Məhkəmə qərarları › İş №2(007)-1200/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1200/2023

19.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1200/2023 19.05.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı, Cavabdeh, onun vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "alimentin artırılması" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "alimentin artırılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 28 avqust 2008-ci il təvəllüdlü X4, 22 aprel 2017-ci il təvəllüdlü X2 və 17 dekabr 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay hər bir uşağa görə 220 manat cəmi 660 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı və Cavabdeh arasındakı nikah pozulmuşdur. Ümumilikdə 4 övladları var. Hər uşağa görə cəmi 130 manat aliment alır. Onlardan böyüyü yetkinlik yaşına çatmışdır. Digər üçü xx.xx.2008-ci il təvəllüdlü X8, xx.xx.2017-ci il təvəllüdlü X7, xx.xx.2019-cu il təvəllüdlü X5 azyaşlıdır. Onların dördü də iddiaçının himayəsindədir. Hamısının tərbiyə, təhsili, geyim-keçimi ilə özü məşğul olur. Cavabdehlə boşanmışlar, ailə münasibətləri yoxdur. Buna baxmayaraq o, da uşaqların saxlanmasında ən az onun qədər iştirak etməlidir. Böyük oğlunu Türkiyəyə öz hesabına oxumağa göndərmişdir. Onun xərclərini də şəxsən özü çəkir. Yenə azyaşlılara da özü baxır. Evi yoxdur, heç yerdə işləmir. Uşaqlar azyaşlı olduğundan işləmək imkanı da yoxdur. Ata-anası imkan olduqca kömək edir. Lakin cavabdeh də aliment verməli və azyaşlıları saxlamalıdır. Bir ata kimi bu, onun borcudur. Onda olan məlumata görə cavabdeh heç bir yerdə rəsmi qaydada işləmir. Lakin onların ailə olduqları dövrdə də o, təsərrüfatla məşğul olub, başqasının adına maşın, ev alıb. Daha sonra isə evi satıb və Zaqatalada Göyəm ərazi dairəsi, Şökəkoba kəndində fındıq bağı alıb, təsərrüfatla məşğuldur. 1 ilə 5 tona yaxın məhsul əldə edir, satır, gəlir qazanır. Cavabdeh 3 uşağa görə də aliment vermək iqtidarındadır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, birgə nikahdan dörd övladı var. Onlardan böyüyü yetkinlik yaşına çatmış, hazırda Türkiyədə oxuyur. Digərləri azyaşlıdır, cavabdeh onların saxlanmasında ona kömək etməlidir. Hər birinə 130 manat aliment müəyyən olunub, lakin o məbləğə uşaq saxlamaq çətindir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh bildirdi ki, iddia tələbini qismən qəbul edir. Uşaqların hər birinə ayda 150 manat ödəmək iqtidarındadır. Məhkəmə iclasında cavabdehin vəkili Vəkil cavabdehlə eyniməzmunlu ifadə verərək iddianın qismən təmin edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını, iddia ərizəsini, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZ-İİİ seriyalı, 087170 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 28 avqust 2008-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. - AZ-İİİ seriyalı, 945454 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 22 aprel 2017-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. - AZ-İV seriyalı, 369729 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 17 dekabr 2019-cu il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. - İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 22 fevral 2023-cü il tarixli, MŞB/8/2023-00212 saylı arayışdan görünür ki, İddiaçı 22 fevral 2023-cü il tarixdə keçirilən ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. - Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)-502/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh ilə İddiaçı Abəkər qızı arasında 07 aprel 2003-cü il tarixdə Zaqatala rayon Muğanlı Ərazi Nümayəndəliyində bağlanılmış və C7 nömrə ilə qeyd edilmiş nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından dünyaya gəlmiş 17 iyun 2004-cü il təvəllüdlü X9, 28 avqust 2008-ci il təvəllüdlü X8, 22 aprel 2017-ci il təvəllüdlü X7 və 17 dekabr 2019-cu il təvəllüdlü X1 anaları İddiaçı Abəkər qızının yanında saxlanılmaları, Cavabdeh, xx.xx.2020-ci il tarixdən başlanılmaqla 17 iyun 2004-cü il təvəllüdlü X6, 22 aprel 2017-ci il təvəllüdlü X2 və 17 dekabr 2019-cu il təvəllüdlü X1, xx.xx.2021-ci il tarixdən başlanılmaqla isə 28 avqust 2008-ci il təvəllüdlü X4 yetkinik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 130 manat olmaqla, cəmi 520 manat sabit pul məbləğində aliment, eyni zamanda 17 dekabr 2019-cu il təvəllüdlü X3 3 yaşına çatanadək ona qulluğa görə xx.xx.2020-ci il tarixdən başlanılmaqla hər ay 50 manat sabit pul məbləğində alimentin İddiaçı Abəkər qızının xeyrinə tutulması qət olunmuşdur. - Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-10443/2021 saylı qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, hazırki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 03 avqust 2021-ci il tarixli, 2(007)-502/2021 saylı qətnaməsi mübahisələndirilən 17 dekabr 2019-cu il təvəllüdlü X5 3 yaşına çatanadək ona qulluğa görə xx.xx.2020-ci il tarixdən başlanılmaqla hər ay 50 manat sabit pul məbləğində alimentin iddiaçıya ödənməsi ilə bağlı iddianın qismən təmin edilən və rədd edilən hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələbi X1 3 yaşına çatanadək saxlanması üçün hər ay 100 manat alimentin Cavabdeh tutularaq, İddiaçı Abəkər qızına ödənilməsi hissəsində təmin edilməməsi, qətnamənin mübahisələndirilən “hər uşağa görə tutulan 130 manat alimentin məbləği” hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar, birgə nikahlarından 28 avqust 2008-ci il təvəllüdlü X8, 22 aprel 2017-ci il təvəllüdlü X7 və 17 dekabr 2019-cu il təvəllüdlü X5 doğulmuşlar. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)-502/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh ilə İddiaçı Abəkər qızı arasında 07 aprel 2003-cü il tarixdə Zaqatala rayon Muğanlı Ərazi Nümayəndəliyində bağlanılmış və C7 nömrə ilə qeyd edilmiş nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından dünyaya gəlmiş 17 iyun 2004-cü il təvəllüdlü X9, 28 avqust 2008-ci il təvəllüdlü X8, 22 aprel 2017-ci il təvəllüdlü X7 və 17 dekabr 2019-cu il təvəllüdlü X1 anaları İddiaçı Abəkər qızının yanında saxlanılmaları, Cavabdeh, xx.xx.2020-ci il tarixdən başlanılmaqla 17 iyun 2004-cü il təvəllüdlü X6, 22 aprel 2017-ci il təvəllüdlü X2 və 17 dekabr 2019-cu il təvəllüdlü X1, xx.xx.2021-ci il tarixdən başlanılmaqla isə 28 avqust 2008-ci il təvəllüdlü X4 yetkinik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 130 manat olmaqla, cəmi 520 manat sabit pul məbləğində aliment, eyni zamanda 17 dekabr 2019-cu il təvəllüdlü X3 3 yaşına çatanadək ona qulluğa görə xx.xx.2020-ci il tarixdən başlanılmaqla hər ay 50 manat sabit pul məbləğində alimentin İddiaçı Abəkər qızının xeyrinə tutulması qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)- 10443/2021 saylı qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, hazırki iş üzrə Bakı şəhəri Nizami rayon Məhkəməsinin 03 avqust 2021-ci il tarixli, 2(007)-502/2021 saylı qətnaməsi mübahisələndirilən 17 dekabr 2019-cu il təvəllüdlü X5 3 yaşına çatanadək ona qulluğa görə xx.xx.2020-ci il tarixdən başlanılmaqla hər ay 50 manat sabit pul məbləğində alimentin iddiaçıya ödənməsi ilə bağlı iddianın qismən təmin edilən və rədd edilən hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələbi X1 3 yaşına çatanadək saxlanması üçün hər ay 100 manat alimentin Cavabdeh tutularaq, İddiaçı Abəkər qızına ödənilməsi hissəsində təmin edilməməsi, qətnamənin mübahisələndirilən “hər uşağa görə tutulan 130 manat alimentin məbləği” hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. Hazırda ana uşaqların saxlanılmasında çətinlik çəkdiyi üçün tutulan alimentin miqdarının dəyişdirilərək artırılmasını xahiş edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsinə əsasən valideynlərin uşağın təbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.2-ci maddəsinə əsasən valideynlərindən məhkəmə tərəfindən tutulan aliment miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. 2023-cü il yanvar ayının 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2023cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən belə hesab edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşaqların əvvəlki təminatının səviyyəsinə də qiymət verilməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin Qərarın 8.12-ci maddəsinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin yuxarıda göstərilən müddəalarını, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun anoloji işlərlə bağlı qərarı ilə formalaşdırdığı hüquqi mövqeyini, uşaqların mənafeyini, işin faktiki hallarını nəzərə alaraq, belə qənaətə gəlir ki, tərəflərin birgə nikahından doğulmuş uşaqların saxlanılmaları üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarı dəyişdirilərək artırılmalı, tələb olunan məbləğ yaşayış minimumu məbləğinə uyğun olduğundan, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yuxarıda istinad edilən 28 mart 2016-cı il tarixli Qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə məhkəmə hesab edir ki, miqdarı artırılmış aliment hazırki qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun: 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Hazırki halda, alimentin tutulması ilə bağlı ödənilməli olan dövlət rüsumu iddiaçı tərəfindən ödənilmiş 50 manat məbləğində mediasiya xərcindən az olduğundan, məhkəməyə iddia ərizəsi ilə müraciət edərkən iddiaçı dövlət rüsumu ödəməkdən azad olunmuşdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 28 avqust 2008-ci il təvəllüdlü X4, 22 aprel 2017-ci il təvəllüdlü X2 və 17 dekabr 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün tutulmalı olan, Bakı Apellyasiya Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli, 2(103)-10443/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli, Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, 28 avqust 2008-ci il təvəllüdlü X4, 22 aprel 2017-ci il təvəllüdlü X2 və 17 dekabr 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay 170 (bir yüz yetmiş) manat, cəmi 510 manat sabit pul məbləğində aliment tutulub, İddiaçı ödənilməlidir. Məhkəmə xərcləri Cavabdeh aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 28 avqust 2008-ci il təvəllüdlü X4, 22 aprel 2017-ci il təvəllüdlü X2 və 17 dekabr 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün tutulmalı olan, Bakı Apellyasiya Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli, 2(103)-10443/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, 28 avqust 2008ci il təvəllüdlü X4, 22 aprel 2017-ci il təvəllüdlü X2 və 17 dekabr 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay 170 (bir yüz yetmiş) manat, cəmi 510 manat sabit pul məbləğində aliment tutulub, İddiaçı ödənilsin. Məhkəmə xərcləri Cavabdeh aid edilsin, iddiaçının ödəməkdən azad edildiyi 34.40 (otuz dörd manat, qırx qəpik) manat məbləğində dövlət rüsumu ondan alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar