Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1153/2021 18.06.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “vurulmuş maddi zərərin ödənilməsi” tələbinə dair dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “vurulmuş maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" MMC-nin (keçmiş adı "xxxx" MMC) xeyrinə 44603.63 (qırx dörd min altı yüz üç manat altmış üç qəpik) AZN məbləğində vurulrruş maddi ziyanın və ödənilmiş 30 (otuz) AZN dəyərində dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" MMC (keçmiş adı "xxxx" MMC) 09.03.2018-ci ildə dövlət qeydiyyatından keçmiş, təsis payı 100% dövlət təşkilatı sayılan "xxxx" ASC-yə (bundan sonra “ASK" ASC) məxsus törəmə müəssisədir. Həmin müəssisə təsis edildikdən sonra, təsisçinin qərarına əsasən Cavabdeh direktor vəzifəsinə təyin edilmiş və 09 mart 2018-ci il tarixində o, həmin təşkilatın qanuni təmsilçisi kimi Azərbaycan Respublikası Vergilər Nazirliyində qeydiyyata alınmış, daha sonra 16.06.2018-ci il tarixində cavabdehlə bağlanmış əmək müqaviləsi mərkəzləşdirilmiş elektron informasiya sistemində qeydiyyata götürülmüş və cavabdeh bu vəzifədə 02 avqust 2019-cu il tarixinədək çalışmışdır. Cavabdeh müəssisədə tutduğu direktor vəzifəsindən məhz iddiaçı təşkilatın təsisçisinin 02 avqust 2019-cu il tarixli 20 nömrəli qərarına əsasən azad edilmişdir. İddiaçı təşkilatın dövriyyə vəsaitlərinin formalaşdırılması məqsədi ilə, onun təsisçisi olan "xxxx" ASC-nin rəhbərliyinin 05.04.2018 tarixli borcun ayrılması barədə əmrinə uyğun olaraq, iddiaçı təşkilatın keçmiş direktoru olan Cavabdeh və "xxxx" ASC arasında 10.04.2018-ci il tarixli 01-6/18 nömrəli borc müqaviləsi imzalanmışdır. Həmin müqavilə əsasında iddiaçı təşkilata 25000 (iyirmi beş min) AZN məbləğində borc pul vəsaiti verilmiş və borcun qaytarılma müddəti 31.12.2018-ci il tarixinə kimi müəyyən edilmişdir. Həmin borc müqaviləsinin 4.2-ci bəndinə uyğun olaraq, borc alan (hazırkı iddiaçı təşkilatın keçmiş direktoru olan Cavabdeh) tərəfindən borcun tam həcmdə qaytarılması və götürülmüş bcrcdan səmərəli istifadə edilməsi ilə bağlı öz üzərinə icrası mütləq olan öhdəliklər götürülmüşdür. 13.04.2018-ci il tarixdə 25000 (iyirmi beş min) AZN məbləğində borc pul vəsaiti tam şəkildə borc alanın (hazırkı iddiaçının) bank hesabına köçürülmüşdür. İddiaçı təşkilatın vaxtilə direktoru olmuş cavabdeh tərəfindən həmin maliyyə vəsaitinin bir hissəsi əmək haqqı şəklində işçilərə ödənilməsinə baxmayaraq, digər hissəsi isə cavabdehin öz mülahizəsinə və öz qərarına əsasən müəyyən malların alınması, iş və xidmətlərin görülməsi adı altında ayrı-ayrı müəssisə və fiziki şəxslərə köçürülmüşdür. Müəyyən edilmişdir ki, 23.10.2018-ci il tarixdə "xxxx" ASC-nin digər törəmə müəssisələri tərəfindən verilmiş sifarişlər üzrə köçürülmüş avanslar hesabına iddiaçı təşkilatın "xxxx" ASC-yə olan borcundan cəmisi 8700 (səkkiz min yeddi yüz) AZN məbləğində borc məbləği Cavabdeh ddiaçı təşkilata direktor kimi rəhbərlik etdiyi dövrdə geri qaytarılsa da, lakin hal-hazırkı dövrə qədər həmin borc məbləğinin 16300 (on altı min üç yüz) AZN hissəsi borc verərə, yəni ‘‘ASK’' ASC-yə qaytarılmamışdır. Belə ki, Cavabdeh iddiaçı təşkilata direktor kimi rəhbərlik etdiyi dövrdə onun tapşırığı və göstərişi əsasında iddiaçı təşkilat üçün mal material almaq və göstəriləcək digər xidmətlər üzrə 2018-ci ildə ayrı-ayrı müəssisə və fiziki şəxslərə ümumilikdə 23127 manat ("xxxx" MMC adlı hüquqi şəxsə 1157,24 AZN, "xxxx" MMC-yə 16.172 AZN, fərdi sahibkar X5 2029 AZN və digər fərdi sahibkar X3 4926 AZN) məbləğində pul vəsaitləri köçürülmüşdür. Məhz bu səbəbdən "xxxx" MMC tərəfindən göstərilmiş 8460 AZN məbləğində xidmət istisna olmaqla (hazırda həmin təşkilatlı iddiaçıya olan qalıq borcu 7712 AZN-dir), ümumilikdə həmin şəxslər tərəfindən iddiaçı təşkilatdan 15824.24 AZN dəyərində iş və xidmətlərin avans alınmasına baxmayaraq yerinə yetirilməmiş, pul vəsaitlərinin geri qaytarılması üçün iddiaçı təşkilatın həmin dövrdə olan direktoru kimi hazırkı cavabdeh tərəfindən heç bir əməli tədbirlər görülməmişdir. Bu səbəbdən də onsuzda maliyyə vəziyyəti ağır olan iddiaçı təşkilat daha da çətin maliyyə problemləri ilə üzləşməyə məhkum olmuşdur. Göründüyü kimi, bu hərəkətləri ilə cavabdeh iddiaçı təşkilatın direktoru olduğu dövrdə məqsədli şəkildə təşkilatın hesabına borc qismində köçürülmüş pul vəsaitini guya müxtəlif iş və xidmətlərin satın alnması adı altında xərcləmiş və bu yolla bu xərcləri rəsmiləşdirməyə cəhd göstərmişdir. Halbuki, sonradan həmin pul vəsaitlərinin qarşılığında mal və materiallar faktiki olaraq alınmamış, həmçinin iş və xidmətlər görülməmişdir. 2018-ci ildə iddiaçı təşkilatın təsərrüfat fəaliyyətini həyata keçirmək üçün, cavabdeh iddiaçı təşkilatın direktoru olduğu dövrdə "xxxx" ASC-yə məxsus “AMAY" ticarət mərkəzində icarəyə obyekt götürməsinə baxmayaraq, hesablanmış 4915.47 AZN məbləğində icarə haqqını belə ödəməmişdir. Halbuki, "xxxx" ASC-nin digər törəmə müəssisələri tərəfindən cavabdeh iddiaçı təşkilatın direktoru olduğu dövrdə verilmiş sifarişlər üzrə iddiaçı təşkilata müəyyən miqdarlarda avanslar köçürülmüşdür. Belə ki, "xxxx" MMC tərəfindən 5664 AZN və "xxxx" MMC tərəfindən 2384.19 AZN məbləğlərində cavabdehin iddiaçı təşkilata rəhbərlik etdiyi dövrdə iddiaçı təşkilatın hesabına avans pul məbləğləri köçürülmüş, lakin həmin pul vəsaitləri müqabilində görüləcək işlər cavabdehin rəhbərliyi dövründə müəssisə tərəfindən yerinə yetirilməmiş və həmin dövrdə müəssisəyə rəhhbərlik etmiş cavabdeh tərəfindən qeyd olunan avans məbləğlərini köçürən təşkilatlata geri qaytarılması üçün də heç bir əməli tədbirlər görülməmişdir. Bu səbəbdən də iddiaçı təşkilatın hazırda "xxxx" MMC-yə 5664 AZN, "xxxx" MMC-yə isə 1899.92 AZN qaytarılmamış borcu qalmışdır. Belə ki, cavabdehin iddiaçı təşkilata rəhbərlik etdiyi dövrdə cəmisi 484.27 AZN məbləğində “Azəraliminium" MMC-yə iş və xidmətlər göstərilmişdir. Hazırda iddiaçı təşkilatda olan bütün maliyyə sənədləri lə müəyyən edilmişdir ki, 2018-ci ilin ilin yekununa görə iddiaçı təşkilat həmin ili 29994,57 AZN məbləğində zərərlə başa vurmuşdur. Belə ki, iddiaçı təşkilatın “ASK" ASC-yə və onun törəmə müəssisələrinə cavabdehin iddiaçı təşkilata rəhbərlik etdiyi dövrdə yaranmış 28779.39 AZN məbləğində geri qaytarılmamış borcu vardır. Həmçinin cavavabdehin iddiaçı təşkilata rəhbərlik etdiyi dövrdə digər müəssisələrə və fiziki şəxslərə ödənilmiş, lakin ödənilən pulun müqabilində heç bir iş görməmiş tərəfdaşlardan geri qaytarılması təmin edilməli olan 15824.24 AZN məbləğində pul vəsaiti də nəzərə alınmaqla, ümumilikdə iddiaçı təşkilat tərəfindən 44603.63 AZN məbləğində pul vəsaiti "xxxx" ASC-nin və onun törəmə müəssisələrinin hesabına qaytarılmalıdır. Beləliklə də, cavabdehin direktor qismində iddiaçı təşkilata rəhbərlik etdiyi dövrdə özünün yalnış idarəçiliyinin nəticəsi olaraq, iddiaçıya 44603.63 AZN məbləğində maddi zərər vurması hallarının baş verməsi faktnı əsas tutaraq, hazır da iddiaçı hesab edir ki, cavabdehdən həmin vurulmuş maddi zərər məhkəmə qaydasınca tutulmalıdır. Məhkəmə iclasında iddiaçının "xxxx" MMC-nin nümayəndəsi nümayəndəsi X6 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclaslarında iştrak etmiş Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirmiş və əlavə olaraq qeyd etmişdir ki, o, "xxxx" MMC-nin direktoru olduğu dövrlərdə MMC-nin adından bir sıra müqavilələr bağlamışdır. Həmin müqavilələri MMC-nin mənafeyi üçün bağlamışdır. Orada heç bir şəxsi marağı yox idi. Hazırda isə müqavillər üzrə pulun ondan tələb edilməsi əsassızdır. Göstərdiklərinin nəzərə alınmasını və iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbələri barədə heç bir məlumat verməmişlər. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - "xxxx" MMC-nin təsisçilərinin 07 mart 2018-ci il tarixli qərarının surətindən görünür ki, "xxxx" MMC-nin yaradılması və Cavabdeh Cəmiyyətə direktor təyin edilməsi qərara alınmışdır. - "xxxx" MMC-nin təsisçilərinin 02 avqust 2019-cu il tarixli qərarının surətindən görünür ki, Cavabdeh "xxxx" MMC-nin direktoru vəzifəsindən azad edilmişdir. - 10 aprel 2018-ci il tarixli borc müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" MMC-yə (direktor Cavabdeh şəxsində) 25 000 manat məbləğində borc vermişdir. Borc 31 dekabr 2018-ci il tarixə qədər verilmişdir. - Məhsulların istehsalı və xidmət haqqında 17 aprel 2018-ci il tarixli, 03 nömrəli müqavilənin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, icraçı "xxxx" MMC sifarişçi "xxxx" MMC-yə çap üçün kağızlar, orq steklo məhsullarını təqdim etməyi, sifarişçi isə hesab faturada göstərilmiş məbləği ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin ümumi məbləğ 2040,00 manat təşkil etmişdir. - "xxxx" MMC-nin maliyyə təsərrüfat fəaliyyətinin araşdırılması haqqında 06 noyabr 2020-ci il tarixli arayışın surətində görünür ki, "xxxx" MMC-nin 2018-ci il üzrə qeyri qənaətbəxş fəaliyyəti səbəbindən müəssisə ilin yekununu 29994,57 manat zərərlə başa vurmuşdur. "xxxx" Açıq Səhmdar Cəmiyyəti və onun törəmə müəssisələrinə 28779.39 manat geri qaytarılmamış borc, digər müəssisələrə və fiziki şəxslərə ödənilmiş lakin alınmış pulun müqabilində heç bir iş görməmiş tərəfdaşlardan geri qaytarılması təmin edilməli olan 15824.24 manat ümumilikdə 44603.63 manat məbləğində pul vəsaiti "xxxx" Açıq Səhmdar Cəmiyyətinin və onun törəmə müəssisələrinin hesabına qaytarılmalıdır. - 09 iyul 2018-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" MMC X1 hesabına 4926 manat məbləğində pul vəsaiti köçürmüşdür. - 10 iyul 2018-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" MMC X4 hesabına 2029 manat məbləğində pul vəsaiti köçürmüşdür. - 14 dekabr 2018-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" MMC "xxxx" MMC-nin hesabına 277.24 manat məbləğində pul vəsaiti köçürmüşdür. - 28 sentyabr 2018-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" MMC "xxxx" MMC-nin hesabına 880 manat məbləğində pul vəsaiti köçürmüşdür. - 01 avqust 2018-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" MMC “AFBO” hesabına 3900 manat məbləğində pul vəsaiti köçürmüşdür. - 13 aprel 2018-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" MMC “"xxxx" MMCnin hesabına 25000 manat məbləğində pul vəsaiti köçürmüşdür. - 23 oktyabr 2018-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" MMC "xxxx" ASC-nin hesabına 8700 manat məbləğində pul vəsaiti köçürmüşdür. - 18 yanvar 2019-cu il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" MMC “"xxxx" MMC-nin hesabına 5100 manat məbləğində pul vəsaiti köçürmüşdür. - 30 may 2019-cu il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" MMC “"xxxx" MMCnin hesabına 21980 manat məbləğində pul vəsaiti köçürmüşdür. - 26 noyabr 2018-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" MMC “"xxxx" MMC-nin hesabına 2020.5 manat məbləğində pul vəsaiti köçürmüşdür. - 21 yanvar 2019-cu il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" MMC "xxxx" MMC-nin hesabına 4900 manat məbləğində pul vəsaiti köçürmüşdür. - 21 yanvar 2019-cu il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" MMC "xxxx" MMC-nin hesabına 4900 manat məbləğində pul vəsaiti köçürmüşdür. - 25 may 2018-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" MMC "xxxx" MMCnin hesabına 2712 manat məbləğində pul vəsaiti köçürmüşdür. - 27 aprel 2018-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" MMC "xxxx" MMCnin hesabına 2620 manat məbləğində pul vəsaiti köçürmüşdür. - 20 aprel 2018-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" MMC "xxxx" MMCnin hesabına 2040 manat məbləğində pul vəsaiti köçürmüşdür. - 20 sentyabr 2018-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" MMC "xxxx" ASC-nin hesabına 137.7 manat məbləğində pul vəsaiti köçürmüşdür. Məhkəmə iclasında müəyyən olundu ki, "xxxx" MMC-nin təsisçilərinin 07 mart 2018ci il tarixli qərarına əsasən, "xxxx" MMC-nin yaradılması və Cavabdeh Cəmiyyətə direktor təyin edilməsi qərara alınmışdır. Cavabdeh 02 avqust 2019-cu ilədək MMC-nin direktoru olmuş, "xxxx" MMC-nin təsisçilərinin 02 avqust 2019-cu il tarixli qərarı ilə o, "xxxx" MMCnin direktoru vəzifəsindən azad edilmişdir. Hazırda iddiaçı "xxxx" MMC Cavabdeh qarşı “vurulmuş maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Məhkəmə qeyd edir ki, iddiaçı "xxxx" MMC iddia ərizəsində qeyed etmişdir ki, iddiaçı təşkilatın “ASK" ASC-yə və onun törəmə müəssisələrinə cavabdehin iddiaçı təşkilata rəhbərlik etdiyi dövrdə yaranmış 28779.39 AZN məbləğində geri qaytarılmamış borcu vardır. Həmçinin cavavabdehin iddiaçı təşkilata rəhbərlik etdiyi dövrdə digər müəssisələrə və fiziki şəxslərə ödənilmiş, lakin ödənilən pulun müqabilində heç bir iş görməmiş tərəfdaşlardan geri qaytarılması təmin edilməli olan 15824.24 AZN məbləğində pul vəsaiti də nəzərə alınmaqla, ümumilikdə iddiaçı təşkilat tərəfindən 44603.63 AZN məbləğində pul vəsaiti "xxxx" ASC-nin və onun törəmə müəssisələrinin hesabına qaytarılmalıdır. Beləliklə də, cavabdehin direktor qismində iddiaçı təşkilata rəhbərlik etdiyi dövrdə özünün yalnış idarəçiliyinin nəticəsi olaraq, iddiaçıya 44603.63 AZN məbləğində maddi zərər vurması müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.1-ci maddəsinə əsasən, hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Həmin Məcəllənin 49.4-cü maddəsinə əsasən, hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs hüquqi şəxsə və ya səhmdara (payçıya) dəyən zərərə görə aşağıdakı hallarda məsuliyyət daşıyır: hüquqi şəxsin zərərlə işlədiyi halda və ya hüquqi şəxsin mənfəətinə qeyri-mütənasib həcmdə hüquqi şəxsin idarəetmə orqanlarının üzvlərinə bonusların ödənilməsi; hüquqi şəxsin əmlakının bazar şərtlərindən əhəmiyyətli dərəcədə aşağı şərtlərlə və qiymətlə özgəninkiləşdirilməsi və ya istifadəyə verilməsi; hüquqi şəxsə aidiyyəti olan şəxslərlə qanunun tələblərini pozan və ya hüquqi şəxsin maraqlarına təhlükə yaradan müqavilələrin bağlanması; hüquqi şəxsin bağlanmış müqavilələr əsasında malları (işləri, xidmətləri) onların real dəyərindən əhəmiyyətli dərəcədə yuxarı qiymətə satın alması; özü üçün, hüquqi şəxsə aidiyyəti olan şəxslər və ya digər şəxslər üçün maddi və qeyri-maddi əmlak nemətləri və bu cür əmlaka hüquqların təmin edilməsi məqsədi ilə hüquqi şəxsin əmlakının mənimsənilməsi və ya israf edilməsi. Məhkəmə qeyd edir ki, iş materiallarında olan "xxxx" MMC-nin iştirakı ilə bağlanan müqavilələrdən görünür ki, Cavabdeh həmin müqavilələri hüquqi şəxsin adından çıxış edərək bağlamışdır. Mülki Məcəllənin yuxarıda qeyd olunan 49.4-cü maddəsində hüquqi şəxsin adından çıxış edən şəxsin hüquqi şəxsə dəyən zərər görə məsuliyyət daşıdığı halların dairəsi konkret olaraq qeyd olunmuşdur. Hazırda isə Cavabdeh hüquqi şəxsi təmsil etdiyi dövrdə onun adından çıxış edərək bağladığı müqavilələrdə həmin hallar aşkar edilməmişdir. Məhkəmə qeyd edir ki, "xxxx" MMC iddia ərizəsinə "xxxx" MMC-nin maliyyə təsərrüfat fəaliyyətinin araşdırılması haqqında 06 noyabr 2020-ci il tarixli arayışını əlavə etmişdir. Həmin araşıya əsasən, "xxxx" MMC-nin 2018-ci il üzrə qeyri qənaətbəxş fəaliyyəti səbəbindən müəssisə ilin yekununu 29994,57 manat zərərlə başa vurmuşdur. "xxxx" Açıq Səhmdar Cəmiyyəti və onun törəmə müəssisələrinə 28779.39 manat geri qaytarılmamış borc, digər müəssisələrə və fiziki şəxslərə ödənilmiş lakin alınmış pulun müqabilində heç bir iş görməmiş tərəfdaşlardan geri qaytarılması təmin edilməli olan 15824.24 manat ümumilikdə 44603.63 manat məbləğində pul vəsaiti "xxxx" Açıq Səhmdar Cəmiyyətinin və onun törəmə müəssisələrinin hesabına qaytarılmalıdır. Göründüyü kimi, arayışda Cavabdeh MMC-nin direktoru olduğu dövrdə bağladığı müqavilələr üzrə ümumilikdə 44603.63 manat pulun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin və onun törəmə müəssisələrinin hesabına qaytarılmalı olduğu qeyd olunmuşdur. Lakin həmin məbləğin Cavabdeh təqsirli hərəkətləri nəticəsində qaytarılmaması barədə məhkəməyə heç bir mötəbər sübut növü təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “Cavabdeh iddiaçı "xxxx" MMC-nin (keçmiş adı "xxxx" MMC) xeyrinə 44603.63 (qırx dörd min altı yüz üç manat altmış üç qəpik) AZN məbləğində vurulrruş maddi ziyanın və ödənilmiş 30 (otuz) AZN dəyərində dövlət rüsumunun əvəzinin tutulması” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “Cavabdeh iddiaçı "xxxx" MMC-nin (keçmiş adı "xxxx" MMC) xeyrinə 44603.63 (qırx dörd min altı yüz üç manat altmış üç qəpik) AZN məbləğində vurulrruş maddi ziyanın və ödənilmiş 30 (otuz) AZN dəyərində dövlət rüsumunun əvəzinin tutulması” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş 30,0 manat dövlət rüsumu "xxxx" MMC-yə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-1153/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1153/2021
18.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver