Məhkəmə qərarları › İş №2(007)-132/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-132/2023

01.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-132/2023 01.02.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçınin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi-vəkili X4 iddia tələbini onunla əsaslandırdı ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 idarəsinin verdiyi ADİ73639 №-li, xx.xx.2018-ci il tarixli, texniki pasporta əsasən, 370097 №li mühərrik, JF1GH7LS58G027858 №li Ban olan **-VD-*** dövlət nömrə nişanlı, X3 məxsus, SUBARU İMPREZA markalı avtomaşını,nikah haqqında şəhadətnamə əsasında idarə etmək hüququ var. “29” iyun 2022-ci ildə təxminən saat 13:50 radələrində Elşən Süleymanov küçəsində yuxarıda qeyd olunan avtomaşını idarə edərkən onun idarə etdiyi avtomobil ilə cavabdehin idarə etdiyi avtomobil arasında yol-nəqliyyat hadisəsi baş verib. Düzünə hərəkətdə olan zaman onunla üzbəüz istiqamətdə gələn X7 **-XE-*** dövlət qeydiyyat nişanlı avtomobil sola və geriyə dönmə manevr edən zaman, öz avtomobilinin qabaq hissəsi onun avtomobilinin sol qabaq yan hissəsinə dəydi. Göstərilən yol-nəqliyyat hadisəsi ilə əlaqədar X7 MİNİK markalı **-XE-*** dövlət nömrə nişanlı avtomaşının sahibi Cavabdeh AR İXM-nin 327.2-ci, 469.1-ci maddəsi ilə təqsirli bilinib. Qeyd olunan inzibati xəta ilə yol-nəqliyyat hadisəsi arasında əlaqənin olması protokolda və yol-nəqliyyat hadisə sxemində təsdiq olunur. Cavabdeh inzibati xəta haqqında iş üzrə inzibati tənbeh edilməsinə dair TP5114282 №li, xx.xx.2022 ci il tarixli qərarı qanuni qüvvəyə minmişdir.Yol-nəqliyyat hadisəsi nəticəsində onun idarə etdiyi avtomaşına ziyan dəyib. «Salman Motors Xidmət - 2km» tərtib etdiyi kalkulyasiyaya uyğun olaraq onun avtomaşınının təmir işləri 1.340,00 manata başa gələcəkdir.X7 markalı **-XE-*** dövlət qeydiyyat nişanlı avtomaşını idarə edən Cavabdeh təqsiri üzündən baş verən inzibati xəta nəticəsində onun əmlakıma bu şəkildə zərər dəyib. Belə ki, avtomaşında təmir işlərinin aparılmasının dəyəri 610,00 manat, dəyişməyə aid olan ehtiyyat hissələrinin və detalların dəyəri 730,00 manat, vurulmuş ziyanın ümumi miqdarı 1.340,00 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq Cavabdeh onun xeyrinə 1340 manat pul tutulması barədə qətnamə çıxarılmasnı xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməmiş gəlməməlsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edib hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Baki şəhəri DYPİ YNH-nin inspektoru polis leytenantı X2 tərtib etdiyi İXP ******* saylı xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan və digər sənədlərdən görünür ki, Cavabdeh idarə etdiyi X7 markalı ** XE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə 29 iyun 2022-ci il tarixdə saat 13:50 radələrində yol nəqliyyat hadisəsi törədərək Azərbaycan Respublikası İXM-nin 327.2-ci və 469.1-ci maddələri ilə təqsirli bilinmiş 60 manat məbləğində cərimə edilmişdir. Hadisə nəticəsində X3 məxsus və İddiaçı tərəfindən idarə olunan “SUBARU İMPREZA” markalı, **-VD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi zədələnmişdir. İş materiallarında olan AD seriyalı 173639 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “SUBARU İMPREZA” markalı,**-VD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X1 mülkiyyətindədir. İş materiallarında olan AD seriyalı 112289 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, X7 markalı ** XE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh mülkiyyətindədir. Salman Motors Xidmət-2km-nin tərtib etdiyi qüsur aktından görünür “SUBARU İMPREZA” markalı,**-VD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmiri 1340 manat məbləğində qiymətləndirilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 16 dekabr 2022-ci il tarixli ekspert rəyindən görünür ki, hadisə nəticəsində “SUBARU İMPREZA” markalı,**-VD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 1340 manat məbləğində ziyan dəymişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İşin hallarından görünür ki, Cavabdeh idarə etdiyi X7 markalı ** XE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə xx.xx.2022-ci tarixdə saat 13:50 radələrində yol nəqliyyat hadisəsi törədərək Azərbaycan Respublikası İXM-nin 327.2-ci və 469.1-ci maddələri ilə təqsirli bilinmiş 60 manat məbləğində cərimə edilmişdir. Hadisə nəticəsində X3 məxsus və İddiaçı tərəfindən idarə olunan “SUBARU İMPREZA” markalı, **-VD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi zədələnmişdir. Ekspert rəyi ilə dəymiş ziyanın məbləği 1340 manat müəyyən olunmuşdur. Beləliklə məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb sübutları qiymətləndirərək hesab edir ki,iddia təmin olunmalı,Cavabdeh İddiaçı xeyrinə dəymiş maddi ziyana görə 1340 manat tutulmalıdır. Ekspertiza tədqiqatının dəyəri 50 manat Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə dəymiş maddi ziyana görə 1340 manat tutulsun. Ekspertiza tədqiqatının dəyəri 50 manat Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Qətnamədən 1 ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar