Məhkəmə qərarları › İş №2(007)-1201/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1201/2021

02.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1201/2021 02.03.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Mirzəyev Fikrət Xasay oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı borcun tutulması tələbinə dair kiçik iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçının tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 25 noyabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən “FİNtrend” bank olmayan Kredit təşkilatından illik 35 faizlə 12 ay müddətinə 773 manat kredit götürmüşdür. “FİNtrend” Bank olmayan Kredit təşkilatı ilə “xxxx” İKB ASC arasında bağlanmış tələbetmə hüquqlarının güzəşt olunmasına dair 901 №-li 10 may 2018-ci il tarixli 004 №-li müqaviləyə 04 dekabr 2019-cu il tarixli hüquqların ötürülməsi barədə sazişə əsasən Cavabdeh ilə “FİNtrend” Bank olmayan Kredit təşkilatı arasında bağlanmış kredit müqaviləsi üzrə borcun tələb etmək hüququ “xxxx” İKB ASC-yə ötürülmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırmışdır. 2020-ci il dekabrın 07-dək Cavabdeh banka 25 noyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 336.98 AZN əsas borc, 43.52 AZN faiz borcu və 88.06 AZN cərimə borcu olmaqla ümumilikdə cəmi 468.56 AZN borcu vardır. Xəbərdarlıq edlməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırmışdır. Göstərilənlərə əsasən Cavabdeh İddiaçı ASC-nin xeyrinə 25 noyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 336.98 AZN əsas borc, 43.52 AZN faiz borcu və 88.06 AZN cərimə borcu olmaqla ümumilikdə cəmi 468.56 AZN borc və 20 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İşə əlavə olunmuş: Vеrgilər Nаzirliyi Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsindən 22.11.2019-cu il tаriхdə vеrilmiş Çıхаrışın surətindən görünür ki, «xxxx (hazırki adı İddiaçı İKB ASC Bаkı şəhəri Vеrgilər Dеpаrtаmеntinin Kоmmеrsiyа hüquqi şəхslərin dövlət qеydiyyаtı idаrəsində qеydiyyаtdаn kеçmişdir. 10 may 2018-ci il tarixli 004 №-li tələbetmə hüquqlarının güzəşt olunmasına dair müqavilənin 1.1-ci maddəsinə əsasən razılaşdırılmış müqavilələrə əsasən borc alana qarşı bütün hüquqları, həmçinin qeyd olunmuş öhdəliklərin icrasını təmin edən hüquqları və razılaşdırılmış müqavilələrə əsasən tələbetmə hüquqları ilə əlaqəli digər hüquqları, o cümlədən tam həcmdə ödənilməmiş faizləri, həmçinin ödənilməmiş təcili və artırılmış faizləri, cərimə sanksiyalarını hüquq sahibi güzəşt edir, hüquq əldə edən isə qeyd edilən hüquqları qəbul edir. 25 noyabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh “FİNtrend” bank olmayan Kredit təşkilatından illik 35 faizlə 12 ay müddətinə 773 manat kredit götürmüşdür. İddiaçı ASC-nin 07 dekabr 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 25 noyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 336.98 AZN əsas borc, 43.52 AZN faiz borcu və 88.06 AZN cərimə borcu olmaqla ümumilikdə cəmi 468.56 AZN borcu vardır. 07.12.2020-cil tarixli xəbərdarlığa əsasən cavabdehə xəbərdarlıq məktubunu aldığı vaxtdan etibarən 5 gün müddətində borcunu İddiaçıa tam ödəməsi tələb olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd edilənlərlə müəyyən olundu ki, cаvаbdеh Cavabdeh 25 noyabr 2019-cu il tarixli 55-1***-******* №li kredit müqaviləsi üzrə öhdəliklərini lаzımıncа yеrinə yеtirməmişdir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 25 noyabr 2019-cu il tarixli 55-1***-******* №li müqavilə üzrə 336.98 AZN əsas borc, 43.52 AZN faiz borcu və 88.06 AZN cərimə borcu olmaqla ümumilikdə cəmi 468.56 AZN borc və ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun əvəzi tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar