Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1166/2024 02.07.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Ləman Faiq qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı olan “borcun ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: İddia tələbi və onun əsaslandırıldığı hallar: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 151,63 manat məbləğində əsas overdraft borcunun, 0,18 manat hesablanmış cərimə borcunun, cəmi 151,81 manat borcun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" ASC ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixli ödəniş kartına xidmət göstərilməsi haqqında müqavilə bağlanmışdır. Kartın istifadəsi zamanı xx.xx.2022-ci il tarixində cavabdehin terminal vasitəsilə 518,40 manat mədaxil edilərkən eyni gündə həmin məbləğin onun balansına 2ci dəfə oturması ilə cavabdeh artıq oturan vəsaitdən istifadə etdiyi üçün overdraftın yaranmasına səbəb olmuşdur. Tərəflər arasında bağlanmış müqavilənin 1.1-ci maddəsinə əsasən "Bu Müqaviləyə görə Bank Müştəriyə cari hesab (bundan sonra Hesab adlanacaq) açmağı və Hesab üzrə plastik kart(lar) (bundan sonra Kart adlanacaq) vasitəsilə hesablaşma-kassa əməliyyatlarının aparılması üçün bank xidmətlərinin göstərilməsi, Müştəri isə bu Müqavilənin ayrılmaz hissəsi olan Bankın müəyyən etdiyi Tarif üzrə ona göstərilən Bank xidmətlərinə görə müvafiq haqq ödəməyi öhdəsinə götürür”. Tərəflər arasında bağlanmış cari hesablar üzrə xidmət müqaviləsinin 3.4.2-ci maddəsinə əsasən Müştəri tərəfindən Kart vasitəsilə bir qayda olaraq Hesabda olan pul vəsaitinin məbləği həddində əməliyyat aparmaq və Hesab üzrə texniki overdrafta yol verməmək. X1 razılaşdırılmadan kartın balansında olan pul vəsaitindən artıq əməliyyat aparılması nəticəsində müştərinin Bank qarşısında yaranmış borcudur və Müştəri tərəfindən məcburi qaydada ödənilməlidir. Həmin overdraft məbləğindən qismən ödəniş edilsə də, sonradan borclu ona məxsus hesab üzrə yol verdiyi texniki overdraft məbləğini müqavilə üzrə öhdəliklərini yerinə yetirməməklə bu günədək geri qaytarmamışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. İş materiallarına əlavə edilmiş telefonoqramdan görünür ki, Cavabdeh (051)-217-18- 01 mobil telefon nömrəsi ilə əlaqə saxlanılmış və cavabdeh iddia tələbi üzrə 70 manat borcu olduğunu, tərəfindən yeni ödəniş edildiyini, borc məbləğini bağlayacağını, ödənişlər edəcəyini və banka bu barədə məlumat verəcəyini bildirmişdir. Tərəflərin izahatları: Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi və cavabdeh məhkəmə iclasına gəlməmiş, iddiaçı məhkəməyə ərizə ünvanlayaraq iddia ərizəsinə onların iştirakları olmadan baxaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin mübahisəsiz halları: Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, ******* nömrəli “Cari hesablar üzrə xidmət” və xx.xx.2021-ci il tarixli “Ödəniş kartları üzrə xidətin göstərilməsi haqqında” müqavilələrinə əsasən "xxxx" ASC cavabdehə cari hesab açmağı və hesab üzrə bank xidmətlərinin göstərilməsini, cavabdeh isə bu müqavilənin ayrılmaz hissəsi olan Bankın müəyyən etdiyi Tarif üzrə ona göstərilən Bank xidmətlərinə görə müvafiq haqq ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2021-ci il tarixli müqavilənin 2.2.5-ci maddəsinə əsasən müştərinin bank hesabına və ya balansına səhvən daxil olmuş pul vəsaitləri Müştəri tərəfindən geri qaytarılmadıqda və ya bu vəsaitlərin Bank tərəfindən akseptsiz silinməsi üçün onun bank hesablarında kifayət qədər pul vəsaitləri olmadıqda Müştərinin bank qarşısında kredit öhdəliyi yaranır və kredit xətti açıla bilər (kredit xətti olan müştərilərə). Aktiv kredit xətti olmayan müştərilərin hesablarında bu hal overdraft kimi tanınır. Həmçinin 2.3.4-cü maddəsindən görünür ki, müştərinin bank tərəfindən hesaba səhvən köçürülmüş məbləğdən istifadə etməmək və bankı dərhal məlumatlandırmaq, hesaba səhv daxil edilmiş pul vəsaitlərini ən geci növbəti əməliyyat günündən gec olmayaraq geri qaytarmaq kimi vəzifələri vardır. X1 razılaşdırılmadan kartın balansında olan pul vəsaitindən artıq əməliyyat aparılması nəticəsində müştərinin Bank qarşısında yaranmış borcudur və Müştəri tərəfindən məcburi qaydada ödənilməlidir. İddiaçı "xxxx" ASC tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli, UB-NRM/ƏB/1728 nömrəli məktubdan və hesabdan çıxarışdan görünür ki, Cavabdeh balansına xx.xx.2022-ci il tarixində 518,40 manat mədaxil etdikdən sonra cavabdeh tərəfindən 499 manat ödəniş edilmiş, cavabdehin ödədiyi ödəniş nəticəsində balansında 19,40 manat balans qaldığı halda texniki səbəbdən balansına ikinci dəfə oturan 499 manat puldan istifadə etmişdir. "xxxx" ASC-nin sonuncu, xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən borclunun banka 46,43 manat əsas, 0 manat cərimə və faiz borcu olmaqla, ümumilikdə 46,43 manat borcu olması müəyyən edilmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci, 425.1-ci, 462.1-ci, 467-ci, 1091-ci və 1092.1-ci maddələrinə əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, mülki qanunvericiliyə əsasən bank hesabı müqaviləsinə müvafiq surətdə, pul vəsaitinin olmadığına baxmayaraq, bankın ödənişləri həyata keçirdiyi hallarda (hesabın kreditləşdirilməsi) bank bu cür ödənişi həyata keçirdiyi gündən müştəriyə müvafiq məbləğdə kredit vermiş sayılır. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdə “Cari hesablar üzrə xidmət” müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı "xxxx" ASC Cavabdeh hesab açmağı və hesab üzrə plastik kart vasitəsilə hesablaşma-kassa əməliyyatlarının aparılması üçün bank xidmətlərinin göstərilməsini, Cavabdeh isə bu müqavilənin ayrılmaz hissəsi olan Bankın müəyyən etdiyi Tarif üzrə ona göstərilən Bank xidmətlərinə görə müvafiq haqq ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh kart hesabından onda olan pul vəsaiti həcmində istifadə etməli olduğu halda həmin vəsait çərçivəsindən kənar istifadə etmişdir və nəticədə texniki overdraft yaranmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilədə nəzərdə tutulmuşdur ki, müştərinin bank hesabına və ya balansına səhvən daxil olmuş pul vəsaitləri Müştəri tərəfindən geri qaytarılmadıqda və ya bu vəsaitlərin Bank tərəfindən akseptsiz silinməsi üçün onun bank hesablarında kifayət qədər pul vəsaitləri olmadıqda Müştərinin bank qarşısında kredit öhdəliyi yaranır və kredit xətti açıla bilər (kredit xətti olan müştərilərə). Aktiv kredit xətti olmayan müştərilərin hesablarında bu hal overdraft kimi tanınır. Müştərinin bank tərəfindən hesaba səhvən köçürülmüş məbləğdən istifadə etməmək və bankı dərhal məlumatlandırmaq, hesaba səhv daxil edilmiş pul vəsaitlərini ən geci növbəti əməliyyat günündən gec olmayaraq geri qaytarmaq kimi vəzifələri vardır. Məhkəmə qeyd edir ki, cavabdeh banka ödəməkdən yayınmaqla, kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Hazırda Cavabdeh bankın tələbi ilə müvafiq vəsaiti və texniki overdraft üzrə bankın tarifi ilə hesablanmış borc məbləği üzrə müvafiq ödənişlər etmiş və nəticədə onun banka 46,43 manat borcu yaranmışdır. Beləliklə, məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışını nəzərə alaraq, toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh "xxxx" ASC-nin xeyrinə 46,43 (qırx altı manat, qırx üç qəpik) manat pul tutulmaldır. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən və iddiaçı ödənilmiş dövlət rüsumun tələb etdiyindən iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-nin xeyrinə 46,43 (qırx altı manat qırx üç qəpik) manat pul və dövlət rüsumuna görə ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-1166/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1166/2024
02.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver