Məhkəmə qərarları › İş №2(007)-1135/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1135/2022

04.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1135/2022 04.04.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firudin oğlunun katibliyi, İddiaçı iştirakı ilə qızının iştirakı ilə qızının iştirakı ilə İddiaçı İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T Dİ : İddiaçı İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh arasında bağlanmış 17.09.2006-cı il tarixli rəsmi nikah Bakı şəhər Nizami Rayon Məhkəməsinin 29 oktyabr 2018-ci il tarixli 2(007)-506/2018 saylı qətnaməsi əsasında pozulmuşdur. 29 oktyabr 2018ci il tarixli 2(007)-506/2018 saylı qətnaməyə əsasən tərəflərin birgə nikahından anadan olmuş 28.09.2013-cü il təvəllüdlü X1 və 27.02.2012-ci il təvəllüdlü X2 anaları İddiaçı yanında qalması və uşaqların yetkinlik yaşına çatana qədər Cavabdeh iki uşağa görə hər ay 308 manat sabit pul məbləğində alimnetin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.Hazırda uşaqların 8-9 yaşları var və onların saxlanması üçün ayrılmış aliment uşaqların sağlam böyüməsi üçün olan ehtiyacları ödəmir.Hesab edir ki, valideynlər uşaqların sağlam böyüməsi üçün onların digər xərclərini ödəməyə borcludurlar. Qeyd edir ki, hal-hazırda uşaqların tələbatını nəzərə alsaq cavabdehin ödədiyi məbləğ uşaqların heç bir tələbatını ödəmir. Qeyd olunanlara əsasən Bakı şəhəri Nizamı Rayon Məhkəməsinin 2(007)-669/2021 saylı 01.03.2021-ci il tarixli qətnaməsi ilə müəyyən olunan alimentin məbləğinin artırılması, Cavabdeh 28.09.2013-cü il təvəllüdlü X1 və 27.02.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 193 manat, cəmi 386 manat sabit pul məbləğində alimentin tutulmasına dair qətnamə qəbul olunmasını xahiş edir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsini rəhbər tutaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etmədi və izahat verərək göstərdi ki, o iddia ərizəsində göstərilənləri qəbul etmir .Onun bu günə onsuz da borcu çoxdur. İddiaçı vaxtı ilə ona qarşı iddia qaldırdı, alimenti vaxtında ödəyə bilmədiyi üçün borc şişdi. İndi isə borcu hissə-hissə qaytarmağa çalışır, məhkəmə alimenti artırdığı halda o nə əvvəlki borcu nə də ki bundan sonra artırılacaq məbləği ödəyə bilməyəcək. Buna görə də, xahiş edir ki idda təmin olunmasın. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan Bakı şəhəri Nizamı Rayon Məhkəməsinin 2(007)-669/2021 saylı 01.03.2021-ci il tarixli qətnaməsindən görünür ki iddia qismən təmin edilmiş, tərəflərin birgə nikahdan doğulmuş 28.09.2013-cü il təvəllüdlü X1 və 27.02.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə hər uşağa görə 160 manat cəmi 320 manat sabit pul məbləğndə alimentin tutulması qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu» haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün məbləğ 193 manat müəyyən edilmişdir. Məhkəmə birgə nikahdan doğulmuş və İddiaçı himayəsində qalmış uşaqların mənafeyini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməklə, Bakı Şəhəri Nizamı Rayon Məhkəməsinin 2(007)-669/2021 saylı 01.03.2021-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin məbləği artırılmalı, tərəflərin birgə nikahından doğulmuş 28.09.2013-cü il təvəllüdlü X1 və 27.02.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə hər uşağa görə 193 manat cəmi 386 manat sabit pul məbləğində aliment tutulmalıdır. Alimentin artırılmış miqdarı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 235, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Bakı şəhəri Nizamı Rayon Məhkəməsinin 2(007)-669/2021 saylı 01.03.2021-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin məbləği artırılsın. Tərəflərin birgə nikahından doğulmuş 28.09.2013-cü il təvəllüdlü X1 və 27.02.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə hər uşağa görə 193 manat, cəmi 386 manat sabit pul məbləğində aliment tutulsun. Alimentin artırılmış miqdarı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar