Məhkəmə qərarları › İş №2(007)-1246/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1246/2023

02.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1246/2023 02.05.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firudin oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T Dİ : İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X6 iddia tələbini onunla əsaslandırdı ki, hüquqlarını müdafiə etdiyi şəxs İddiaçı Cavabdeh ilə 01 iyun 2014-cü il tarixdə rəsmi nikaha girməklə ailə qurub.Bu nikahdan onların xx.xx.2004-cü ildə X7 və xx.xx.2014-cü tarixdə isə X10 adlı övladları dünyaya gəlib və boşanmadan sonra uşaqlar anası İddiaçı yanında saxlanılıb. Nizami Rayon Məhkəməsinin 434/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı ilə X4 aid nikah pozulub. Hazırda uşaqlardan X7 həddi buluğa çatıb və Azərbaycan Silahlı qüvvələrində sıravi əsgər kimi xidmət edir. Cavabdehin aliment öhdəliyi azalıb. Lakin digər uşaq orta məktəbdə oxuyur, hazırda təyin olunan aliment onun təlabatını ödəmir. Hesab edir ki, bir uşağa görə ödənilən alimentin miqdarı artırılmalıdır. Belə ki, “Azərbaycan Respublikasında 2023-cı il aşayış miniuumu haqqında” Azərbaycan Respublikası qanununa əsasən uşaq üçün yaşayış minimumu 220 manat məbləğində müəyyən edilib.Qeyd olunanlara əsasən xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması Cavabdeh İddiaçı xeyrinə hər ay 220 manat alimentin tutulması və müdiasiya xərci olaraq ödənilmiş 50 manat pulun Cavabdeh alınaraq İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə nümayəndəsi X1 izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan Bakı Şəhəri Nizamı Rayon Məhkəməsinin №2(007)-434/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı nikahın pozulması və aliment tələbinə dair iddiası təmin edilmiş,tərəflər arasında bağlanmış nikahın pozulması,birgə nikahdan doğulmuş xx.xx.2004-cü il təvəllüdlü X3 və xx.xx.2014cü il təvəllüdlü X2 anaları İddiaçı yanında qalması və onların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 175 manat olmaqla cəmi 350 manat alimentin cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu» haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü ildə yaşayış minimumu uşaqlar üçün məbləğ 220 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdə olan sənədlərdın görünür ki,iddiaçı müdiassiya sessiyası üçün 50 manat vəsait ödəmişdir. Məhkəmə birgə nikahdan doğulmuş və İddiaçı himayəsində qalmış xx.xx.2014-cü il təvəllüdlü X2 mənafeyini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməklə,Bakı Şəhəri Nizamı Rayon Məhkəməsinin №2(007)-434/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin məbləği xx.xx.2014-cü il təvəllüdlü X5 münasibətdə artırılmalı,onun yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay sabit pul məbləğində 220 manat aliment tutulmalıdır. Mediasiya xərci olaraq iddiaçı tərəfindən ödənilmiş 50 manat pul Cavabdeh alınaraq İddiaçı verilməlidir. Alimentin artırılmış miqdarı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 235, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Bakı Şəhəri Nizamı Rayon Məhkəməsinin № 2(007)-434/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin məbləği xx.xx.2014-cü il təvəllüdlü X5 münasibətdə artırılmaqla, onun yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay sabit pul məbləğində 220 manat aliment tutulsun. Alimentin artırılmış miqdarı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Mediasiya xərci olaraq iddiaçı tərəfindən ödənilmiş 50 manat pul Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar