Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1158/2021 23.02.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Ələsgərova Aytac Hikmət qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T Dİ : İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini onunla əsaslandırdı ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-7263/2018 saylı, 04.10.2018-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh İddiaçı xeyrinə hər ay 154 (bir yüz əlli dörd) manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Sonradan cavabdeh Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 18.01.2019-cu il tarixli 2(103)- 1158/2019 saylı qətnaməsinə əsasən Cavabdeh yetkinlik yaşına çatanadək saxlanılması 13.08.2018-ci il tarixdən başlayaraq Cavabdeh onun aylıq qazancının ¼ hissəsi miqdarında və 115 manat sabit pul məbləğində alimemt tutularaq ona ödənilməsi qət edilmişdir. 2020-ci ildə Bakı şəhər Nizami rayon Məhkəməsinə alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. Bakı şəhəri Nizam rayon Məhkəməsinin 2(007)-991/2020 saylı, 21.02.2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 04.10.2018-ci il tarixli 2(007)-7263/2018 saylı qətnaməsinə əsasən Cavabdeh Hacmurad oğlundan İddiaçı xeyrinə tutulan aliment artırılması, tərəflərin birgə nikahından doğulmuş 05 avqust 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması, alimentin artırılmış miqdarının qətnamənin qanuni qüvvəyə mindiyi gündən tutulması qət edilmişdir. Hal-hazırda oğlunun 6 yaşı var. Qət edilən məbləğ uşağın ehtiyaclarını ödəmir. Qeyd olunanlara əsasən cavabdehdən tutulan aliment miqdarının artırılaraq 05 avqust 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Cavabdeh məhkəməyə vəsatətlə müraciət edərək, bildirmişdir ki, İsmayıllı rayonunda Məhəllə MMC-də bağban vəzifəsində çalışır, əmək haqqında 156 manat təşkil edir. O şəxsən əmək haqqı barəsində arayış təqdim etsə belə hakim buna əhəmiyyət verməyərək öz qanunsuz qətnaməsini qəbul etdi. Aşağıda qeyd etdiyi əsaslara görə Avropa konvensiyasının 6-cı maddəsinin, maddi və prosessual hüquq normalarının o, cümlədən Azərbaycan Respublikası MPM-nin 9,14,88,217 220.4-cü və başqa maddələrinin tələblərini pozmaqla çıxarılan bu qətnamə qüvvədə qala bilməz. Qətnamə ləğv edilməklə iddia tələbi təmin edilməməsi barədə yeni qətnamə çıxarılmalıdır. Belə ki, məhkəmə belə qətnamə çıxarmaqla qətnamədə istinad etdiyi qanunlarında tələbləri pozmuş, uşağın mənafeyini üstün tutmalı ikən cavabdehin mənafeyini üstün tutmuşdur. Halbuki, uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanunun 5-ci maddəsində göstərilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmaları, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanlarının qərarları uşaq mənafeyinə zidd olmamalı və onların icrası uşaqların həyatına inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Məhkəmə qətnamə qəbul edərkən nəzərə almamışdır ki, cavabdeh alimenti ona yox uşaqların yaşaması üçün verir. O,iddiaçı ilə 05.08.2014-cu ildə rəsmi nikaha girmişdir. Nikah Xətai rayon məhkəməsinin 04.10.2018-ci il tarixli qətnaməsi ilə etibarsız hesab edilmişdir. Eyni zamanda məhkəmə qətnaməsi bütün halları sübut etməlidir. Bütün bunlar onu bir daha təsdiq edir ki, məhkəmə qanunsuz və əsassız qətnamə çıxarmışdır. Xətai rayon məhkəməsinin 04.10.2018-ci tarixli 2(011)-7263 saylı qətnaməsini ləğv edilməsini və ölkədə təyin edilmiş alimentin işlədiyi əmək haqqına uyğun olaraq qətnamə çıxarılmasını xahiş etsə də belə mümkün olmamışdır. Odur ki, bu günkü gündə Respublikada müəyyən edilmiş alimentlə əlaqədar işləyən və ya yaxud işləməyən vətəndaş barədə izah verilməsini xahiş edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan AZ-İİİ seriyalı 589008 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, tərəflərin birgə nikahından 05 avqust 2015-ci il təvəllüdlü X1 anadan olmuşdur. Ata qrafasında Cavabdeh, ana qrafasında isə İddiaçı qeyd olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-7263/2018 saylı, 04.10.2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, İddiaçı ilə Cavabdeh Hacmurad oğlu arasında Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsində 26.08.2014-cü il tarixdə 651 nömrəli akt qeydi ilə qeydə alınmış nikah pozulması, tərəflərin birgə nikahından doğulmuş 05.08.2015-ci il təvəllüdlü X3 nikah pozulduqdan sonra anası- İddiaçı yanında saxlanılması, 05.08.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşma çatanadək saxlanılması üçün 13.08.2018-ci il tarixdən başlayaraq Cavabdeh Hacmurad oğlundan İddiaçı xeyrinə hər ay 154 (bir yüz əlli dörd) manat sabit pul məbləğində aliment tutulması, qətnamənin alimentin tutulmasına dair hissəsi dərhal icra olunması qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nizam rayon Məhkəməsinin 2(007)-991/2020 saylı, 21.02.2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 04.10.2018-ci il tarixli 2(007)-7263/2018 saylı qətnaməsinə əsasən Cavabdeh Hacmurad oğlundan İddiaçı xeyrinə tutulan aliment artırılması, tərəflərin birgə nikahından doğulmuş 05 avqust 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması, alimentin artırılmış miqdarının qətnamənin qanuni qüvvəyə mindiyi gündən tutulması qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu» haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün məbləğ 175,00 manat müəyyən edilmişdir. Məhkəmə birgə nikahdan doğulmuş və İddiaçı himayəsində qalmış uşağın mənafeyini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməklə, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 21 fevral 2020-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh İddiaçı xeyrinə tutulan aliment artırılmalı, tərəflərin birgə nikahından 05 avqust 2015-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. Alimentin artırılmış miqdarı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 235, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 21 fevral 2020-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh İddiaçı xeyrinə tutulan aliment artırılsın, tərəflərin birgə nikahından 05 avqust 2015-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Alimentin artırılmış miqdarı qətnamənin qanuni qüvvəyə mindiyi gündən tutulsun. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-1158/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1158/2021
23.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver