Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-122/2022 31.01.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə və müstəqil tələb irəli sürən 3-cü şəxsin iddiası üzrə cavabdeh İddiaçı iştirakı ilə, İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə və iş üzrə müstəqil tələb irəli sürən 3-cü şəxsin iddiası üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “pul və sair” tələbinə, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “pul” tələbinə və iş üzrə ilkin iddia üzrə İddiaçı qarşı iş üzrə müstəqil tələb irəli sürən 3-cü şəxs X19 “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul və sair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh onun xeyrinə 82.000,00 manat pul vəsaitinin tutularaq ona verilməsi, Cavabdeh əməllərində cinayət tərkibli əlamətləri olduğu üçün onun barəsində xüsusi qərardad çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 14/166 ünvanında yerləşən qeyri-yaşayış sahəsini X11 almaq məqsədi ilə əvvəlcədən tanıdığı Suraxanı rayonu 32-ci polis Bölməsində çalışan Cavabdeh ayrıayrı şəxslərə faizlə pul verdiyini bilərək ondan 38.000,00 manat on beş ay müddətinə faizə pul götürmüşdür. Faizlərlə birlikdə ona 45.000,00 manat qaytarmalı idi. Cavabdeh etibarını daha da möhkəmləndirmək, və ona qarşı yarana biləcək risklərin qarşısının alınması məqsədi ilə həmin qeyri-yaşayış sahəsinin alqı-satqı müqaviləsində alıcı qismində Cavabdeh göstərmişdir. Cavabdeh guya onun etibarını möhkəmləndirmək üçün iddiaçıya həmin obyektlə bağlı etibarnamə vermişdir. Bundan sonra Cavabdeh həmin qeyri-yaşayış sahəsini başqa bir səxsə satmış və iddiaçıya külli miqdarda ziyan vurmuşdur. Şəfayətdən faizlə pul götürməyinə dair səs yazısı, həmçinin şahidlər vardır. Cavabdeh borc aldığı 38.000 manat pul məbləği müqabilində, borcun beş aya faizi ilə birlikdə, yəni 45.000 manat ona ödəniləcəyi razılaşdırılsa da, Cavabdeh dələduz məqsədləri üçün onu aldadaraq Azadlıq pr-ti 14/166 ünvanında yerləşən qeyri-yaşayış sahəsini Tacəddin İmanova satmışdır. Bakı Şəhər Baş Polis İdarəsinə etdiyi şikayətdə 32-ci PB-də çalışan Cavabdeh Məhəmməd oğlunun cinayət əməli ilə bağlı topladığı səs yazılarını göndərsə də, qurum 05.02.21-ci il tarixdə ona cavab məktubu ünvanlayaraq Babaşov Şəfavət Məhəmməd oğlunun əməllərində cinayət əməlləri olmadığı, lakin rəhbərlik tərəfindən müvafiq əmrlə onun intizam məsuliyyətinə cəlb edildiyi bildirilmişdir. Lakin, qanunvericiliyin tələblərinə uyğun olaraq, Cavabdeh barədə rəsmi intizam qərarı ona təqdim olunmamışdır. Daha sonra, anası X26 09.02.2021-ci il tarixdə Azərbaycan Respublikasının Prezidentinə teleqramla müraciət edərək, Cavabdeh onu aldadaraq, etibarından sui-istifadə edərək əmlakını ələ keçirdiyini bildirmişdir. Həmin şikayət əsasında Bakı Şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru X27, apardığı araşdırma zamanı, iddiaçı öz izahatında bildirmişdir ki, X28 onun anasıdır. Anası Mariya cavabdehi 2015-ci ildən tanıyır, 2018-ci ildə cavabdehə qızıl girov qoyaraq 17.000 manat faizə pul götürmüşdür. Daha sonra, həmin qızıllar cavabdehdə girovda olduğu üçün, ona hər ay 800 manat faizlə pul ödəmişdir. Bir neçə ay faiz ödəməsinə baxmayaraq əsas borcu ödəyə bilmədiyi üçün cavabdehdə olan həmin 17.000 manat borcu qoyduğu girov qızıllarla əvəzləşdirmişdir. Bundan sonra, 2019-cu ildə Füzuli adlı şəxsdən Binəqədi rayonu Azadlıq prospektində yerləşən 110 kv/m sahədən ibarət obyekti 120.000 manat müqabilində almağa razılığı olmuşdur. Füzuli ilə razılaşaraq həmin obyektin pulunu ödəmək üçün əvəzində özünə məxsus olan Xırdalan şəhərində yerləşən mənzilini 65.000 manat pulun əvəzində vermiş qalan pulu ödəmək üçün isə cavabdehdən 38.000 manat faizlə pul götürmüşdür. İddiaçı ilə cavabdehin razılaşmalarına əsasən, alınacaq obyekt sonuncunun adına rəsmiləşəcək, çünki cavabdehin iddiaçıya verdiyi pula görə özünü sığortaladı ki, iddiaçı tərəfindən pulun verilmədiyi halda obyekt ona qala bilsin. Daha sonra Şəfayət onu bildirmişdir ki, bir ay ərzində ona əlavə pul verəcəkdir, əvəzində isə aldığı obyekt onun adında qalmaqla ona məxsus olacaqdır. İddiaçı Şəfayətə razılığını bildirmişdir, eyni zamanda aldığı oyektin çay evi kimi fəaliyyət göstərməsinə başlamışdır. Bir ay sonra, Cavabdeh obyekti alası olmadığını bildirərək, ona vermiş olduğu 38.000 manat pulu qaytarmağını istəmiş və təklif etmişdir ki, birdəfəlik ödəyə bilmirsə aylıq 1500 ABŞ dollar faiz ödəsin. İddiaçı cavabdehin təklifi ilə razılaşmışdır. Lakin, sonradan pandemiya ilə bağlı kafe və çay evləri bağlandıqda obyekt işləməmiş və fəaliyyəti dayanmışdır. Bu səsəbdən də cavabdehə faizi ödəyə bilməmişdir. Sonradan ona məlum olmuşdur ki, Şəfayət ona olan 38.000 manat borcunun əvəzində obyektin 49 kv/m sahəsini Tacəddin adlı şəxsin adına rəsmiləşdirmişdir. Lakin bu barədə iddiaçıya heç bir məlumat verməmişdir. Bakı Şəhəri Binəqədi Rayon Polis idarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru X29, apardığı araşdırması zamanı izahatı alınmış Babaşov Şəfavət Məmməd oğlu göstərmişdir ki, hazırki iş üzrə İddiaçı Akif oğlunu təxminən 2015-ci ildən tanımışdır. Belə ki, onunla yaxşı münasibətləri olmuşdur. Bildirmişdir ki, İddiaçı 2018-ci ildə borca 18.000 manat (qızıllarla bağlı) istədikdə ona etiraz etməmişdir. İddiaçı 18.000 manat deyil 17.000 manatı 2015-ci ildə cavabdehdən faizə götürmüşdür və ödəyə bilmədiyi üçün girov qoyduğu qızıl ziynət əşyaları cavabdehin mülkiyyətinə keçmişdir. Cavabdeh Binəqədi RPİ-nə verdiyi izahatının davamı olaraq bildirmişdir ki, 2019-cu ilin aprel ayında iddiaçı ona müraciət edərək, Binəqədi rayonu, Azadlıq prospektində yerləşən 110 kv/m sahədən ibarət qeyriyaşayış sahəsini aldığını və pulu çatmadığı üçün ona 40.000 manat pul lazım olduğunu və bununla bağlı ona borc verə bilcəyini soruşduqda, cavabdeh etiraz etməmişdir. Həmçinin iddiaçı, ona pulu qaytara bilməyəcəyi təqdirdə, pulun əvəzinə həmin qeyri-yaşayış sahəsinin onun adına sənədləşdirilməsini təklif etdikdə, cavabdeh etiraz etməmişdir. 10.04.2019-cu il tarixdə 24 saylı Notariat X5 ilə iddiaçı arasında qeyri-yaşayın sahəsinə dair alqı-satqı olunmuş və daha sonra həmin obyekt onun adına sənədləşdirilmişdir. Bundan sonra, həmin qeyri-yaşayış sahəsindən iddiaçı özü istifadə elmişdir. Daha sonra, Cavabdeh iddiaçıdan verdiyi pulu tələb etməyə başlamış, iddiaçı isə öz növbəsində aldığı borcun pandemiyadan dəyən iqtisadi zərərlərə görə işlədə bilmədiyini bildirmiş, bir az gözləməyini xahiş etmişdir. İddiaçı cavabdehə maddi vəziyyətinin çətinliyinə görə verə bilmədiyi üçün, təklif etmişdir ki, qeyd olunan obyekti satsın və cavabdehə düşən pulu qaytarsın. Lakin, cavabdeh iddiaçının xəbəri, razılığı olmadan mübahisəli obyekti 25.000 manata vətəndaş X3 iddiaçının etibarından sui-istifadə etmişdir. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi və qrşılıqlı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı ona qarşı “pul” tələbinə dair ilkin iddianın rədd edilməsi İddiaçı onun xeyrinə maddi ziyan qismində 39500,00 manat məbləğində vəsaitin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisə predmeti olan Bakı şəhəri Binəqədi rayonu, Azadlıq pr-ti, 14/166 ünvanında yerləşən zirzəminin 49.2 kv.m sahəsi İddiaçı ondan borc adı ilə aldığı 57.000 manat pul müqabilində həmin zirzəminin mülkiyyətçisi X13 tərəfindən obyekt onun adına rəsmiləşdirilmişdir. İddiaçı aldığı borcu uzun müddət müxtəlif bəhanələr ilə qaytarmaqdan imtina etmiş, onun telefon zənglərinə cavab verməmişdir. O, 1 il gözlədikdən sonra İddiaçı axtarmaq məqsədi ilə həmin zirzəmiyə gəlmiş və görmüş ki, həmin zirzəminin giriş qapısı qaynaq edilərək bağlanmışdır. Həmin zirzəmi binanın aıltında 3 metr dərinlikdə yerləşir. Pəncərələri yox və anbar tiplidir. O, qapını açdırdıqda zirzəminin içərisinin tam bərbad halda olduğunu, içəridə olan otaqlarının qapıları sökülərək götürüldüyünü, divarların söküldüyünü, işıq sisteminin və bütün əşyaların və avadanlıqların götürüldüyünü görmüşdür. Daha sonra yaxınlıqda yerləşən ev alqı-satqısı ilə məşğul olan şirkətə yaxınlaşıb, həmin zirzəminin satış qiymətini soruşduqda onlar ona bildirmişlər ki, təmirli halda olan zirzəminin qiyməti 30.000 manat təşkil edir. O isə İddiaçı tərəfindən aldanıldığını öyrənmişdir. Başa düşmüşdür ki, iddiaçının ondan borc almaqda məqsədi həmin zirzəmini ona satmaq olmuşdur. O aə zirzəminin təmirsiz və bərbad halda olduğunu nəzərə alıb 22 000 manat pul məbləğində hazırki mülkiyyətçi X4, X14 həmin zirzəmini video çəkiliş apararaq ondan təhvil almışdır. Hazırda həmin zirzəmi mülkiyyətçi tərəfindən təmir edilmiş, avadanlıqda təmin edilmişdir, havalandırma sistemi çəkilmişdir. Ona görə də İddiaçı onun xeyrinə 35000,00 manat miqdarında pulun, borc verdiyi müddətdə itirilmiş mənfəət üçün əlavə 20.000,00 manat və 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra Cavabdeh oğu qarşılıqlı iddia tələbini dəqiqləşdirərək İddiaçı 2015-ci ildən tanımasını, aralarında normal tanışlıq münasibətləri olmasını, təxminən 2019-cu ildə İddiaçı onun yanına gəlməsini bildirmişdir. O, Arifə bildirmişdir ki, Ukraynadan gəlmiş dostu Maqsudov Yaqub 2 gündən sonra Ukraynaya getməlidir, 38000 (otuz səkkiz min) manat pulu var, ondan xahiş edir ki, öz adına Milli Bankın 15 faiz dərəcəsi ilə 1 illik banka depozitə yerləşdirsin. İddiaçı ona bildirmişdir ki, ona vacib pul lazımdır, həmin 38000 (otuz səkkiz min) manat pulu ona borc versin əvəzində azadlıq prospekti 14/166 ünvanında yerləşən 49.2 kv.m zirzəmini onun adına sənədləşdirsin. Məqsudov Yaquba 38000 (otuz səkkiz min) manat əlavə olaraq 1 illik depozit faizi ilə və alqı-satqı zamanı ödənilən təxmini 1650 manat dövlət rüsumu ilə birlikdə 45000 (qırx beş min) manat qaytaracaqdır.Çünki alqı-satqı zamanı 1650 manat rüsumu o ödəmişdir. O razılaşmışdır ki, həmin qeyri-yaşayış sahəsinin mülkiyyətçisi X24 tərəfindən həmin zirzəmi onun adına sənədləşdirilsin. Məhz iddia ərizəsində öz əksini tapan 45000 (qırx beş min) manat pul məbləği oradan yaranmışdır. O, İddiaçı bildirdiyi kimi Azadlıq prospektində yerləşən zirzəmi ilə bağlı deyil, daha əvvəl İddiaçı Sabirabad şəhərində yerləşən ona məxsus yarımtikili obyektin satılması üçün etibarnamə vermişdir. İddiaçı həmin obyekti satıb ona çatası olan məbləğdən 10000 (on min) dollar məbləğində pulu ona vacib lazım olduğu üçün borc kimi ona verməyini xahiş etmiş və işlərini həll etdikdən sonra qaytaracağını bildirmişdir. İddiaçı anası X28 polisə verdiyi ifadəsində bildirdiyi 17000 (on yeddi min) manat guya qızıl girov müqabilində götürdüyü 17000 (on yeddi min) manat məhz ondan götürüyü həmin 10000 (on min) dollar məbləğində olan puldur. Həmin borcu qaytarmamaq məqsədi ilə bu cür iftiralara və yalanlara əl atmışlar. Binəqədi rayon RPİ-nin cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda göstərilən 58000 (əlli səkkiz min) manat yox 38000 (otuz səkkiz min) manat və əlavə olaraq Sabirabad rayonunda onun əmlakının satışından əldə oluna məbləğdən borc kimi verdiyi 10000 (on min) dolların Azərbaycan Manatına çevrildiyini nəzərə alsaq 57000 (əlli yeddi min) manatdır. Məhz 57000 (əl!i yeddi min) manat oradan yaranmışdır. Nə onun, nə də Maqsudov Yaqubun obyekti almaq məqsədi olmamışdır. İddiaçılə onun arasında şifahi razılaşmalarında iddia ərizəsində də göstərildiyi kimi o bildirmişdir ki, o pulu qaytara bilməsə obyekt onun olacaqdır, istədiyin vaxt satıb pulunu götürə bilər. O, 1 il müddətində Arifi gözləmiş, o isə onu aldadaraq müxtəlif bəhanələrlə vaxtı uzatmağa başlamış və o öyrənmişdir ki, icarəçi X15 60000 (altmış min) manat ona vermək adı ilə pul almış və obyekti ona satacağını bildirmişdir. Ancaq həmin 60000 (altmış min) manat pulu özünün başqa məqsədləri üçün istifadə edib. O, məcbur olub Maqsudov Yaqubun pulunu qaytarmaq üçün ev alqı-satqısı ilə məşğul olan firmaya müraciət etmiş, onların əməkdaşları ilə birlikdə zirzəmiyə baxış keçirdikdə zirzəminin çöl giriş qapısı qaynaq edilmiş və onlar z qapını açıb içəri girdikdə şahidi olmuşlar ki, zirzəminin içərisi İddiaçı tərəfindən tam sökülmüş, içəridə olan otaqların qapısına qədər sökülüb aparılmış və heç bir əşya yoxdur. Həmin vəziyyətdə o zirzəmini X10 22500 (iyirmi iki min beş yüz) manat pul məbləğində satmışdır. Çünki artıq 1 il keçmiş və Maqsudov Yaqubun pulunu qaytarmalı idi. O, İmanov Tacəddin aldığı 22500 (iyirmi iki min beş yüz) manat pul məbləğinin üzərinə öz büdcəsindən əlavə olaraq 22500 (iyirmi iki min beş yüz) manat da əlavə edib cəmi 45000 (qırx beş min) manat pulu qaytarmışdır. İddiaçı ona dəyən ziyanın ödənilməsini tələb etdikdə boyun qaçıraraq ondan şikayət etməyə başlamışdır. İddiaçı tərəfindən həmin zirzəminin 120000 (yüz iyirmi min) manat qiymətə alınmasına dair aralarında heç vaxt söhbət olmamışdır. Beləliklə İddiaçı onu aldadaraq etibarından sui-istifadə etməsi səbəbindən 38000,00 manatın üzərinə əlavə bank depozit faizi və dövlət rüsumu ilə birlikdə 45000 (qırx beş min) manat pul məbləğinin və Sabirabad şəhərində onun mülkiyyətində olan obyektin satışından əldə edilmiş 10000 (on min) dollar, yəni 17000 (on yeddi min) manat iddiaçının ondan aldığı borc cəmi 62000 (altmış iki min) manatdan zirzəminin satışından əldə edilmiş 22500 (iyirmi iki min beş yüz) manat məbləği çıxmaqla yerdə 39500 (otuz doqquz min beş yüz) manat məbləğində maddi ziyana düşmüşdür. Bundan əlavə iş üzrə müstəqil tələb irəli sürən 3-cü şəxs X30 ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı 60.000,00 manat vəsait tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə müstəqil tələb irəli sürən 3-cü şəxs iddia tələbi onunla əsaslandırılmışdır ki, 2019-cu ilin iyul ayında tanışın İddiaçı hazırda mübahisə predmeti olan Binəqədi rayonu, Azadlıq prospekti 14/166 ünvanında yerləşən zirzəmini çay evi kimi aramızda olan şifahi razılaşmaya əsasən ona icarəyə vermişdir. Təxminən 15-20 gün işlədikdən sonra İddiaçı ona bildirmişdir ki, həmin obyekti onun üçün 140 min manata ala bilər. Bu şərtlə ki, əvvəlcə obyektin sahibi Cavabdeh 57 min manat pul ödənildikdən sonra obyektin mülkiyyət sənədlərini onun adına sənədləşdirəcəkdir. Bununla bağlı Arif onu Şəfayətlə tanış etmişdir. Şəfayət də 57 min manatı ödəyəndən sonra çay evini işlətməyini bildirdi. Aralarında olan razılığa əsasən Arif müəllimə 60 min manat pul vermiş, qalan 80 min manat pul borcunu isə 2020-ci ilin yanvar ayına kimi ödəməliydi. Aralarında olan razılığa görə Arif ev tikintisi ilə məşğul olduğu üçün həmin pul əvəzinə ona tikinti materialları, çınqıl, qum verməli idi. Qısa müddətdən sonra ictimai iaşə obyektləri pandemiya ilə əlaqədar fəaliyyətini dayandırdı. O da çınqıl, qum satışı ilə məşğul olduğu üçün heçnədən şübhələnmədən öz işinə qayıtmışdır. Həmin dövrdə aralarında olan razılaşmaya əsasən Nuriyev Arilin tikintisinə üç min manatlıq çınqıl, qum göndərmişdir. Bu barədə qəbzləri var. Sonra ona məlum oldu ki, İddiaçı onui aldadıb, həmin verdiyi pulu Cavabdeh verməyərək özü üçün diş kabineti açmışdır. Dəfələrlə İddiaçı zəng edib onu axtarsa da telefon zənglərinə cavab verməyərək onunla görüşməkdən yayınmağa başlamışdır. Cavabdeh öz növbəsində qeyriyaşayış sahəsini üçüncü şəxsə satmışdır. Obyektin hazırki mülkiyyətçisi X16 qeyri-yaşayış sahəsindən çıxarılmağı ilə bağlı ona bildirdikdə o, Arifə 60 min pul ödədiyini bildirib çıxmaq istəməmişdir. O da ondan əvvəlcə polisə, sonra məhkəməyə şikayət verərək onu qeyriyaşayış sahəsindən çıxartmışdır. Bu haqda o, polisə və məhkəməyə verdiyi ifadələrində və izahatlarında bildirmişdir. Məhkəmədə ona məlum olmuşdur ki, həmin qeyri-yaşayış sahəsinin real qiyməti elə 60 min manat imiş. Çünki məhkəmədə İmanov Tacəddin bildirdi ki, o obyekti 60 min manat məbləğində almış, işlədə bilmədiyi üçün 60 min manata satır. Ona istəyirsə Arifdən pulunu almasını,onun adına alqı-satqı etməsini bildirmişdir. Ona görə də İddiaçı verdiyi 60 min (altmış min) manat pul vəsait tutularaq ona verilməsi dair qətnamə çıxarılmalıdır. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə və iş üzrə müstəqil tələb irəli sürən 3-cü şəxsin iddiası üzrə cavabdeh İddiaçı ilkin iddia tələbinin məzmununa uyğun izahat verərək ilkin iddianın təmin olunması, qarşılıqlı iddia ərizəsinin və iş üzrə müstəqil tələb irəli sürən 3-cü şəxsin iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Həmçinin o bildirdi ki, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə və iş üzrə müstəqil tələb irəli sürən 3-cü şəxsin iddiası üzrə cavabdeh İddiaçı 3cü şəxsin iddiası ilə bağlı bildirdi ki, X42 oglunun İddiaçı 60.000 (altmış min) manat pul borcunun olduğunu bildirmişdir. Şahmar Həsənovla 2019-cu ilin iyul ayında tanış olmuş, ilkin iddiaçının “DAF” markalı qum daşıyan maşını olmuş və onu satmaq üçün elan saytına qoymuşdur. Şahmar Həsənov ona zəng edərək, maşını icarəyə götürmək istədiyini bildirmişdi. Daha sonra, onunla icarə müqaviləsi bağlamışdır. O zamanlar, ilkin iddiaçı Bakı şəhəri, Azadlıq prospekti 14/166 ünvanında yerləşən mübahisəli qeyri-yaşayış sahəsini, yani kafeni işlədirdi. Şahmar Həsənov “DAF” maşının birinci icarə haqqını ödəmək üçün ona zəng etmiş və onlar həmin kafedə görüşmüşlər. Söhbət əsnasında o, kafeni satmaq istədiyini bildirmişdir. Şahmar kafeni almaq istədiyi üçün o, onunla 27.08.2019-cu il tarixli akt (razılaşma) bağlamışdır. Kafenin qiymətinin 150.000 (yüz əlli min) manat olduğunu bildirmişdir. Razılaşmaya görə, Şahmar hər ay 10.000 (on min) manat olmaqla 70.000 (yetmiş min) manat ödəməli, qalan 80.000 (səksən min) manatın əvəzinə isə, ona Mehdiabad qəsəbəsində olan evini verməli idi. O, Şahmarı Şəfayətlə tanış etmiş və ondan hər ay 10.000 (on min) manat olmaqla, 5 ay müddətində Şəfayətə 50.000 (əlli min) manat ödəməsini xahiş etmişdir. Çünki kafe Şəfayətin xeyrinə 38.000 (otuz səkkiz min) manat pul məbləğində faizlə girov qoyulmuşdur. Şahmar onun aralarında bağlanmış 150.000 (yüz əlli min) manatlıq razılaşmanın 50.000 (əlli min) manatını Şəfayətə ödəməli idi. Şahmar Həsənov ona qarşı olan iddia ərizəsində Cavabdeh 57.000 (əlli yeddi min) manat pul verdiyini, Binəqədi RPİ-nin 03 mart 2021-ci il tarixli qərarında Şahmar Həsənov ona 32.000 manat pul verdiyini, Binəqədi RPİ-nin 03 noyabr 2020-ci il tarixli qərarında isə Şahmar Həsənov ona 42.000 (qırx iki min) manat pul verdiyini izahatında bildirmiş, Binəqədi RPİ-nin 08 fevral 2021-ci il tarixli qərarında isə, Şahmar Həsənov mənə 53.000 (əlli üç min) manat verdiyini qeyd etmişdir. X40 rayon Məhkəməsinə ünvanladığı halhazırki iddiasında isə ona 60.000 (altmış min) manat verdiyini vurğulamışdır. Hesab edir ki, RPİ-də verilən izahatlarla, məhkəməyə verilmiş iddiada kobud şəkildə ziddiyytələr vardır. Buna əsas, əldə olunmuş istintaq materiallarında olan Şahmar Həsənovun izahatlarıdır. Sual yaranır: Əgər Şahmar ona 60.000 (altmış min) manat pul vermişdirsə, onda Şəfayətə 57.000 (əlli yeddi min) manatı niyə vermişdir? Şahmar niyə ondan yazdığı şikayətlərdə 60.000 manatı qeyd etməmişdir. Deməli, Cavabdeh Şahmar Həsənovdan 57 000 manat pul almışdır. Lakin mübahisəli əmlakı girovdan çıxararaq ona qaytarmaq əvəzinə Tacəddin İmanova satmışdır. Şahmar öz ərizəsində ona qum, çınqıl verdiyini və dəyərinin 3.000 (üç min) manat olduğunu, bu barədə qəbzlərinin olduğunu qeyd edir, lakin, onda 60.000 (altmış min) manat ona verməsinə dair qəbzləri, əsaslı sübutları, şahidləri yoxdur. O bildirdi ki, Şahmar Həsənovla qum-çınqıl məsələsi hazırki obyektlə deyil onun Xirdalanda almaq istədiyi evlə bağlı olmuşdur. Digər tərəfdən Şahmar Həsənov yazdığı iddia ərizəsi ilə Cavabdeh mübahisəli əmlaka görə pulu ödənildikdən sonra əmlakını ona qaytarmaq əvəzinə, onu qanunsuz olaraq başqasına satdığını öz ərizəsində təsdiq edir. 27.08.2019-cu il tarixli Akta əsasən, o ilkin iddiaçıya 80.000 (səksən min) manat pulun əvəzinə Mehdiabad qəsəbəsində yerləşən 5 sot torpaq sahəsini və orada yerləşən evini verməli idi. X47 verdiyi vəddən boyun qaçırdı, onun etibarından sui-istifadə etdi. Nəticədə ona külli miqdarda zərər dəydi. Yuxarıda qeyd etdiyi 70.000 (yetmiş min) manatda ilkin iddiaçıya 10.000 (on min) manat vermiş, iddia ərizəsində özünün təsdiq etdiyi kimi 70.000 manatın 57.000 manatını Cavabdeh vermişdir. Bundan əlavə o bildirdi ki, obyektin rəsmi sahəsi 49.20 kv.m sənəddə, 64.10 kv.m isə əlavə tikilidir. Obyektin hazırki bazar dəyəri qiymətləndiricinin qoyduğu dəyərdən də yüksəkdir. İçində əşyalarda var, 130000 manat olar. X6 adına olsa da əslində həqiqi sahibi Fizuli idi. Obyekti 120 min manata Fizuli adlı şəxsdən almışdır. Ona görə 90 min manatlıq evini vermiş və əlavə olaraq Fizuliyə bir də əməliyyat olunması üçün 22000 manat pul vermişdir. Obyekti aldıqdan sonra obyektin təmirinə və avadanlığına 20 min manat vəsait xərcləmişdir. Faizə götürdüyü pula görə Şəfayətə 3 ayının faizini də hər ay ***-**** manat vermişdir. Obyektin açarı hazırda Şəfayətdədir. Obyekti Şahmar 8-9 ay işlətmiş, o, aylıq 900 manatlıq kirayə haqqını verməmiş, sonra onun məhkəmə ilə həmin obyektdən çıxartmışdırlar. Onun obyektindən əşyaları götürmüş, oranı dağıtmışlar. Şahmar Xırdalandakı evə görə ona 10.000 (on min) manat ödəmişdir. Evin qalan puluna görə ona hər ay 4000 manatlı qum çınqıl verməli idi. O, həmin10.000 (on min) manat pulu 24.08.2020-ci il tarixdə DİN-in İstintaq və Təhqiqat İdarəsinin Ağir Cinayətlərin İsltintaqı Şöbəsinin baş müstəntiqi, cənab X12 Şahmar Həsənova çatdırılması üçün vermiş və bu barədə 24.08.2020-ci il tarixli Protokol tərtib olunmuşdur. Şahmar evə görə bir maşının dəyəri 1200 manat olan 3 dəfə 3600 manat qum-çınqıl gətirmişdir. Şahmara icarəyə verdiyi maşına xərc qoymuş, maşına qoyduğu xərclə bağlı ustanı şahid kimi gətirə bilər. Qumun abyektə aidiyyata yox idi. O, obyektə görə Mehdiabaddakı evini verməli qalan borcu isə 10000-10000 manat olmaqla pul verəcəyini vəd etmiş, lakin hər dəfə pul istəyəndə verməmiş, bundan sonra isə evini beton zavoda vermiş, ona isə 10000-10000 manat pul verəcəyini vəd etmiş, lakin hər dəfə pul istəyəndə pul verməmişdir. 10.000 (on min) manat pulu ona sırf Xırdalandakı evə görə qaytarmış, bu barədə məlumat qeyd etdiyi kimi, 03.11.2020-ci il tarixli Binəqədi RPİ-nin Qərarında və 24.08.2020-ci il tarixli protokolda öz əksini tapmışdır. O, Şahmara “DAF” markalı avtomobilini icarəyə vermiş, o isə öz növbəsində 1 (bir) aylıq icarə haqqını ödəmişdir. Qeyd olunan avtomobili, aylarla işlətmiş, sonra isə korlanmış, dağılmış vəziyyətdə ona qaytarmışdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı və iş üzrə müstəqil tələb irəli sürən 3-cü şəxs məhkəmə iclaslarına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə müstəqil tələb irəli sürən 3-cü şəxsin vəkili və nümayəndəsi Vəkil1 xəstə olması ilə əlaqədar məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməməsini bildirərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümükün hesab etmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş Cavabdeh qarşılıqlı iddia tələbinin məzmununa uyğun izahat verərək ilkin iddianın rədd olunması qarşılıqlı iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin o bildirmişdir ki, Bakı şəhəri Binəqədi rayonu, Azadlıq prospekti 14/166 ünvanında yerləşən zirzəminin 49,2 kvm sahəsi İddiaçı ondan borc adı ilə aldığı 57 min manat pul müqavilində həmin zirzəminin mülkiyyətçisi X13 tərəfindən onun adına rəsmiləşdirilmişdir. Əslində obyekti dostu Maqsudov Yaqub almaq istəmiş, lakin Ukrayna vətəndaşı olduğu üçün alqısatqı onun adına aparılmışdır. Həmin yer obyekt deyil, 5 metr düşürsən aşağıda yerləşir. Obyekt Tacəddinin obyektidir. Həmin yerdə hər şeyi Arif sökmüşdür. İddiaçı aldığı borcu uzun müddət müxtəlif bəhanələr ilə qaytarmaqdan imtina etmiş onun telefon zənglərinə cavab verməmişdir. O, bir il gözlədikdən sonra İddiaçı axtarmaq məqsədilə həmin obyektə gəlmiş və görümşdür ki, həmin zirzəminin giriş qapısı qaynaq edilərək bağlanmışdır. O, qapını açdırdıqda obyektin içərisinin tam bərbad halda olduğunu və divarların sökülmüş halda olduğunu görmüş və yaxınlıqda yerləşən alqı-satqı ilə məşğul olan şirkətə yaxınlaşıb və həmin obyektin satış qiymətini soruşduqda ona bildirmişlər ki, həmin zirzəmini təmirli halda 30000 manata sata bilərlər. O, həmin zaman aldandığını bilmişdir. İddiaçının borc almaqda məqsədi həmin zirzəmini ona satmaq olub. O da zirzəminin təmirsiz və bərbad halda olduğunu nəzərə alıb 22 min manat pul məbləğində obyekti hazır ki, mülkiyyətçi X1. Binəqədi Rayon MKTB-nin 102 saylı Mənzil Kommunal İstismar İdarəsinin verdiyi arayışdan da məlum olur ki, 110 kv.m ərazinin 60,8 kv.m sahəsi dövlətə məxsusdur. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəkili və nümayəndəsi X41 qarşılıqlı iddia tələbinin məzmununa uyğun izahat verərərk ilkin iddianın rədd edilməsi qarşılıqlı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin o bildirmişdir ki, obyekt Arifə yox X20 məxsus olmuşdur. Tərəflər arasında obyektin 120000 manata olması ilə bağlı söhbət olmamaşdır. Əgər obyekt 120000 manata idi isə onda Arifin onu 38000 manata görə girov qoyaması ağalabtan deyil. Orda 38000-dən yox 62000 manat olub Şəfayət Arifə mübahisəli obyeklə bağlı deyil Sabirabaddakı qeyri-yaşayış sahəsini satmaq üçün vermişdir. Polisdə izahatında da var. 10000 dollar satışdan Arifə borc verib. Ona görə də onlar arasında 57000 manatın üstünə bank depozitini də gələndə cəmi 62000 manat edir. Arifin obyekti 30000 manat olduğu halda onlar 80000 manat həbs qoyulub. Obyektin 49.2 kvm sahəsi Tacəddinə, 60.8 kvm hissəsi isə dövlətə məxsusdur. Mübahisəli obyektin hazırki iddia tələbi ilə əlaqəsi yoxdur. Həmin obyekt iddiaçıya məxsus deyildir. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş iş üzrə müstəqil tələb irəli sürən 3-cü şəxs X30 iddia tələbinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin o bildirmişdir ki, Arifdən Xirdalanda ev alımış, evə qarşılıq qum-çınqılnan barter etmişdir. Sonra Arif ona kafesi olmasını ona icarəyə vermək istəməsin, 15 gün sonra isə kafeni satmaq istədiyini bildirmişdir. O, kafeni nağd qaydada 140000 manata, 150000 manataisə barter şəklində satmasını bildirmişdir. 70000 manat nağd verərsə qalanın qum-çınqılnan barter etmələrini təklif etmişdir. Obyektə görə 57000 borcu var. Arifə Mehdiabad qəsəbəsində evinin olmasını 70000 manata görə onu verə biləcəyini bildirmişdir. Ariflə razılaşmadığı üçün həmin evi 60000 manata sataraq dostunun yanında Arifə vermişdir. Onun ağlına gəlməzdi ki, Arif onu aldada bilər. Arifin dostunun beton zavodu var idi. O, qumu ora aparıb tökürdü buna görə Arif ordan nəğd pul alırdı. Onu aldadaraq Arif özü sənədləşdirməyi müxtəlif bəhanələrlə yubatmışdır. O, 3000 manatlıq qum tökdukdən sonra pandemiya düşmüşdür. Tacədin adlı şəxs, obyektə gələrək obyektin ona məxsus olmasını, obyekti Arifədən almasını bildirəndə Arifə məsələ ilə bağlı ora gəlməsini xahiş etmiş, lakin o gəlməmişdir. Tacəddin isə obyektə polis çağıraraq onu polisə vermişdir ki, obyektdən çıxsın. Arifə 60000 manat vermiş aralarında etibar olduğuna görə rəsmiləşdirməmişdir. Arif obyektə görə 80000 qaldığını deyirdi. O, obyektə görə 60000 manat vermiş, Arif ona saxta sənəd vermişdir. O, obyekti təmir etmişdir. Arif onun obyektində olan əşyaların hamsını yığıb aparmış, açarı dəyişmişdir. O, kafeni 8 ay işlətmiş, Arifə cəmi 62000 manat versə də istintaqda Arif 10000 manatı ona görə qaytarmışdır ki, onu tutmasınlar. O, da istintaqda sübuta yetirmişdir ki, Arif ona obyektə görə saxta sənəd vermişdir. 62000 manatın 60000 manatı sırf evə görə verilmişdir. O, maşına ona görə çek almışdır ki, çek almasa maşınla malı apara bilmirdi. 80 min manatın əlyazması var şəklini də çəkmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş iş üzrə müstəqil tələb irəli sürən 3-cü şəxs X19 vəkili və nümayəndəsi Vəkil1 X19 izahatına uyğun izahat verərərk iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki işin materiallarını araşdırıb, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, ilkin iddia qismən təmin edilməli, qarşılıqlı iddia tələbi və iş üzrə müstəqil tələb irəli sürən 3-cü şəxsin iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - X24 ilə Cavabdeh arasında 10.04.2019-cu il tarixdə bağlanılmış AN-İ seryalı ******* saylı alqı-satqı müqaviləsinin surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 14/166 ünvanında yerləşən 49,2 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsi Cavabdeh 20.000,00 manata satılmışdır. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 14/166 ünvanında yerləşən 49,2 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsi Cavabdeh adına 29.04.2019-cu il tarixdə xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 14/166 ünvanında yerləşən 49,2 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsi X9 adına 04.03.2020ci il tarixdə xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. - Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 25.11.2020-ci il tarixli, 2(001)5176/2020 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X9 X23 qarşı “qeyri-yaşayış sahəsindən çıxarılma” tələbinə dair iddiası təmin edilmiş X19 iddiaçı X9 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 14/166 ünvanında yerləşən 49,2 kv.m sahədən çıxarılması qət edilmişdir. - Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 30.04.2021-ci il tarixli qərarının sürətindən görünür ki, vətəndaş X21 müraciətinə əsasən Cavabdeh əməlində cinayət tərkibi olmamasına görə aparılmış araşdırma üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Həmin qərarın təsviri hissəsində izahatı alınmış Cavabdeh 2018-ci ildə İddiaçı 18000,00 manat verməsini, bundan sonra Arifin Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 14/166 ünvanında yerləşən qeyri-yaşayış sahəsini almaq istəməsi, lakin pulunun çatmamasını, ona yenidən 40.000,00 manat lazım olmasını, Arifə etiraz etməməsini, Arifin ona ümumilikdə 58000,00 manat vəsaiti qaytara bilməyəcəyi təqdirdə pulun əvəzində həmin qeyri-yaşayış sahəsinin onun adına sənədləşdirilməsini təklif etməsi, Arifin isə buna etiraz etməməsini, bundan sonra 40.000,00 manat vəsaiti Arifə verməsini, obyektin onun adına sənədləşdirilməsini, bundan sonra obyekti Arifin özünün istifadə etməsini, bir müddət sonra Arifdən 58.000,00 manat vəsaiti istədikdə onun pulunun olmamasını bildirməsini və Arifin obyekti satıb pulunu götürməsini ona təklif etməsini, obyekti ******* manata X2, obyektin dəyərini Arifə bildirməsini, Arifin ona hələ də 33000,00 manat borclu olmasını və həmin pulu ödəməsini tələb etməsini bildirmişdir. Həmçinin həmin qərarın təsviri hissəsində izahatı alınmış İddiaçı bildirmişdir ki, 2018-ci ildə şəfayətə qızıl girov qoyaraq 17000,00 manat pul götürmüş, bir neçə ay 800 manatdan faiz ödəməsinə baxmayaraq əsas borcu ödəyə bilmədiyi üçün 17000,00 manat borc Şəfayətə girov qoyduğu qızıllarla əvəzləmişlər. Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 14/166 ünvanında yerləşən qeyri-yaşayış sahəsini Fizuli adlı şəxsdən 120000,00 manata almağa razılığa gəlmiş, 65 min manatlıq Xirdalandakı evini vermiş 38000,00 manat vəsaiti Şəfayətdən faizlə borc almışdır. Şəfayətlə razılaşmalarına görə o özünü sığortalamaq üçün obyekt Şəfayətin adına rəsmiləşdirilməsini istəmişdir. Daha sonra Şəfayət ona bildirmişdir ki 1 ay ərzində ona əlavə vəsait verəcək, əvəzində isə onun adına rəsmiləşdirilmiş obyekt onun adında qalmaqla ona məxsus olacaqdır. Şəfayətə razılığını bildirmiş, eyni zamanda obyekt çay evi kimi fəaliyyətə başlamışdır. Bir ay sonra Şəfayət obyekti alası olmadığını bildirmiş, ona vermiş olduğu 38000,00 manat vəsaitin qaytarılmağını istəmiş və təklif etmişdir ki, borcu birdəfəlik ödəyə bilmirsə hər ay 1500 ABŞ dolları faiz ödəsin. O da Şəfayətlə razılaşmışdır. Pandemiya ilə əlaqədar kafe və çay evlərinin fəaliyyəti dayandırılmışdır. Bu səbəbdən də Şəfayətə faizlərini ödəyə bilməmişdir. Sonra ona məlum olmuşdur ki, Şəfayət ona olan 38000,00 borcun əvəzində obyektin 49 kv.m sahəsini Tacəddin adlı şəxsin adına rəsmiləşdirmişdir. Lakin bu barədə ona heç bir məlumat verməmişdir. - İş materiallarında olan Azərbaycan respubliksı “Bakı Tikinti” Layihə Smeta Bürosunun Memarlıq və Planlaşdırma bölməsi tərəfindən tərtib edilmiş 10.01.2020-ci il tarixli layihədən görünür ki, Bakı şəhəri Binəqədi rayonu, Azadlıq prospekti 14/166 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin hüquq subyekti İddiaçıdur. - “X35 Mərkəzi” MMC-nin 12.01.2022-ci il tarixli hesabatından görünür ki, Bakı şəhəri Binəqədi rayonu, Azadlıq prospekti 14/166 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin qeydiyyatdan keçmiş 49,20 kv.m sahəsini 2019-cu il tarixə bazar dəyəri 54.100,00 manat qiymətləndirilmə tarixinə 57.000 manat, əlavə tikilisinin sahəsi 64.10 kv.m olmaqla 2019cu il tarixə bazar dəyəri 50.600,00 manat qiymətləndirilmə tarixinə 53.400 manat müəyyən edilmişdir. - Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 08.02. 2021-ci il tarixli qərarının sürətindən görünür ki, X8 Arif Akif oğlu barəsində onun pullarını ələ keçirməsi barədə müraciəti üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Həmin qərarın təsviri hissəsində X36 izahatında bildirmişdir ki, Arifin Xırdalan şəhərində yeni tikilmiş evinin 62000 manata satılması ilə bağlı aralarında razılıq əldə olunmuş, razılaşmaya mənzilə görə o, hissə-hissə pul və qum və şebel malları ilə barter edəcəklərdi. Halbukİ, arifin belə bir mənzili olmamış, o qum və şebel alıb əvəzində "xxxx" MTK-da olan mənzili götürmək istəmişdir. bir ay ərzində arifə 3000 manat dəyərində qum vermişdir. - 08.05.2021-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı 30 manat, Cavabdeh qarşılıqlı iddia ərizəsinə görə 30 manat və iş üzrə müstəqil tələb irəli sürən 3-cü şəxs X30 iddia tələbinə görə 20 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Bakı şəhəri Binəqədi rayonu, Azadlıq prospekti 14/166 ünvanında yerləşən qeyri-yaşayış sahəsini İddiaçı 120.000,00 manata almışdır. Həmin vəsaitin 38000,00 manat hissəsi çatmadığı üçün həmin məbləğdə Cavabdeh faizə pul götürmüşdür. Şəfayətlə razılaşmalarına görə obyekt Şəfayətin adına rəsmiləşdirilmişdir. Şəfayət İddiaçı ona olan borcunun əvəzində obyekti Tacəddin adlı şəxsə satmışdır. Hazırda ilkin İddiaçı Cavabdeh 120000 manata aldığı obyektə görə sonuncuya borclu olduğu 38.000,00 manat nəzərə alınmaqla yerdə qalan 82.000,00 manat vəsaitin cavabdehdən onun xeyrinə tutulması, eyni zamanda Cavabdeh əməllərində cinayət tərkibli əlamətləri olduğu üçün onun barəsində xüsusi qərardad çıxarılması, Cavabdeh isə İddiaçı onun xeyrinə 39000,00 manat məbləğində vəsaitin tutularaq ona ödənilməsi, bundan əlavə iş üzrə müstəqil tələb irəli sürən 3-cü şəxs X30 ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı onun xeyrinə 60.000,00 manat vəsait tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 135.1-ci maddəsinə görə bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. 135.2.-ci maddəsinə görə əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 560.1-ci maddəsinə görə mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə hesab edir ki, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə və iş üzrə müstəqil tələb irəli sürən 3-cü şəxsin iddiası üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “pul və sair” tələbinə dair iddiasının “pul” tələbi tərəflərin polis orqanında verdikləri izahatları və məhkəmədə vermiş olduqları izahatlari iş üzrə digər materiallarla birlikdə qiymətləndirilərək məhkəmə qərardadına əsasən mübahisəli obyektin hazırki bazar dəyərinin müəyyən edilməsi üçün qiymətləndirici tərəfindən bazar qiyməti olan 110.400,00 manat əsas götürülməklə 72.400,00 (110.400,00-38000) hissədə əsaslı olduğundan qismən təmin edilməli, ilkin iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, bazar dəyəri 110.400,00 manat olan obyektin 22500 manata satılması real deyildir. Babaşov X22 Arif Akif oğlu arasında yaranan borcla bağlı sonuncunun ağır vəziyyətə düşməsindən yararlanaraq ona formal verilmiş hüquqlarından sui-istifadə edərək İddiaçı əmlakını sataraq onun hesabına əsassız varlanmışdır. Ona görə də İddiaçı Cavabdeh ona məxsus olan obyektin satışından əldə olunmuş vəsaiti tələb etməkdə qismən haqqlı olmuşdur. Azərbaycan Respublikası Mülki ProsessualMəcəlləsinin 265.4-cü maddəsinə görə məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Məhkəmə ilkin iddia tələbinin “Cavabdeh əməllərində cinayət tərkibli əlamətləri olduğu üçün onun barəsində xüsusi qərardad çıxarılması” hissəsi ilə bağlı bildirir ki, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 30.04.2021-ci il tarixli qərarının sürətindən görünür ki, vətəndaş X21 müraciətinə əsasən Cavabdeh əməlində cinayət tərkibi olmamasına görə aparılmış araşdırma üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Belə olan halda ilkin iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı maddi ziyan qismində 395000,00 (45000+17000-22500) manat məbləğində vəsaitin tutularaq ona ödənilməsi barədə tələbini əsassız sayaraq hesab edir ki, qarşılıqlı iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, ilkin iddiaçı Cavabdeh qarşı iddia qaldırarkən 38000,00 vəsaiti nəzərə almış, sonuncu həmin vəsaitin Ukraynadan gəlmiş dostu Maqsudov Yaqubova məxsus olması, bu vəsaiti Milli Bankın 15 faiz dərəcəsi ilə 1 illik banka depozitə yerləşdirmək istəməsini, 17.000,00 manat vəsaitin onun Sabirabad şəhərində yerləşən yarımtikili obyektinin etibarnamə əsasında İddiaçı tərəfindən satılaraq həmin vəsaiti götürməsini və həmin vəsaitin İddiaçı mərhum anası Mariya Nuriyeva tərəfindən polisə verilmiş ifadəsindəki qızılların girov qoyulması ilə götürülən və qızıllarla əvəzləşdirilmiş vəsaitlə bağlı olmamasını əsaslandırıla bilməmişdir. Digər tərəfdən Cavabdeh mübahisəli obyekti 22500 manata satılmasını bildirsə də həmin obyektin real bazar dəyərinin 110400,00 manat olması mütəxəssis rəyi ilə təsdiq olunmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı maddi ziyan qismində 395000,00 manat məbləğində vəsaitin tutularaq ona ödənilməsi barədə qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə müstəqil tələb irəli sürən 3-cü şəxs X30 ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı 60.000,00 manat vəsait tutularaq ona verilməsi barədə iddia tələbi əsaslı olmadığından təmin edilməməlidir. Belə ki, X7 Arif Akif oğluna Bakı şəhəri Binəqədi rayonu, Azadlıq prospekti, 14/166 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə görə 60000,00 manat verməsini bildirsə də bu fakt məhkəmədə və onun müraciəti əsasında polis orqanında aparılmış araşdırılma zamanı öz təsdiqini tapmamışdır. Bundan əlavə iddiaçı mübahisəli obyektə görə iddia ərizəsndə İddiaçı 3000 manatadək qum-çınqıl verməsi bildirilsə də, məhkəmə iclasında qum-çınqılın Arifə məxsus Xırdalandakı evin alınmasına görə verməsinə dair təzadlı izahat vermişdir. Digər tərəfdən iş materialları ilə təsdiq olunur ki, həqiqətəndə İddiaçı ilə X30 arasında 27.08.2019-cu il tarixli Akta əsasən, o, Arifə 80.000 (səksən min) manat pulun əvəzinə Mehdiabad qəsəbəsində yerləşən 5 sot torpaq sahəsini və orada yerləşən evini verməyi öhdəsinə götürsə də həmin məbləğdən 10000 manat vəsait vermiş, tərəflərin sövdələşməsi baş tutmaması səbəbi ilə həmin vəsait İddiaçı tərəfindən ona geri qaytarılmışdır. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də Babaşov X22 Arif Akif oğlunun əmlakını ona xəbər vermədən satması ilə onun hesabına əsassız olaraq varlanmış, ona görə də həmin əmlakın bazar dəyərinə münasib olaraq ondan İddiaçı xeyrinə 72.400,00 manat vəsaiti tutulmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 72.400,00 manat vəsaiti tutulmalı ilkin iddia tələbi qalan hissələrdə təmin edilməməli, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “maddi ziyan qismində 395000,00 manat məbləğində vəsaitin tutularaq ona ödənilməsi” barədə qarşılıqlı iddia tələbi və iş üzrə müstəqil tələb irəli sürən 3-cü şəxs X19 ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “İddiaçı onun xeyrinə 60.000,00 manat vəsait tutulması” barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə “X35 Mərkəzi” MMC tərəfindən keçirilmiş əmlakın qiymətləndirilməsi tədqiqatının dəyəri olaraq olaraq hər biri 300 manat olmaqla İddiaçı və Cavabdeh tərəfindən ödənilmiş vəsait və onlar tərəfindən dövlət rüsumuna görə ödənilmiş ayrıayrılıqda 30 manat vəsait onlara aid edilməlidir. Bundan əlavə iş üzrə müstəqil tələb irəli sürən 3-cü şəxs X30 tərəfindən dövlət rüsumuna görə ödənilmiş 20 manat vəsait ona aid edilməli və X15 əlavə olaraq 10 manat dövlt rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. Cavabdeh Nurı̇ yev Arı̇ f Akif oğlunun xeyrinə 72.400,00 manat vəsait tutulsun. İlkin iddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh Nurı̇ yev Arı̇ f Akif oğluna qarşı “39500,00 manat vəsaitin tutulması” barədə qarşılıqlı iddia tələbi təmin edilməsin. İş üzrə müstəqil tələb irəli sürən 3-cü şəxs X19 Nurı̇ yev Arı̇ f Akif oğluna qarşı “60.000,00 manat vəsaitin tutulması” barədə iddia tələbi təmin edilməsin. İş üzrə əmlakın qiymətləndirilməsi ilə bağlı Cavabdeh və Nurı̇ yev Arı̇ f Akif oğlu tərəfindən hər biri tərəfindən ayrı-ayrılıqda çəkilmiş 300 manat qiymətləndirilmə xərci və ödənilmiş 30 manat dövlət rüsumu onlara aid edilsin. İş üzrə müstəqil tələb irəli sürən 3-cü şəxs X30 tərəfindən ödənilmiş 20 manat dövlət rüsumu onlara aid edilsin. X15 10 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-122/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-122/2022
31.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver