Məhkəmə qərarları › İş №2(007)-1189/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(007)-1189/2022

12.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1189/2022 12.05.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi, İddiaçı oğlunun iştirakı ilə İddiaçı Cavabdeh1 Ağamməd oğluna və Cavabdeh2 qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 Ağamməd oğluna və Cavabdeh2 qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı oğlu iddia tələbini onunla əsaslandırdı ki, 22.01.2022-ci il saat 17:30 radələrində Azadlıq prospektində hərəkət zamanı idarə etdiyi Mercedes Benz markalı avtomaşınla Cavabdeh1 Ağamməd oğlunun etibarnamə əsasında idarə etdiyi Cavabdeh2 məxsus Xüsusi Təyinat markalı betonqarışdıranın sağ tərəfə hərəkəti nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.Yol-nəqliyyat hadisəsi nəticəsində onun idarə etdiyi avtomaşın sol hissədən zərbə alıb və hadisə nəticəsində avtomobilə 500 manat məbləğində maddi ziyan dəyib. Binəqədi Rayon Dövlət Polis İdarəsi tərəfindən araşdırma aparılıb, Cavabdeh1 Ağamməd oğlu barəsində inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərar qəbul edilib.Qeyd olunanları nəzərə alıb xahiş edirə ki,ona məxsus Mercedes Benz markalı avtomobilə Cavabdeh1 Ağamməd oğlu və Cavabdeh2 tərəfindən vurulan ziyana görə 500 manat pulun və məhkəməyə müraciət elmək üçün ödənilən 30 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qiyabi qətnamə qəbul edilsin. Cavabdehlər Cavabdeh1 Ağamməd oğlu və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada xəbərdar olunsalar da məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında İddiaçı oğlu işə qiyabi icraat qaydasında baxılmasına etiraz etməmiş və məhkəmə Azərbaycan Respublikası MPM-nin 238.5-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılması barədə qərardad çıxarmışdır. Azərbaycan Respublikası MPM-nin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan: Binəqədi rayon DYPŞ YNH inspektoru polis leytenantı X1 tərib etdiyi,4437650 saylı, 05.02.2022-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki,22.01.2022-ci il tarixdə saat 17:30-da Cavabdeh1 Ağammməd oğlu idarə etdiyi MAN TGA 41.400 xüsusi təyinatlı ** OB *** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən Azərbaycan Respublikası İXM-nin 469.1-ci və 327.1-ci maddələrində nəzərdə tutulan yolnəqliyyat hadisəsi törətmişdir. Binəqədi rayon DYPŞ YNH inspektoru polis leytenantı X1 tərib etdiyi,489972 saylı, 05.02.2022-ci il tarixli inzibati tənbehvermə haqqında qərardan görünür ki, Cavabdeh1 Ağammməd oğlu həmin hadisə ilə əlaqədar Azərbaycan Respublikası İXM-nin 469.1-ci və 327.1-ci maddələri ilə təqsirli bilinərək 40 manat inzibati cərimə edilmişdir. “Lada” müəssisəsinin tərtib etdiyi qüsur aktından görünür ki, İddiaçı məxsus ** KO *** dövlət qeydiyyat nişanlı Mersedes Benz GLK-220CDİ markalı universal minik avtomobilinə qəza nəticəsində dəymiş zərər 500 manat təşkil edir, nəzərdə tutulan yolnəqliyyat hadisəsi törətmişdir. Nəqliyyat vasitələrinin istifadə edilməsi barədə 30.06.2021-ci il tarixli etibarnamədən görünür ki, MAN TGA 41.400 xüsusi təyinatlı ** OB *** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsinin mülkiyyətçisi Cavabdeh2 Cavabdeh1 Ağammməd oğlu na həmin nəqliyyat vasitəsini idarə etmək üçün səlahiyyət vermişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İşin hallarından görünür ki, 22.01.2022-ci il tarixdə saat 17:30-da Cavabdeh1 Ağammməd oğlu idarə etdiyi MAN TGA 41.400 xüsusi təyinatlı ** OB *** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən Azərbaycan Respublikası İXM-nin 469.1-ci və 327.1-ci maddələrində nəzərdə tutulan yol- nəqliyyat hadisəsi törətmişdir. Cavabdeh1 Ağammməd oğlu həmin hadisə ilə əlaqədar Azərbaycan Respublikası İXM-nin 469.1-ci və 327.1-ci maddələri ilə təqsirli bilinərək 40 manat inzibati cərimə edilmişdir. Hadisə nəticəsində iddiaçıya məxsus “Mersedes Benz” GLK-220CDİ markalı universal minik avtomobil zədələnmiş və ona 500 manat maddi zərər dəymişdir. Qeyd olunanlara əsasən məhkəmə iddia tələbini əsaslı hesab edir. Məhkəmə iş üzrə toplanmış sübutları tam və hərtərəfli araşdırıb qiymətləndirərək hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh1 Ağamməd oğlundan və Cavabdeh2 vurulmuş maddi ziyana görə 500 manat pul və məhkəməyə müraciət elmək üçün ödənilən 30 manat məbləğində dövlət rüsumu İddiaçı oğlunun xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh1 Ağamməd oğlundan və Cavabdeh2 vurulmuş maddi ziyana görə 500 manat pul və məhkəməyə müraciət elmək üçün ödənilən 30 manat məbləğində dövlət rüsumu İddiaçı oğlunun xeyrinə tutulsun. Cavabdehlər qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə ərizə ilə müraciət edə bilərlər. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar