Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1199/2022 21.04.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firudin oğlunun katibliyi ilə İddiaçı Cavabdeh oğluna qarşı alimentin artırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T Dİ : İddiaçı Cavabdeh oğluna qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 29 iyun 2015-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Birgə nikahdan 06 yanvar 2016-cı il təvəllüdlü X4 və 14 iyul 2017-ci il təvəllüdlü X5 dünyaya gəlmişlər.Nizami Rayon Məhkəməsinin 17 oktyabr 2018-ci il tarixli. 2(007)-2823/2018 saylı Qətnaməsi ilə nikahları pozulmuş, birgə nikahdan olan uşaqları X1 və X3onun yanında qalması və uşaqların yetkinlik yaşına çalanadək saxlanmaları üçün 1 iyun 2018-ci il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşağa görə sabit pul məbləği ilə 154 (bir yüz əlli dörd) manat, cəmi 308 (üç yüz səkkiz) manat miqdarında aliment tutularaq ona ödənilməsi qət edilmişdir. Lakin, nikahın pozulması ilə bağlı iddia qaldıran zaman azyaşlı uşaqların 3 yaşına çalanadək saxlanılmaları üçün onun xeyrinə alimentin tutulması barədə iddia qaldırmamışdır. Bununla əlaqədar, yenidən Nizami Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edilmiş, Nizami Rayon Məhkəməsinin 30 noyabr 2018-ci il tarixli, 2(007)- 4420/2018 saylı qətnaməsi ilə Cavabdeh 05 noyabr 2018-ci il tarixdən başlayaraq, 06 yanvar 2016-ci il tarixdə doğulmuş X4 və 14 iyul 2017-ci il tarixdə doğulmuş X5 3 yaşına çatana qədər hər ay hər birinə 50 (əlli) manat olmaqla, cəmi 100 (bir yüz) manat məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Lakin, hal-hazırda 06 yanvar 2016-ci il tarixdə doğulmuş X4 və 14 iyul 2017-ci il tarixdə doğulmuş X3 3 yaşları tamam olduğuna görə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 30 noyabr 2018-ci il tarixli, 2(007)-44 20/2018 saylı qətnaməsi ilə 100 (bir yüz) manat məbləğində alimentin tutulması da dayandırılmışdır.Tərəfindən yenidən Bakı şəhər Nizamı Rayon Məhkəməsinə alimentin artırılması tələbi ilə müraciət edilmiş. Bakı şəhəri Nizami Rayon Məhkəməsində mülki işə baxılaraq, 13 avqust 2021-ci il tarixli 2(007)-3240/2021 saylı qətnamə qəbul edilmişdir.Həmin qətnaməyə əsasən Cavabdeh 06 yanvar 2016- ci il tarixdə doğulmuş X2 və 14 iyul 2017-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Lakin, uşaqların böyüməsi, təhsillə əlaqədar zəruri digər xərclər, sağlamlıq və tərbiyə edilmələri, həmçinin qayğılarına qalınması üçün hazırda məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment kifayət etmir. Belə ki, yuxarıda qeyd olunan Qətnamə ilə birgə nikahdan doğulmuş övladlarının saxlanılması üçün qət edilən aliment məbləği bu günki günün iqtisadi göstəriciləri ilə uzlaşmır. Qiymətlərin qalxması və digər zəruri amillər onların maddi təminatlarının artmasına səbəb olmuşdur. Uşaqların saxlanılmasında onun bir valideyn kimi iştirak etməsinə baxmayaraq onların maddi təminatlarının təmin olunmasında bəzi problemlərlə üzləşir. Uşaqların maddi təminatlarının təmini onunla yanaşı cavabdehin də vəzifə borcudur. Cavabdeh aliment ödənilməsindəndə boyun qaçırır. Qeyd olunanları və 2022-ci il üçün yaşayış minimumunun ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edildiyini nəzərə alaraq hesab edir ki. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 avqust 2021-ci il tarixli, 2(007)-3 240/2021 saylı qətnaməsi ilə Cavabdeh tutulması müəyyən edilmiş aliment məbləği məhkəmə tərəfindən dəyişdirilərək,birgə nikahdan doğulmuş 06 yanvar 2016-ci il təvəllüdlü X2 və 14 iyul 2017ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 193 manat sabit pul məbləğinə çatdırılmalıdır.Onun tərəfindən 22.01.2022-ci il tarixdə Cavabdeh bu tələblər ilə bağlı mediasiya prosesinin tətbiqi barədə təklif məktub şəklində göndərilmişdir. Lakin, Cavabdeh sürətli poçt əməkdaşları tərəfindən məktub çatdırılması mümkün olmadığından məcburi mediasiya sessiyasının keçirilməsi məqsədilə 6 saylı Mediasiya Şurasına müraciət edilmişdir. Bununla da mediator tərəfindən tərəflərə ilkin mediasiya sessiyasında iştirak edilməsinə dair dəvət məktubu göndərilmişdir.X6 vasitəsilə 18 fevral 2022-ci il tarixdə keçirilmiş ilkin mediasiya sessiyasında cavabdeh iştirak etməmiş və "İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə" arayış tərtib edilmişdir. Buna görə də, məhkəməyə müraciət etmək qərarına gəlmişdir.Hesab edir ki, Cavabdeh razılığı olmadığından 06 yanvar 2016-cı il təvəllüdlü X2 və 14 iyul 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çalanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 193 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması yalnız məhkəmə qaydasında mümkündür.Qeyd olunanlara əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 avqust 2021-ci il tarixli. 2(007)-3240/2021 saylı Qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin dəyişdirilərək, birgə nikahdan doğulmuş 06 yanvar 2016-cı il təvəllüdlü X1 və 14 iyul 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çalanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa görə 193 manat sabit pul məbləğində alimentin onun qızının xeyrinə tutulması barədə Qətnamə qəbul olunmasını xahiş edir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmişdir. Məhkəməyə ünvanlandığı 04 aprel 2022-ci il tarixli məktubla məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh oğlu məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 avqust 2021-ci il tarixli, 2(007)-3240/2021 saylı qətnaməsi ilə həmin məhkəmənin 17 oktyabr 2018-ci il tarixli, 2(007)-2823/2021 saylı qətnaməsi ilə müəyyən olunan alimentin miqdarı dəyişdirilmiş, Cavabdeh 06 yanvar 2016-ci il təvəllüdlü X2 və 14 iyul 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 175 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu» haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün məbləğ 193 manat müəyyən edilmişdir. Məhkəmə birgə nikahdan doğulmuş və İddiaçı qızının himayəsində qalmış uşaqların mənafeyini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməklə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 avqust 2021-ci il tarixli, 2(007)-3240/2021 saylı qətnaməsi ilə müəyyən olunan alimentin miqdarı dəyişdirilməli,Cavabdeh 06 yanvar 2016ci il təvəllüdlü X2 və 14 iyul 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 193 manat sabit pul məbləğində aliment İddiaçı qızının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 235, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 avqust 2021-ci il tarixli, 2(007)- 3240/2021 saylı qətnaməsi ilə müəyyən olunan alimentin miqdarı dəyişdirilsin. Cavabdeh 06 yanvar 2016-ci il təvəllüdlü X2 və 14 iyul 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 193 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Alimentin artırılmış miqdarı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-1199/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1199/2022
21.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver