəsinə də qiymət verilməlidir. Bu göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
22. Göründüyü kimi Cavabdeh heç bir yerdə işləmir. İddiaçı isə işləyir və 345 manat əmək haqqı alır. Cavabdeh bildirmişdir ki, işləmədiyi halda 4-5 aydır ki, uşaqların saxlanması üçün 450 manat aliment ödəyir. İddiaçı da məhkəmə iclasında bunu təsdiq etmişdir. Göründüyü kimi 2018-ci ildən bəri cavabdehin maddi durumunda dəyişiklik olmamışdır. Lakin 2018-ci ildən 2024-cü ilə münasibətdə yaşayış səviyyəsi dəyişmiş və uşaqların tələbatları artmışdır. 2024-cü ildə yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Odur ki, məhkəmə cavabdehin və uşaqların mənafeyini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməlidir.
23. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin yuxarıda göstərilən müddəalarını, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun anoloji işlərlə bağlı qərarı ilə formalaşdırdığı hüquqi mövqeyini, uşağın mənafeyini, işin faktiki hallarını, həmçinin cavabdehin mənafeyini nəzərə alaraq, belə qənaətə gəlir ki, tərəflərin birgə nikahından doğulmuş uşaqların saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarı dəyişdirilməli, hər ay hər bir uşaq üçün 180 manat cəmi 540 manat məbləğində aliment tutulmalıdır.
24. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yuxarıda istinad edilən 28 mart 2016-cı il tarixli Qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.
25. Ona görə məhkəmə hesab edir ki, miqdarı dəyişdirilmiş aliment hazırki qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır.
Nəticə:
26. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 04 aprel 2010-cu il təvəllüdlü X1, 16 iyun 2011-ci il təvəllüdlü X4 və 21 oktyabr 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün tutulmalı olan, Bakı Apellyasiya Məhkəməsinin 19 yanvar 2018-ci il tarixli 2(103)-231/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli, Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, 04 aprel 2010-cu il təvəllüdlü X1, 16 iyun 2011-ci il təvəllüdlü X4 və 21 oktyabr 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 180 manat cəmi 540 manat sabit pul məbləğində aliment tutulub, İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir.
27. Hazırki halda, alimentin tutulması ilə bağlı ödənilməli olan 66.80 manat dövlət rüsumu iddiaçı tərəfindən ödənilmiş 60 manat məbləğində mediasiya xərcindən çox olduğundan, 6.80 manat cavabdehdən tutulub dövlət büdcəsinə köçürülməlidir.
28. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qət etdi:
İddia qismən təmin edilsin. 04 aprel 2010-cu il təvəllüdlü X1, 16 iyun 2011-ci il təvəllüdlü X4 və 21 oktyabr 2015ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün tutulmalı olan, Bakı Apellyasiya Məhkəməsinin 19 yanvar 2018-ci il tarixli 2(103)-231/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, 04 aprel 2010-cu il təvəllüdlü X1, 16 iyun 2011-ci il təvəllüdlü X4 və 21 oktyabr 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 180 manat cəmi 540 manat sabit pul məbləğində aliment tutulub, İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə xərclərinə aid olan 6.80 manat məbləğində dövlət rüsumu cavabdehdən tutulub dövlət büdcəsinə köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Ülkər Yusifova