Məhkəmə qərarları › İş №2(007)-1292/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1292/2022

20.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1292/2022 20.04.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firudin oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin artırılması,və mediasiya xərcinin tələb olunması barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T Dİ : İddiaçı Cavabdeh qarşı alimentin artırılması və mediasiya xərcinin tələb olunması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 iddia tələbini onunla əsaslandırdı ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2102/2020 saylı, 10 avqust 2020-ci il tarixli qətnaməsi ilə tərəflərin birgə nikahlarından 18 sentyabr 2019-cu ildə anadan olan X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində alimentin, eləcədə həmin uşağa üç yaşına çatana kimi qulluğa görə 50 manat alimentin Cavabdeh oğlundan tutularaq iddiaçının xeyrinə verilməsi qəl edilib. Uşaq azyaşlı olduğuna, daim qılluğa ehtiyacı olduğuna görə iddiaçı heç bir yerdə işləmədiyindən həmin məbləğə vəsait uşağın saxlanılması üçün kifayət etmir.Yəni uşağın fiziki və əqli cəhətdən sağlam böyüməsi, qidalanması, vaxtlı-vaxtında müayinə və müalicə olunması üçün müəyyən olunan aliment indiki zamanda uşağın tələbatını ödəmir. Bundan başqa, bütün gündəlik tələbat mallarının qiymətləri xeyli məbləğdə artmışdır, yəni keçən müddət ərzində şərait dəyişmişdir.İddiaçı bir çox çətinliklərlə üzləşir ki, bütün bunlar da onun ağır olan maddi vəziyyətini daha da ağırlaşdırır. Lakın cavabdeh bütün bunları nəzərə almayaraq fərdi əməklə məşğul olmasına və gəlirinin yüksək olmasına baxmayaraq hər ay 170 manat ödəməklə öz valideynlik vəzifəsini yerinə yetirmiş hesab edir. Bununla da uşağın saxlanılmasında və iddiaçının yuxarıda göstərdiyi və üzləşdiyi çətinliklərin aradan qaldırılması üçün könüllü əlavə yardım göstərməkdən yayınır. Ona görə də alimentin miqdarı ilə əlaqədar cavabdehlə aralarında yaranan mübahisənin həll edilməsi məqsədi ilə məhkəmə qaydasında əvvəllər məhkəmənin qətnaməsi ilə müəyyən edilən alimentin miqdarının dəyişdirilərək, artırılmasına zərurət yaranıb. Belə ki, "Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununa əsasən məhkəmə qətnaməsi ilə müəyyən edilən alimenti artırılmasına dair mediatora müraciət etmişdir. Lakin cavabdeh mediasiyya sesiyasında iştirak etmək üçün gəlmədiyindən və alimentin artırılması ilə bağlı qarşılıqlı razılığa gələ bilmədiyiklərindən ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etmiişdir. Ona görə də iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununun l-ci maddəsinə görə, yaşayış minimumu ölkə üzrə 210 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən edilib.Qeyd olunanları nəzərə alıb xahiş edir ki, Cavabdeh 18 sentyabr 2019-cu ildə anadan olan X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 10 avqust 2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilən alimentin və uşağa qulluğa görə ödənilən pulun miqdarının dəyişdirirlərək, yəni artırılaraq həmin uşağın 18 yaşına çatana qədər saxlanılması üçün hər ay 193 manat sabil pul məbləğində alimenlin, 18 sentyabr 2019-cıı il tarixdə doğulan həmin uşağın 3 yaşına çatana kimi qulluğa görə ona hər ay 210 manat və mediasiya işi ilə əlaqədar ödəmiş olduğu 50 manat pulun Cavabdeh iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılsın. Cavabdehin nümayəndəsi Nümayəndə2 iddianı qismən qəbul etdi və izahat verərək göstərdi ki,məlum olduğu kimi 2022-ci ildə uşağın saxlanılması üçün minimum aliment məbləği 193 manat müəyyən olunub və qanunvericiliyinə tələbinə uyğun olaraq sabit məbləğdə alimentin 193 manata qaldırılmasına etiraz etmir.Lakin uşaq üç yaşına çatana qədər anaya ödənilən alimentlə bağlı hər hansı bir qanun dəyişikliyi baş verməyib.Ona görə də, xahiş edir ki,iddia qismən,əsas aliment hissəsində təmin olunsun.Qalan hissədə iddia təmin olunmasın. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan Nizamı Rayon Məhkəməsinin №2(007)-2102/2020 saylı 10.08.2020-ci il tarixli qətnaməsindən görünür ki,tərəflərin birgə nikahdan doğulmuş 18 sentyabr 2019-cu ildə anadan olan X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün 08 iyul tarixdən hər ay 170 manat aliment, eləcə də uşaq 3 yaşına çatanadək 50 manat Cavabdeh İddiaçı qızının xeyrinə tutulması qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu» haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün məbləğ 193 manat müəyyən edilmişdir. Məhkəmə birgə nikahdan doğulmuş və İddiaçı himayəsində qalmış uşağın mənafeyini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməklə, Nizamı Rayon Məhkəməsinin №2(007)-2102/2020 saylı 10.08.2020-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin məbləği artırılmalı,tərəflərin birgə nikahdan doğulmuş 18 sentyabr 2019-cu ildə anadan olan X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə 193 manat sabit pul məbləğində aliment tutulmalıdır. Alimentin artırılmış miqdarı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Məhkəmə uşağın üç yaşına çatanadək caxlanması üçün qətnamə ilə müəyyən olunan 50 manat alimentin 210 manatadək artırılması ilə bağlı iddia tələbinə qiymət verərək, hesab edir ki,həmin hissədə iddia təmin olunmamlıdır. Belə ki, iddiaçı bu hissədə alimentin artırılmasını əsaslı edən hər hansı bir sübut təqdim etməmişdir.(cavabdehin daha çox qazancının olması və s.) Məhkəmə iddianın mediasiya işi ilə əlaqədar ödənmiş 50 manat pulun tələb olunması hissəsində iddianı əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 235, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Bakı Şəhəri Nizamı Rayon Məhkəməsinin №2(007)-2102/2020 saylı 10.08.2020-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin məbləği artırılsın, tərəflərin birgə nikahdan doğulmuş 18 sentyabr 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 193 manat sabit pul məbləğində aliment tutulsun. Qalan hissədə iddia təmin olunmasın Alimentin artırılmış miqdarı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar