Məhkəmə qərarları › İş №2(007)-1243/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1243/2022

28.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1243/2022 28.06.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi ilə, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 08 sentyabr 2019-cu il tarixdə ona məxsus olan “Mercedes” markalı **-XR-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini kirayə vermək məqsədi ilə günlük 25 AZN olmaqla 1 il müddətinə aralarında müqavilə bağlamışlar. Həmçinin onu da qeyd edir ki, bu sadəcə gündəlik kirayə müqaviləsi olması səbəbi ilə nəqliyyat vasitəsinin müddətin sonunda ona qalmayacaq şəkildə bağlanmış idi. Sözügedən şəxs bir müddət vaxtı-vaxtında ödəniş etməsinə baxmayaraq sonradan aralarında günü-gündən borc yaranmağa başlamış və ümumi müddətin sonunda mənə 4000 AZN borc məbləği yaranmışdır. Cavabdeh isə öz növbəsində borcu gecikdirmişdir. Sonradan maşını geri qaytarmış və aralarında bağlanmış müqavilə əsasında 4000 AZN borcu qalmışdır. Bir müddətdən sonra isə telefon nömrəsini dəyişərək ondan qaçmağa başlamışdır. Cavabdeh 4000 AZN məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, əlavə olaraq göstərdi ki, o, maşını cavabdehə günü 25 manata icarəyə vermiş, cavabdeh bir müddət sonra ödənişləri gecikdirmiş və daha sonra maşını qaytaracağını bildirmişdir. Cavabdeh yığılmış borcu qaytaracağına dair söz versə də, bunu etməmişdir. O, cavabdehə maşını idarə etməsi üçün etibarnamə vermişdir. Maşını xx.xx.2019-cu ildə icarəyə vermiş, müqavilə müddəti 1 illik olmuşdur. Cavabdeh maşını 1 ilin tamamında qaytarmışdır. Hazırda cavabdehin borcu 4000 manat təşkil edir. İcarə haqqı ayda 750 manat təşkil edir. 4000 manat borc, 5 aya görə ödənilməmiş borcdur. İddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə (əlavə olaraq, elektron məhkəmə sistemi vasitəsilə istifadəsində olan əlaqə nömrəsinə sms vasitəsilə məlumat verilməsinə) baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İcarəyə verən İddiaçı ilə icarəçi Cavabdeh arasında bağlanmış 08 sentyabr 2019cu tarixli nəqliyyat vasitəsinin icarə müqaviləsindən görünür ki, müqavilənin 1.1-ci bəndinə əsasən icarəyə verən qanuni əsaslarla ona məxsus olan “Mercedes Benz” markalı minik nəqliyyat vasitəsi (dövlət nömrə nişanı: ** XR ***; Buraxılış ili-1995; mühərrik nömrəsinömrəsiz; rəngi-metalik; tip:sedan; Ban- WDB2021211A199012) icarəyə verir, icarəçi isə həmin nəqliyyat vasitəsini xidməti ehtiyacları üçün öz istifadəsinə qəbul edir. Həmin müqavilənin: 2.1.1-ci bəndinə əsasən, icarəçi bu müqavilənin 1.1-ci bəndində qeyd edilmiş nəqliyyat vasitəsini xx.xx.2019-cu il tarixdə qəbul edir. 2.1.2-ci bəndinə əsasən, icarəçi nəqliyyat vasitəsini icarəsinə görə nəzərdə tutulan icarə haqqını bu müqavilədə qeyd edilən müddətdə və məbləğdə ödəməyi öhdəsinə götürür. 3.1-ci bəndinə əsasən, icarəçi bu müqavilədə qeyd edilmiş və icarəyə alınmış nəqliyyat vasitəsini 1 (bir) təqvim günü müddətinə icarəsi üçün icarəyəverənə 25 (iyirmi beş) manat məbləğində icarə haqqını ödəyir. 4.1-ci bəndinə əsasən, bu müqavilə xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək bağlanır. 4.2-ci bəndinə əsasən, bu müqavilənin müddəti bitdikdən sonra tərəflərin etirazı olmazsa, günlük 25 AZN hesablama üzərindən hər iki tərəfin müqavilə şərtlərinin hökm sürməsi şərti ilə davam edəcək. - Bakı şəhəri 6 saylı notariat ofisi tərəfindən verilməklə reyestrdə 7E-34685 nömrə ilə qeyd edilmiş xx.xx.2019-cu il tarixli etibarnamənin surətindən görünür ki, İddiaçı mülkiyyətində olan “Mercedes Benz 220 minik” markalı, 99XR789 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etməsinə dair Cavabdeh 10 il müddətinə etibarnamə vermişdir. - xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəməyə müraciət etmək üçün 60 manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında 08 sentyabr 2019-cu il tarixli icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, iddiaçı mülkiyyətində olan “Mercedes Benz 220 minik” markalı, **-XR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Cavabdeh gündəlik 25 manat müqabilində 1 il müddətinə icarəyə vermişdir. Cavabdeh müqavilədə nəzərdə tutulmuş müddətdə, müqavilənin şərtlərinə uyğun olaraq ödənişlərin vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüş, müqavilənin predmeti olan nəqliyyat vasitəsini idarə etmək üçün İddiaçı təhvil almışdır. Lakin, cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş və iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. Göründüyü kimi, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə əsasən, icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də icarəçi cavabdeh müqavilə üzrə icarəyə verən-iddiaçı qarşısında öhdəlik götürdüyündən və müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, icarəçi cavabdeh yaranmış borc məbləğini ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 4000 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, iddia təmin edildiyindən və iddiaçı tələb etmədiyindən, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 4000 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Məhkəmə xərcləri İddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar