Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1335/2022 18.05.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X3, Cavabdeh iştirakları ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: "xxxx" X4 Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək kredit müqaviləsindən irəli gələn 16.03.2015-ci il tarixədək hesablanmış ödənilməmiş 809 manat əsas borc və 124 manat faiz borcu, cəmi 933 manat, həmçinin ərizə verilməsi üçün 20 manat dövlət rüsumu əlavə olunmaqla, borclu Cavabdeh tutulub "xxxx" X2 ödənilməsi barədə məhkəmə əmrinin çıxarılması xahiş edilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, bankla Cavabdeh (sonradan kredit müqaviləsinə uyğun Borcalan) arasında bağlanan 14.03.2014-cü il tarixli 6-P-2-0-575-14 nömrəli kredit müqaviləsinə əsasən borc alana 1400 manat məbləğində illik 32% olmaqla 18 ay müddətinə kredit pul vəsaiti verilmişdir. Kredit müqaviləsinin və tərəflər arasında tərtib edilmiş “Ödəniş qrafiki”nin şərtlərinə borclu tərəfindən əməl edilməmiş, o, kreditin və kredit faizlərinin qaytarılmasına dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmiş və nəticədə onun kreditor qarşısında öhdəliyi yaranmışdır. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 10 aprel 2015-ci il tarixli 2(007)-2129/2015 saylı məhkəmə əmrinə əsasən Cavabdeh 809 (səkkiz yüz doqquz) manat əsas, 124 (yüz iyirmi dörd) manat faiz, cəmi 933 (doqquz yüz otuz üç) manat borcun və 20 (iyirmi) manat dövlət rüsumunun "xxxx" X1 xeyrinə tutulması əmr edilmişdir. Borclu Cavabdeh verdiyi etiraz əsasında Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 09 mart 2022-ci il tarixli qərardadı ilə məhkəmə əmri ləğv olunaraq mülki işin materialları iddia icraatına keçirilmişdir. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X5 iddia tələbini müdafiə edib, bildirdi ki, borcalan Cavabdeh müqavilə üzrə pul vəsaitini sərf etməsinə baxmayaraq üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməmişdir. Cəmi 933 manat borcdan hal-hazırda 69.19 manat əsas, 41.49 manat faiz, 7.41 manat cərimə, 15.6 manat əldən çıxmış fayda olmaqla, cəmi 133.69 borc qalmışdır. Belə ki, borclunun etdiyi ödənişlər cərimə və faiz borclarına silinmişdir. O, məhkəməyə 20.04.2022-ci il tarixli maliyyə arayışını təqdim etmişdir. Göstərdiklərini nəzərə alaraq, borcun tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək, verdiyi izahatında göstərdi ki, o, bankdan pul götürməmişdir kreditə soyuducu götürmüşdür qrafik üzrə hər ay 76 manat ödəniş etməli idi, lakin 100 manat ödəyirdi. Pulu həmin mağazaya ödəyirdi. Krediti tam ödəmişdi borcu qalmamışdır. Lakin mağaza işçisi sonuncu ödənişi banka köçürməmişdir. Bu səbəbdən borcunun olmasını qəbul etmir. Məhkəmə əmri ilə tutulmuş borcu tam şəkildə ödəmişdir. Buna görə də, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - "xxxx" İKB ASC ilə Cavabdeh arasında bağlanmış 14 mart 2014-cü il tarixli 6-P-Z-0- 575-14 nömrəli kredit müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh 18 ay müddətinə, illik 32% olmaqla, 1400 manat məbləğində kredit verilmişdir. Cavabdeh kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlıvaxtında ödənilməsini öhdəsinə götürmüşdür. - "xxxx" İKB ASC ilə Cavabdeh arasında bağlanmış 14 mart 2014-cü il tarixli 6-P-Z-0- 575-14 nömrəli kredit müqaviləsinin ödəniş cədvəlindən görünür ki, cavabdeh 18 ay müddətinə 1400 manat krediti hər ayın 14-dən gec olmayaraq 98,95 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. - 16.03.2015-ci il tarixli ödəniş tapşırığından görünür ki, həmin tarixdə "xxxx" İKB ASC tərəfindən 20 manat dövlət rüsumu ödənilmişdir. - İddiaçı ASC-nin 20 aprel 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı ASC-yə 69.19 manat əsas, 41.49 manat faiz, 7.41 manat cərimə, 15.6 manat əldən çıxmış fayda olmaqla, cəmi 133.69 manat borcu vardır. - 04 mart 2015-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, "xxxx" İKB ASC Cavabdeh ilə (sonradan kredit müqaviləsinə uyğun borcalan) arasında bağlanan 14.03.2014-cü il tarixli 6-P-2-0-575-14 saylı kredit müqaviləsinə əsasən borc alana 1400 manat məbləğində illik 32% olmaqla 18 ay müddətinə kredit pul vəsaiti verilmişdir. Müqavilənin 4-cü bəndinə əsasən borcalan bankdan kredit üzrə aldığı vəsaiti tərtib edilmiş ödəniş cədvəlinə əsasən ödəməlidir. Borcalan müqavilənin şərtlərini pozaraq "xxxx" İKByə olan əsas və faiz borcunun ödənilməsini təmin etməmiş, ödəmə müddətlərini müxtəlif vaxtlarda pozmuşdur. Kredit müqaviləsinin şərtlərinə əsasən bu müqavilənin müddəaları borcalan tərəfindən yerinə yetirilmədikdə kreditor kredit müqaviləsinə vaxtından əvvəl xitam verə bilər və verdiyi kredit məbləğini bu müddətə qədər hesablanmış faizlərlə birlikdə qaytarılmasını borcalandan tələb edə bilər. Borclunun xəbərdarlıq məktubunu aldığı vaxtdan etibarən 5 gün müddətində "xxxx" Banka tam ödəniş etməsi tələb olunmuşdur. Yuxarıda qeyd olunan borc məbləği göstərilən müddətdə könüllü şəkildə ödənilmədiyi təqdirdə bank tərəfindən borc məbləğinin borcludan məhkəmə qaydasında tutulması üçün tədbirlər görülərək borclunun digər daşınar və daşınmaz əmlaklarına yönəldilərək həmin əmlakların satılacağı bildirilmişdir. Məhkəməyə müraciət olunduğu zaman qeyd olunan məbləğlərlə yanaşı müqavilə öhdəliyinin vaxtında icra olunmaması ilə bağlı kredit müqaviləsinin 1.14-cü bəndinə əsasən, kredit üzrə hesablanmış faizlərin və gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilmiş gün üçün faizlər də hesablanmaqla ümumi məbləğin 0,1 %-i miqdarında dəbbə pulunun ödənilməsi də tələb olunacaqdır. - Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş 22.11.2019-cu il tarixli çıxarışdan görünür ki, "xxxx" X4 Açıq Səhmdar Cəmiyyətinin hazırkı adı İddiaçı Açıq Səhmdar Cəmiyyətidir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 14 mart 2014-cü il tarixli kredit müqaviləsinə əsasən iddiaçı bank tərəfindən Cavabdeh 1400 manat məbləğində illik 32% olmaqla 18 ay müddətinə kredit verilmişdir. Cavabdeh həmin müddət ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. Cavabdeh kreditdən istifadə etsə də, kreditin ödənilməsi üzrə müqavilə ilə üzərinə düşən öhdəliklərə tam əməl etməmiş, iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmiş və nəticədə cavabdehin iddiaçıya borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ləğv edilə bilər 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh İddiaçı ASC ilə bağladığı 14 mart 2014-cü il tarixli kredit müqaviləsi üzrə götürdüyü öhdəliyə əməl etməyərək, krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və Cavabdeh öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh müqavilə üzrə bank qarşısında öhdəlik götürdüyündən və cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış əsas borc məbləğini, ona hesablanmış faizləri ödəməlidir. Məhkəmə cavabdehdən tutulmalı olan əsas və faiz borclarına münasibətdə qeyd edir ki, məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsinin təqdim etdiyi 20.04.2022-ci il tarixli maliyyə arayışına əsasən, həmin tarixə Cavabdeh 69.19 manat əsas və 41.49 manat faiz borcu hesablanmışdır. İddiaçı tərəfindən tutulmalı olan əsas və faiz borcu məbləğlərinin azaldılması ilə bağlı ərizə təqdim edilməməsinə baxmayaraq, cavabdehin mənafeyini nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, 20.04.2022-ci il tarixli maliyyə arayışı həmin hissədə mötəbər sübut növü qismində qəbul edilərək əsas və faiz borca dair hissələrdə iddia qismən təmin edilməlidir. Eyni zamanda, 20.04.2022-ci il tarixli maliyyə arayışında qeyd olunmuş 7.41 manat cərimə, 15.6 manat əldən çıxmış faydanın hesablanmasına münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə təqdim edilmədiyindən iddia həmin hissədə təmin edilməməlidir. Məhkəmə hesab edir ki, cavabdeh kredit borcunun mağazaya ödəməsinə dair mötəbər sübut təqdim etmədiyindən məhkəmə iclasında həmin hal öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 14 mart 2014-cü il tarixli kredit müqaviləsi üzrə 69.19 manat əsas borc, 41.49 manat faiz borcu olmaqla, cəmi 110.68 manat borc və ödənilmiş 20 manat dövlət rüsumu Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 14 mart 2014-cü il tarixli kredit müqaviləsi üzrə 69.19 manat əsas borc, 41.49 manat faiz borcu olmaqla, cəmi 110.68 manat borc və ödənilmiş 20 manat dövlət rüsumu Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №2(007)-1335/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1335/2022
18.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver