Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1233/2023 26.04.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firudin oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T Dİ : İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini onunla əsaslandırdı ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)-1257/2021 saylı qətnaməsi ilə Cavabdeh ilə birgə nikahdan doğulmuş övladı, xx.xx.2010-cu il təvəllüdlü X2 saxlanılması üçün aylıq 175 manat məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsi qət edilib.Hal-hazırda xx.xx.2010-cu il təvəllüdlü X2 12 yaşı var. Məhkəmə tərəfindən müəyyənləşdirilən aliment məbləği hal-hazırda uşağın heç bir tələbatının ödənilməsinə kifayət etmir. Uşağın saxlanılması, geyimi, təhsil və s. xərclərini həmin məbləğ əsasında tam qarşılamaq mümkün deyil.Belə ki, övladı orta məktəbdə təhsil alır və ona görə də məsrəfləri yetərincə artıb. Bundan başqa, Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minumumu haqqında Qanuna görə ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2022-ci ildə hər uşaq üçün 220 manat müəyyən edilmişdir.Onu da qeyd etmək istərdi ki, cavabdeh övladı ilə maraqlanmır, aliment məbləğini ödəməkdən boyun qaçırır. Bu hal da tək valideyn kimi övladıma baxmaqda ona ciddi maddi çətinliklər yaradır.Övladının bütün qayğısını, ehtiyacını bu günə qədər tamamilə o çəkir. Təbiidir ki, uşaqlar böyüdükcə onların həm maddi, həm də mənəvi tələbatları da artır. Lakin cavabdeh özünü bu öhdəliklərdən azad etməyə çalışır. Bu da nəticədə uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətinliklər yaradır.Buna görə də “aliment məbləğinin artırılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İnanır ki, məhkəmə tərəfindən işin faktiki halları düzgün araşdırılacaq və övladının saxlanılması üçün qanunla müəyyən edilmiş minumum məbləğdə aliment tutulması barədə ədalətli qətnamə qəbul ediləcəkdir.Əlavə olaraq bildirir ki, işin məhkəmədən kənar həll edilməsi məqsədilə mediasiya təşkilatına müraciət etsə də cavabdeh gəlməyib və xx.xx.2023-cü il tarixində ilkin mediasiya sessiyasına dair arayış Bakı 9 saylı Mediasiya Təşkilatı tərəfindən ona təqdim edilib.Qeyd olunanlara əsasən xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh tutulan alimentin məbləği artırılmaqla onun xeyrinə hər ay 220 manat aliment tutulması barədə qətnamə qəbul olunmasını xahiş edir. Cavabdeh iddianı qəbul etmədi və izahat verərək göstərdi ki,o, yeni işə girmişdir və cəmi hər ay 380 manat əmək haqqı alır. Həmin pulla o, özünü, yeni qurmuş ailəsini və iki övladını dolandırır. İddiaçının tələb etdiyi 220 manat ondan tutulduğu halda 160 manatla ailəsini dolandıra bilməyəcək.Hətta hesab edir ki, hazırkı iş üzrə alimentin həcmi dəyişidirməlidir və onun əmək haqqının 25% tutulub qarşı tərəfə verilməlidir. Odur ki, qeyd olunanları nəzərə alıb, xahiş edir ki, iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılsın. Məhkəmə tərəflərin izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)-1257/2021 saylı qətnaməsi ilə cavabdeh İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası qismən təmin olunmuş, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 10 oktyabr 2017-ci il tarixli, 2(007)-5527/2017 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin dəyişdirilməsi,Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X2 saxlanılması üçün hər ay 175 manat məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi X3 və Göndərilməsi Bazasından verilmiş 15 mart 2023-cü il tarixli arayışdan görünür ki, X1 əmtəə operatoru vəzifəsində işləyir, aylıq əmək haqqı 630.60 manat təşkil edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə uyğun olaraq, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu» haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat müəyyən edilmişdir. Məhkəmə birgə nikahdan doğulmuş və İddiaçı qızının himayəsində qalmış uşağın mənafeyini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməklə, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)-1257/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılmalı, Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. Alimentin artırılmış miqdarı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 235, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)-1257/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılmalı, Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Alimentin artırılmış miqdarı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-1233/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1233/2023
26.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver