Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1145/2021 29.03.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, Cavabdeh oğlunun iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh oğluna qarşı kredit borcunun qaytarılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh oğluna qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin Nərimanov Filialı ilə Cavabdeh oğlu arasında bağlanmış 23 aprel 2015-ci il tarixli 237 nömrəli kredit kartının verilməsi və istifadəsi müqaviləsinə əsasən cavabdehə 36 ay müddətində 800 manat məbləğində kredit xətti açılmışdır.Kredit müqaviləsinin 3.5-ci bəndinə əsasən Cavabdeh oğlu müəyyən olunmuş müddətdə kredit məbləğini və ona hesablanacaq cərimələri ödəmək barədə öhdəlik götürsə də bu öhdəliyini yerinə yetirməmişdir.19.10.2020-ci il tarixinə Cavabdeh oğlunun banka kredit üzrə cəmi borcu 1341.65 manat təşkil edir.Bundan 408.34 manat əsas borc,868.45 manat cərimə,kredit müqaviləsinin müddəti bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinuin 24.12.2014-cü il tarixli Plenumunun qərarına əsasən hesablanmış 64.86 manat faiz borcu təşkil edir.Qeyd olunanlara əsasən Cavabdeh oğlundan İddiaçı ASC-nin xeyrinə 1341.65 manat kredit borcunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh oğlu iddianı qəbul etmədi və izahat verrək göstərdi ki, iddia müddətinin tətdiq olunması ilə bağlı ərizə təqdim edir.Belə ki, kredit müqaviləsi bank ilə onun arasında 2014-ci ilin noyabr ayında 36 aylıq müddətə bağlanmışdır. Bank tərəfindən həmin müqavilə üzrə 30 sentyabr 2020-ci il tarixinə cəmi 1328,89 manat borcunun olması barədə ona 16 oktyabr 2020-ci il tarixdə bildiriş göndərilmişdir. Bank isə məhkəməyə 12 yanvar 2021-ci ildə iddia ərizəsi ilə müraciət etmişdir. Lakin müqavilənin müddəti 03 noyabr 2017-ci il tarixdə bitməsini nəzərə alınsa , məhkəməyə müraciət etmək müddət başa catmışdır. Xahiş edir ki, mübahisəyə iddia müddəti tətbiq olunmaqla iddia tələbinin təmin olunmamsı barədə qətnamə qəbul edilsin. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada xəbərdar olunsa da nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsini rəhbər tutaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır Məhkəmə Cavabdeh oğlunun izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. İş materiallarında olan: İddiaçı ASC-nin Nərimanov Filialı ilə Cavabdeh oğlu arasında bağlanmış 23 aprel 2015-ci il tarixli 237 nömrəli kredit kartının verilməsi və istifadəsi müqaviləsinə əsasən cavabdehə 36 ay müddətində 800 manat məbləğində kredit xətti açılmışdır. 29 oktyabr 2020-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin ləğv prosesində olan İddiaçı ASC-yə 1341 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşin hallarından görünür ki, İddiaçı ASC-nin Nərimanov Filialı ilə Cavabdeh oğlu arasında bağlanmış 23 aprel 2015-ci il tarixli 237 nömrəli kredit kartının verilməsi və istifadəsi müqaviləsinə əsasən cavabdehə 36 ay müddətində 800 manat məbləğində kredit xətti açılmışdır.Lakin cavabdehin həmin kartdan istifadəsini təsdiq edən sübutlar(hesabdan çıxarış,məxaric orderi,ödəniş qrafiki və s.) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2. maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin məcəllənin 77.1. maddəyə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş materiallarını tam və hərtərəfli araşdırıb,sübutları qiymətləndirərək hesab edir ki,iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir.Ona görə də iddia təmin olunamamalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh oğluna qarşı kredit borcunun qaytarılması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-1145/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1145/2021
29.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver