Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1278/2022 07.09.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qıznın sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş maddi ziyana görə 1991 manat və onun tərəfindən ödənilmiş 45 (qırx beş) manat dövlət rüsumunun, cəmi 2036 manat pul vəsaitinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixdə saat 18:40 radələrində o, özünə məxsus texniki cəhətdən saz vəziyyətdə olan 2012-ci il buraxılışlı "Volkswagen Jetta mink” markalı ** ZH *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, Ə.Ağaoğlu küçəsi ilə Təbriz küçəsi istiqamətindən üzü F.X.Xoyski küçəsi istiqamətində təxminən 50-60 km.saat sürətlə hərəkətdə olarkən, qeyd olunan küçənin Bakuvi küçəsi ilə kəsişməsində yerləşən yolayrıcısına çatdıqda hərəkətini düzünə davam etdirdiyi zaman onunla əks istiqamətində üzü Təbriz küçəsi istiqamətində hərəkətdə olan VAZ 21074 markalı ** OR *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü qəfil sola dönmə əməliyyatını həyata keçirdərək onun hərəkətdə olduğu zolağa daxil olduğundan, o, əyləcdən istifadə edib hadisənin qarşısını almaq məqsədi ilə sükanı sağa doğru idarə etdirmişdir, buna baxmayaraq qarşı avtomobilin sürücüsündə hərəkətini davam etdirdiyindən idarə etdiyi avtomobilin ön sol hissəsi ilə qeyd olunan avtomobilin ön hissəsi toqquşmuşdur, toqquşma yol-nəqliyyat hadisəsindən sonra avtomobilin ön hissəsi yolun sağ kənarında olan səkinin üzərinə çıxaraq aqlav daşlardan düzəlmiş arakəsməyə çırpılaraq dayanmışdır. Hadisə zamanı həmçinin xəsarətdə almışdır. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTR və PA birliyinin X3 Nərimanov Rayon Şöbəsinin xx.xx.2021-ci il tarixli 434/MEŞ saylı ekspert rəyində qeyd olunur ki, "İddiaçı adına tərtib edilmiş tibbi sənəddə qeyd edilən "sol qaşüstü nahiyyənin sərialtı hematoması və yumşaq tanalarının əzilməsi bərk küt əşyanın təsirindən əmələ gəlmişdir, qərarın təsvir hissəsində göstərilən xx.xx.2021-ci il tarixi inkar etmir, yol-nəqliyyat hadisəsi nəticəsində yarana bilərdi və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir.” Nəticədə, ona məxsus avtomobil əzilmiş və ona 6692 manat məbləğində ziyan dəymişdir. Onun həmin günki və sonrakı tələblərinə baxmayaraq dəymiş zərəri ödəməkdən cavabdeh imtina etmişdir. Dəymiş zərərin hesablanmasına dair aktdanda görünür ki, avtomobilmə vurulan zərərin aradan qaldırılması üçün 6692 manat vəsait tələb olunur. Həmin zərərin 4701,42 (dörd min yeddi yüz bir manat qırx iki qəpik) avtomobili sığorta olduğundan AzərSığorta tərəfindən ödənilmişdir. Cavabdeh ona 1991 manat miqdarında zərər vurmuşdur. Mülki qanunvericiliyin tələbinə görə cavabdeh həmin zərəri ödəməyə borcludur. Cavabdeh hazırda məhkəmədən kənar qaydada zərərin ödənilməsindən yayınır. Belə olan halda, ona dəymiş zərəri məhkəmə qaydasında tələb edir. Həmin zərər vurma nəticəsində ona dəymiş maddi ziyanı 1991 manat vəsait kimi qiymətləndirir. Qeyd edir ki, qeyd olunan zərər vurma nəticəsində həmçinin mənəvi iztirablar çəkmişdır. Bunun nəticəsində də ona mənəvi zərər dəymişdir. Bundan əlavə, hazırki iddianın qaldırılması üçün ödədiyi dövlət rüsumunun iddia təmin edildikdən sonra həmin rüsumun cavabdeh tutulmalı olduğu qənaətindədir. Cavabdeh etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, İddiaçı ona qarşı qeyd olunan iddia ərizəsində göstərilən xüsusatlarla bağlı aşağıdakıları bildirmək istəyir. İddiaçı məxsus “Volkswagen Jetta” markalı, 90ZH492 dövlət qeydiyyat nişanlı avtomobilə xx.xx.2021-ci il tarixdə onun iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərər 5000 manatdan az olmuşdur, dəymiş zərər İddiaçı və "Azər Sığorta” şirkəti tərəfindən qəsdən real məbləğdən artıq göstərilmişdir. Beləliklə, iddiaçının dəymiş zərərin ödənilməsi ilə bağlı tələbi yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərər 5000 manatdan az olduğundan əsassız hesab olunur. xx.xx.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərər 5000 manatdan az olduğu üçün İddiaçı Cavabdeh Qozərfor oğluna qarşı "pul” tələbinə dair iddiasının rədd olunmasını xahiş edir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmdan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirdi ki, iddia tələbini qəbul etmir və əlavə olaraq bildirir ki, ekspert rəyi ilə qismən razıdır. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ona da ziyan dəymişdir. Məhkəmə iclasında ekspert X2 izahat verərək bildirdi ki, 27 iyul 2022-ci il tarixli 9/3739 saylı ekspert rəyinin nəticə hissəsində texniki səhv olmuş, 2009-cu il tarixli **-TE- *** dövlət qeydiyyat nişanlı “OPEL ZAFİRA” markalı maşın əvəzinə **-ZH-*** dövlət qeydiyyat nişanlı, “Volkswagen Jetta” markalı maşın qeyd edilməli idi. Qeyd edilən texniki səhvin nəzərə alınmasını xahiş etdi. Məhkəmə, cavabdehin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AE № 024636 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən aydın olur ki, 2012-ci il buraxılışlı, 90ZH492 dövlət qeydiyyat nişanlı, “Volkswagen Jetta” minik markalı avtomobil İddiaçı mülkiyyətindədir. - AE № 148830 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən aydın olur ki, 2004-cü il buraxılışlı, 90OR305 dövlət qeydiyyat nişanlı, “Vaz 21074” minik markalı avtomobil Cavabdeh mülkiyyətindədir. - Bakı şəhər Nərimanov Rayon Polis İdarəsinin xx.xx.2021-ci il tarixli, 078-33241 saylı Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, xx.xx.2021-ci il tarixdə saat 18:40 radələrində Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi baş vermişdir. ** OR *** dövlət qeydiyyat nişanlı “Vaz 21074” markalı avtomobilin hadisə baş verən anda sürücüsü olan Cavabdeh yol-nəqliyyat hadisəsini törətməkdə təqsirli bilinmişdir. - "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2022-ci il tarixli 26957 saylı ödəniş tapşırığındna görünür ki, 4701,42 manat məbləğində pul İddiaçı hesabına köçürülmüşdür. - Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin Tətqiqat Şöbəsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, HK-1-1010 saylı material üzrə əməldə cinayət tərkibi olmadığına görə cinayət işinin başlanması rədd edilmişdir. - TP ******* saylı, xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, xx.xx.2021-ci il tarixində ** OR *** dövlət qeydiyyat nişanlı “Vaz 21074” markalı markalı nəqliyyat vasitəsini idarə edən Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 60 manat məbləğində cərimə olunmuşdur. - “Azərsığorta”-nın xx.xx.2021-ci il tarixli Dəymiş zərərin hesablanmasında dair aktdan görünür ki, İddiaçı məxsus olan “90ZH492 dövlət qeydiyyat nişanlı, “Volkswagen Jetta” minik markalı avtomobilin təmiri üçün 6692 manat tələb edilir. - Məhkəmənin qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/3739 nömrəli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, “AzərSığorta” tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2009-cu il buraxılışlı “Opel Zafira” markalı, **-TE-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 6692,0 manat müəyyən edilir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı məxsus olan 90ZH492 dövlət qeydiyyat nişanlı, “Volkswagen Jetta” minik markalı avtomobil ilə Cavabdeh məxsus olan 90OR305 dövlət qeydiyyat nişanlı “Vaz 21074” markalı avtomobil toqquşmuş və nəticədə iddiaçının avtomobilinə cavabdehin təqsirli hərəkəti nəticəsində zərər dəymişdir. Hazırda isə iddiaçı avtomobilə dəymiş ziyanın cavabdeh tərəfindən ödənilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur; Məhkəmə iclasında işin faktiki əsasları və qeyd olunan maddi hüquq normalarına əsasən müəyyən olundu ki, Cavabdeh Mülki Məcəllənin 1096.1-ci maddəsində nəzərdə tutulduğu qaydada mülki qanunvericliyin normalarını pozan hərəkətləri nəticəsində İddiaçı maddi ziyan vurulmuş, tərəflər arasında mübahisəli mülki hüquq münasibətləri yaranmışdır. Belə olan halda, Cavabdeh Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən vurduğu maddi ziyanın əvəzini, Mülki Məcəllənin 21-ci maddəsinə əsasən həmin maddi ziyanın əvəzini ondan tələb etmək hüququ olan İddiaçı ödəməlidir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh mülki hüquq pozuntusu (delikt) törətdiyindən vurduğu maddi ziyanı və iş üzrə digər xərcləri ödəməlidir. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə tərəfindən iddiaçıya məxsus 90ZH492 dövlət qeydiyyat nişanlı, “Volkswagen Jetta” minik markalı avtomobilə dəymiş ziyanın müəyyənləşdirilməsi məqsədi ilə ekspertiza təyin edilmiş və ekpsertin xx.xx.2022-ci il tarixli 9/3739 saylı rəyi ilə avtomobilin təmir-bərpa xərcinin hadisə baş verən tarixə təxminən 6692 manat olduğu müəyyən edilmişdir. İddiaçı dəymiş maddi zərərin məbləği müəyyənləşdirilərkən qeyd edilməlidir ki, iddiaçı ona dəymiş maddi zərərin məbləğini 6692 manat kimi göstərmiş, “AzərSığorta” tərəfindən 4701,42 manat sığorta ödənişi edildiyini bildirərək, cavabdehdən 1991 manat vurulmuş maddi ziyanın ödənilməsini xahiş etmişdir. Ekspertiza rəyi ilə isə həmin məbləğ 6692 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, baxılan mübahisənin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alıb ekspert rəyini qəbul edərək belə qənaətə gəlir ki, hadisə nəticəsində iddiaçıya məxsus avtomobilə dəymiş ziyanın məbləği 6692 manat müəyyən edilməlidir. Bu qənaətə gələrkən məhkəmə, onu da nəzərə alır ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Qeyd olunanlara əsaslanaraq məhkəmə hesab edir ki, iddia tələbi maddi ziyanın ödənilməsi hissəsində qismən təmin edərək, cavabdehdən iddiaçının xeyrinə 1990,58 manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün iddiaçı tərəfindən 45 manat dövlət rüsumu ödənilmişdir. İş materialları ilə müəyyən edilir ki, hazırda iddiaçı məhkəmədə iddia qaldırılması üçün 45 manat dövlət rüsumu ödəmişdir. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırkı iddia üzrə iddiaçı 39,31 manat dövlət rüsumu ödəməli idi. Bundan əlavə, işdə olan xx.xx.2022-ci il tarixli 9/3739 saylı ekspert rəyindən aydın olur ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil etmişdir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 39,31 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalı, artıq ödənilmiş 5,69 manat isə dövlət büdcəsindən iddiaçıya geri qaytarılmalı, keçirilmiş məhkəmə ekspertizalarının dəyəri olan 100 manat cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1990,58 manat məbləğində maddi ziyan və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 39,31 manat məbləğində pul tutularaq İddiaçı ödənilməli, artıq ödənilmiş 5,69 manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı ( FİN: xxxxxxx, "xxxx" ASC, Nəsimi filialı, VÖEN **********, qəbzi nömrəsi 23056, terminal nömrəsi K0111011, GPP qəbz nömrəsi 875489846, Tarix: xx.xx.2022, saat 10:15) qaytarılmalı, iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pulun Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Adı: X1, Kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, Hesab № AZ34CTRE********************, Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3) ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1990,58 manat məbləğində maddi ziyan və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 39,31 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Artıq ödənilmiş 5,69 manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı ( FİN: xxxxxxx, "xxxx" ASC, Nəsimi filialı, VÖEN **********, qəbzi nömrəsi 23056, terminal nömrəsi K0111011, GPP qəbz nömrəsi 875489846, Tarix: xx.xx.2022, saat 10:15) qaytarılsın. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pulun Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Adı: X1, Kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, Hesab № AZ34CTRE********************, Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3) ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-1278/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1278/2022
07.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver