Məhkəmə qərarları › İş №2(007)-128/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-128/2022

01.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-128/2022 01.06.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı əldən çıxmış faydanın və təmir xərclərinin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı əldən çıxmış faydanın və təmir xərclərinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini onunla əsaslandırdı ki, Bakı şəhəri Nizami rayonu Məmmədəli Şərifli küçəsi 84B saylı binanın zirzəmisində yerləşən qeyri-yaşayış sahəsini 30 iyul 2019-cu il tarixində qanunla müəyyən edilmiş qaydada alqı-satqı yolu ilə almışdır. Bununla bağlı Dövlət Reyestri Xidməti tərəfindən ona hüquqların dövlət qeydiyyatı haqqında ********* saylı 30 iyul 2019-cu il tarixli çıxarış verilib.Mülkiyyətimdə olan qeyri-yaşayış sahəsini təmin etdirib aylıq 500 manat icarəyə verəcəkdi. Bir mərtəbə yuxarıda yerləşən mənzilin konstruksiyasında cavabdeh qanunsuz oalarq dəyişikliklər edib, çirkab su borularının yerlərini dəyişib və nəticədə çirkab suları ona məxsus qeyriyaşayış sahəsinə axıb. Hazırda cavabdehə məxsus mənzildə bərbərxana fəaliyyəti göstərir. Dəfələrlə şifahi qaydada xəbərdarlıq etməsinə baxmayaraq cavabdeh tərəfindən heç bir qabaqlayıcı tədbir görülməyib və çirkab sularının axması nəticəsində ona məxsus qeyri-yaşayış sahəsinin tavanının və divarlarının təkrar təmirə ehtiyacı yaranıb. O, öz vəsaiti hesabına bir neçə dəfə təmir bərpa işləri gördürmüşdür və mənzil mülkiyyətçisinə bu barədə xəbərdarqlıqlar etmişdir. Edilən xəbərdarlıqlara baxmayaraq cavabdehlər tərəfindən haqlı tələbləri yerinə yetirilməyib və ona maddi ziyan vurulub. Cavabdehin təqsiri üzündən ona məxsus qeyri-yaşayış sahəsinə dəyən ziyanla və baş verən nəticələrlə onun hərəkətləri arasında bağlılığın mövcudluğu Bakı şəhəri Mənzil Kommunal Təsərrüfatı Departamentinin 1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin 83 saylı Mənzil Kommunal İstismar Sahəsinin 14 aprel 2021-ci il tarixli aktı ilə təsdiq olunur.Beləliklə cavabdehin təqsirli hərəkətləri nəticəsində ona məxsus öbyektin təmirinə zərurət yaranıb və təmir xərclərinə və icarəyə münasibətdə maddi ziyan dəyib. Artıq üç ildir ki, cavabdehə məxsus mənzildən çirkab suyun axması ilə əlaqədar qeyri yaşayış sahəsini icarəyə verə bilmir.Qeyd olunanlara əsasən təkrar susızmaaların qarşısının alınması məqsədi ilə cavabdehə məxsus mənzildə sanitar qovşağın və digər əlaqəli kommunikasiya xətlərinin təmir-bərpa işlərinin cavabdehin üzərinə qoyulması, yararsız vəziyyətə düşmüş, mülkiyyətində olan qeyri yaşayış sahəsinin tavan və divarlarının bərpa işlərinin görülməsi üçün sərf etdiyi 1160 manat məbləğində pulun 18000 manat əldən çıxmış faydanın və 30 manat dövlət rüsumunun Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil iddianı qəbul etmədi və izahat verərək göstərdi ki, iddiaçıya dəyən ziyanın hüquqlarını müdafiə etdiyi şəxsə heç bir aidiyyəti yoxdur. Sözü gedən mənzil ümumiyyətlə cavabdehə məxsus deyil. Mənzilin kimə aid olmasından məlumatım yoxdur. Ziyanı kim vurubsa pul da ondan tələb olunmalıdır.Qeyd olunanlara əsasən xahiş edir ki,iddia təmin olunmasın. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edib hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan: Bakı şəhəri Mənzil Kommunal Təsərrüfatı Departamentinin 1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin 83 saylı Mənzil Kommunal İstismar Sahəsinin əməkdaşlarının tərtib etdiyi 14 aprel 2021-ci il tarixli aktın məzmunundan görünür ki,Cavabdeh məxsus bərbərxanadan İddiaçı məxsus obyektə cirkab suları axıdılması və İddiaçı obyektinin tavan və divar hissəsinin yararsız hala düşməsi müəyyən olunmuşdur. DƏDRX-dən verilmiş çıxarışdan görünür ki, Bakı şəhəri Nizami rayonu Məmmədəli Şərifli küçəsi 84B saylı binasında 84.20 kv.m sahəsi olan qeyri-yaşayış sahəsi 30.07.2019cu il tarixdən İddiaçı xüsusi mülkiyyətindədir. Cavabdeh ilə X2 arasında bağlanmış 13 mart 2021-ci il tarixli icarə müqaviləsindən görünür ki, Cavabdeh tam mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri Nizami rayonu Məmmədəli Şərifli küçəsi 84B saylı binanın 54.97 kv.m sahəsi olan qeyri-yaşayış sahəsini 13.03.2026-cı il tarixədək X1 icarəyə vermişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 30 dekabr 2021-ci il tarixli ekspert rəyindən görünür ki, Cavabdeh məxsus Bakı şəhəri Nizami rayonu Məmmədəli Şərifli küçəsi 84B saylı binanın 1-ci mərtəbəsində yerləşən qeyriyaşayış sahəsindən həmin binanın zirzəmisində İddiaçı məxsus qeyri-yaşayış sahəsinə su axıdılması və sonuncuya ziyan dəyməsi müəyyn olunur.Su sızma nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir-bərpa işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 1048 manat məbləğində müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İşin hallarından görünür ki, Cavabdeh məxsus Bakı şəhəri Nizami rayonu Məmmədəli Şərifli küçəsi 84B saylı binanın 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsindən həmin binanın zirzəmisində İddiaçı məxsus qeyri-yaşayış sahəsinə su axıdılması və sonuncuya ziyan dəyməsi müəyyn olunur. Ekspert rəyi ilə su sızma nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir-bərpa işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 1048 manat məbləğində müəyyən olunmuşdur. Ona görə də təkrar susızmaların qarşısının alınması məqsədi ilə cavabdehə məxsus qeyri-yaşayış sahəsində sanitar qovşağın və digər əlaqəli kommunikasiya xətlərinin təmirbərpa işləri cavabdehin üzərinə qoyulmalidır. Məhkəmə hesab edir ki, susızma nəticəsində dəymiş ziyan ödənilməsi hissəsində iddia qismən, 1048 manat məbləğində təmin olunmalıdır. Məhkəmə iddia tələbinin 18.000 manat əldən çıxmış faydanın tələb olunması hissəsinə qiymət verərək hesab edir ki,həmin hissədə iddia təmin olunmamalıdır.Belə ki,iddiaçı bu hissədə öz tələblərini əsaslandıran hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Beləliklə,məhkəmə işi tam və hərtərəfli araşdırıb,sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin olunmalı, Bakı şəhəri Nizami rayonu Məmmədəli Şərifli küçəsi 84B saylı binanın 54.97 kv.m sahəsi olan qeyri-yaşayış sahəsində təkrar susızmaların qarşısının alınması məqsədi ilə sanitar qovşağın və digər əlaqəli kommunikasiya xətlərinin təmir-bərpa işləri cavabdehin üzərinə qoyulmali, susızma nəticəsində dəymiş ziyana görə 1048 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat Cavabdeh İddiaçı xeyrinə tutulmalı, qalan hissədə iddia təmin olunmamalıdır. Ekspertiza tədiqatının dəyəri olan 50 manat Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri Nizami rayonu Məmmədəli Şərifli küçəsi 84B saylı binanın 54.97 kv.m sahəsi olan qeyri-yaşayış sahəsində təkrar susızmaların qarşısının alınması məqsədi ilə sanitar qovşağın və digər əlaqəli kommunikasiya xətlərinin təmir-bərpa işləri Cavabdeh üzərinə qoyulsun. Susızma nəticəsində dəymiş ziyana görə 1048 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qalan hissədə iddia təmin olunmasın. Ekspertiza tədiqatının dəyəri olan 50 manat Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamədən 1 ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar