Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1182/2025 16.05.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı "əqdin etibarsız hesab edilməsi" tələbi barədə qarşılıqlı iddia ərizələrinə dair mülki iş üzrə Açar sözlər: (pul tələbi, əqdin etibarsız hesab edilməsi) X14 Tağı oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Leyla Mirfazil qızının katibliyi, İlkin iddia üzrə iddiaçı,qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh iştirakları ilə, İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı “pul” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı "əqdin etibarsız hesab edilməsi" tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İlkin iddia tələbi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 20.000 (iyirmi min ) manat və ödənilmiş 155 (bir yüz əlli beş manat) manat pulun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia tələbinin əsaslandırıldığı hallar: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh 2019-cu il tarixdən tanıyır. Cavabdeh oglu ilə birlikdə ev təmiri ilə məşğul olmuşlar. O,zamandan onunla münasibəti yaranmış və həmin münasibət sonradan dostluğa çevrilmişdir. Belə ki, Bakı şəhərində evlərdə usta işləyərək Bakı şəhərində ev almaq ücün 20000 (iyirmi min) manat pul yığmışdır. Cavabdeh ona zəng edərək Nərimanov rayonu ərazisinə gəlməsini xahiş etmişdir. O da Nərimanov rayonuna gələrək Cavabdehlə görüşmüşdür. Cavabdeh görüş zamanı ondan on beş günlük 20000 (iyirmi min) manat borc pul istəmişdir. Başqa şəxsə pul borclu olduğunu həmin pulu bu gün ödəməli olduğunu evini və avtomobilini satılığa qoyduğunu bildirmişdir. O da cavabdehlə razılaşaraq ona xx.xx.2024-ci il tarixdə 20.000 (iyirmi min) manat pul vermişdir. Həmin razılaşmanı cavabdeh öz xətti ilə vərəqə yazaraq ondan 20000 manat pul almasını qeyd etmişdir. Bununla bağlı onun telefonunun Whatsappında da səs yazıları var. On beş gün keçdikdən sonra Cavabdeh pulunu istəmişdir. Cavabdeh hər dəfə bir bahanə gətirərək pulu verməkdən imtina etmişdir. Bununla bağlı, Bakı şəhəri, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə şikayət etmişdir. 18-ci Polis Şöbəsində şikayəti araşdırılmış və öz təsdiqini tapmışdır. Nərimanov RPİ-nin 18-ci PŞ-i araşdırmanın nəticəsində ona təqdim edilmiş məktubda bildirilmişdir ki, xüsusatlar məhkəmə xarakteri olduğundan mülki qaydada məhkəməyə müraciət etməyi tövsiyə olunur. Ona görə də cavabdehdən 20.000 manat pulu məhkəmə qaydasında tutulmasını tələb edir. Qarşılıqlı iddia tələbi: İddiaçı Cavabdeh İddiaçı qarşı “əqdin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia üzrə iddiaçı, qarışılıqlı iddia üzrə cavabdeh İddiaçı Cavabdeh qarşı "Pul tələbinə dair" ilkin iddiasının rədd olunması, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı "əqdin etibarsız hesab edilməsi tələbinə dair" qarşılıqlı iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbinin əsaslandırıldığı hallar: Qarşılıqlı iddia üzrə iddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2(007)-1182/2025 saylı mülki iş üzrə İddiaçı mənə qarşı "pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ondan 20.000 manat və ödənilmiş 155 manat pulun alınaraq ona verilməsi barəsində qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bu qarşılıqlı iddia tələbi ilə bağlı hesab edir ki, qarşılıqlı və ilkin iddia arasında qarşılıqlı əlaqə olduğundan və hazırki vəziyyətdə iddiaçı ondan qanunsuz şəkildə yalançı, uydurma əqd vasitəsi ilə pul tələb etdiyindən aralarında bağlanmış əqdin etibarsız hesab edilməsi barəsindən qarşılıqlı iddia təmin, ilk iddia isə rədd olunmalıdır. İşin mahiyyəti üzrə məhkəmənin nəzərinə çatdırır ki, o, Cavabdeh podrat müqaviləsi əsasında ünvan 1 ünvanında “İNTEX" MMC (Triumf 2022 MMC) tərəfindən inşa edilən cox mərtəbəli binada inşaat işləri həyata keçirmişdir. Həmin işlər görülən zaman İddiaçı onun yanında köməkçi olaraq ustalara nəzarət işini həyata keçirmiş, bunun müqabilində qazancının müəyyən hissəsini onunla bölüşmüşdür. Podrat müqaviləsi üzrə işlər başa çatdığından MMC ilə onun arasında pul mübahisəsi yaranmış hesablamama görə MMC tərəfindən ona 70.000 manat məbləğində pul vəsaiti ödənilməli idi. MMC isə öz növbəsində ona qarşı işlərin yarımçıq qalması iddiası irəli sürmüşdür. Aralarındakı mübahisə məhkəmə qaydasına qədər gedib çıxmış, bu üzdən tərəfindən İNTEX MMC-yə qarşı 70.000 manat pul tələbi üzrə Bakı Kommersiya Məhkəməsinə müraciət olunmuşdur. Bütün işlərin gedişatında İddiaçı onun yanında olmuş və hər bir hadisənin canlı şahidi olmuşdur. Məhkəmə gedişatı daxilində MMC-nin hüquq işləri üzrə nümayəndəsi ilə qarşılıqlı danışıqlar zamanı müəyyən barışıq qaydaları aralarında baş tutduğundan söhbətlərə başlamışlar, barışıq danışığı zamanı ondan iddia tələbi üzrə güzəşt tələb olunmuş, tərəfindən MMC-dən 70.000 yox 40.000 manat tələb olunmuşdur. MMC isə danışıqlarda 20.000 ödəmək imkanına malik olduğunu bildirməklə xeyli müddət bu söhbətlər üzrə görüşləri keçirmişlər. Həmin görüşlərdə İddiaçı yənədə şəxsən onunla birlikdə MMC-nin ofisindən iştirak etmişdir. Görüşlərdə baş verən uzun sürən söhbətlərdən İddiaçı özünü bir növ sığortalamaq məqsədi ilə mənə qarşı gizlin taktiki gediş həyata keçirərək qeyd olunan qəbzi yazdırmışdır. MMC ilə görüşdən ayrılandan sonra İddiaçı ona bildirmişdir ki, "inanmıram ki MMC sənə pul versin,onlar məsələni uzadaraq sənə pul vermək fikrndə deyildir, mən isə arxayın olmaq üçün gərək səndən qəbz alım" ifadəsindən sonra o, ona narahat olmasın deyə qeyd olunan qəbzi yazaraq vermişdir. Bundan sonra MMC ilə xeyli görüşlərdən sonra nəticə etibarı ilə MMC ilə aralarında 20.000 manat razılaşması baş tutmuş, həmin məbləğ İNTEX MMC tərəfindən kassadan ona iki dəfəyə ödənilmiş, 1-ci ödənişdən məbləğin 10.000 manatı İddiaçı tərəfindən verilmişdir. İddiaçı ona yazdırdığı qəbz əsl həqiqətdə onların arasında borc öhdəliyi üçün yazılmamış, həmin qəbz ilə o özünü rahat hiss etmək istəyirmiş kimi davranmışdır. Onların arasında konkret borc öhdəliyi mövcud deyildir. Onun tərəfindən iddia ərizəsinə əlavə olunmuş əqd uydurmadır, yalançı əqddir. Şərt daxilində yazılan əqddir odur ki, həmin əqd etibarsızdır. İddiaçı ona qarşı məhkəmədə daha iki pul tələbi ilə bağlı iddiası vardır ki, həmin iddia tələbləri üzrə o özünü usta kimi qələmə vermiş, amma əsl həqiqətdə onun hər hansı bir işdə usta kimi fəaliyyət göstərməsi müəyyən olunmamış, həmin işlər üzrə tərəfindən məhkəməyə təqdim edilmiş foto şəkillərdən müəyyən olunur ki, o, onun icraatında olan bütün tikinti və təmir işlərində usta kimi fəaliyyət göstərməmiş, onun yanında ustalara nəzarət funksiyasını yerinə yetirmiş və bunun müqabilində müəyyən gəlirlə onu o təmin etmişdir. Yazılmış əqd uydurmadır, etibarsızdır, vacib əhəmiyyətə malik deyildir, yanılmasının təsiri altında yazılmış əqddir, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Mübahisənin hərtərəfli, tanı və düzgün araşdırılması üçün, işin faktiki hallarının əsasını təşkil edən faktlardan biri budur ki, onun İNTEX MMC ilə bağladığı podrat müqaviləsinin smeta dəyəri təxminən 450.000 manat məbləğini təşkil etmişdir ki, həmin müqavilə çərçivəsi daxilində xərclər çıxılmaqla kifayət qədər gəliri mövcud olmuş, həmin gəlirdən X4 gəlir vermişdir, İddiaçıŞ oğlu həmin qazancla özünə maddi şərait qurmuş, özünün maddi təminatını təmin etmişdir, (avtomobil almış, torpaq sahəsi almış və sair gəlirlər.). Belə olan halda o nəyə görə X3 borca pul almalı idi və yaxud o borca pul verməli idi? Hansı ki, ona pulu hər zaman onunla birlikdə olduğu müddətdə o vermişdir. İşdən və tərəflər arasındakı münasibətlərdən acıq və mübahisəsiz qaydada görünür ki, tərəfindən yazılmış əqd əhəmiyyətsiz, uydurma və etibarsız əqddir. Onun tərəfindən qeyd olunan həmin əqd tərtib olunub imzalandığı zaman İddiaçı ona borc pul verməmiş o, ondan borca pul almamışdır. Tərtib olunmuş həmin ədq əslində başqa əqdi (niyyəti) pərdələmək üçün tərtib olunmuşdur. İşin bütün faktiki hallarından məlum olur ki, İddiaçı iddia tələbi əsassız və qanunsuz olduğundan həmin iddia tələbinin təmin olunması üçün nə hüquqi əsas nə də ki, hər hansı bir işgüzar adət və ənənə mövcud deyildir. Odur ki, ilkin iddia tələbi rədd, qarşılıqlı iddia tələbi isə təmin olunmaqla bu barədə qanuni məhkəmə qətnaməsi qəbul olunmaldır. İş materialları: xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. xx.xx.2021-ci il tarixli, 015 saylı podrat müqaviləsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında işlərin görülməsi ilə bağlı müqavilə bağlanmışdır. Fotoşəkillərin surəti iş materiallarına əlavə edilmişdir. xx.xx.2024-cü il tarixli yazılı qəbzin əslindən görünür ki, Cavabdeh öz imzası ilə təsdiq etdiyi qəbzdə “Mən Cavabdeh İddiaçı maşınımı satmaq müqabilində 20000 manat pula aldım. ** AX *** prado markalı avtomobilimi 15 gün ərzində satacağam. Razılaşdıq. Özüm yazıram, öz imzamla təsdiq edirəm. Əks halda maşınımı verəcəm, söz verirəm” ifadələrini qeyd etmişdir. İşdə iştirak edən şəxslər: Məhkəmə iclasında ilkin iddia üzrə İddiaçı ilkin iddia tələbini müdafiə edib izahatında göstərdi ki, onlar Anarla bir yerdə işləmişlər. İş materiallarında olan əlyazma ikisinin razılığı ilə olmuşdur. Bu işin həqiqəti şirkətə dayanır. 20000 manatın pul olaraq verilməsini yazmalarına baxmayaraq, onların razılaşması belə olmuşdur. Onlar birlikdə şirkətdə işləyirlər, şirkətdə bəzi hadisələr baş vermişdir. O onların ikisinə aid olan pulu şirkətdən alır. Kommersiya Məhkəməsində onların 70000 manat pul tələbi ilə bağlı iş olmuşdur. Onlar ikisinin arasında 40000 manata razılaşmışlar. Ortaq olduqları üçün onun payına 20000 manat düşmüşdür. O, şirkətdən pulu ala biləcəyinə zəmanət verməsini soruşanda, ona kənarda durmasını, nə alsa 20000 manat pul verəcəyini demişdir. O da, ona inanmadığı üçün yazılı birşey istəmişdir. Necə başqa şeyləri dandığı, yalan danışdığı kimi bunu da edə bilərdi. Səs yazısı da atmağını istəmişdir. Onlar bir şirkətdə işlədiklərinə görə şirkətdən alacaqları olmuşdur. Onlar ortaq olmuşlar. Rəsmi sənədlərdə onun adı getdiyi üçün şirkət onu tanımadığını demişdir. Şirkətə pullarını istəməyə getmişlər. Hesab kitab ortadadır, kim borcludur. Anar getmişdir və onsuz orada razılaşmışdır. Nə qədər pul qarşılığında razılaşmağı belə yazılmamışdır. Ona 20000 manata razılaşdığını demişdir. O da buna etiraz etmişdir. Pulu ortaya o, qoymuşdur. Onlar ortaqdırsa, biryerdə həll etməlidirlər. Şirkətdən öyrənə bilməmişdir, amma dediyinə görə 20000 manata razılaşmışdır. 70 000 manat qarşılığında 20 000 manata razılaşmışdır. Elə həmin gün iltizam yazmışdır. Şirkətin qabağına gedib görmüşdür, Anarın maşını ordadır. 20 000 manata razılaşmağına inanmır. Onlar ikisinin öz aralarında 40000 manata razılaşmış qurtaraq demişlər. Çünki şirkətin hansısa işlərin yarımçıq qalması iddiaları olmuşdur. Ona görə 70000 manatlıq iddia qaldırsa da, 40 000 manata razılaşmaq istəmişlər. Yəni öz aralarında ortaq məxrəcə gəlmişlər. O 20000 manata razılaşdığı gün qəbzə qol çəkmişdir. Onun qarajı olmuşdur, onu maşınla dəyişmişdir. Maşını 8000 manata Anara vermişdir, üzərində 2000 manat da pul vermişdir. Bu maşın o maşındır. Ondan 10000 manat pul almışdır ki, 90 ha taxıl əkmişdir. Onun yarısı onundur. Demişdir ki, 10000 manat boşda qalmasın deyə taxıl əkmişdir. Mövsüm gəlib-getmişdir, bəs taxıl hanı? Maşını almış, 2000 manat da pul vermişdir. Atası üçün pul lazım idi, pulu yox idi. Demişdir ki, onun malına göz dikmişdir, o, onu tanıyanda onun malı mülkü var idi? Onun mal-mülkünün olma səbəbi, 479 000 manat olduğu halda ona 251 000 manatlıq sənəd verməsidir. Şirkətin rəhbərliyi ilə danışmışlar, demişdir ki, niyə pulu vermirlər? Rəhbərlik demişdir ki, nə 251 000 manat, 479 000 manat pul vermişlər. Onların razılaşma səbəbi yarımçıq işləri olması olmuşdur, buna görə onlar aralarında 40 000 manata razılaşmışlar. Demişlər ki, o, qıraqda dursun, 20 000 manatı o verəcəkdir. Həmin puldan ona verməmişdir. Verdiyi 10 000 manatı maşınını taxıl əkmək adıyla aldığı pula sayır. Taxıl adıyla aldığı pulu geri qaytarmışdır. Bu əqd üzrə pul verməmişdir. Heydər Əliyevin 100 illiyi günü o, ona pul verəndə, onun atasının işinə görə 10 000 manata ehtiyacı olmuşdur. Maşın və 2 000 manat verməyi bu hadisələrdən qabaq olmuşdur. O 10 000 manat qarşılığında 90 ha taxıl əkəcək, onun oradan 10000-15 000 manat xeyri olacaqdı. Bunun işi görüləcək, onun isə pulu dəyərlənəcəkdi. Onlar kabinetdə hüquqşünasla danışmışlar. Ona demişlər ki, ən azı 50 000 manat tələb edirlər. O da edə bilməyəcəyini demişdir. Onlar Anarla öz aralarında 40 000 manata razılaşmışlar. Onların təklifi isə 20 000 manat olmuşdur. O, etiraz etmişdir, razılaşmamışdır. Anarın da həmin vaxt problemləri, borcları olmuşdur. Ona demişdir ki, onun mülkünə göz dikmişdir, onun mal-mülkü olmamışdır. Oğurladığı puldan özünə malmülk etmişdir. Birincisi 1 il keçməmişdir. O, cavabdehə zəng edib, “Anar hardasan? bəs mənim bu məsələlərimi həll etmək lazımdır” demişdir. Cavabdeh, evi satmadan öncə müştəri gələnə qədər ona pul verməli olmuşdur. Gəlmişdir ki, pulu banka qoysa, 7000- 8000 manat ziyan edir. Onun gözləməyinə görə 7000-8000 manat ziyan etməsin deyə 10 günü ona keçmişdir. Banka verəcəyinə, o pulu ona verərdi. O dəfələrlə demişdir ki, gəl danışıb söhbəti həll edək. Atasını, qardaşını da çağırmışdır, amma gələn olmamışdır. O, şirkətdən nə aldığına şahid deyil. Ona demişdir ki, şirkətdən 1 manat da alsa, 50 000 manat da alsa, ona 20 000 manat pul verəcəkdir. 10 000 manat pul cavabdeh ona vermişdir, amma o taxıl üçün olan puldur. Səs yazılarının 4-cü dəqiqəsində də var ki, taxıl əkmək üçün pul vermişdir. O, 40 000 manatın yarısı olan 20 000 manatı tələb edir. Qaytardığı 10 000 manat pulu taxıla görə olan puldur. Göstərilənlərə əsasən ilkin iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia tələbini qəbul etməyərək, qarşılıqlı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, Bakı Kommersiya Məhkəməsinin bütün proseslərində, şirkətin əməkdaşları ilə İlhamla birgə görüşləri olmuşdur. Biz 70 000 manat məbləğində iddia qaldırmışlar, onların da qarşılıqlı tələbləri olmuşdur. Onlar da şirkətə 10 000 346 000 ziyan vurduqlarını demişlər. Bəli, onlar ziyan vurmuşlar. Anbardan divar kağızı götürüb vurmuşlar, amma götürülən divar kağızı ilə kvadratmetr uyğun olmayanda ayaqlarında qalmışdır. Onların orada tamamlanmayan işləri də olmuşdur. Qarşı tərəfin hüquqşünası ilə tanışlıq yaranmışdır və danışışlar ki, sülh ilə həll edəcəklər. Onlar da bilmişlər ki, onların da səhvləri olmuşdur. Buna görə ikisi aralarında 40 000 manata razılaşmışlar, hüquqşünasla danışığa getmişlər. Hüquqşünasın özünün fərdi kabinetində son dəfə danışmışlar və cavab olaraq demişlər ki, şirkətin investorundan (İran vətəndaşından) 20 000 manat istəyə bilər. O, izah etmişlər ki, bəli onların 23 000 manat alacaqları var. Gedib işi tamamlasalardı, 70 000 manat olacaqdı. İlham bəy özü bu söhbətdə olmuşdur. Ona demişlər ki, müqavilə onunladır, tək gəlsin, İlham bəy gəlməsin. İlham bəyin orada səs-küy etməyini xoşlamamışlar. O da tək getmişdir. İlham bəyin 20 000 manatdan məlumatı olmuşdur. İlham bəy oraya gəlmişdir, demişdir 20 000 manata razılaşmışdır. Həmin pulu bölüb, 10 000 manatını ona vermişdir. Həmin gün hər şey bitmişdir. Demişdir ki, dostluqları da, iş dostluqıarı da, hərşey bitmişdir. Mənzillərə gələndə isə onların orada heç bir hüququ olmamışdır, o, pul istəməmişdir. Çünki müqavilələri yoxdur, subyektiv hüquqları yoxdur. Amma demişdir ki, etibarnamə verir, getsin hara istəyirsə, şikayət versin. İlham bəy də səfirliyə, həryerə şikayət vermişdir. Şirkətdə qəbzi yazdırıb demişlər ki, 10 gün sonra gəlib pulu götürsün. Onun ev borcu olmuşdur. İlham bəyə demişdir ki, pulu o, götürüb borcu bağlasın. 20 000 manatı götürmüşdür, borcu bağlamışdır. Onun İlham bəyə 20 000 manat olan borcu ümumiyyətlə başqa olmuşdur. Onların arasında maşınla bağlı başqa borc olmuşdur, evini satıb vermişdir. İlham bəy demişdir ki, qəbzə qol çəkmişdir amma pulu verməyəcəklər. Demişdir ki, onlar verməsə, o iddiaçının pulunu verəcəkdir. Onsuz getdiyinə görə qəzəblənmişdir, demişdir ki, 10 000 manat yox 20 000 manat alacaq. O da evini satıb 10 000 manatı həmin gündən 15-20 gün sonra vermişdir. Pulu verəndən sonra qəbzi almağı düşünməmişdir. Mənzillərin pulunu almaqda yanında olmadığı üçün bu iddiaları qaldırmışdır. O şüphələnmişdir ki, guya şirkətdən artıq almışdır. Özünün Prado markalı maşını lizinqdədir. Bütün iddialarından sonra bu qənaətə gəlir ki, əvvəl gündən iddiaçının gözü onun mal-mülkündə olmuşdur. Biz 40 000 manata razılaşdığı üçün əqdə 20 000 manat yazılıb. Sonradan onlara 20 000 manat verilməsi söhbəti çıxmışdır. İlham bəy də əqdi əlində ehtiyat üçün saxlamışdır. O gedib bölmədə bunların böhtan xarakterli iddia olduğu barədə izahat verdikdən sonra gəlib məhkəmədə iddia qaldırmışdır. Sülh yarandığı üçün əqdi geri istəməmişdir. O, bilsə, onu alıb cırardı. Bəli, qəbzə o, imza atmışdır. O, taxıl əkmişdir, məhsul götürmüşdür. Həmin məhsulla özünə maşın almışdır. Bu adam gəldi demişdir ki, statistika tərəfdə qaraj almışdır. Zaman gəlmişdir bu qarajı satmağa, alan adamın əlində pul az olmuşdur. Demişdir ki, həmin adamın maşını olmuşdur. O da qardaşına maşın axtarmışdır. Demişdir ki, 20 000 manata qarajı satmışdır. Adamın əlində 10 000 manat pul olmuşdur, 2 000 manat ona borclu qalmışdır. İmkan varsa maşını o alın, sonra yavaş-yavaş ona ödəyər. Maşını o götürmüşdür. O da qarajı həmin adama satmışdır. Maşının pulun da qaytarmışdır. Evini satıb maşına aid olan pulu qaytarmışdır. O, iki ev satmışdır. Yasamaldakı evi satıb maşının borcun bağlamışdır. Şərur MTK-dan ipotekaya götürdüyü evi satıb şirkətdən olan 10 000 manatı vermişdir. Üzərindən 2 il keçmişdir. Maşınla bağlı alğı-satqı 2022-ci ildə olmuşdur. O, İran vətəndaşlarından mənzillərlə bağlı pul alıb qaytarsa idi, hazırda bu iddialar ilə məhkəməyə müraciət etməyəcəkdi. Ona demişdir ki, şirkətdən pul aldın, almadın fərqi yoxdur, ondan 20 000 manat pul alacaq. Bütün dedikləri şər, yalan, böhtandır. Əvvəldən ssenari yazmışdır. Ona qarşı iddia qaldırmaq üçün səsini yazmışdır. O bütün danışıqlarda olub, 20 000 manata razılaşmışdır. Tamamlanmayan işləri nəzərə alıb 20 000 manata razılaşmışlar. İddianı 70 000 manat olaraq qaldırmışlar, ekspertizada azalacağını bildiyi üçün çox yazmışlar. O həmin 20 000 manatın yarısını ona vermişdir, səhv edib əlyazmanı ondan almamışdır. Odur ki, qarşılıqlı iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdehin tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, o, əvvəlcə Anarı tanımışdır, sonra İlhamla da tanış olmuşlar. O, tərəflərin müdafiəçisi olmamışdır, amma bütün hüquqi xidmətləri o, göstərmişdir, sənədlərini o yazmışdır. Anar gəlib müraciət etmişdir, onunla 2-3 dəfə görüşəndən sonra İlhamla da təması olmuşdur. Ondan sonra biryerdə görüşmüşlər, çay içmişlər, yemək yemişlər. Hüquqi məsləhətləri olmuşdur. Kommersiya Məhkəməsində 70 000 manat tələbi ilə bağlı iddialarını o yazmışdır. Mediasiyaya da o müraciət etmişdir. İkisinin də sözü o olmuşdur ki, biryerdə İnteks şirkəti ilə işləmişlər. İddia tələbi 70 000 manat olmuşdur. Onlar gedib məhkəmənin baxış iclasında iştirak etmişlər. Anar yox, İlham neçə dəfə demişdir ki, “gəl zalda yanımızda otur”. Demişdir ki, onun məhkəmədə iştirak hüququ yoxdur, gəlib məhkəmədə oturmaqla nəsə dəyişməyəcək. Demişdir ki, gəl otur, ən azından istiqamət verər, o həyəcanlanır, qarışdırır. İnteks MMC-nin də vəkili Mətləb bəy idi, hüquqşünas kimi onunla münasibəti olmuşdur. Mətləb müəllim demişdir ki, mediasiya arayışı yoxdur, təxir edilsin, məhkəmə də işi baxılmamış saxlamışdır. İlham hələ onun üstünə əsəbləşmişdir. Demişdir ki, onun orada reaksiya vermək səlahiyyəti yoxdur. Mətləb müəllimə demişdir ki, bu yoldaşlarla danışığa getsinlər. Ortada dost münasibəti olduğu üçün hüquqi yardımla bağlı müqavilə bağlamamışdır. Mətləb müəllim ofisdə danışaq demişdir. Ofisdə 40 000 manat danışılmışdır. Sonra Mətləb müəllim demişdir ki, şirkətin 20000 manat vermək imkanı var. Bu söhbət hər ikisinin yanında olmuşdur. X2 ofisinə gəlmişdir, demişlər ki, Mətləb bəy demişdir ki, 20 000 manat vermək imkanları var. Ona sual vermişdir ki, 20 000 manatı götürsünlər ya yox. O demişdir ki, bunun hələ Apellyasiya Məhkəməsi, Ali Məhkəməsi var. Bildiyi qədərilə X13 başqa vəkilin yanına aparışdır. Həmin vəkil 3 000 manat istəyəndən sonra İlham demişdir ki, Manaf müəllim təmənnasız kömək etmişdir. Mətləb müəllim demişdir ki, rəhbərliyə demişdir, 40 000 manat söhbəti olmayacaq, şirkət 20 000 manat verəcək. Bu söhbət Anar ilə Mətləb arasında, sonra Anar, İlham və Mətləb arasında olmuşdur. O da bir dəfə iştirak etmişdir. İlham da sonradan 20 000 manata razılıq vermişdir. Bu söhbət onun yanında olmuşdur. Anar da İnteksdən 40 000 manat istəmişdir. Onların iddiası 70 000 manat olmuşdur. Kommersiya Məhkəməsində barışıq söhbəti başlayanda 40 000 manata razılaşmışlar. Sonradan şirkət 20 000 manat vermək imkanı olduğunu demişdir. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdehin tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, Cavabdeh İnteks MMC ilə xidməti müqavilə imzalamış və orada təmir işləri aparmışdır. Cavabdeh müqavilə bağlamışdır və briqadasını gətirmişdir orada işləmişdir. Müəyyən mübahisələr olmuşdur və şirkətə qarşı 70 000 manat tələbi ilə bağlı Kommersiya Məhkəməsində iş olmuşdur. Lakin onun işlərində nöqsanlar olmuşdur. Şirkətə 11300 manatlıq artıq divar kağızı aldırmış, defektli işlər görmüşdür və tamamlanmayan işlər də olmuşdur. Şirkət də 80 000 manat tələb ilə qarşılıqlı iddia ərizəsi vermişdir. Şirkətin hüquqşünası olaraq danışmışdır ki, sülhlə həll etsinlər. Neçə il orada işləmişlər. Müəyyən hesabat çıxarmışdır. 11 000 manat divar kağızı, defektli və görülməyən işlərə görə tələb 70 000 manatdan 50 000 manata, sonra 40 000 manata düşmüşdür. Sonra şirkət rəhbərliyi ilə danışmışdır və demişdir ki, 20 000 manat verirlər. Bu məhkəmə çəkişmələri olmasın, sülhlə həll etsinlər. İstəmirlərsə, məhkəmə prosesi davam etsin. Onlar müqaviləni Anarla bağlamışlar. İki dəfə İlham da gəlib iştirak etmişdir. O irad da bildirmişdir ki, onu tanımır, Anarla müqavilə bağlamışlar. Söhbətdə iştirak edib, amma o, etiraz etmişdir. Ola bilsin ki, 20 000 manata razılaşanda yanların da olmuşdur, amma o, dəqiq xatırlamır. Şirkət tərəfindən Anara 20 000 manat pul verilmişdir. 10 000 bir, 10 000 manat da bir verilmişdir. Çünki şirkətdə pul olmamışdır. Onların şirkətə qarşı iddiası olmaması barədə imza atmışdır.O fərdi qaydada fəaliyyət göstərən vəkildir, öz ofisi var. Bir-iki dəfə işçiləri yığmışdır, söhbət etmişdir. Sonra ofisdə görüşmüşlər, xoşagəlməz söhbətlər olmuşdur deyə Anara demişdit ki, İlhamı gətirməsin. Xoşagəlməz söhbətlər olurdu deyə o da əsəbləşmişdir. Məhkəmə baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 329.1-ci maddəsinə əsasən, əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 340.2-ci maddəsinə əsasən, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. 404.1-ci maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2-ci maddəsinə əsasən, bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 740.1-ci maddəsinə əsasən qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 104.1-ci maddəsinə əsasən, şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir. 104.2-ci maddəsinə əsasən, məhkəmənin tələbi ilə şahid öz ifadəsini yazılı tərtib edə bilər. 104.3-cü maddəsinə əsasən, alınma mənbəyini göstərə bilməyən şahid tərəfindən verilən məlumatlar sübut hesab edilmir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel və T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarlarına əsasən müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. N.Hacıyevanın şikayəti üzrə 2020-ci il 10 mart və X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarlarında, Konstitusiya Məhkəməsi Plenumunun yalan əqdlərlə əlaqədar formalaşmış hüquqi mövqeyinə əsasən, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir. Məhkəmənin mövqeyi: Məhkəmə işdə iştirak etmiş şəxslərin izahatlarını, şahidlərin ifadəsini dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, ilkin iddia tələbi təmin edilməməli, qarşılıqlı iddia tələbi təmin edilməlidir. Məhkəmə birinci növbədə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “əqdin etibarsız hesab edilməsi” tələbinə münasibət bildirməyi məqsədəmüvafiq hesab edir. Məhkəmə iclasında ilkin iddia üzrə İddiaçı öz izahatında göstərmişdir ki, mübahisə predmeti olan əqdin əsası tərəflərin "xxxx" MMC adlı şirkət ilə müqavilə əsasında gördükləri işlər olmuşdur. Belə ki, o, izahatında müvafiq olaraq göstərmişdir: “....Biz Anarla biryerdə işləmişik. İş materiallarında olan əlyazma ikimizin razılığı ilə olub. Bu işin həqiqəti şirkətə dayanır. 20 000 manatın pul olaraq verilməsini yazmağımıza baxmayaraq, bizim razılaşmamız belə olub. Biz birliktə şirkətdə işləyirdik, şirkətdə bəzi hadisələr baş verirdi. O bizim ikimizə aid olan pulu şirkətdən alır. Kommersiya Məhkəməsində bizim 70 000 manat pul tələbimiz ilə bağlı iş olub. Biz ikimiz aramızda 40 000 manata razılaşdıq. Ortaq olduğumuz üçün mənim payıma 20 000 manat düşür. Mən şirkətdən pulu ala biləcəyinə zəmanət verməsini soruşanda, mənə kənarda durmağımı, nə alsa 20 000 manat pul verəcəyini dedi. Mən də ona inanmadığım üçün yazılı birşey istədim....”. Bundan başqa məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə Cavabdeh da izahatında “...Biz 40 000 manata razılaşdığımız üçün əqdə 20 000 manat yazılıb. Sonradan bizə 20 000 manat verilməsi söhbəti çıxdı. İlham bəy də əqdi əlində ehtiyat üçün saxlayıbmış....” ifadələrini qeyd etmişdir. Məhkəmə iclasında tərəflərin izahatları və şahidlərin ifadələri ilə müəyyən edildi ki, Cavabdeh "xxxx" MMC ilə işlərin görülməsi ilə bağlı podrat müqaviləsi bağlamış, həmin müqavilə üzrə nəzərdə tutulan işləri dost münasibətlərində olduğu İddiaçı ilə birlikdə həyata keçirmiş, əldə etdikləri qazancı bərabər bölməyi razılaşmışlar. Sonradan işlərin görülməsi və məvacibin ödənilməsi ilə bağlı Cavabdeh ilə "xxxx" MMC arasında məhkəmə mübahisəsi olmuş və onlar şirkət tərəfindən 40000 manat vəsaitin Cavabdeh ödənilməsi şərti ilə danışıqlar aparmışlar. Beləliklə, iddiaçı və cavabdeh arasında da, həmin ödəniləcək 40000 manatın yarısı olan 20000 manatın da Cavabdeh tərəfindən İddiaçı ödənilməsi barədə danışıqlar aparılmışdır. İddiaçı isə Cavabdeh inanmayaraq ondan 20000 manatın ödənilməsi barədə yazılı qəbz almışdır. Bundan sonra "xxxx" MMC-nin nümayəndəsi Cavabdeh 40000 manat deyil, yalnız 20000 manat ödəyə biləcəklərini, şirkətin o qədər vəsaiti olmadığını bildirmiş və 10000-10000 olmaqla, iki dəfəyə ümumilikdə 20000 manat ödəniş etmişlər. Cavabdeh, “qazancın yarısını aralarında bərabər bölmək” barədə razılıqlarına uyğun olaraq həmin məbləğin yarısını, yəni 20000 manatın yarısı olan 10000 manatı İddiaçı ödəmişdir. Məhkəmə qanunun tələbini nəzərə alaraq, ilkin iddia üzrə İddiaçı izahatında qeyd etdiyi “10 000 manat pul cavabdeh ona vermişdir, amma o taxıl üçün olan puldur” ifadələrinə münasibətdə qeyd edir ki, tərəflər öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Lakin İddiaçı 10000 manatın başqa məqsədlə ona ödənilməsi ilə bağlı istinad etdiyi halları təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, tərəflər arasında bağlanılmış, yazılı “borcun qaytarılması” barədə əqd, özündə nəzərdə tutulmuş halları həqiqətdə əks etdirmir. Yəni tərəflər həmin əqdi bağlayarkən həmin əqddə əks edilən hüquqi niyyətdə olmamışlar. Başqa sözlə məhkəməyə təqdim edilmiş borcun olmasını əks etdirən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək, yəni öz aralarında gəlirin yarısını bölmək barədə razılaşaraq, görüntü üçün bu əqdi bağlamışlar və əqdlə həmin razılaşmanı pərdələmişlər. Belə olan halda məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı "əqdin etibarsız hesab edilməsi" tələbinə dair qarşılıqlı iddia tələbi əsaslı olduğundan təmin edilməli, tərəflər arasında bağlanılmış, borcun ödənilməsi barədə xx.xx.2024-cü il tarixli əqd etibarsız hesab edilməlidir. Məhkəmə ilkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı “pul” tələbinə iddiasına münasibətdə qeyd edir ki, iddiaçı pul tələb edərkən xx.xx.2024-cü il tarixli əqdə istinad etmişdir. Lakin həmin əqd yuxarıda qeyd edilənlərə qarşılıqlı iddia tələbinə əsasən məhkəmə tərəfindən etibarsız hesab edilmişdir. Belə olan halda həmin əqd üzrə iddiaçının pul tələbi təmin edilə bilməz. Bundan başqa məhkəmə qeyd edir ki, tərəflər arasında yaranan pul münasibətləri məhz işlərin görülməsi, əldə edilən gəlirin bərabər bölünməsi ilə bağlı olmuş, şirkət tərəfindən ödənilmiş ümumi gəlir məbləği 20000 manat olmuş, həmin məbləğin yarısı olan 10000 manat Cavabdeh tərəfindən İddiaçı aralarındakı razılaşmaya uyğun olaraq ödənilmişdir. Mülki prosessual qanunvericiliyə görə, mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Göründüyü kimi, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Qanunvericilik mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən, iddiaçılar öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda ilkin iddia üzrə iddiaçı iddia ərizəsində göstərdiyi dəlillərini sübut edə bilməmişdir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ilkiin iddia tələbi təmin edilmədiyindən məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu ilkin iddia üzrə iddiaçıya aid edilməli, qarşılıqlı iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə cavabdehdən tutularaq qarşılıqlı iddia üzrə iddiaçıya ödənilməlidir. Nəticə: Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ilkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı “pul” tələbinə iddiası təmin edilməməli, qarşılıqlı iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli əqd etibarsız hesab edilməli, ilkin iddia üzrə İddiaçı tərəfindən ödənilmiş rüsum onun özünə aid edilməli, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi İddiaçı tutularaq Cavabdeh ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı “pul” tələbinə iddiası təmin edilməsin. Qarşılıqlı iddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli əqd etibarsız hesab edilsin. İlkin iddia üzrə İddiaçı tərəfindən ödənilmiş rüsum onun özünə aid edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi İddiaçı tutularaq Cavabdeh ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №2(007)-1182/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1182/2025
16.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver