Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1320/2022 31.05.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil2, Cavabdeh X6 vəkili və nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh hərəkətləri nəticəsində ona vurulmuş 8000 (səkkiz min) manat dəyərində əmlak zərərinin əvəzinin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1995-ci il tarixdə Rusiya Federasiyasının Tolyatti şəhərində anadan olmuşdur. Hal-hazırda o, Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, ev 32, mənzil 7-də qeydiyyatdadır. O, "xxxx" MTK-nın ünvan 1 ünvanda inşa etdiyi 6 saylı binanın 13-cü mərtəbəsindəki ümumi sahəsi 88,0 kv.metr təşkil edən 96 saylı mənzili dəyərini tam ödəməklə almış, bununla əlaqədar onunla "xxxx" MTK arasında xx.xx.2019-cu il tarixli 34 saylı müqavilə bağlanılmış və mənzilin dəyərini ödəməyi barədə ona həmin tarixli arayış verilmişdir. Mənzilin dəyərini tam ödəməyilə əlaqədar "xxxx" MTK tərəfindən mənzilində təmir işlərinin aparılması ilə bağlı ona xx.xx.2019-cu il tarixli icazə arayışı verilmiş, təmir işlərinə başlayıb üç ay müddətində mənzilini təmir etdikdən sonra mənzilinə köçmüşdür və həmin vaxtdan yeni mənzildə qalır. Mənzilinin təmirinə ümumilikdə 22.000 manat xərc çəkilmşdir. Mənzili təmir etdikdən sonra həmin evin yuxarı mərtəbəsində yaşayan qonşusu Cavabdeh çətinliklə qazandığı və təmir etdirdiyi mənzilini suya basmış və nəticəsində ona əmlak zərəri vurmuşdur. Suyun mütamadi axması nəticəsində həmin vaxt uzun müddət axmaqda davam edən suyu mənzilindən yığışdırmaq çətin olmuş, hətta blokun pilləkan hissəsi də islaq vəziyətdə olmuşdur. MTK işçiləri də daha cox suya məruz qalmasın deyə digər qonşularla birlikdə ona köməyə gəlmişlər. Bununla əlaqədar o, həm cavabdehə, həm də "xxxx" MTK-ya müraciət etmiş, MTK tərəfindən cavabdehin mənzilinə verilən su məcburən dayandırılmışdır. Cavabdehin mənzilinə verilən suyu açdıqda isə yenə də mənzilinə su axma davam edir. Dəfələrlə cavabdehə müraciət etsə də mənzilindəki su xətlərini lazimi qaydada təmir etmir və bundan imtina edir. Hətta MTK işçilərini mənzilinə buraxmır ki, suyun axmasının dayandırılmasına tədbir görülsün. O, Cavabdeh ona əmlak zərəri vurması ilə əlaqədar zərərin əvəzini ödəməsini bildirsə də o, onun sözlərinə və iradına məhəl qoymamış və hara istəyirsə şikayət etməyini bildirmişdir. Cavabdeh ona vurduğu əmlak zərəri nəticəsində mənzilinin holl hisəsinin tavanı, divarları, aboyu, döşəmənin paraketi, mənzildə həmin hissədə olan məişət əşyaları yararsız vəziyyətə düşmüş, elektirik xətlərinə ziyan dəymişdir. Həmçinin mənzilinin mətbəxin döşəməsinin paraketi və qonaq otağının qapısına da ziyan dəymişdir. Cavabdeh hazırda da vurduğu əmlak zərərin əvəzini ödəmək istəmir. Cavabdeh hərəkətləri nəticəsində ona vurduğu əmlak zərərini 8000 (səkkiz min) manat dəyərində qiymətləndirir. Cavabdeh iddia ərizəsinə etiraz verərək, Mülki Prosessual Məcəlləsinin 1096 və 1097-ci maddələrinin mənasından tərəflər arasında mövcud olan mülki mübahisənin həllinə yanaşdıqda müəyyən edilir ki, cavabdeh iddiaçıya qarşı təqsirli, hüquqazidd əməl törətmiş olsun və bu əməl nəticəsində iddiaçıya zərər vurulmuş olsun. Bunun üçün isə iddiaçı ilk növbədə sübuta yetirməlidir ki, onun mənzilinə su axıdılması nəticəsində zərər dəyib və cavabdeh suyun axıdılmasında təqsirlidir. Cavabdehə məxsus mənzildən iddiaçının yaşadığı mənzilə su axıdılmamış, cavabdeh iddiaçıya hər hansı formada zərər vurmamışdır. İddiaçının mənzilinə suyun axıdılıb-axıdılmaması, axıdıldığı halda su sızmanın səbəbinin müəyyən edilməsi məqsədilə təyin edilmiş ekspertiza aparılmasından iddiaçı tərəfindən mənzilə baxış keçirilməsi üçün şəraitin yaradılmaması səbəbindən imtina etmişdir. Belə olan halda iddiaçının mənzilinə suyun axıdılıb-axıdılmaması, axıdıldığı halda su sızmanın səbəbinin müəyyən edilməsi məqsədilə təyin edilmiş ekspertizanın keçirilməsinə mane olmasını nəzərə alaraq hesab edir ki, iddiaçının iddia ərizəsində bildirdikləri həqiqətə uyğun deyil. İddiaçının iddiası əsassızdır və bu tələb sübuta yetmədiyi üçün təmin edilə bilməz. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil2 iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verib onun təmin edilməsini məhkəmədən xahiş etdi. O, əlavə olaraq bildirdi ki, müstəqil ekspertizanın mütəxəsis rəyi var. Onlar mütəxəsis rəyini xx.xx.2021-ci il tarixdə məhkəməyə təqdim etmişlər. Müstəqil qiymətləndiricinin rəyinə əsasən evə 9400 manat ziyan dəymişdir. Ekspertiza zamanı artıq ev satıldığı üçün qapı açılmamışdır. Məhkəmə iclasında cavabdehin vəkili və nümayəndəsi X5 iddianı qəbul emədiyini bildirdi və həmçinin qeyd etdi ki, mənzilə dəfələrlə ekspertiza keçirilməsi üçün gedilmiş, lakin qapı açılmamışdır. İddiaçı bilə-bilə ki, ekspertiza təyin edilmiş, evə ekspert gəlib baxacaq nə üçün evi satmışdır? O, əlavə olaraq bildirdi ki, iddiaçı delektə əsaslanaraq maddi ziyan tələb edir. Deliktə əsasən maddi zərərin ödənilməsi üçün isə yuxarı insansiya və konstitusiya məhkəməsinin qərarlarında isə 3 əlamətin olması təsbit olunur: təqsirli hərəkət, zərər və zərərlə təqsirli hərəkət arasında səbəbli əlaqə. İş materiallarında isə məhz cavabdehin təqsiri ucbatından suyun axıdılması ilə bağlı sübut yoxdur. İddiaçının təqdim etdiyi müstəqil rəydə əmlakın zərəri müəyyən olunmuş, lakin bu zərərin sırf cavabdeh ucbatından olduğu göstərilməmişdir. Onun praktikasında da olmuşdur ki, bəzən ümumi turbaların partlaması nəticəsində də evə su axıdılır. Əgər məhkəmə iddia tələbini təmin etmək niyyətində olarsa bunun üçün ekspertiza keçirilməli və ziyanın cavabdeh tərəfindən vurulub-vurulmamsı müəyyən edilməlidir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -xx.xx.2017-ci il tarixli, 89 saylı müqavilədən görünür ki, alıcı Cavabdeh ünvan 1 ünvanda inşa etdiyi 6 saylı binanın 14-cü mərtəbəsindəki 104 saylı mənzili satıcı "xxxx" MTK-ya cəmi 74800 manat ödəməyi, satıcı isə inşa etdiyi binanı 40 ay müddətinə təhvil verəcəyini öhdəsinə götürmüşdür. - xx.xx.2019-cu il tarixli, 134 saylı müqavilədən görünür ki, alıcı İddiaçı ünvan 1 ünvanda inşa etdiyi 6 saylı binanın 13-cü mərtəbəsindəki 96 saylı mənzilin qiyməti satıcı "xxxx" MTK-ya ödəmiş, satıcı isə inşa etdiyi binanı 36 ay müddətinə təhvil verəcəyini öhdəsinə götürmüşdür. - xx.xx.2020-ci il tarixli, AN-İ ******* saylı alqı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı ona məxsus olan Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsi, ev 6C, mənzil 106 yeni qaydalarla ünvan 2 ünvanını X2. - "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli mütəxəssis rəyindən görünür ki, ünvan 3 ünvanının daxilində görülən təmir-tikinti işlərinin həcmi və dəyəri (işçilik və material xərci daxil olmaqla) bazar qiymətləri nəzərə alınmaqla 9078,8 manat təşkil etmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli məhkəmə-ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumatdan görünür ki, tədqiqat obyekti yerləşən ünvana gedilmiş, lakin İddiaçı ünvanda olmaması və tədqiqat olunacaq ünvanın qapısının bağlı olması səbəbindən baxış baş tutmamışdır. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı məxsus olmuş ünvan 1 ünvanda inşa etdiyi 6 saylı binanın 13-cü mərtəbəsindəki ümumi sahəsi 88,0 kv.metr təşkil edən 96 saylı mənzilinə su sızması baş vermiş, bunun nəticəsində iddiaçının mənzilində müxtəlif qüsurlar yaranmış və maddi ziyan vurulmuşdur. Məhkəmə tərəfindən həmin mənzilə vurulan ziyanın miqdarının, evə su axıdılıb-axıdılmamasının, susızmanın cavabdehin evindən olduğunun müəyyən edilməsi üçün tikinti-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən tədqiqat obyekti yerləşən ünvana gedilmiş, lakin İddiaçı ünvanda olmaması və tədqiqat olunacaq ünvanın qapısının bağlı olması səbəbindən baxış baş tutmamışdır. İddiaçı tərəfindən həmin mənzildə təmir işləri aparılmış və "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli mütəxəssis rəyi ilə ünvan 3 ünvanının daxilində görülən təmir-tikinti işlərinin həcmi və dəyəri (işçilik və material xərci daxil olmaqla) bazar qiymətləri nəzərə alınmaqla 9078,8 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Məhkəmə qeyd edir ki, mülki hüquq pozuntusu dedikdə (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl nəzərdə tutulmuş və pozuntu nəticəsində fiziki şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməli olduğu müəyyən edilmişdir. İddiaçı iddia ərizəsinin əsaslandırma hissəsində qeyd etmişdir ki, Cavabdeh hərəkətləri nəticəsində ünvan 1 ünvanda inşa etdiyi 6 saylı binanın 13-cü mərtəbəsindəki ümumi sahəsi 88,0 kv.metr təşkil edən 96 saylı mənzilinə ziyan dəymişdir. Lakin iddiaçı tərəfindən ünvan 1 ünvanda inşa etdiyi 6 saylı binanın 13-cü mərtəbəsindəki ümumi sahəsi 88,0 kv.metr təşkil edən 96 saylı mənzilinə Cavabdeh təqsirli hərəkətləri nəticəsində maddi ziyan dəyməsinə dair məhkəməyə sübutlar təqdim edilməmişdir. Həmçinin, məhkəmə tərəfindən təyin edilmiş ekspertiza üçün tədqiqat obyektinə İddiaçı ünvanda olmaması və tədqiqat olunacaq ünvanın qapısının bağlı olması səbəbindən baxış baş tutmamışdır. Eyni zamanda İddiaçı tərəfindən həmin mənzil təmir olunmuş və X1. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən mübahisəli mənzilə Cavabdeh təqsirli hərəkətləri nəticəsində maddi ziyan dəyilməsi təsdiq olunmadığından, məhkəmə tərəfindən təyin edilmiş ekspertizanın keçirilməsi baş tutmadığından və iddiaçı tərəfindən iddia tələbi təmin olunması ilə bağlı məhkəməyə əsaslı sübutlar təqdim olunmadığından iddia təmin edilməməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “Cavabdeh hərəkətləri nəticəsində ona vurulmuş 8000 (səkkiz min) manat dəyərində əmlak zərərinin əvəzinin cavabdehdən alınaraq ona ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu ona aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “Cavabdeh hərəkətləri nəticəsində ona vurulmuş 8000 (səkkiz min) manat dəyərində əmlak zərərinin əvəzinin cavabdehdən alınaraq ona ödənilməsi” tələbinə dair iddia tələbi təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu ona aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-1320/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1320/2022
31.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver