Məhkəmə qərarları › İş №2(007)-1203/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1203/2023

28.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1203/2023 28.04.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T Dİ : İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini onunla əsaslandırdı ki, Cavabdeh ilə 12 iyun 2074-cü il tarixdə faktiki nikah münasibətlərinə daxil olaraq ailə həyatı qurmuşdur. Həmin faktiki nikah münasibətləri Rusiya Federasiyası Moskva şəhəri VVADQ-nin İdarəsinin Medvedkov VVADQ Şöbəsi tərəfindən 17 yanvar 2015-ci il tarixdə verilən,V-MY seriyalı, 553508 nömrəli nikahın bağlanması haqqında şəhadətnamə ilə rəsmiləşdirilib. Birgə nikahdan onalırn 17 oktyabr 2015-ci il təvəllədlü X8 və 31 dekabr 2016-cı il təvəllüldü X7 adlı uşaqları anadan olub. Faktiki nikah münasibətlərinə daxil olduqdan sonra Bakı şəhəri, Xətai rayonu, Məzahir Rüstəmov küçəsində yerləşən 35 saylı evin, 123 saylı mənzilinə cehiz əşyalarını yerləşdirilməklə gəlin köçüb. Bir müddət sonra yəni 2014-ci ilin sonlarında isə Cavabdeh qeydiyyatda olduğu və yaşadığı Rusiya Federasiya, Moskva şəhəri, Yurlovski keçidi, ev 14, 1-ci korpus, 387 saylı mənzilinə daimi yaşamaq məqsədi ilə köçüb. Ondan sonra, yəni 2018-ci il tarixdə Cavabdeh ilə münasibətləri kəskinləşib və uşaqları ilə birlikdə Azərbaycan Respublikasına qayıtmaq məcburiyyətində qalıb.Bakı Səhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1395/2020 saylı, 30 iyul 2020-ci il tarixli qətnaməsi ilə onunla X4 arasında 17 yanvar 2015-ci il tarixdə bağlanan və 71 nömrə ilə qeyd edilən nikahın pozulması, 17 oktyabr 2015-ci il təvəllüdlü X3 və 31 dekabr 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək iddiaçının himayəsində saxlanılması, 17 oktyabr 2025-ci il təvəllüdlü X5 və 31 dekabr 2015 cı il təvəllüdlü X1 yetkinlik yaşma çatanadək saxlanması üçün Cavabdeh 28 fevral 2020-ci il tarixdən hər uşaq üçün hər ay 170,00 manat olmaqla, cəmi 340,00 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya verilməsi qət edilidir.Qeyd olunan qətnamə ilə müəyyən edilən alimentin məbləği uşaqların təminatının təmin edilməsi üçün günün iqtisadi göstəriciləri ilə uzlaşmır. Ərzaq qiymətlərin qalxması, uşaqların böyüməsi, onların maddi təminatının artmasına səbəb olub. Uşaqların saxlanılmasında iddiaçı bir valideyn kimi iştirak etməsinə baxmayaraq onların maddi təminatının təmin edilməsində bəzi problemlər ilə üzləşmək məcburiyyətində qalır. Uşaqların maddi təminatının təmin edilməsi iddiaçı ilə yanaşı həm də cavabdehin vəzifə borcudur. Uşaqların saxlanılmasında Cavabdeh hər bir uşaq üçün tutulan 170,00 manat azlıq təşkil edir.Cavabdeh, Cavabdeh hazırda Rusiya Federasiyasında yaşayır, orda biznes ilə məşğuldur.Maddi vəziyyəti çox yaxşıdır, daim xarici ölkələrə səfərlər edir. Bu fakt da özü-özülüyündə onun maddi imkanın yaxşı olmasını təsdiq edir.Aralarında olan alimentin artırılmasına dair mübahisə ilə bağlı iddiaçı tərəfindən cavabdehə mediasiya prosesinin tətbiqi barədə təklif göndərilib, lakin təklifə cavabdeh müsbət cavab verməyib, bundan sonra iddiaçı, Bakı 9 saylı Mediasiya Təşkilatına müraciət edib, Bakı 9 saylı Mediasiya Təşkilatı alimentin artırılmasına dair mübahisəyə baxmaq üçün mediator X2 təyin edib. Onun tərəfindən ilkin mediasiya sessiyası 27 fevral 2023-cü il tarixə təyin olunub.İddiaçı ilkin mediasiya sessiyasnda iştirak etsə də, Cavabdeh iştirak etməyib, bu səbəbdən mediator X6 tərəfindən ilkin mediasiya sessiyasında Cavabdeh Fləbib oğlunun iştirak etməməsi barədə MŞB/9/2023- 00347 nömrəli, 27 fevral 2023-cü il tarixli Arayış verilib.Bu səbəbdən iddiaçı pozulan hüquqlarının bərpa edilməsi məqsədi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.Qeyd olunanlara əsasən Bakı Səhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1395/2020 saylı, 30 iyul 2020-ci il tarixli qətnaməsi ilə müəyyən olunan (hər uşaq üçün 170 manat olmaqla cəmi 340 manat)alimentin artırılması, birgə nikahdan doğulmuş 17 oktyabr 2015-ci il təvəllədlü X5 və 31 dekabr 2016-cı il təvəllüldü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşağa görə 220 manat olmaqla cəmi 440 manat alimentin İddiaçı xeyrinə tutulması, 50 manat mediasiya xərcinin cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada xəbərdar olunsa da məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan: Bakı Səhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1395/2020 saylı, 30 iyul 2020-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikahın pozulması,birgə nikahdan doğulmuş uşaqların anasının himayəsində saxlanması və onların yetkinlik yaşına çalanadək saxlanması Cavabdeh hər ay hər uşağa görə 170 manat olmaqla cəmi 340 manat alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 99-cu maddəsinə əsasən ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda, aliment məhkəmə qətnaməsinə əsasən tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu» haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü ildə yaşayış minimumu uşaqlar üçün məbləğ 220 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdə olan sənədlərdın görünür ki,iddiaçı müdiassiya sessiyası üçün 50 manat vəsait ödəmişdir. Məhkəmə iddiaçının himayəsində qalan 17 oktyabr 2015-ci il təvəllədlü X5 və 31 dekabr 2016-cı il təvəllüldü X1 mənafeyini nəzərə alaraq hesab edir ki,iddia təmin olunmalı, Bakı Səhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1395/2020 saylı, 30 iyul 2020ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin məbləği artırılmalı, 17 oktyabr 2015-ci il təvəllədlü X5 və 31 dekabr 2016-cı il təvəllüldü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşağa görə 220 manat olmaqla cəmi 440 manat alimentin İddiaçı xeyrinə tutulmalı,Cavabdeh mediasiya sessiyası üçün ödənilmiş 50 manat vəsait alınaraq İddiaçı verilməlidir. Alimentin artırılmış miqdarı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 235, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Bakı Səhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1395/2020 saylı, 30 iyul 2020-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin məbləği artırılmaqla 17 oktyabr 2015-ci il təvəllədlü X5 və 31 dekabr 2016-cı il təvəllüldü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşağa görə 220 manat olmaqla cəmi 440 manat aliment İddiaçı xeyrinə tutulsun. Cavabdeh mediasiya sessiyası üçün ödənilmiş 50 manat vəsait alınaraq İddiaçı verilsin. Alimentin artırılmış miqdarı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar