Məhkəmə qərarları › İş №2(007)-1140/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1140/2022

13.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1140/2022 13.05.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firudin oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı ASC-nin Cavabdehnna qarşı borcun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC-nin Cavabdehnna qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 iddia tələbini onunla əsaslandırdı ki, NİKOYL" X1 (Yelo Bank ASC) 6 saylı filialı ilə X3 arasında 10 sentyabr 2012-ci il tarixli 17-A-1-0-4104-12 saylı kredit müqaviləsi bağlanıb və bu müqavilə ilə iddiaçı müqavilənin 1.5, 1.6 və 1.11-ci bəndlərinə əsasən illik 21 % hesablanmaqla 36 aylıq müddəinə cavabdehə 7000 manat məbləğində kredit verməyi öhdəsinə götürüb və bu məbləği ödəyib.Kredit müqaviləsinin 1.3-cü bəndinə əsasən kreditin təyinatı 2012-ci il buraxılışlı “VAZ-21154” markalı, **-RX-*** dövlət qeydiyyat nişanlı, ******* sühərrik nömrəli, qara metal rəngli avtomobilin alınması olub. "NİKOYL” İKB-nin (Yelo Bank ASC) 6 Saylı filialı və X3 arasında bağlanan 10 sentyabr 2012-ci il tarixli 17-A-1-0-4104-12 saylı kredit müqaviləsinə əlavə olunan "Ödəniş cədvəli”-nə əsasən cavabdeh hər ay sabit məbləğdə 264 manat, ümumilikdə isə 9493 manat ödəməyi öz öhdəsinə götürüb. Bununla əlaqədar olaraq, tərəflər arasında tərtib edilən "Ödəniş cədvəli”-nə əsasən kreditin faizlərinin cavabdeh tərəfindən banka qaytarılmasının müddətləri və qaydası müəyyən edlib. Bank qarşısında götürülən öhdəliklər icra olunmadığı üçün A.Abbasova qarşı iddia ərizəsi ilə Nizami rayon Məhkəməsinə müraciət olunub. Proses dövründə cavabdehin vəfat etdiyi müəyyən edilib və məhkımənin 05 mart 2019-cu il tarixli qərardadı ilə hüquqi varis müəyyən edilənə kimi iş üzrə icraatın dayandırılması qərara alınıb. Qərardad onunla əsaslandırılıb ki, 5 saylı Bakı "ASAN xidmət' mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən 16 noyabr 2016-cı il tarixində verilən ölüm haqqında şəhadətnaməyə əsasən cavabdeh X3 12 noyabr 2016-cı il tarixdə Bakı şəhərində ölüb. X2 dair vərəsəlik işinin açılması barədə məhkəməyə məlumat daxil olduğu üçün Nizami rayon Məhkəməsində 2(006)-45/2021 saylı iş üzrə icraat təzələnib və iş üzrə məhkəmə prosesi təyin edilib. Həmçinin iddiaçə tərəfindən tələbin dəqəqləşməsinə dair ərizə ilə məhkəməyə müraciət olunaraq Banka olan borcun cavabdehin hüquqi varisi Cavabdeh tutulması xahiş olunub. Nizami Rayon Məhkəməsi cavabdehin ona qarşı iddia verilməmişdən qabaq öldüyünü əsas gətirərək 11 noyabr 2021-ci il tarixli 2(007)-48/2021 saylı qərardadla iş üzrə icraata xitam verib. İddia ərizəsinə əlavə edilən 5 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən 16 noyabr 2016-cı il tarixində verilən ölüm haqqında şəhadətnamənin surətindən görünür ki X3 16 noyabr 2016-cı il tarixində ölüb. Mərhumun adına 4 sayl Bak “ASAN Xidmət” mərkəzində fəaliyyət göstərən notariat ofisində vərəsəlik işi açılaraq 16 may 2017-ci il tarixdə Cavabdeh vərəsəlik şəhadətnaməsi verilib. Borcun ödənilməsi ilə bağlı bank tərəfindən cavabdehə dəfələrlə əlavə imkanlar yaradılaraq yeni vaxt verilib. Lakin bütün bunlara baxmayaraq cavabdeh tərəf bu günə qədər banka olan borcunun ödənilməsi ilə bağlı heç bir tədbir görməyib.Odur ki, qeyd olunanları nəzərə alıb xahiş edir ki, iddiaçı "xxxx" X1 (Yelo Bank ASC) 6 saylı filialı ilə cavabdeh X3 arasında bağlanan 10 sentyabr 2012-ci il tarixli 17-A-1-0-4104-12 saylı kredit müqaviləsi üzrə ödənilməyən 5634.73 manat əsas borcun, müqavilənin müddətinin başa çatma tarixinə, yəni 10 sentyabr 2015-ci il tarixinə ödənilməyən 1737.21 manat faiz borcunun, həmin günə hesablanan 492.87 manat dəbbə pulunun, ümumilikdə 7864.81 manat borcun və iddia qaldırılması üçün ödənilən 98.64 manat dövlət rüsumunun cavabdehin hüquqi varisi Cavabdeh iddiaçı “Yelo Bank" ASC-nın xeyrinə tutulması barədə qətnamə qəbul edilsin. Cavabdehin nümayəndəsi Nümayəndə2 iddianı qəbul etmədi və izahat verərək göstərdi ki,məhkəmənin hazırlıq iclası zamanı iddia müddətinin tətbiq olunması ilə bağlı ərizə vermişdir, həmin ərizəni müdafiə edir. Xahiş edir ki,idda müddəti tətbiq olunaraq, iddianın rədd olunması barədə qətnamə çıxarılsın. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd olunmalıdır. İş materiallarında olan: “NİKOYL" X1 (Yelo Bank ASC) 6 saylı filialı ilə X3 arasında bağlanmış 10 sentyabr 2012-ci il tarixli 17-A-1-0-4104-12 saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən X2 illik 21 % hesablanmaqla 36 aylıq müddəinə 7000 manat məbləğində kredit verilməsi barədə tərəflər arasında razılıq əldə olunmuşdur. Ölüm haqqında şəhadətnamədən görünür ki, X3 12.11.2016-cı il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin VVARX-dən məhkəməyə ünvanlanmş 13.07.2021-ci il tarixli məktubun məzmunundan görünür ki,16.05.2017-ci il tarixdən Cavabdeh vərəsəsidir.Bu barədə ona vərəsəlik şəhadətnaməsi verilmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2628/2015 saylı iş üzrə qəbul olunmuş 05.03.2015-ci il tarixli qərardadla iddiaçı “NİKOYL" X1 cavabdeh X2 qarşı kreit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi geri qaytarılmışdır. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1273/2019 saylı iş üzrə qəbul olunmuş 05.03.2019-cu il tarixli qərardadla İddiaçı “NİKOYL" X1 cavabdeh X2 qarşı kreit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası iddiaçının hüquqi varisi müəyyən edilənədək dayandırılmışdır. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-48/2021 saylı iş üzrə qəbul olunmuş 11.11.2021-ci il tarixli qərardadla İddiaçı “NİKOYL" X1 cavabdeh X2 qarşı kreit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası üzrə mülki işin icraatına xitam verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.1-ci maddəsinə görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3 iyun 2013-il tarixli, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair qərarında qeyd olunur ki,iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasınıtəmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1. maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, iddiaçı iddia müddətini açıq-aşkar buraxmaqla məhkəməyə müraciət etmişdir. Belə ki, kredit müqaviləsi 10 sentyabr 2012-ci il tarixdə 36 ay müddətinə bağlanmışdır.Belə olan halda kredit müqaviləsinin müddəti 10 sentyabr 2015-ci il tarixdə başa çatır.Üç illik iddia nüddəti şamil olunmaqla 10 sentyabr 2018-ci il tarixdə iddia müddəti başa çatır.İddiaçı 05.03.2015-ci il tarixdə məhkəməyə müraciət etsə də iddia ərizəsi geri qaytarılmışdır.Bundan sonra iddiaçı 2019-cu ildə məhkəməyə müraciət etmiş və məhkəmənin 05.03.2019-cu il tarixli qərardadı ilə işin icraatı iddiaçının vərəsəsi müəyyən olunanadək dayandırılmışdır.Bundan başqa, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-48/2021 saylı iş üzrə qəbul olunmuş 11.11.2021-ci il tarixli qərardadla iddiaçı “NİKOYL" X1 cavabdeh X2 qarşı kreit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası üzrə mülki işin icraatına xitam verilmişdir. İddiaçı qeyd olunan qərardadları mübahisələndirməmiş,16.02.2022-ci il tarixdə yenidən,bu dəfə iddiaçının vərəsəsinə qarşı iddia qaldırmışdır. Göründüyü kimi, iddiaçı 2019-cu ildə məhkəməyə müraciət edərkən artıq iddia müddəti ötürülmüşdü. Cavbdeh isə mübahisəyə iddia müddətinin tətbiq olunmasına dair ərizə vermişdir. Göstərilən səbəblərdən iddia tələbi təmin edilməməlidir. İddia təmin olunmadığından ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddiaçı ASC-nin Cavabdehnna qarşı borcun tutulması tələbinə dair iddiası təmin olunmasın. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar