Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1163/2023 19.05.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı, Cavabdeh Fəxrədddin oğlunun nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh Fəxrədddin oğluna qarşı "alimentin artırılması" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Fəxrədddin oğluna qarşı "alimentin artırılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən 06 noyabr 2011-ci il təvəllüdlü X7 və 24 oktyabr 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay 220 manat pul məbləğində alimentin Cavabdeh Fəxrədddin oğlundan tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən 06 noyabr 2011-ci il təvəllüdlü X7 və 24 oktyabr 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər bir uşağa görə hər ay 220 manat, cəmi 440 manat pul məbləğində alimentin Cavabdeh Fəxrədddin oğlundan tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı və Cavabdeh arasındakı nikah pozulmuşdur. Həmin vaxtdan başlayaraq cavabdeh tərəflərin birgə nikahından doğulmuş xx.xx.2011 təvəllüdlü Qarayev Kənan və xx.xx.2012-ci il təvəllüdlü X1 üçün heç bir maddi yardım göstərməmişdir. Buna görə də iddiaçı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı Şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e- 2(007)-2886/2022 saylı qətnaməsi ilə tərəflərin birgə nikahdan doğulmuş Qarayev Kənan, X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün ayda-193 (yüz doxsan üç) manat aliment məbləğinin tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Hal-hazirda X7 və X4 12 və 11 yaşları var. Nizami Rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşaqların heç bir tələbatının ödənilməsinə yetmir. Uşaqlar orta məktəbdə təhsil alırlar, ona görə də məsrəfləri yetərincə artmışdır. Bundan başqa ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu dəyişdirilmiş və 2023-cü ildə hər uşaq üçün 220 manat müəyyən edilmişdir. Onu da qeyd edir ki, cavabdeh övladları ilə ümumiyyətlə maraqlanmır. Uşaqların qayğısını və bütün ehtiyacını tamamilə iddiaçı çəkir. Böyüdükcə uşaqda atasına qarşı ehtiyac və təlabat artsa da cavabdeh onlara qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağın təlim və tərbiyəsi ilə məşğul olmaqla yanaşı həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq iddiaçıya çox çətindir. Buna görə də iddiaçı aliment məbləğinin artırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh Fəxrədddin oğlu iddia ərizəsinə etiraz edərək İddiaçı birgə nikahdan dünyaya gəlmiş övladları X4 və X7 onlar yetkinlik yaşına çatanadək saxlanılması üçün qüvvədə olan məhkəmə qətnaməsi ilə hər birinə münasibətdə müəyyən edilmiş 193 (bir yüz doxsan üçün) manat aliment məbləğini formal əsaslarla yetərsiz sayaraq artırılmasını və hər bir uşaq üçün 220 (iki yüz iyirmi) manat həddində müəyyən edilməsi haqqında qətnamənin qəbul edilməsi tələbi ilə məhkəməyə müraciət etdiyi və həmin tələbə dair iş üzrə artıq məhkəmə baxışının da təyin olunduğu faktı ona məlumdur. Lakin məhkəmə baxışının gedişatında cavabdeh tərəf olaraq ona məlum olmuşdur ki, iddiaçının hazırki və bu zamana qədər olan maddi vəziyyətini qeyri-qənaətbəxş qiymətləndirmək absurd olar. Belə ki, “Kommersiya qurumlarının Dövlət Reyesterin”dən əldə edilmiş çıxarışa əsasən iddiaçı məşğul şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Tərəfindən təsis edilmiş və qanuni təmsilçisi olduğu, Bakı şəhəri ünvan 1 ünvanı üzrə qeydiyyatdan keçmiş "xxxx" MMC adlı kommersiya qurumu mövcuddur. Bundan başqa sözügedən şəxs özünü cəmiyyətə “kosmetoloq” kimi təqdim etməklə ev, salon və digər oxşar şəraitlərdə kosmetologiya sahəsində fəaliyyət göstərərək şübhəsiz gəlir əldə edir ki, bu barədə də onun etibarnamə üzrə keçmiş hüquqi nümayəndəsi olmuş, hüquq müdafiəçisi kimi tanıdıqları X6 şahid kimi ifadəsinə istinad etmək və bununla da məhkəmə qaydasında əsl həqiqəti müəyyən etməyin mümkün olduğunu düşünür. Hər iki fakt haqqında ona və nümayəndəsinə məlumatı hazırki işin məhkəmə baxışı gedişatında iddiaçının etibarnamə üzrə nümayəndəsi olmuş şəxs Samir Zeynalov vermişdir. Göstərilənlərin mövcudluğu şəraitində isə iddiaçının mövcud iddia tələbi əsassız olduğundan təmin edilməlidir. Çünki göstərilənlər məhz onu təsdiq edir ki, hazırki iddia tələbini irəli sürən və valideyn qismində bərabər hüquq və vəzifələrə malik olan şəxsin maddi vəziyyətində durğunluq, təminatsızlıq və digər mənfi amilləri özündə ehtiva edə biləcək dəyişiklik baş verməmiş, əksinə həmin vəziyyət əvvəlki illərə münasibətdə, habelə onunla müqayisədə daha da yaxşılaşmışdır. İddiaçı isə sadəcə formal əsasla, yəni 2023-cü il üçün “Yaşayış minimumu haqqında Qanun”da uşaqlarla bağlı edilmiş artım dəyişikliyinə istinad edərək məhkəməyə müraciət etmişdir ki, bu da təbii ki, həmin iddianın qeyd-şərtsiz olaraq təmin edilməsi baxımından yol verilməzdir. İlk növbədə ona görə ki, iddiaçı valideyn kimi onunla eyni hüquq və vəzifələrə malikdir. Hazırki iddia tələbinin istinad olunan formal əsası tərəfin maddi vəziyyəti ilə əlaqədardır. İddiaçı tələbini bu baxımdan əsaslandırarkən qeyd edir ki, cari məhkəmə aktı ilə müəyyən edilmiş 193 AZN aliment məbləği uşaqların məsrəflərini, yaranan ehtiyaclarını ödəməyə kifayət etmir. Lakin bu baxımdan iş materiallarında iddiaçının iddia tələbinin qanuni əsasının müəyyən edəcək sübutlara rast gəlinmir. Çünki tələb qeyd olunduğu kimi formal əsaslı və heç biri sübutla öz təsdiqini tapmayan mülahizələrdən ibarətdir. Eyni zamanda onu da nəzərə almaq ədalətli olar ki, qüvvədə olan aliment məbləğinin tətbiqi uzun müddəti əhatə etmir və bu nöqteyinəzərdən də yanaşılsa, tərəfin maddi vəziyyətində mənfi xarakterizə oluna biləcək dəyişikliyin yaranması inandırıcı görünə bilməz. Əksinə, məhkəmə baxışının gedişatında əldə edilmiş faktiki hallar onu deməyə əsas verir ki, son aliment məbləğinin artırılmasından sonra keçən dövr ərzində iddiaçının maddi vəziyyəti nəinki pisləşmiş, əksinə yaxşılaşmışdır. Beləliklə, yuxarıda göstərilənlər üzrə verilmiş ətraflı şərhə əsasən hesab edir ki, iddiaçı tərəflə onun arasında mövcud mübahisə həll edilərkən mütənasiblik prinsipi rəhbər tutulmaqla ədalətli balans qurulmalı və buna uyğun olaraq yalnız sübuta yetirilmiş hallar üzrə yekun və ədalətli məhkəmə aktı qəbul edilməlidir. Hazırki iddia tələbi üzrə iddiaçının istinad etdiyi hallar sübuta yetirilmədiyindən və daha doğrusu əks arqumentlərlə təkzib edildiyindən iddia tələbi rədd edilməli, etiraz əsaslı sayılmalı və cari məhkəmə aktı ilə müəyyən edilmiş aliment məbləğinin miqdarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən İddiaçı 06 noyabr 2011-ci il təvəllüdlü X7 və 24 oktyabr 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər bir uşağa görə hər ay 220 manat, cəmi 440 manat pul məbləğində alimentin Cavabdeh Fəxrədddin oğlundan tutularaq İddiaçı ödənilməsi barədə iddia tələbi rədd edilməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, heç yerdə işləmir. Birgə nikahdan iki övladları var. Cavabdeh onların saxlanmasında ona kömək etməlidir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh Fəxrədddin oğlunun nümayəndəsi X3 bildirdi ki, iddia tələbini qəbul etmir. Oğlu Cavabdeh Fəxrədddin oğlu antena ustasıdır. Hər ay hər uşaq üçün 220 manat aliment ödəməyə imkanı yoxdur. Məhkəmə tərəflərin izahatlarını, iddia ərizəsini, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZ-İİ seriyalı, 836431 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 06 noyabr 2011-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh Fəxrədddin oğlu, anası İddiaçıdır. - AZ-İİ seriyalı, 975050 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 24 oktyabr 2012-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh Fəxrədddin oğlu, anası İddiaçıdır. - İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 22 fevral 2023-cü il tarixli, MŞB/3/2023-00161 saylı arayışdan görünür ki, Cavabdeh Fəxrədddin oğlu 22 fevral 2023cü il tarixdə keçirilən ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. - Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli, 2(007)- 2886/2022 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulmalı olan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)-1907/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi, Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 193 (yüz doxsan üç) manat olmaqla, cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində aliment tutulub, İddiaçı ödənilməsi qət olunmuşdur. İddia tələbi qalan hissədə təmin edilməmişdir. - “Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında” çıxarışdan görünür ki, İddiaçı “AF Sağlamlıq Mərkəzi MMC-nin qanuni təmsilçisidir. "xxxx" MMC 22 iyun 2022-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. - “Elektron məhkəmə” informasiya sistemindən çıxarılmış çıxarışdan görünür ki, Cavabdeh Fəxrədddin oğlu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində “yardımçı fəhlə”vəzifəsində işləyir. Aylıq əmək haqqısı 300 manatdır. - “Elektron məhkəmə” informasiya sistemindən çıxarılmış çıxarışdan görünür ki, İddiaçı barəsində “vergi məlumatları barəsində” sorğu edilmiş və heç bir nəticə tapılmamışdır. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar, birgə nikahlarından 06 noyabr 2011-ci il təvəllüdlü X10 və 24 oktyabr 2012-ci il təvəllüdlü X8 doğulmuşlar. Tərəflərin münasibətlərinin pozulması nəticəsində onlar ayrılmışlar, tərəflər arasında olan nikah pozulmuş, bu zaman X10 və X8 anaları İddiaçı yanında qalmışlar. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli, 2(007)-2886/2022 saylı qətnaməsi ilə uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh Fəxrədddin oğlundan iddiaçının xeyrinə hər ay 193 manat, cəmi 386 sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Hazırda ana uşaqların saxlanılmasında çətinlik çəkdiyi üçün tutulan alimentin miqdarının dəyişdirilərək artırılmasını xahiş edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsinə əsasən valideynlərin uşağın təbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.2-ci maddəsinə əsasən valideynlərindən məhkəmə tərəfindən tutulan aliment miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. 2023-cü il yanvar ayının 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2023cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən belə hesab edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşaqların əvvəlki təminatının səviyyəsinə də qiymət verilməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin Qərarın 8.12-ci maddəsinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin yuxarıda göstərilən müddəalarını, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun anoloji işlərlə bağlı qərarı ilə formalaşdırdığı hüquqi mövqeyini, uşaqların mənafeyini, işin faktiki hallarını nəzərə alaraq, belə qənaətə gəlir ki, tərəflərin birgə nikahından doğulmuş uşaqların saxlanılmaları üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarı dəyişdirilərək artırılmalı, tələb olunan məbləğ yaşayış minimumu məbləğinə uyğun olduğundan, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yuxarıda istinad edilən 28 mart 2016-cı il tarixli Qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə məhkəmə hesab edir ki, miqdarı artırılmış aliment hazırki qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun: 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Hazırki halda, alimentin tutulması ilə bağlı ödənilməli olan dövlət rüsumu iddiaçı tərəfindən ödənilmiş 50 manat məbləğində mediasiya xərcindən az olduğundan, məhkəməyə iddia ərizəsi ilə müraciət edərkən iddiaçı dövlət rüsumu ödəməkdən azad olunmuşdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 06 noyabr 2011-ci il təvəllüdlü X7 və 24 oktyabr 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün tutulmalı olan, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli, e-2(007)- 2886/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli, Cavabdeh Fəxrədddin oğlundan qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, 06 noyabr 2011-ci il təvəllüdlü X7 və 24 oktyabr 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 220 (iki yüz iyirmi) manat, cəmi 440 manat sabit pul məbləğində aliment tutulub, İddiaçı ödənilməlidir. Məhkəmə xərcləri Cavabdeh Fəxrədddin oğluna aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 06 noyabr 2011-ci il təvəllüdlü X7 və 24 oktyabr 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün tutulmalı olan, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli, e-2(007)-2886/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Cavabdeh Fəxrədddin oğlundan qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, 06 noyabr 2011-ci il təvəllüdlü X7 və 24 oktyabr 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 220 (iki yüz iyirmi) manat, cəmi 440 manat sabit pul məbləğində aliment tutulub, İddiaçı ödənilsin. Məhkəmə xərcləri Cavabdeh Fəxrədddin oğluna aid edilsin, iddiaçının ödəməkdən azad edildiyi 30 (otuz) manat məbləğində dövlət rüsumu ondan alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №2(007)-1163/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1163/2023
19.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver